Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 

-41- 


işgal  etməsi,  apardıgı  etnik  təmizləmə  siyasəti  respublikada  gərgin  vəziyyət  yaratmışdı. 

Ermənistan  ərazisindəki  tarixi  torpaqlarından  zorla  qovulmuş  azərbaycanlılar  da  daxil 

olmaqla ,bir milyondan çöx qaçqın və məcburi köçkün ordusunun yaranması Azərbaycanı 

humanitar fəlakət qarşısında qoymuşdu. Belə bir şəraitdə Azərinformun müxbirləri həm də 

döyüş bölgölərinə, doğma yurdlarından didərgin düşmüş insanların müvəqqəti məskunlaş-

dıqları və  yaşayış  üçün  ən adi  şəraiti  olmayan çadı  düşərgələrinə  gedərək materiallar ha-

zırlayır  və  ölkəmizin  fəlakətli  vəziyyəti  barədə  həqiqəti  beynəlxalq  ictimaiyyətə  çatdır-

mağa çalışırdılar. 

Həmin illərdə  Azərinformun  və  “Azərbaycan“ nəşriyyatının  səyi  ilə  müxtəlif nəşrlər, 

Ermənistanın  təcavüzkar  siyasətini,  onun  qədim  Azərbaycan  torpağı  olan  və  ermənilərin 

yalnız  XIX  əsrin  30-cu  illərindən  sonra,  çarizmin  təşəbbüsü  ilə  məskunlaşdığı  Dağlıq 

Qarabağ  əsassız,  o  vaxtkı  sovet  rəhbərliyi  tərəfindən  dəstəklənən  iddialarını  ifşa  edən 

kitablar  da  çap  edilirdi.”Dənizdən-dənizə”  Ermənistan  dövləti  yaratmaq  erməni  millətçi-

separatçılarının  qərəzli  niyyətlərindən  qaynaqlanan  hadisələrin  əsl  mahiyyəti,  demək  olar 

ki, ilk dəfə məhz bu kitaplarda tam gerçəkliyi ilə açılıb göstərilmişdir. 

Beləliklə,  ölkəmizin  ilk  xəbər  agentliyi  olan  Azərbaycan  Dövlət  Teleqraf  Agentliyi-

AzərTAc  yarandığı  dövrdən  bu  günə  qədər  mürəkkəb  və  şərəfli  bir  inkişaf  yolu 

kecmişdir.” Mürəkkəb və şərəfli yol” dedikdə, bu, bədii ritorika kimi qəbul edilməməlidir. 

Agentliyin təkcə  adının 7 dəfə dəyişdirilməsi –1920-ci ildə AzərTAc,  yenə də həmin ildə 

AzQafROSTA,  1921-ci  ildə  AzərTa,  1922-ci  ildə  ZaqTa,  1936-cı  ildə  yenidən  AzərTA, 

1972-ci  ildə  Azərinform,  nəhayət  1992-ci  ildə  AzərTAc  adlandırılmasının    özü  keçilmiş 

tarixi yolun mürəkkəbliyini təsdiq edən faktlardan biridir. Bütün çətinliklərə baxmayaraq,  

o dövr üçün müasir sayılan texniki avadanlıqdan istifadə etməklə öz  vəzifəsini ləyaqətlə 

yerinə yetirmişdir.

27

 

 



2.2. Müstəqillik dövründə AzərTAc 

1991-ci  il  iyunun  28-də  Nazirlər  Kabineti  “Azərbaycan  Respublikasının  Dövlət 

İnformasiya  Agentliyi  haqqında”  qərar  qəbul  etdi.  İki  bölmədən  ibarət  olan  bu  qərarın 

birinci  bölməsində  Sovet  İttifaqı  Teleqraf  Agentliyinin  (SİTA)  fəaliyyətinin  daha  da 

təkmilləşdirilməsi  və  onun  yaydığı  informasiyanın  yüksək  keyfiyyətini  və  operativliyini 

təmin  etmək  məqsədi  ilə  həyata  keçiriləcək  tədbirlərdən  bəhs  olunurdu.Qərarın  ikinci 

bölməsi  Azərbaycan  Dövlət  İnformasiya  Agentliyi  (Azərinform)  haqqında  Əsasnamənin 

təsdiq edilməsi ilə başlayır, sonrakı bəndlərdə isə deyilirdi: 

                                                           

27

 Кязимзаде А. От АзКавРОСТА до Азеринформ. Газ. “Бакинский рабочий”, Баку, 1990, 8 мая 




 

-42- 


1.  Azərinforma  tapşırılsın  ki,  zəruri  halda  bülletenlər,  jurnallar,  qəzetlər  və  digər 

informasiya məhsullarının buraxılışının təşkili üzrə iş aparılsın; 

2.  Dövlət  orqanları  və  müəssisələr  iuçun  informasiya  və  digər  materiallarının 

toplanması,  işlənməsi,  yayılması  dövlətin  ehtiyacları  üçün  görülən  işlər  kompleksi  kimi 

yerinə yetirilir və respublika büdcəsinin vəsaitləri hesabına ödənilir

3.  Respublikanın  iqtisadi  idarələri  xalq  təsərrüfatının  inkişafını  planlaşdırarkən 

Azərinformun fəalliyyətini ayrıca sətir kimi nəzərdə tutsunlar, agentliyin normal fəaliyyət 

göstərməsi  məqsədi  ilə  onu  maddi-texniki  resurslarla  Azərbaycan  Respublikasının  dövlət 

komitələri üçün müəyyən edilmiş qaydada təmin etsinlər

4. Respublikada Rabitə  Nazirliyi sistemi müəssisələrinin zəruri kanalları və vasitələri 

Azərinformun bölmələrin və müxbir məntəqələrinin istifadəsinə müqavilə əsasında təqdim 

edilir,  Azərinformun  və  onun  təşkilatlarının  korrespondensiyaları  və  fototeleqramları  res-

publika  Rabitə  Nazirliyinin  rabitə  kanalları  vasitəsilə  hökumət  teleqramları  kateqoriyaları 

üzrə ötürülür, telefon danışıqları isə zəruri hallarda ikinci təcililik kateqoriyası üzrə təqdim 

edilir; 

5.  Azərinformun  fəaliyyətinin  təkmilləşdirilməsinə,  maddi-texniki  bazanın  inkişaf 

etdirilməsinə  dair  onun  qarşısında  qoyulmuş  vəzifələrin  həyata  keçirilməsi  və  sosial 

məsələlərin həlli üçün zəruri  şərait yaratmaq məqsədi ilə. 

Azərinformun  tabeliyində  olan  müəssisə  və  təşkilatlar  vergilərin  bütün  növlərindən 

(respublika büdcəsinə köçürülən vergilərin məbləği həddində), o cümlədən xarici valyuta 

şəklində  yıgımlar,  rüsümlar  və  büdcəyə  ayırmalar  ödəməkdən  azad  edilsinlər;  bu 

məqsədlər  üçün  kommersiya  fəaliyyətindən  alınan  bütün  gəlirlərdən  və  digər  büdcədən-

kənar  maliyyələşdirmə  mənbələrindən  əldə  edilən  vəsaitlərdən  müstəqil  istifadə  etməyə 

icazə verilsin”

28



SSRİ-nin  dağılması  ərəfəsində  Nazirlər  kabinetinin  qəbul  etdiyi  bu  qərar  heç  bir 



hüquqi  qüvvəyə  malik  olmadığı  üçün  agentliyin  fəaliyyətinə  də  müsbət  təsir  göstərə 

bilmədi.Əslində,  ayrı-ayrı  siyasət  oyunbazlarının  diqqətindən  kənarda  qalmış  AzərTAc  o 

dövrün  çətinliklərinə  tab  gətirməyərək  daha  bir  ağır  vəziyyətə  düşmüş,  hətta  dövlət 

büdcəsindən  maliyyələşdirilmədən  də  çıxarılıraq,  heç  bir  statusu  olmayan  quruma 

çevrilmişdi. 

 

 



                                                           

28

 Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh. 41 



 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə