Mübariz Xəlilov, Nazlı Həsənova


İnformasiya prosesləri və onların avtomatlaşdırılması



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə6/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   355
INFORMATIKA KITAB BUTOV-1

İnformasiya prosesləri və onların avtomatlaşdırılması
Kompüter 
texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin 
avtomatlaşdırılması daha da sürətlənmişdir. 
İnformasiyanın ötürülməsi.
Toplanan informasiyanın emal edilməsi 
üçün o, kabelli 
və ya kabelsiz rabitə kanalları ilə emal vasitələrinə 
ötürülməlidir. 



İnformasiyanın saxlanması. 
İnformasiya emal edilməzdən əvvəl və 
sonra müasir kompüterlərdə istifadə olunan daşıyıcılarda - maqnit və lazer 
disklərində və qurğularıında saxlanır. 
İnformasiyanın axtarışı və emalı
. İnformasiyanın emalı qarşıya 
qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış 
alqoritmlərdən və proqramlardan istifadə olunur. Aftomatlaşdırılmış üsulla 
kompüterdə emal olunan informasiya istifadəçilərə adətən kompüterin xarici 
qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və 
s. şəklində çatdırılır. 
İnformasiya proseslərinin aftomatlaşdırılmasının ümumi sxemi 
aşağıdakı şəkildə verilmişdir. 
İnformasiyanın təsvir formaları (
q
rafik, səslərlə, mətn, vidio görüntülər
ədədi, impuls, kodlaşdırılmış, proqram tipli və s.

aşagıdakılardır: 

danışıq dilləri (2000 –dən artıq); 

mimika və jest dilləri; 

şəkil və cizgi ; 

riyazi düsturlar və proqramlaşdirma dilləri; 
- musiq
i və video; 

morze və brayl əlifbaları. 
İnformasiyanın daha münasib formada saxlanması, ötürülməsi və 
işlənməsi (emalı) üçün bir təsvir formasından digərinə çevrilməsi kodlaşdirma 
adlanır. Kod informasiyanın təqdim edilməsi (təsvir olunması) üçün sonlu 
sayda şərti işarələr sistemidir. İnformasiyanın kodlaşdırılmasında məqsəd 
yazıların yığcamlaşdırılması, məxfiləşdirilməsi, əlverişli istifadə olunması və s. 
ola bilər. 
İnformasiyanın kodlaşdırılması üçün müxtəlif növ üsullardan istifadə 
olunur: 
1.
qrafiki (rəsm, nişan, not, sxem, cizgi, çertyoj); 
2.
ədədi (rəqəmsal); 
3.
hərfi (ilkin mətnin ifadə olunduğu əlifbanın işarələri vasitəsilə) 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə