366
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
əməkdaşlıq və aktivlərin qaytarılması üzrə yanaşma müəyyən edir.
BMT-nin Narkotik və Cinayət İdarəsi (UNODC) Korrupsiyaya qarşı
Qlobal Proqrama rəhbərlik edir və o üzv ölkələrə konvensiyanın maddələrini
səmərəli surətdə yerinə yetirmək üçün həm katalizator, həm də resurs kimi
kömək edir. O iqtisadiyyatı zəif və müdafi əsiz və ya keçid dövrü yaşayan
ölkələrə həm dövlət, həm də özəl sektora, o cümlədən, yüksək səviyyəli
maliyyə və siyasi dairələrə anti-korrupsiya tədbirləri təklif etməklə kömək edir.
Fəaliyyət dairəsinə qabaqcıl təcrubə və strategiyaların kodlaşdırılması,dövlət
və özəl sektorda bu cür qabaqcıl təcrubənin yayılması üçün texniki kömək və
içtimai maarifl əndirmə tədbirləri daxildir. Spesifi k vasitələr kimi Hüquqi Dü-
rüstlük Qrupu(Judicial İntegrity Group), özünü qiymətləndirmə təlimatı,və
konvensiya tərəfl ərinin qanunvericilik rəhbər-vəsaiti istifadə olunur.
Son bir neçə il ərzində, media və üzv ölkələrin təzyiqi altında, BMT-nin
Sülhməramlı Əməliyyat İdarəsi də özünün anti- korrupsiya səylərini artır-
mışdır.Onlar bir necə araşdırma aparmış və bəzi korrupsiya problemi olan
ölkələrdən gələn hərbi qüvvələri qəbul etməmişlər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 31 ölkədən ibarət
beynəlxalq təşkilatdır və insan hüquqları və qanun aliliyi əsasında plyura-
list demokratiya dəyərlərinə,açıq və şəffaf bazar iqtisadiyyatı prinsiplərinə və
davamlı inkişafın paylaşan məqsədlərinə riayət edilməsinə sadiqdir
235
. İƏİT
qlobal məna daşıyan önəmli məsələlərin müzakirəsi üçün əsas mərkəzə çev-
rilmiş və güclü,təmiz və ədalətli dünya iqtisadiyyatı qurmaq üçün səylər edir.
Dünyanın müqayisəli statistikasının ən geniş və ən etibarlı mənbələrindən
istifadə edərək,o gedən tendensiyaları müşahidə və analiz edir və iqtisadi
inkişafın öncədən proqnozlarını verir. Sosial dəyişilikləri və ya ticarətdə,
ətraf mühitdə, kənd təsərrüfatında, texnologiya,vergi sistemində və dövlət
idarəçiliyində dəyişən tendensiyaları tədqiq edir.
Təşkilatın mühüm fəaliyyət sahələrindən biri də korrupsiyaya qarşı
mübarizədir. Korrupsiya qabaqcıl idarəçiliyi, demokratik prosesi, sabit in-
kişafı və ədalətli biznes praktikasını təhlükə altına qoyur. İƏİT çox şaxəli
yanaşma tətbiq edərək, İƏİT-na üzv olan və olmayan ölkələrdə biznes
sahəsində,vergi siyasətində ,inkişaf üçün yardım siyasətində və idarəçilikdə
korrupsiya risklərinə qarşı işlər görür. Buraya rüşvətin “təminatçı tərəfi ”-nə
235
İƏİT üzvləri aşağıdakı ölkələrdir: Australia, Austria, Belgium, Canada, Chile (joined in
January 2010),
the Czech Republic, Denmark, Finland, France, Germany, Greece, Hungary,
Iceland, Ireland, Italy, Japan, Korea, Luxembourg, Mexico, the Netherlands, New Zealand,
Norway, Poland, Portugal, the Slovak Republic, Spain, Sweden, Switzerland, Turkey, the
United Kingdom and the United States.
367
Beynəlxalq Təşkilatların Rolu
qarşı mübarizə,ixrac kreditləri zamanı rüşvətin qarşısının alınması, rüşvətdən
vergi çıxılmasının rədd edilməsi, məsuliyyətli biznes davranışının təbliğ
edilməsi, sağlam dürüstlük bazası qurmaqla və inkişaf yardımı vasitəsilə
idarəçiliyi təkmilləşdirməklə dövlət sektorunda korrupsiyanın qarşısının alın-
ması da daxildir
236
.
İƏİT dövlət xidmətində maraqlar toqquşmasının və korrupsiyanın
qarşısını almaq üçün ölkələrə kömək edir. O dövlət təhcizatı kimi həssas
sahələrə və müqavilələrin idarə edilməsinə, lobbiçilik və siyasi administrativ
münasibətlərə diqqət yetirir. İƏİT siyasətçilərə və rəhbərliyə kömək məqsədi
ilə dürüstlüyü təmin edən və korrupsiyaya qarşı müqaviməti təşviq edən si-
yasi vasitələr, yerinə yetirmə təlimatları və praktiki vasitələr işləyib hazırla-
mışdır.
İƏİT–nın anti-korrupsiya səylərinin özəyini 1997-ci ildə qəbul edil-
miş Beynəlxalq Biznes Əməliyyatları zamanı Xarici Hökumət Adamlarını
Rüşvətxorluguna qarşı Mübarizə Konvensiyası(Rüşvətxorluğa qarşı Kon-
vensiya) və vergiləri, ixrac kreditlərini, ikitərəfl i yardımlatrı, çoxmillətli
müəssisələr və dövlət təhcizatı məsələlərini əhatə edən əlaqədar vasitələr
təşkil edir
237
. Konvensiya hüquqi məcburi beynəlxalq müqavilədir və xari-
ci dövlət rəsmilərinə biznes imkanları əldə saxlamaq və ya qazanmaq üçün
şəxslər və ya şirkətlər tərəfi ndən vəd edilən, təklif edilən və ya verilən “fəal
rüşvətə” qarşı yönəlmişdir. Bütün İƏİT ölkələri və 7 qeyri üzv ölkələri Anti –
Rüşvət Konvensiyasına imza atmışlar. Bu Konvensiya xarici dövlət adamla-
rının beynəlxalq biznes əməliyyatları zamanı rüşvət almasını öz ölkə qanun-
larına görə cinayət saymağı və xarici rüşvətin qarşısını almaq,tutmaq, araşdır-
maq və cərimələmək üçün təsirli siyasət yerinə yetirmək öhdəlikləri götürür.
Müqavilələr və yatırımlar əldə etmək rəqabətlərində iştirak edən xarici
dövlət adamlarının rüşvət praktikasını ləğv emək üçün, İƏİT, başlıca olaraq
hərbi sanaye daxil, transnasional biznes üçün eyni şərait yaradılmasına yar-
dım edir. İƏİT–nın anti-korrupsiya vasitələrinin gücü İƏİT-ın Rüşvətxorluq
üzrə İşci Qrupu(OECD Working Group on Bribery) tərəfi ndən aparılan eks-
pert qiymətləndirməsidir. Ətrafl ı monitorinq hesabatları ölkələrin anti- rüşvət
qanunlarının və siyasətlərinin yerinə yetirilməsini və onlara riayət edilməsini
qiymətləndirir. Qarşılıqlı qiymətləndirmə prosesi İşci Qrupu tərkibində
qrupun üzvlərinin təzyiqi ilə müşaiyət olunur və ölkələri konvensiyanın
müddəalarına ən yüksək səviyyədə riayət etmələrinə səfərbər edir.
236
Ətrafl ı bax: www.oecd.org/corruption.
237
OECD, “Key OECD Anti-Corruption Documents,” www.oecd.org/document/42/0,3343,en_
2649_37447_41799402_1_1 _1_1,00.html.