Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 

-24- 


xəbərlərin  verilicəyini  (anonsda    bildirilən  bir-ikisindən  başqa)  bilmir  və  buna  görə  də 

axıradək  gözləməlidir.  Eynilə  internet  saytlarını  da  onu  maraqlandıran  xəbərlərin, 

yeniliklərin olduğunu bilmək üçün xeyli axtarmalıdır. Qəzet və ya jurnalı isə bir-iki dəqiqə 

gözdən keçirməklə lazımi informasiyanın və ya digər materialın olub-olmadığını asanlıqla 

bilmək mümkündür. 

Yazılı  mətbuatda qərəzsiz, obyektivliyi  əks etdirən materialların dərc edilməsi  bütün 

dövrlərdə  oxucular  tərəfindən  maraqla  qarşılanmışdır.  Konkret  olaraq  Azərbaycan 

mətbuatını  götürsək,  təəssüflə  deməliyik  ki,  belə  yazılara  çox  az-az  hallarda  rast  gəlirik. 

Əlbəttə,  burada  bəzi  qəzetlərdə  baş  alıb  gedən  qərəzli  qarayaxmalardan  yox,  insanlarda 

narahatlıq  doğuran  məsələlərin  qaldırılmasından,  əlaqədar  strukturların  bunların  həllini 

diqqətinin  yönəldilməsindən  söhbət  gedir.  Bu  baxımdan  səriştəli,  obyektiv  jurnalist 

araşdırmalarının səmərəsi daha çox olardı. Deyilənləri təkcə gündəlik qəzetlərdə yox, eyni 

dərəcədə telekanallara da şamil etmək olar. 

Cəmiyyətin  informasiyaya  təlabatı  ictimai  tələbatdır  və  o,  daim  təkmilləşir,  yeni 

məzmun  kəsb  edir.  Zaman  keçdikcə  insanların  baxışları,  yeni  şəraitə  uyğun  ehtiyacları, 

maraq  dairəsi,  bütövlükdə  həyat  tərzi  dəyişir.  “Bu  da  öz  növbəsində  kütləvi  informasiya 

vasitələrinin  fəaliyyətində  də  müəyyən  dəyişiliklər  tələb  edir.  Burada  müəyyən  suallar 

meydana  çıxır.  İlk  növbədə,  bu  tələbatın  xarakteri  nədən  ibarətdir  və  onun  inkişaf  meyli 

necədir?  Jurnalist  fəaliyyətində  bunları  aydınlaşdırmaq  və  bu  dəyişikləri  müəyyən  etmək 

vacibdir.”

16

 

Şübhəsiz  ki,  heç  bir  qəzet  və  ya  jurnal  nə  qədər  çalışsa  da,  cəmiyyətin  bütün  təbə-



qələrinin, maraq qruplarının arzu və istəklərini tam şəkildə müəyyənləşdirə, informasiyaya 

tələbatını  yetərincə  təmin  edə  bilməz.  Bu,  sadəcə  mümkün  deyildir.  Lakin  konkret 

auditoriyanın şüurunda nəyi dəyişmək, nəyi sıxışdırıb aradan qaldırmaq, hansı dəyəri təbliğ 

etmək,  hansı  suallara  cavab  vermək,  dünyagörüşünü  zənginləşdirmək  üçün  hansı 

məlumatları  vermək  –bütün  bunlar  yazılı  mətbuatın  səmərəli  fəaliyyət  göstərməsi  üçün 

vacib şərtlərdəndi. 

İnformasiya mübadiləsinin həm kəmiyyət, həm də keyfiyyət baxımından  intensivləş-

məsi şəraitində ənənəvi kütləvi informasiya vasitələri sosial kommunikasiyanın tələblərini 

ödəyə  bilmirdi.  Kompyuter  texnologiyalarının  inkişafı  ilk  vaxtlar  hərbi  məqsədlər  üçün 

yaradılmış interneti,sonralar sosial kommunikasiyanın tamamilə  yeni vasitəsinə çevirmiş-

                                                           

16

 Буданцев  Ю.П.  Системность  в  изучении  массовых  информационных  процессов.  М.:  Наука,  1986, 



стр. 168  

 



 

-25- 


dir.  Bu  isə,  yazılı  mətbuatdan  fərqli  olaraq,  informasiya  agentliklərinə  öz  fəaliyyətini 

genişləndirmək üçün yeni imkanlar açmışdır. 

1970-ci  illərin  əvvəlində  xəbərlərini  bütün  dünyaya  yayan  beş  informasiya  agentliyi 

vardı: Assoşieyted Press, Yunayted Press (ABŞ ), Röyter (İngiltərə), Frans Press (Fransa) 

və  SİTA  (SSRİ).  Digər  ölkələrin  xəbər  agentlikləri  isə  öz  məhsullarını  əsasən  daxildə, 

qismən də yerləşdikləri regionlarda yayırdı. İnternet yaranana qədər informasiya agentlik-

ləri məhsullarını geniş auditoriyaya bilavasitə çatdıra bilmirdi. Teleteyp, telefaks, elektron 

şəbəkələr,  poçt  və  digər  rabitə  vasitələrinin  köməyi  ilə  yayılan  bu  məhsullar  operativ 

informasiya, müəyyən sahələrə aid xəbər bülletenləri, tematik paketlər, təcili buraxılışlar, 

həftəliklər şəklində təqdim olunurdu. 

İnternetin  yaranmasından  sonra  isə  informasiya  agentliklərinin  öz  məhsullarını  real 

vaxt  rejimində  yaymaq  imkanı  vardır.  Bu  məhsulların  bir  qismi  konkret  abunəçilərə 

göndərilsə  də,  bütövlükdə  agentliklərin  saytlarında  yerləşdirilir.  Beləliklə,  yeni  şəraitdə 

xəbər  agentliklərinin  məhsullarından  istifadəçilərin  sayı  qat-qat  çox,  coğrafiyası  isə  daha 

genişdir. 

Başqa  sözlə  desək,  indi  dünya  informasiya  məkanı  yuxarıda  adı  çəkilən  beş  xəbər 

agentliyinin inhisarında deyil,digər böyük və kiçik ölkələrin informasiya agentlikləri də bu 

məkanda  öz  yerlərini  tutmuşdur  və  tutacaqdır.  Xəbər  agentliklərinin  özlərinin  internet 

serverlərini yaratması məhsullarını yaymaq üçün vasitəçilərin xidmətindən istifadəyə olan 

ehtiyacı  da  aradan  qaldırmışdır.  İndi  agentliklər  müəyyən  fərdi  tipoloji  əlamətlərə-

auditoriyaya, daxili struktura, janrlara, tərtibata və s. malik olan bitkin kütləvi informasiya 

vasitəsinə çevrilmişdir. Beləliklə, “hadisə–informasiya agentliyi–KİV–cəmiyyət” zəncirin-

də agentliklərin vasitəçi rolu dəyişmişdir. 

Yeni  şəraitdə  postsovet  məkanında  abunəçilərin  dairəsinin  genişlənməsi  ilə  xəbər 

agentliklərinin  məhsullarının  çeşidi  də  dəyişmişdir.  Bu  isə  bazar  iqtisadiyyatının  inkişafı 

ilə  bilavasitə  bağlıdır.  Keçmiş  sovet  dövründəki  əsasən  təbliğat  xarakteri  daşıyan 

informasiyaların yerini daha çox iqtisadiyyat, maliyyə –biznes xəbərləri tutmağa başlamış-

dır.  İnformasiya  agentliklərinin  fəaliyyətində  daha  bir  yeni  istiqamət  görüntülü-səsli 

xəbərlərin hazırlanmasıdır. 

Qəzetlərdən  fərqli  olaraq,  informasiya  agentliklərinin  çoxu  fasiləsiz  rejimdə  işləyir, 

yəni  ütün  sutka  ərzində  (o  cümlədən  istirahət  və  bayram  günlərində)  xəbərlər  yayır.  Bu 

qurumların  fəaliyyətinin  səmərəliliyi  bir  də  ondadır  ki,  tərəfdaşları  ilə  əməkdaşlıqdan 

istifadə  edərək,  konkret  ölkənin  həyatına  dair  ən  mühüm  xəbərləri  operativ  şəkildə  yaxın 

və uzaq regionlara da çatdıra bilir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə