Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə93/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   89   90   91   92   93   94   95   96   ...   163

244

İnsan Amilinin Rolu

isə əhalinin az bir qismini təşkil edir. Ümumiyyətlə, ehtiyaclar ierarxiyası-

nın bütün səviyyələrində insan davranışı motivlərinin idarə edilməsi tədbirlər 

kompleksinin tətbiqini tələb edir. Ona etik və peşəkar davranışı stimullaş-

dıracaq həm çəkindirici/məhdudlaşdırıcı, həm də həvəsləndirici/təşviq edici 

xarakterli tədbirlər daxil edilir.



Təşkilat Konteksti

Əxlaqlı davranışın stimullaşdırılması  məsələsinin daha ətrafl ı  təhlilinə 

keçməzdən  əvvəl həmin davranışın baş verdiyi təşkilati kontekstə baxmaq 

lazımdır. Konkret bir təşkilat haqqında söhbət düşəndə müzakirələr bir qayda 

olaraq ən əvvəl onun strukturu, funksiyaları və vəzifələri, başqa təşkilatlarla 

əlaqələri və ən nəhayət, əsas proseslər üzrə aparıldığı halda, insan elemen-

ti demək olar ki, müzakirə edilmir. Ancaq korrupsiya ilə mübarizə məqsədi 

nöqteyi-nəzərindən təşkilat daxili davranışın təhlili və qiymətləndirilməsi 

metodu daha səmərəlidir. Həmin metod ayrı-ayrı şəxslər və qruplar arasında, 

həmçinin təşkilatın özü və onun fəaliyyət göstərdiyi daxili sosial sistem və 

sosial mühit arasında qarşılıqlı münasibətləri nəzərə alır. Aşağıda biz belə 

təhlilin bəzi tərkib hissələrini gözdən keçirəcəyik.

Konkret  fərdin  davranışı,  əgər ona təşkilatla qarşılıqlı münasibətlər 

kontekstində baxılsa, üç cəhətə ayrılır. Birincisi, tapşırığın icrası cəhətidir və 

fəaliyyətə, daha konkret desək planlaşdırılmış effektin alınması üçün vacib 

olan fəaliyyət növlərinə və nəticələrə aiddir. Təşkilatların əksəriyyəti özünün 

mövcudluğunun məhz bu cəhətinə maksimum diqqət ayırırlar. Bu zaman ayrı-

ayrı işçilərin və işçi qruplarının fəaliyyətinin səmərəliliyini və məhsuldarlığını 

artırmaq məqsədilə lazımi motivləndirmə  əsas məsələdir.  İkinci cəhət  etik 

normalara əməl edilməsidir, başqa sözlə fəaliyyətin etik davranış standart-

larına uyğun həyata keçirilməsidir. Minimal səviyyədə belə standartlar qa-

nunvericilik tələblərinə riayət olunmasını  təmin etməlidir, amma idealda 

müvafi q  tədbirlərin dürüst davranışı, ümumi ictimai dəyərlər səviyyəsində 

də stimullaşdırması arzu ediləndir. Bu, qanunvericilik tələblərinə və konkret 

təşkilatın qaydalarına riayət edilməsinin təminatına yönəldilmiş anti-korrup-

siya fəaliyyətinin, həm də daha qlobal fəaliyyətin  əsas aspektidir. Peşəkar 

davranışın üçüncü cəhəti  kontekstual sahəni, konkret desək, peşəkar funk-

siyalara birbaşa aidiyyatı olmayan, lakin iş yoldaşlarının, işçi qruplarının 

və bütövlükdə  təşkilatın fəaliyyətlərinin səmərəliliyinə  təsir edən fəaliyyət 

növlərini əhatə edir. Bir sözlə, bu həmin konkret fərdin işlədiyi daha geniş 

ümumi kontekstdir. Bu cəhətə kifayət qədər diqqət verilmir, hərçənd o konk-

ret fəaliyyətin həyata keçirildiyi və bu və ya digər etik seçimlər haqqında 



245

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

qərarların qəbul edildiyi təşkilati və mədəni mühitin formalaşması üzrə işin 

mühüm strateji istiqamətini təşkil edir.

Qeyd etmək faydalıdır ki, korrupsiyaya qarşı  fəaliyyət etik mühitin 

çoxlu elementlərindən yalnız biridir. Etik problemlər hətta korrupsiyanın 

aşağı  səviyyəsi  şəraitində belə adi gündəlik fəaliyyətin bir hissəsidir. Qey-

ri-etik davranışın  ən geniş yayılmış  təzahürləri keyfi yyətə  nəzarətin stan-

dart tələblərindən "yan keçərək" hərəkət etməyə cəhdlər, qəzalar və bədbəxt 

hadisələr barədə  məlumat verməmək, xəstəlik vərəqələri ilə  fırıldaqçılıq 

(əssasız olaraq uzun müddət və tez-tez xəstəliyə görə  işə  çıxmamaq və ya 

guya ki, xəstəlik üzündən işdə olmaması haqqında düzgün olmayan məlumat 

vermək), sifarişçiləri və istehlakçıları aldatmaq və  iş yoldaşlarına qar-

şı  əsassız təzyiq göstərməkdir. Rəy sorğularının və  tədqiqatların nəticələri 

göstərir ki, başqalarına nisbətən daha tez-yez qeyri-etik hərəkətlərə yol verən 

insanlar öz davranışlarını idarəetmədəki problemlərlə, xüsusən müəyyən 

edilmiş hüdudlar çərçivəsində  hərəkət etmək məcburiyyəti, o cümlədən, 

büdcə  məhdudiyyətləri, zəif rəhbərlik, fəaliyyət üçün resurs təminatının 

kifayət etməməsi, iş yükünün ağırlığı və öz fəaliyyətinin nəticələrinin lazı-

mi qədər qiymətləndirilməməsi ilə izah edirlər. Maraqlıdır ki, şəxsi maliyyə 

problemləri bu siyahının ən aşağı pilləsində durur.



Şəxsiyyət, peşəkar fəaliyyəti boyunca formalaşan və tədricən təzahür edən 

daimi davranış modellərindən ibarətdir. O çoxtərəfl i və rəngarəng varlıqdır. 

Ancaq işçinin konkret iş mühitinə necə uyğunlaşması baxımından üç əsas 

prinsip mövcuddur. Həmin prinsiplər konkret bir şəxsin işlədiyi  təşkilatla 



qarşılıqlı münasibətlərini səciyyələndirir. Bunlar:

•  Təşkilata bağlılıq hissi. Fərdin işlədiyi təşkilatla güclü bağlılığı; uğu-

run əsas göstəricisi kimi bu təşkilatın daxilində tanınma, onun mükafatlarını 

qazanma və xidməti irəliləyişə cəhd etmə;

•  Peşəkarlıq. Fərdin işlədiyi təşkilatdan daha çox öz fəaliyyətinin 

məzmunu ilə güclü bağlılığı.

•  Laqeyd. Fərdin işdən kənar şeylərlə daha çox bağlılığı.

İstənilən insan üçün, bu amillər tarazlıq vəziyyətində yan-yana durur. 

Adətən onlardan biri digərlərindən üstün olur. Onlar təşkilati öhdəliklərin əsas 

amilləridir. Digər təşkilati öhdəlik amillərinə davamlılıq (yəni bu təşkilatda 

iş konkret insanı onun hüdudları xaricində istənilən hər bir şeydən daha artıq 

təmin edir), özləşdirmə (ümumi məqsədlərə və dəyərlərə güclü inam) və nor-

mativ (sosial təzyiq) daxildir.

Şəxsiyyətin formalaşmasına və davranışlarına təsir edən bu amillər kor-

rupsiyaya qarşı  fəaliyyətlə birbaşa  əlaqəlidir. Birincisi, dürüstlüyün təmin 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə