Mübariz Xəlilov, Nazlı Həsənova


yaratmaq,  ötürmək, saxlamaq, emal etmək



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə5/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   355
INFORMATIKA KITAB BUTOV-1

yaratmaq, 
ötürmək, saxlamaq, emal etmək
mümkündür. 



İnformasiyalar 
siqnallar 
vasitəsilə ötürülür, kodlaşdırılaraq baytlarla 
yaddaşda saxlanılır
və iki yerə bölünür: 
ədədi və analoq
informasiyalar. 
İnsanlar öz hissiyyat üzvlərinə görə 
analoq
, kompüter
lər isə 
ədədi
informasiyaların köməyilə fəaliyyət göstərir. Əgər analoq informasiyanı 
rəqəmlərlə kodlaşdırsaq analoq informasiya ədədi informasiyaya çevrilər. 
İnformasiya maddi daşıyıcılar olan fiziki obyektlərdən, sosial, psixoloji 
proseslərdən kənarda qala bilməz və informasiyanın varlığı onun 
hərəkətindədir
. Daimi 
hərəkətdə olması ilə informasiya insanların tələbatını 
ödəməklə onların qarşılıqlı münasibətlərinin və əlaqələrinin tənzimlənməsində 
mühüm rol 
oynayır. 
İnformasiyalar 
Geoloji, Genetik
, Texniki, Sinoptik, İqtisadi, Tam, Yalan 
(dezinformasiya), Hüquqi, Tarixi 
və s. kateqoriyalara bölünür. 
İnformasiya 
xarici 
və daxili
xassəyə malikdir. D
axili 
xassə
orqanik olaraq 
obyektin 
özünə aiddir, 
«gizli»
və özünü digər obyektlərlə qarşılıqlı 
münasibətdə biruzə verir. 
Xarici 
xassə
isə obyektin digər obyektlərlə qarşılıqlı 
münasibətlərini xarakterizə edir. 
İstənilən informasiyanı-
informasiya 
mənbəyi, informasiya istifadəçisi və 
informasiyanı əks etdirən
üç 
qarşılıqlı əlaqəli obyektə bölmək olar. Bu isə 
onun 
əsas xarici xassələrini-informasiyanın keyfiyyətini, tamlığını, 
etibarlılığını və s. ayırmağa imkan verir. İnformasiyanın daxili xassəsi isə 
informasiyanın həcmi, özünəməxsusluğu və s. ilə xarakterizə olunur.
İnformasiya obyektiv, keyfiyyətli, tam, vaxtında, dəqiq, faydalı, qiymətli 
olarsa düzgün 
qərar çıxarmaq üçün əsas verə bilər. İnformsiyanın keyfiyyəti 
materiyanın hərəkət formalarından, insanların düşüncə tərzindən, cəmiyyətlərin 
müxtəlifliyindən asılı olaraq fərqli ola bilər.
İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu 
digər əlifbaya da keçirmək olar. 
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə 
ifadə olunur.
İnformasiya öz mövcudluğu prosesində müəyyən mərhələlərdən keçir: 
-
İlkin məlumatların alınması (əldə olunması); 
-
Yeni biliklərin alınması məqsədilə informasiyanın axtarışı və emalı; 
-
İnformasiyanın istifadəsi zamanı münasib formada təqdim olunması; 
-
Bütün maraqlanan istifadəçilərə informasiyanın çatdırılması 
(ötürülməsi). 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə