Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə3/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   355
INFORMATIKA KITAB BUTOV-1

I
F Ə S İ L 
 
1.1. 
İnformatika elmi, onun tərkib hissələri və predmeti 
 

İnformatika-
hesablama 
texnikası vasitəsilə informasiyanın qəbulunu
saxlanılmasını, emal edilməsini, axtarışını, istifadə üsullarını oyrənən və 
bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi ilə məşğul olan 
fundamental elmdir
.
İnformatika termini 
(1960)
fransız mənşəli 
«information» 
(informasiya) 
və 
automatique
(avtomatika) 
sözlərinin birləşməsindən 
yaranmışdır, mənası 
«
informasiyanın avtomatik emalı»
deməkdir. 
ABŞ, Kanada və əksər ingilis dilli ölkələrdə bu elm 
Computer Science
(hesabla
ma texnikası haqqında elm) kimi adlanır. 
İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırıl-
ması və kompüterləşdirilməsidir. 
Bu elmin 
nəzəri əsasını
informasiya, alqoritm, ehtimal nəzəriyyələri, 
riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. 
özünün 
məxsusi bölmələrini
isə əməliyyatlar sistemi, EHM arxitekturası, 
nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir. 
İnformatika fənninin öyrənmə predmetinə aşağıdakı sahələr daxildir


aparat təminatı (hardware). 

proqram 
təminatı (software). 

alqoritm və nəzəri bilik təminatı (Brainware).

Aparat və proqram təminatlarının 
qarşılıqlı əlaqə vasitələri (aparat-proqram 
interfeysi). 

İstifadəçi ilə aparat və proqram təminatı arasında 
qarşılıqlı əlaqə vasitələri 
(istifadəçi interfeysi). 
İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar: 
1.
 
İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial 
informasiya, 
informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyət 
konsepsiyası, informasiya təhlükəsizliyi, informasiyalaşdırmanın sosial 
nəticələri). 
2.
 
Nəzəri və riyazi informatika. (Alqoritm nəzəriyyəsi, modellər, qərarların 
qəbul edilməsi, riyazi və məntiqi aparat). 
3.
 
Süni 
İntellekt nəzəriyyəsi (intellektual və psixi proseslərin 
modelləşdirilməsi, ekspert sistemləri, obrazların tanınması, intellektual 
robotlar). 
4.
 
Hesablama 
texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və 
proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, 
Kompüter 
sistemləri və şəbəkələri). 



5.
 
Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar 
olaraq bir çox elm 
sahələrində-iqtisadiyyatda, texnikada, hərbi işlərdə, hüquqi 
sahədə yaranan məsələlər).
Göründüyü kimi 
informatikanın mühüm sahələrindən biri İnformasiya 
texnologiyalarıdır (İT). İT konkret proqram və aparat toplusunu, insan 
fəaliyytinin bütün sahlərində (sosial, mədəniyyət, hüquqi, elmi, istehsalat, 
idarəetmə, bank-maliyyə və s.) informasiyanın emalını əhatə edir. 
İnkişaf dövründə İT mexaniki, elektrik, elektron və s. mərhələləri keçərək 
müasir 
çoxfunksiyalı dövrünə gəlib çıxmışdır. İT-nin əsas resursu isə 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə