Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə8/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   355
INFORMATIKA KITAB BUTOV-1

1.3. 
İnformasiyanın kəmiyyət ölçüsü 

İnformatika elminin qarşısında duran mühüm məsələlərdən biri 
informasiyanın ölçülməsinin effektiv üsulunun tapılması olmuşdur. 

İnsanlar əvvəllər informasiyanın qəbulunun kəmiyyət ölçüsünü hadisə 
barədə tam və ya müəyyən qədər məlumatlı olduqları ilə təyin etmişlər. Rabitə 
texnologiyasının sürətlə inkişafı və burada informasiya hərəkəti informasiyanın 
insanların subyektiv düşüncəsi ilə deyil, informasiyanın riyazi ölçüsü 
anlayışının daxil edilməsini məcbur etmişdir. 
İnformasiya nəzəriyyəsinin yaradıcısı və rəqəmlı rabitənin əsasını qoyan 
ABŞ rabitə xidməti mütəxəssisi 
Klod Şennon 
olmuşdur. O
,
1948-
ci ildə 
”Rabitənin riyazi nəzəriyyəsi
” fundamental əsərində informasiyanın statistik 
nəzəriyyəsini yaratmaqla, informasiya miqdarının riyazi ölçü anlayışını vermiş 
və rabitə kanalının buraxılış gücü teoremini isbat etmişdir. Burada 
informasiyanin 
ikilik kod
vasitəsilə ötürülməsinin mümkünlüyü 
əsaslandırılmışdır. İnformasiyanın yaranması təsadüfi hadisələr və proseslərlə 
əlaqədar olduğuna görə, infomasiyanın kəmiyyət ölçüsü ehtimal nəzəriyyəsinin 
anlayışlarından istifadə etməklə izah edilir. Əgər sistemdən çıxan informasiya 
əvvəldən məlum olarsa, o heç bir məna kəsb etməz. Bu o vaxt əhəmiyyətli olur 
ki, vəziyyət qeyri-müəyyən və təsadüfi olsun. Bu halda informasiya anlayışını 
qeyri-
müəyyənliyin aradan qaldırılması kimi şərh etmək olar. 
Qeyri müəyyənlik 

sistem və onun vəziyyəti haqqında məlumatların 
olmamasıdır. Bu
entropiya 
adlanır.
 
Qeyri müəyyənlik aradan qaldırıldıqdan 
sonra entropiya informasiyaya çevrilir



10 
İnformasiya anlayışı ilə qeyri-müəyyənlik sıx əlaqəlidir və biri-birini 
tamamlayır. Müxtəlif hadisələrin qeyri-müəyyənlik dərəcəsini ədədi 
qiymətləndirmək və onları müqayisə etmək üçün, qeyri-müəyyənliyi 
xarakterizə edən ölçü lazımdır. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə