|
Mübariz Xəlilov, Nazlı HəsənovaINFORMATIKA KITAB BUTOV-1Windows 7, Windows 8
yaradıldı.
ƏS əməli yaddaşı, prosessoru, faylları və pereferiya qurğularını idarə edən
və istifadəçilərlə dialoq apara bilən proqramlardan təşkil olunur.
ƏS bir çox parametrlərə görə
təsnifatlaşdırılır:
•
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili,
çoxistifadəçili;
•
sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına
görə: birməsələli, çoxməsələli;
•
prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
•
prosessorun mərtəbələrinin sayına görə: 8 - mərtəbəli, 16 - mərtəbəli, 32 -
mərtəbəli, 64 - mərtəbəli;
•
interfeysin tipinə görə: əmrli və obyektyönlü;
•
informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt
miqyaslı;
•
resurslardan is
tifadənin tipinə görə: şəbəkə, lokal.
İdeal olaraq, ƏS ən az aşağıdakı tələblərə cavab verməlidir:
1.
Asan mənimsənən və istifadə olunan;
2.
Hər bir aparat platformasında universal və geniş funksional imkanlar
göstərən;
3.
Etibarlı və davamlı;
4.
Sadəliklə uyğunlaşmalı;
5.
Mümkün qədər az yaddaş sahəsi tutmalı;
6.
Geniş çeşidli proqram təminatına malik olmalı;
ƏS-nin ən vacib “vəzifə” lərindən biri istifadəçi ilə kompüter arasında
dialoq təşkili imkanının yaranmasıdır. Bu
istifadəçi interfeysi
(user interface)
adlanan proqramların vasitəsilə təmin edilir. Istifadəçi interfeysi istifadəçilər ilə
kompüter
arasında əlaqə vasitəsidir.
Yaxın keçmişə qədər əksəriyyət kompüterlər Microsoft şirkətinin
MS DOS
(Micros
oft Disk Operating System) əməliyyat sistemi bazasında işləyirdilər. Bu
əməliyyat sistemi birməsələli olmuşdur. Bu və ona bənzər sistemləri yeni nəsl
əməliyyat sistemləri əvəz etmişdir. Müasir ƏS-nin başlica fərqli cəhətləri
çoxməsələlik, geniş imkanlı qrafiki istifadəçi interfeyslərinə (Graphical User
İnterface GUİ) malik olması, müasir mikroprosessorların təqdim etdiyi bütün
imkanlardan istifadə olunması, təhlükəsiz və dayanıqlı işlənməsi, aparat
təminatından asılı olmaması (müxtəlif tipli printerlərlə, moniotorlarla və başqa
qurğularla işləyə bilməsi), MS DOS bazasinda yaradilmiş proqram paketlərilə
uyğunlaşması, mültimedia imkanlarına malik olması və s.-dir. Bu cür ƏS-nə:
Microsoft
şirkətinin
Dostları ilə paylaş: |
|
|