Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə143/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   139   140   141   142   143   144   145   146   ...   163

371

Beynəlxalq Təşkilatların Rolu

addımı irəli sürmüşdür.

•  Müdafi ə  İnstitutlarının Qurulması prosesini Tərəfdaşlıq naminə 

müdafi ə planlaşdırma proseslərinə inteqrasiya edilməsi (Sülh Naminə 

Tərəfdaşlıq Planlaşdırma və İncələmə prosesi və ya PARP);

•  Təcrübə mübadiləsinə yardım edən tədbirlər hazırlanması; məsələn,geniş 

miqyaslı proqramlar və dərs proqramları hazırlamağa kömək edən kurs 

modeli:


•  İkitərəfl i müdafi ə və təhlükəsizlik yardım proqramları formalaşdırmaq 

və ona diqqəti yönəltmək. 

Trast fondu həm də ölkələrə özlərinin beynəlxalq öhdəliklərini, o 

cümlədən, korrupsiyaya qarşı BMT Konvensiyasınıi, İƏİT-nın Anti-Rüşvət 

Konvensiyasını, Dünya Bankının korrupsiya üzrə strategiyasını  və baş-

qa beynəlxalq və regional təşkilatların anti-korrupsiya alətlərindən istifadə 

edərək öz öhdəliklərinin yerinə yetirilməsinə kömək edir.

Haşiyə 22.3. Müdafi ə İnstitutlarının  Qurulması üzrə SNT Fəaliyyət Planının 

Məqsədləri                                                              

      Fəaliyyət Planının məqsədləri aşağıdakılardır:

•  Müdafi ə yönümlü fəaliyyətlərin demokratik nəzarəti üçün səmərəli 

və şəffaf mexanizmlər yaradılması;

•  Hərbi və təhlükəsizlik siyasətinin qurulması üçün mülki iştirakın 

təmin edilməsi;

•  Müdafi ə sektoru üzərində  təsirli və  şəffaf qanunverici və hüquqi 

nəzarət;


•  Münasib və qarşılıqlı  əlaqə imkanlarının inkişaf etdirilməsi və 

saxlanılmasını  təmin etmək yolu ilə  təhlükəsizlik risklərinin və 

milli müdafi ə tələblərinin dərin analizi və qiymətləndirilməsi;

•  Müdafi ə nazirliyində və güc strukturları ilə əlaqəli olan digər 

təşkilatlarda idarəetmənin optimallaşdırılması;

•   İxrac üzərində nəzarət daxil, müdafi ə sektorunda beynəlxalq 

normalar və təcrübələrə riayət edilməsi;

•  Müdafi ə sektorunda təsirli və şəffaf maliyyə, planlaşdırma və 

resurs ayırma prosedurlarının yaradılması;



372

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  Müdafi ə  xərclərinin,həmçinin müdafi ə strukturlarının yenidən 

qurulmasının sosial-iqtisadi nəticələrinin səmərəli idarə edilməsi;

•   Hərbi qüvvələrdə təsirli və şəffaf kadr siyasəti; və

•  Səmərəli beynəlxalq əməkdaşlıq və hərbi və təhlükəsizlik sahəsində 

xoş qonşuluq münasibətləri.



Mənbə:

 Partnership Action Plan for Defence Institution Building, www.nato.int

Nato-nun Ukrayna ilə intensiv hərbi və təhlükəsizlik əməkdaşlığı, fərqli 

NATO-Ukrayna tərəfdaşlıq proqramı  çərçivəsində yenilikci layihələr üçün 

inkubator rolunu oynadı. Bu əməkdaşlığın verdiyi faydalı  təcrubə başqa 

yerlərdə də tətbiq oluna bilər.

Ən uğurlu yeniliklərdən biri 1998-ci ildə yaradılan Hərbi İslahatlarla bağ-

lı Birğə Nato-Ukrayna İşçi Qrupu idi ( NATO-Ukraine Joint Working Group 

on Defence Reform-JWGDR). JWGDR fəaliyyətinin on ili ərzində Ukrayna-

ya NATO ölkələrinin hərbi və təhlükəsizlik sahəsindəki təcrubələrini, ekspert 

səviyyəsindəki seminarlardan nazirlər səviyyəsində illik məsləhətləşmələrə 

qədər gəlib çıxmasına kömək etdi. Bu gediş Ukraynaya, xüsusilə  də, 

beynəlxalq qabaqcıl təcrubəni əks etdirən öz islahat proqramını hazırlaması 

üçün çox faydalı oldu. Həmən proqramı idarə etmək üçün NATO ölkələri ilə 

birgə işləmək, o cümlədən, Ukraynanın tələbatlarına uyğun bir çox yenilikci 

proqramların işlənib hazırlanması baxımından da faydalı oldu.Bu cür birgə 

idarəetmə, həmçinin, ardıcıl olaraq işlərin gedişi ilə bağlı qiymətləndirmələri 

də əhatə edirdi.

JWGDR-dən gələn bir neçə spesifi k təşəbbüsləri qeyd etməyə dəyər:

•  Islahatlar üçün yol xəritəsi rolu oynayan əsas milli təhlükəsizlik 

sənədlərinə ekspert dəstəkləri, o cümlədən 2003 və 2009-cu illərdə hazırlan-

mış  Hərbi Xülasələr(Defence reviews) və 2006- cı ilin Milli Təhlükəsizlik 

Strategiyası;

•  “Ağ Kitablar” hazırlanmasında ekspert yardımı və bu kitablar Hərbi 

və  Kəşfi yyat/ Təhlükəsizlik sektoru siyasətinin  şəffafl ığını  və onun yerinə 

yetirilməsini təmin edir;

•   Ukrayna Müdafi ə Nazirliyinə müxtəlif ittifaq texniki müşavirlərin 

çəlb olunması, bununla bərabər edilən səyləri idarə etmək üçün birgə Koordi-

nasiya Komitəsinin yaradılması;

•  Demokratik nəzarət məsələləri üzrə parlamentlə iş, o cümlədən semi-

narlar, məşğələlər, qanunvericilik aktlarının ekspertizası və təhlükəsizlik və 



373

Beynəlxalq Təşkilatların Rolu

müdafi ə məsələləri üzrə qanunverici kodeksin dərc olunması;

•   Kəşfi yyat idarəsi üzərində Mülki və Demokratik Nəzarət üzrə NATO-

Ukrayna İşci Qrupu(NATO-Ukraine Working Group on Civil and Democratic 

Control). Bu çərcivədə onlarla Ukrayna və Nato ölkələrinin kəşfi yyat üzrə 

rəsmiləri və ekspertlər bir yerə gələrək demokratik cəmiyyətlərdə kəşfi yyat 

idarələrinin funksiyalarını müzakirə etmişlər;

•  Ukraynanın hərbi və təhlükəsizlik sektorunda çalışan yüzlərlə mülki 

şəxslər peşəkar inkişaf proqramları vasitəsilə təlim keçmişlər.

•  Vətəndaş  cəmiyyəti təcrübəsi inkişafı üçün tərəfdaşlıq  şəbəkəsi, 

NATO və Ukrayna ekspertlərini əlaqələndirərək vətəndaş cəmiyyətinin hərbi 

və təhlükəsizlik işlərində rollarını artırmaq məqsədi güdürdü.

Bu səylərin çoxu Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə 

Cenevrə Mərkəzi ilə yaxın koordinasiya sahəsində həyata keçirilmişdir. 



Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə  Mərkəzi 

(DCAF) – təhlükəsizlik sektorunda islahatlar və  təhlükəsizlik sektoru 

idarəçiliyi sahəsində dünyada ən aparıcı  mərkəzlərdən biridir. 2000-ci ildə 

İsveçrə hökuməti tərəfi ndən yaradılmış və 53 üzv ölkənin olduğu beynəlxalq 

fond kimi fəaliyyət göstərir. DCAF həm ölkə, həm də beynəlxalq səviyyədə 

uyğun demokratik normalar hazırlayır və  təşviq edir, qabaqcıl praktikala-

rı müdafi ə edir, və TSİ üzrə siyasi xarakterli tədqiqatlar aparır və konkret 

ölkələr daxilində məsləhətverici dəstək verir və praktiki yardım proqramları 

təşkil edir. O aşağıdakı proqramlara rəhbərlik edir:

•  Təhlükəsizlik Sektoru İdarəçiliyi

•  Hökumət Məsləhət Proqramı

•  Parlament Yardımı Proqramı

•  Vətəndaş Cəmiyyəti Proqramı

•  Hərbi İslahat Proqramı

•  Polis İslahat Proqramı              

•  Sərhəd Təhlükəsizliyi proqramı

•  Gender, Uşaqlar və Təhlükəsizlik Proqramı

 DSAF-ın prioritet coğrafi  bölgələri Qərbi Balkanlar və yeni yaranmış 

keçmiş sovet respublikalarıdır:lakin, o getdikcə Yaxın Şərq və Afrika, Latın 

Amerika və Asiyanın bir çox bölgələri ilə də işləyir.

Beynəlxalq  Şəffafl ıq (BŞ)- tərəfsiz qlobal şəbəkə olaraq, 90 ölkədə 

özəkləri olmaqla beynəlxalq QHT-dir. Onun yerlərdəki özəkləri hökumət

vətəndaş cəmiyyəti, biznes və medianın nümayəndələrini bir yerə gətirərək 

seçkilərdə,dövlət idarəetməsində,təhcizat və biznesdə şəffafl ıq təşviq etmək 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə