Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə90/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   86   87   88   89   90   91   92   93   ...   163

235

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

bəyannamələri, həmçinin məhkəmə statistikası,  şəffafl ıq və hakimlərin 

təyinatı prosesində vətəndaşların iştirakı məsələlərinə toxunduğu halda, ikin-

ci cəhət məhkəmə məmurları ilə bağlı məhkəmə qərarlarının elan edilməsi, 

korrupsiya işləri və intizam prosedurlarının əlçatanlığına aiddir.

151


Səmərəli idarə etmə bu topluda qəbul edilmiş müdafi ə sahəsində kor-

rupsiya risklərinin azalmasına strateji yanaşmanın  əsasıdır. Bu cəhətdən 

çox şeyə, qanunvericiliyə heç bir dəyişiklik etmədən yalnız inzibati yollar-

la nail olmaq mümkündür. Buna lüzumsuz lisenziyaların qadağan edilməsi, 

prosedurların sadələşdirilməsi, subyektiv qərarlar üçün səlahiyyət dairəsinin 

məhdudlaşdırılması (və ya onu zəruri edən meyarların müəyyən edilməsi), 

vətəndaşların rahat şikayət edə bilmələri üçün imkan yaradılması və bir şox 

başqa məsələlər daxildir.

152

Bu toplunun hər iki hissəsində (ІІ və ІІІ) müdafi ə sahəsində idarə etmənin 



səmərəliliyinin yüksəldilməsi nümunələrindən, həmçinin bu sahədə  tətbiq 

edilməsilə korrupsiyanın məhdudlaşdırılmasına gətirib çıxarmış  təsirlərdən 

bəhs edilir.

Həmin kontekstdə ABŞ Hökumət Fəaliyyəti və  Nəticələri haqqında 

1993-cü il Aktı (US Government  Performance and Results Act) cəmiyyətin 

həyati vacib tələblərinə adekvat cavab verməklə  və  vətəndaşların eti-

madını  dəstəkləməklə hökumətin xərclərinin məhdudlaşdırılmasına və 

səmərəsizliyinə əsaslı yanaşmanın nümunəsini göstərir. 

Qanun aşağıdakı məqsədlər üçün nəzərdə tutulub:

1) Qəbul edilmiş proqramların yerinə yetirilməsi nəticiləri haqqında fe-

deral agentliklərin daimi hesabatlılığını təmin etməklə Amerika xalqının Fe-

deral hökumətin səmərəli fəaliyyətinə inamını artırmaq;

2) proqram hədəfl ərinin təyin edilməsi, onlara çatmaqda hazırki duru-

mun qiymətləndirilməsi və bu qiymətləndirmənin açıqlanması üzrə seriya pi-

lot layihələri ilə proqramın yerinə yetirilməsi islahatına başlamaq;

3) diqqəti nəticələr, xidmətlərin keyfi yyəti və istehlakçıların məmnunluğu 

üzərində cəmləməklə federal proqramların səmərəliliyini və ictimai hesabat-

lılığını artırmaq;

4) proqram məqsədlərinə nail olmağı planlaşdırmaq və onları proqra-

mın nəticələri və xidmətin keyfi yyəti haqqında məlumatla təchiz etməyi tələb 

etməklə, xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasında federal rəhbərlərə 

151


 Alvaro Herrero and Gaspar Lopez, Access to Information and Transparency in the 

Judiciary, WBI Working Paper (Buenos Aires, Asociación por los Derechos Civiles, April 

2009), http://go.worldbank.org/IIB514XG10.

152

 Pope, Confronting Corruption (2000), 270.




236

Normativ-Hüquqi Bazalar

kömək etmək;

5) proqram məqsədlərinin əldə edilməsi, federal proqramların və xərclərin 

nisbi məhsuldarlığı  və  səmərəliliyi  ilə bağlı daha obyektiv məlumatlarla 

təmin etməklə Konqresin qərar qəbul etmə prosesini təkmilləşdirmək; və

6) federal hökumətin daxili idarəetməsini təkmilləşdirmək.

153

Yekun olaraq demək mümkündür ki, bu akt bütün hökumət strukturlarında 



strateji planlaşdırmanı, fəaliyyətin ilbəil yaxşılaşdırılması planlarını və onla-

rın yerinə yetirilməsi haqqında hesabatların verilməsini, büdcə vəsaitlərindən 

istifadənin səmərəliliyinin artırılmasını, həmçinin idarəetmə hesabatlılığı 

və çevikliyi tətbiq etməyi tələb edir. Haşiyə 15.10 ABŞ hökumətinin Ak-

tın müdafi ə strukturları ilə bağlı hissəsinin yerinə yetirilməsi ilə  əlaqədar 

fəaliyyətinin nəticələri haqqında maarifl əndirici dəstək nümunəsi təqdim edir.



Yekun Müddəalar: Hüquqi Mexanizmlərin  Əhəmiyyəti 

Haqqında

Şübhə yoxdur ki, müdafi ə sektorunda korrupsiyanı  məhdudlaşdırmaq 

səyləri, ictimai fəaliyyətin başqa sahələrinin çoxunda olduğu kimi müvafi q 

hüquqi bazaya əsaslanmalıdır. Həmin baza bir tərəfdən korrupsiyanın qarşısı-

nın alınmasını, cinayətkarların təqibini və korrupsiya fəaliyyətindən gəlirlərin 

müsadirəsini, digər tərəfdən isə qurbanların, şahidlərin və xəbərçilərin qorun-

masını təmin etməlidir. Belə icbari mexanizmlərin tətbiqi qloballaşmış dün-

yanın reallıqlarına uyğun səviyyədə məlumatların əlçatanlığını və beynəlxalq 

əməkdaşlıq tələb edir.

Haşiyə 15.10. Fəaliyyətin İdarə Edilməsinə Maarifl əndirici Dəstək

ABŞ-ın Milli Müdafi ə Universiteti ( National Defence University) nəzdində 

İnformasiya Resurslarını  İdarəetmə Kolleci (Information Resource 

Management College)müdafi ə sektorunun orta və yuxarı  vəzifəli həm 

hərbçi, həm də mülki məmurlarına səmərəliliyi idarəetmə və onunla əlaqəli 

fənnlər üzrə təhsil verir.

14 həftəlik Yuxarı  Səviyyə Menecment Proqramının  əsas kurslarından 

üçü birbaşa müdafi ə sahəsində  fəaliyyətin səmərəliliyinin artırılmasını 

dəstəkləyir. 

153


 The White House, Offi ce of Management and Budget, Government Performance Results 

Act of 1993, www.whitehouse.gov/omb/mgmt-gpra_gplaw2m.


237

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  "İnformasiya resurslarını idarəetmənin siyasi əsasları" (Policy 

Foundations of Information Resources Management) kursu dövlət 

sektorunda resursların idarə edilməsi konsepsiyasını, siyasətləri və 

siyasi dairələri təqdim edir. Tədris zamanı əsas diqqət bu konsept və 

siyasətlərin müasir idarəetmə mexanizmləri kimi, həmçinin maliyyə, 

informasiya və insan resurslarının qanunvericilik və siyasi məqsədlərə 

nail olmaq üçün tətbiqi, onların qarşılıqlı  əlaqəsi və agentliyin 

missiyalarını tamamlaması üzərində cəmləşdirilir.

•  "Təşkilati fəaliyyətin nəticələrinin qiymətləndirilməsi" kursu strateji 

planlaşdırma və büdcə  tərtibatı proseslərinin tərkib hissəsi kimi 

təşkilatın fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi üçün strategiya 

və metodlar təklif edir. O fəaliyyətin qiymətləndirilməsi alətlərininin 

tətbiqi və  təsdiqi, fəaliyyətin səmərəliliyini  əks etdirən göstəricilərin 

toplanması və sistemləşdirilməsi, həmçinin nəticələrin təhlili və təqdim 

edilməsi üçün tələb edilmiş yanaşmalar və resurslarla bağlı idarələr-

arası təcrübədən aldığı dərslərdən istifadə edir.

•  "Prosesin təkmilləşdirilməsi üçün strategiyalar" kursu federal 

strukturların daxilindəki və onların arasındakı proseslərin 

təkmilləşdirilməsi, idarə  və  nəzarət edilməsi üçün diqqəti strategiya, 

metod və resurslarda cəmləşdirir.

Mənbə: Milli Müdafi ə Universiteti, Məlumat Resurslarını  İdarəetmə Colleci vebsaytı, 

“Advanced Man agement Program (AMP),” www.ndu.edu/irmc/pcs/pcs_amp.html.

Korrupsiyaya qarşı cinayət və mülki qanunvericiliyin icmalını verərkən 

biz müxtəlif strategiyaların arasında qarşılıqlı  əlaqələri dərk etməliyik. 

Məsələn, əgər jurnalistlərdə rəsmi hökumət məlumatlarına lazımi əlçatanlıq 

olmyacaqsa mətbuat üzərindən nəzarətin götürülməsi elə bir əhəmiyyət daşı-

mayacaq. Həmçinin, əgər hüquq-mühafi zə sistemi zəif və korrupsiyalaşmış 

olarsa korrupsiyaya qarşı yönəlmiş qanunvericiliyin yaxşılaşması üçün səylər 

gözlənən nəticələri verməyəcək.

Əgər qanunlara əməl edilməsi səmərəli təmin edilmişdirsə, onda 

müntəzəm gözdən keçirmələr və  təkmilləşdirmələr korrupsiya praktikasını 

dəyişdirməyə və gəlirlərin mübadiləsini və pul yuyulmasını həyata keçirən 

inkişaf edən texnoloji vasitələrə daha yaxşı nəzarət etməyə imkan verəcək. 

Digər tərəfdən,  əgər qanunvericilik ümumiyyətlə yaxşı, amma onun icrası 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə