-68-
lərinin görkəmli nümayəndələri agentliyin işi ilə tanış olmuş, əməkdaşlarla söhbət etmiş,
müasir jurnalistikanın bir sıra mühüm problemləri barədə fikir mübadiləsi aparmış, forum
barədə təəssüratlarını bölüşmüşlər. Onlar Azərbaycan ilə Rusiya arasında münasibətlərin
daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün bu tədbirin çox böyük əhəmiyyətini
vurğulamışlar.
Son illər AzərTAc bir sıra nüfuzlu müsabiqələrin mükafatlarına layiq görülmüşdür.
Onlardan bəziləri aşağıdakılardır:
1.
2003-cü ilin yanvarında Rusiyada çıxan “Fotovideo” jurnalında idman mövzusunda
müsabiqədə AzərTAc-ın “Start” adlı foto işi (fotomüxbir İlqar Cəfərov) qalib elan
olunmuşdur.
2.
2004-cü ilin aprelində AzərTAc İspaniyada çıxan “Aktualidad” jurnalının “Nüfuz
və keyfiyyətə görə” beynəlxalq mükafatına, 2005-ci ilin yanvarında isə Biznes Təşəbbüsü
Mərkəzinin (Madrid) “Avropaya pəncərə” beynəlxalq qızıl mükafatına layiq görülmüşdür.
3.
2007ci ilin iyununda agentliyin “Bodibildinq çempionu” adlı fotosu (fotomüxbir
İlqar Cəfərov) Moskvada keçirilən “Press-foto Rossii” müstəqil peşəkar jurnalistika
müsabiqəsində “İdman” nominasiyasında 12 ölkəni təmsil edən münsiflər heyətinin onlayn
səsverməsinin nəticələrinə əsasən birinci yeri tutmuşdur.
4.
2007-ci ilin oktyabrında İspaniyanın Estepona şəhərində 90 ölkənin informasiya
agentlikləri fotomüxbirlərinin işlərinin müsabiqəsində AzərTAc-ın “Xoruz döyüşü” adlı
fotosuna (fotomüxbir Osman Kərimov) “Bayram” nominasiyasında yekdilliklə birincilik
mükafat verilmişdir.
5.
2007-ci ilin oktyabrında Madriddə Ticarət Liderləri Klubu (Trade Leaders Club)
AzərTAc-ın fotoxronikasını “Ən yaxşı ticarət markası” beynəlxalq mükafatına layiq
görmüşdür.
6.
2008-ci ilin fevralında AzərTAc Mahmud Kaşğari adına Beynəlxalq Fondun və
Türk Ənənə Ocağına “Türk dünyasının ən böyük xəbəralma” mükafatı ilə təltif edilmişdir.
7.
2008-ci ilin martında Moskvada Dövlət Darvin Muzeyi tərəfindən təşkil edilmiş
“Analıq” müsabiqəsində agentliyin “Üçəm uşaqların anası” fotosu (fotomüxbir İlqar
Cəfərov) qalib elan olunmuşdur.
53
Müstəqil Azərbaycanın rəsmi informasiya agentliyinin dünya informasiya məkanına
çıxması, Azərbaycan reallıqlarının yayılma coğrafiyasının genişləndirilməsi ulu öndər
Heydər Əliyevin ən böyük arzularından biri idi. İndi tam məsuliyyətlə demək olar ki,
53
Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh. 74
-69-
ümummilli liderin bu arzusu da reallığa çevrilmişdir. Azərbaycan qloballaşan dünyanın
yeni informasiya məkanında öz yerini tutmuşdur və bunu getdikcə möhkəmləndirir.
3.2. Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda yeni
texnologiyalardan istifadə
Müasir dövrdə insanlar televiziya kanallarından, radiodan, qəzet və jurnallardan
aldıqları informasiyalarla kifayətlənmir, dünyada baş verən hadisələrdən özləri üçün daha
münasib vaxtda və istənilən şəraitdə xəbər tutmağa üstünlük verirlər. Ona görə də
dünyanın nüfuzlu xəbər agentlikləri insanları operativ surətdə informasiya ilə təmin etmək
üçün daim müasirləşən informasiya texnologiyaları vasitələrindən daha geniş istifadə
etməyə çalışır. Bu baxımdan AzərTAc da fəaliyyətinin keyfiyyətcə yeni dövrünə qədəm
qoyur, zamanla ayaqlaşmağa çalışır. Qlobal informasiya dünyasının ən müasir texnoloji
innovasiyaları AzərTAc-ın fəaliyyətində də geniş yer tutmaqdadır.
Elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin informasiya agentliklərinin işində
tətbiq edilməsi məsələlərinə media elmi nəzəriyyəçilərinin tədqiqatlarında geniş yer verilir.
Müasir mass media nəzəri məktəbinin tanınmış mütəxəssisləri Monro Prays və Beata
Rozumiloviç informasiya və ictimai kommunikasiya sahəsində yeni texnologiyalardan
geniş istifadə etməyin zəruriliyini əsaslandıraraq yazırlar: “İnternet də daxil olmaqla, yeni
texnologiyaların yaranması və tətbiqi, heç şübhəsiz, KİV-lərin inkişafında və demokratik-
ləşmədə yeni bir mərhələnin başlanğıcıdır. Yeni texnologiyalar ictimai ukladın yeni
modelidir .”
54
Onlar yeni texnologiyalar sırasında “multimedia”dan daha geniş söhbət açırlar. Qlobal
informasiya məkanının formalaşmasında xüsusi rol oynayan, son illərdə insanların
leksikonunda tez-tez ras gəlinən “multimedia” informasiya təminatının lokomotivinə
çevrilmişdir.
Hazırda dünyanın aparıcı xəbər agentlikləri bu sistemin açdığı geniş imkanlardan
maksimum yararlanmağa çalışır, ənənəvi redaksiyalardan xilas olub müasir dizayn və
interyerə malik, son texnologiyalarla təchiz edilmiş multimedia redaksiyaları sayəsində
informasiyanın keyfiyyətli və operativ çatdırılmasını təmin edirlər. Burada inteqrasiya
olunmuş və əlaqələndirilmiş iş mexanizmi həm keyfiyyətli məhsulun hazırlanmasına, həm
də onun çatdırılmasına fiziki əməyə və vaxta qənaət edilməsinə səbəb olur.
54
Monroe P., Beata R., Stefan V. Media Reform: Democratizing the media, democratizing the state. New
York:
Routledge, 2003, 304 p.