-13-
müasir insanların informasiyalardan bəhrələnmə imkanları, informasiya resursları və ondan
istifadənin vəziyyəti kimi məsələlər əsas götürülmüşdür.
İnformasiya azadlığı prinsipi Qərb media sistemində fərqlidir, insanlara ən başlıca
olanı söyləmək imkanı ilə yanaşı, öz istədiyi fikri çatdırmaq və izah etmək niyyətini
nəzərdə tutur. İraq müharibəsi, Əfqanistan, Çeçenistan, Gürcüstan və Dağlıq Qarabağ
müharibələrinin gedişindəki informasiya mübarizəsində bu, özünü daha aydın göstərdi.
Bütün bunlar informasiya şəbəkələrinə və sistemlərinə təhlil verərkən kulturoloji təhlil
metodundan istifadə etməyi, ziddiyətlərin sosiomədəni mahiyyətini üzə çıxarmağı tələb
edir.Tarixin indiki mərhələsində hər bir informasiya qurumu dünyanın qlobal problemlərini
və qabaqcıl təcrübələri öyrənməklə yanaşı, öz prinsiplərini və konsepsiyalarını da müəy-
yənləşdirir. Azərbaycanda informasiya qurumlarının bu istiqamətdə fəaliyyətinin elmi-
nəzəri təhlilini canlandırmaq üçün tarixi müqayisəli təhlil metodundan istifadə daha
məqsədəuyğun sayılmışdır. Dövlətin və xalqın istək və arzularına müvafiq olaraq Azərbay-
can gerçəkliyinin təbliği, iqtisadi və sosial imkanların getdikcə artması ilə müşahidə olunan
informasiya siyasəti öz tarixi inkişafında Azərbaycan dövlətinin və xalqının mənafeyinə
xidmət edir.
Müasir informasiya cəmiyyətində aparılan böyük işlər nə qədər ümumbəşəri xarakterli
olsa da, onun zəngin və çoxsahəli regional və milli xüsusiyyətləri də vardır. Ona görə də
tədqiqatda məsələnin ümumi tərəflərinə nəzər salmaqla, ilk dəfə olaraq, Azərbaycan tarixi-
nin bu mühüm sahəsinə kompleks yanaşılmış, onun regional, o cümlədən ölkəmizlə bağlı
məsələlərinə daha çox diqqət verilmişdir. Bununla yanaşı, tədqiqatda yeniliyi əsas-
landırılan aşağıdakı məsələləri ayrıca qeyd etmək olar:
-
dünyada gedən qloballaşma prosesində informasiya işi və onun regional xüsusiy-
yətlərinin milli arealda səciyyələndirilməsi;
-
dünya yeniliklərinin öyrənilməsi, təhlili və yayımında yerli KİV və agentliklərin
fəaliyyəti və informasiya mübadiləsinin əhəmiyyəti;
-
dövlət siyasətində və idarəçiliyində milli informasiya işinin təşkili və onun cəmiyyət
həyatındakı rolu;
-
AzərTAc-ın yaradılmasının tarixi əhəmiyyəti, demokratik prinsiplərin və siyasi
plüralizmin inkişafına onun təsiri;
-
müasir informasiya şəbəkəsində AzərTAc-ın tarixi rolunun və milli ideologiyanın
formalaşmasındakı iştirakının təhlili;
-
ümumilli lider Heydər Əliyevin KİV-lərlə iş metodu və bunun Azərbaycan
mətbuatının inkişafına təsiri;
-14-
-
müasir mərhələdə Prezident İlham Əliyevin informasiya işinə verdiyi diqqət,
AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə qayğısı.
-
Tədqiqat işinin materialları, ayrı-ayrı fəsillərdə qoyulan məsələlər Azərbaycanın ən
yeni tarixi, mətbuat tarixi, müasir jurnalistika, sosiologiya, politologiya, sosial-psixologiya
və s. elm sahələrinin tədqiqində, habelə universitetlərdə müvafiq fənlərin tədrisində,
mühazirə mətnlərinin hazırlanmasında istifadə oluna bilər. Eyni zamanda, dövlət idarəçilik
sistemində,müxtəlif kommersiya və biznes sahələrində çalışan, gündəlik fəaliyyətində
informasiya işi ilə təmasda olan insanlar üçün də maraqlı ola bilər.
-15-
I FƏSİL
İNFORMASİYA VƏ XƏBƏR AGENTLİYİ MƏFHUMLARI
1.1.
İnformasiya nədir?
Sürətlə qloballaşan müasir dünyanın beynəlxalq münasibətlər sistemində informasiya
inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. Yeni dünya nizamında mass-medianın elmi-
nəzəri və praktik konsepsiyasını araşdıran tədqiqatlarda belə bir fikrə tez-tez rast gəlmək
olur ki, hazırda dünyanın güc mərkəzlərinin siyasətini məhz informasiya formalaşdırır. İndi
istər qabaqcıl dövlətlər, istərsə də inkişaf etməkdə olan ölkələr beynəlxalq əlaqələr
sistemində münasibətlərin prioritetlərini toplanmış və təhlil edilmiş informasiya əsasında
müəyyənləşdirir.
Bu amili nəzərə alan tədqiqatçılar yazırlar ki, hələ ötən əsrin 60-70-ci illərindən
başlayaraq sənaye cəmiyyəti kompyuter texnologiyalarının sürətli inkişafa yol açdığı yeni
epoxaya-informasiya cəmiyyətinə daxil olmuşdur. Futuroloq A. İoselianin informasiya
cəmiyyətinə keçidi bilavasitə informasiya iqtisadiyyatının yaranması zərurəti ilə
əlaqələndirir.
4
Elmi ədəbiyyatda informasiya cəmiyyəti, onun sosioloji, fəlsəfi və futuroloji
mahiyyəti barədə müxtəlif fikirlər vardır. Bəziləri onu informasiya iqtisadiyyatının,
başqaları modernləşmənin, digərləri postindustrial sistemin meydana gətirdiyini yazırlar.
İctimai inkişaf haqqında konseptual proqnozların patriarxları olan E. Toffler, D.Bell
informasiya cəmiyyətini industrial cəmiyyətdən sonra yaranan yeni mərhələ kimi
səciyyələndirirlər. Onların fikrincə, industrial cəmiyyətin əsasını təşkil edən kapital və
əmək burada öz yerini informasiyaya, biliyə verir. İnformasiya texnologiyalarının inqilabı
təsiri nəticəsində informasiya cəmiyyətində siniflər sosial baxımndan diferensiasiya
edilməmiş “informasiya birlikləri” ilə əvəzlənir.
5
Akademik Ramiz Mehdiyev “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı
fundamental əsərində yazır: “Modernləşmə dünya birliyinə nüfuz edərək, “ikinci dalğa”nı
–industrial sivilizasiyanı tədricən əvəzləyir. Dünya sivilizasiyanın dalğaları əvəzlənərək,
tarixi inkişafın qatlarına yeni münasibətlər, iqtisadi prioritetlər və imkanlar, habelə siyasi
normalar və təsisatlar gətirir, fərdin sosial simasını dəyişdirir. İndi dünyanın üçüncü
Toffler dalğasının qoynunda olduğu bir vaxtda, informasiya cəmiyyətinin reallıqlarını
təzəcə mənimsəyən yeni müstəqil dövlətlərdə təbii modernləşmə başlayır.”
6
4
Иоселиани А.Д.Информационное общество//Глобалистика:Энциклопедия./Ред. и сост. И.И.Мазур и
А.Н.Чумаков. М.:Радуга, 2003, стр.325
5
Тоффлер Э Третъя волна / Научный редактор, предисловие П.СТР. Гуревич. М.: Изд-во АКТ, 2002,
стр.7
6
Yenə orada, стр.9