Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 

-34- 


etmək  imkanı  verməsi,  heç  bir  texniki  vasitədən  istifadə  etmədən  istənilən  vaxtda  onunla 

tanış  olmağın  mümkünlüyü  və  s.  xüsusiyyətlərinə  görə,  yazılı  mətbuat  bundan  sonra  da 

informasiya mənbələrindən biri kimi qalacaqdır. 

4.

 



KİV-lər  siyasi  proseslərə  təsir  edən,  ictimai  rəyi  formalaşdıran  əsas  vasitələrdir. 

Ona  görə  də  müasir  kütləvi  informasiya  vasitələri  dünyada  baş  verən  hadisələri  operativ 

işıqlandırmaqla  yanaşı,  həm  də  informasiyanı  geniş  təhlil  etməli,  onu  ilkin  süzgəcdən 

keçirməli və məqsədyönlü şəkildə seçməlidir. 

5.

 

Müxtəlif informasiya mənbələrinin istehlakçının diqqətini cəlb etmək üçün bir-biri 



ilə  rəqabət  apardığı  bir  zamanda  bu  mənbələrə  müraciət  edərkən  onların  potensial 

imkanları,  istehlakçıya  təklif  etdikləri  informasiyanın  mötəbərliyi  və  dolğunluğu  nəzərə 

alınmalıdır. 

6.

 



İnformasiya  hazırlandıqdan  sonra  növbəti  mərhələ  onun  auditoriyaya  hansı  üsulla 

çatdırılmasıdır.  İnformasiyanın  yayılması  üçün  kanallar  seçərkən  auditoriyanın  miqyası, 

onun  keyfiyyət  tərkibi,  çatdırılma  müddəti  və  yayım  kanallarının  zəruri  resursları,  o 

cümlədən maliyyə resursları nəzərə alınmalıdır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

-35- 


II FƏSİL 

MÜASİR DÖVRDƏ DÖVLƏT XƏBƏR AGENTLİYİ – 

AzərTAc

 

2.1. AzərTAc-ın yaranması və inkişaf mərhələləri 

İnformasiya təşkilatlarının meydana gəlməsi tarixi şəraitlə, siyasi və ictimai tələblərə 

əsaslanan  inkişaf  prosesləri  ilə  bağlı  məsələdir.  Keçmiş  imperiyalar  öz  monopoliya 

siyasətini həyata keçirməkdə yalnız siyasi təzyiq vasitələrindən deyi, həm də ideoloji təsir 

vasitələrindən  istifadə  edirdi.  20-ci  əsrin  əvvəllərində  dünyada,  o  cümlədən  Rusiyada 

gedən  demokratik  inqilabi  hərəkat,  milli  azadlıq  uğrunda  mübarizələr  söz,  mətbuat  və 

informasiya  azadlıqlarını  da  gündəliyə  gətirmiş  və  onu  xalqın  ən  vacib  tələbləri  sırasına 

yüksəltmişdi. Ona görə də azadlıq uğrunda mübarizələr dövründə informasiya işi çox vacib 

amilə çevrilmişdi. 

1919-cu il martın 3-də hökümətin  –Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf 

Agentliyinin təşkili barədə məsələ müzakirə olunmuşdu. Həmin iclasda Nazirlər Şurasının 

sədri  Fətəli  xan  Xoyskinin  bu  barədə  məruzəsi  dinlənilmiş,  xalq  maarif  naziri  Nəsib  bəy 

Usubbəyova  Azərbaycan  Teleqraf  Agentliyinin  təşkil  edilməsi  tapşırılmışdı.

23

 



Agentliyinin bütün fəaliyyətini, informasiyanın qəbulu və ötürülməsini radio – texniki 

vasitələrdən kənarda təsəvvür etmək mümkün deyildi. Həmin vasitələrin Poçt və Teleqraf 

Nazirliyinin tabeliyində olması birbaşa onun təyinatına uyğunluğu nəzərə alınaraq, sonralar 

agentliyin  təşkil  olunması  Maarif  Nazirliyindən  alınaraq    Poçt  və  Teleqraf    Nazirliyinə 

tapşırılmışdı. 

AzərTAc-ın yaradılmasında məqsəd Avropa, Asiya və Amerikanın siyasi mərkəzlərin-

dən  alınan  məlumatlara  Xalq  Cümhuriyyətinin  dövlət  təsisatlarını,  mətbuat  orqanlarını, 

ictimai  və  senaye  müəssisələrini  təmin  etmək,  eyni  zamanda,  Azərbaycanın  ictimai, 

hərbi,iqtisadi  həyatı,  hökümətin  fəaliyyəti  və  parlamentin  işi  haqqında  məlumatları 

respublikanın  bölgələrinə,  Qafqaz  və  Avropa  ölkələrinə  göndərmək  idi.  Layihəyə  görə, 

agentlik məlumatlar əsasında gündəlik “Bülletenlər”, ən vacib informasiyalar əsasında isə 

“Xəbərlər” hazırlamalı və sərəncamında olan vasitələrdən istifadə etməklə onları  yaymalı 

idi. Əsasnamədə  1920-ci  il  yanvarın  1-də  Poçt  və  Teleqraf  Nazirliyinin  nəzdində  xüsusi 

bölmə  hüququnda  Azərbaycan  Teleqraf  Agentliyinin  təşkil  olunması,  baş  redaktor 

vəzifəsini  tutan  şəxsin  həm  də  ona  rəhbərlik  edəcəyi  bildirildi.  İşin  təşkili  ilə  əlaqədar 

nizam-intizam qaydalarını həll etmək, layihələri, smetanı hazırlamaq üçün baş redaktorun 

                                                           

23

 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.51, siy.1, sax., vah. 33, vər.104



 


 

-36- 


rəhbərliyi  altında  Şura  çağırılmalı  idi.  Agentliyin  rəhbəri  Poçt  və  Teleqraf  Nazirliyi 

tərəfindən təyin olunmalı idi. Digər əməkdaşların işə qəbulu isə baş redaktorun səlahiyyət-

ləri  daxilində  idi.Agentliyin  gəlirləri  onun  buraxdığı  bülletenlərə  abunə  yazılışı  əsasında 

formalaşmalı idi.1920-ci il fevralın 2-də hökümətin növbəti iclasında Azərbaycan Teleqraf 

Acanslığının  –AzərTAc-ın  ştatlarının  layihəsi  və  əsasnaməsinin  müəyyən  dəyişikliklər  lə 

parlamentə çıxarılması qərara alınır. 

Bundan bir neçə gün sonra, 1920-ci il fevralın 23-də parlamentin 127-ci iclasında “Ba-

kı  sahil  radiostansiyanın  ştatı  haqqında”  qanun  layihəsinin  müzakirəsi  zamanı  deputatlar 

Azərbaycan  Teleqraf  Agentliyinin  yaradılmasını  zəruriliyindən,  yenicə  müstəqilliyini 

qazanmış ölkə üçün belə bir agentliyin əhəmiyyətindən bəhs etmişlər. Məruzəçi kimi çıxış 

edən deputat Ağa Eminov sahil radiostansiyanın (simsiz teleqraf) ikisi qəbuledici, biri isə 

həm qəbuledici, həm də ötürücü olmaqla üç aparatdan ibarət olduğunu bildirmişdi. 

1920-ci  il  martın  2-də  “Azərbaycan”  qəzetində  ilk  dəfə  olaraq  “AzərTAc”  imzası  ilə 

xəbərlər dərc olundu. Bu fakt agentliyin məhz 1920-ci il martın 1-də fəaliyyətə başladığını 

deməyə əsas verir. Qəzetin 3 mart tarixli nömrəsində isə “AzərTAc-ın daxili xəbərləri” adı 

altında  Şuşa,  Qaryağın  (indiki  Füzuli)  və  Xankəndidən  alınmış  qısa  xəbərlər  verilmişdi. 

Martın 9-da yenə həmin qəzetdən AzərTAc-ın 7 mart tarixli 7 nömrəli bülletenindən “Gür-

cüstana yardım” sərlövhəli xəbər dərc olunmuşdu. Gürcüstana yardım barədə xəbərin özü 

də maraqlıdır və gənc Azərbaycan hökümətinin humanist təbiətini göstərir. Xəbərdə deyilir 

ki,  Nazirlər  Şurası  zəlzələdən  zərər  çəkmiş  Gürcüstan  əhalisinə  maddi  yardım  göstərmək 

üçün Maliyyə Nazirliyinə hökümətə 2 milyon rubl ayrılması barədə qanun layihəsi hazır-

lamağı tapşırmışdır. 

Bu  tarixdən  təxminən  bir  ay  sonra,  1920-ci  il  martın  25-də  Azərbaycan  Teleqraf 

Agentliyinin Xalq Maarif Nazirliyinə göndərdiyi 17 nömrəli təliqə agentliyin məhz martın 

1-də  yarandığını  təsdiq  edən  tutarlı  dəlildir.  Təliqədə  hökümətin  1  mart  tarixli  qərarına 

uyğun  olaraq,  Poçt  və  Teleqraf  Nazirliyinin  nəzdində  Azərbaycan  Teleqraf  Agentliyinin 

yaradıldığı  və  onun  formalaşma  dövrü  yaşadığı  bildirilir.  Bundan  əlavə,  təliqədə  aprel 

ayının  1-dən  etibarən  hökümət  tabeliyində  olan  müəssisələrdən  və  vəzifəli  şəxslərdən 

AzərTAc-ın  bülletenlərinə  abunə  yazılışının  başlanacağına  dair  məlumat  da  verilmişdi. 

Abunə  xərclərinə  gəldikdə  isə,  çatdırılma  xərcləri  də  daxil  olmaqla  Bakıda  300  rubl, 

Azərbaycanın başqa şəhərlərində isə 3000 rubl məbləğində müəyyənləşdirilmişdi. Təliqədə 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə