Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə142/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   138   139   140   141   142   143   144   145   ...   163

368

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 22.2. İƏİT-nın Anti-Rüşvət Konvensiyası  və Milli Təhlükəsizlik 

Maraqları

İƏİT Anti-Rüşvət Konvensiyasının 5-ci Maddəsinə görə xarici dövlət 

adamının rüşvətə görə  təhqiqat və  təqib edilməsi milli iqtisadi maraqlar 

yanaşması ilə, başqa ölkə ilə münasibətlərə olacaq potensial təsir ilə və ya 

bu işə cəlb olunan şəxsin kimliyi ilə  əlaqələndirilməməlidir. 5-ci Maddə 

prokurorun sərbəst hərəkətini tanıyır ,ancaq bu sərbəstliyi peşəkar motivlərlə 

məhdudlaşdırır (məsələn,sübutların etibarlılığı ilə),siyasi xarakterli 

qayğılarla edilən uyğunsuz təsiri istisna edir. İƏİT Konvensiyasının 5-ci 

Maddəsinin tətbiqi Böyük Britaniyada sınaqdan keçirilib, o zaman xarici 

dövlət  adamının rüşvətə qarışması halı, xəbərlərə görə, milli və beynəlxalq 

təhlükəsizliyin qorunması naminə dayandırıldı.

Faktlar: 2004-cü ilin İyul və 2006-cı ilin Dekabr ayları arasında Böyük 

Britaniya Ağır Cinayətlər  İdarəsi (UK Serious Fraud Offi ce-SFO)  BAE 

Systems-in Səudi  Ərəbistan Krallığı ilə bağlanan  Əl-Yamamah hərbi 

təyyarə müqavilələri ilə bağlı rüşvət iddialarını araşdırmışdır. 2005-ci ilin 

Oktyabrında BAE şirkəti ölkənin baş prokuroru və Ağır Cinayətlər İdarəsini 

bu araşdırmanı dayandırmağa dilə tutmağa çalışdı və arqumentlər gətirdi 

ki, araşdırmanın davamı Böyük Britaniya və Saudi Ərəbistan arasındakı 

münasibətlərə  əks təsir göstərəcək və Böyük Britaniyanın son onillik 

ərzində  həyata keçirəcəyi  ən böyük ixrac layihəsinin qarşısını alacaqdır. 

2006-cı  ilin İyununda,SFO  İsveçrə bank hesablarına çıxış  əldə etmək 

ərəfəsində olduğu zaman “Saudi Ərəbistanın nümayəndəsi”  İngiltərə Baş 

Nazirliyi aparatının rəhbəri Jonathan Poweli konkret hədələrlə qorxudaraq 

araşdırma dayanmasa, Typhoon təyyarələrinin ixracı üçün müqavilələri 

imzalamayacaqlarını və əvvəlki yaxın kəşfi yyat və diplomatik münasibətləri 

dayandıracaqlarını bildirmişdir. Hökümət, bu hədələrin yerinə yetirələcəyini 

və silah satışının və Böyük Britaniya vətəndaşlarının və xidmətdə olan 

hərbçilərin təhlükəsizliyinin zərbə altında qalacağını düşündü. Bu hədələrin 

həyata keçirilməsi ağır həyati risklərə səbəb olacağını əsas gətirərək,2006-

cı ilin Dekabrında  SFO direktoru araşdırmanı dayandırdı. 2008-ci ilin 

Aprelində iki QHT-nın hüquqi araşdırma tələbinə uyğun Böyük Britaniya 

Ali Məhkəməsi  Əl- Yamamah araşdırmasının qeyri-qanunu olaraq 

dayandırıldığını müəyyən etmişdir. Baş hakim Moses və hakim Sallivan bu 

işi “xarici ölkənin  Böyük Britaniya ədalətini korlayan uğurlu cəhdi” kimi 

qiymətləndirmişdir. 2008-ci ilin İyulunda, Lordlar Palatası, Ali Apelyasiya




369

Beynəlxalq Təşkilatların Rolu

Məhkəməsi SFO-nun müraciətini dəstəklədi və Ali Məhkəmənin qərarını 

ləğv etdi, SFO direktorunun öz səlahiyyətləri çərçivəsində hərəkət eydiyini 

və 5-ci maddənin milli təhlükəsizlik məsələlərinə tətbiqinin izahatını İƏİT-

ın Rüşvət üzrə İşçi Qrupunun üzərinə qoydu.

İƏİT hesabatı: İƏİT-nın Rüşvət üzrə İşçi Qrupunun Böyük Britaniya üzrə 

hesabatında,5-ci Maddənin ölkə maraqları kontekstində interpretasiya 

edilməsini uyğun saymadı. Hesabat əksinə, 5-ci Maddəyə aid olan 

prosedurlara yönəldi və aşağıdakı nəticələrə nail oldu: (1) İşin bağlanması 

5-ci Maddənin qadağan etdiyi müddəalar əsasında baş verirsə,müstəntiqlər  

“ciddi yoxlama” vasitəsilə qəbul edilmiş qərarın qəbul edilə biləcək real 

arqumentlər  əsasında həyata keçirildiyini təmin etsin.(2)Bütöv hökümət 

tərəfi ndən uyğun alternativ yollar diqqətlə öyrənilməyənədək işi milli 

təhlükəsizlik arqumentləri əsasında bağlamaq olmaz.

Başa çatdırılmamış  Əl-Yamamah işi milli maraqlara toxunan həssas 

məsələlərlə bağlı Böyük Britaniya araşdırma və istintaq sistemində çoxlu 

sayda çatışmazlıqların olduğunu üzə  çıxardı,xüsusilə  də, prokurorluq 

səlahiyyətləri ilə bağlı  məsələlərdə.O,həmçinin,Böyük Britaniyanın 

köhnəlmiş anti-rüşvət qanunvericiliyinin çoxtərəfl i islahata ehtiyacı 

olduğunu üzə  çıxarmışdır. Bu iş daha dərin tədqiqatların aparılması 

zəruriliyini göstərmiş  və xarici ölkələrdə      rüşvət alan rəsmilərə qarşı 

cəzanın miqyası və istisnaları ilə bağlı da aydınlaşmanın olması üçün  İƏİT-

ın konvensiyasının 5-ci maddəsinin mötəbər interpretasiyasının zəruriliyini 

göstərmişdir.

Mənbələr: OECD Working Group on Bribery, Phase 2bis Report on the UK, www.oecd.

org/dataoecd/23/20/ 41515077.pdf; The UK High Court judgment, www.bailii.org/ew/

cases/ EWHC/Admin/2008/714.html; The UK House of Lords judgment, http://www.

publications.parliament.uk/pa/ld200708/ldjudgmt/jd080730/ corner.pdf; TI 2009 Progress 

Report on the OECD Anti-Bribery Convention, http://www.transparency.org/ news_room/

in_focus/2009/oecd_pr_2009.

Avropa  Şurası(AŞ) /GRECO plyuralist demokratiya insan hüquqla-

rı  və qanun aliliyini bərqərar etmək və genişləndirmək səyləri ilə  məşğul 

olur. AŞ-nın korrupsiyaya qarşı mübarizəsi,korrupsiyanın yuxarıda deyilən 

dəyərlərin  əsaslarına gətirdiyi təhlükədən doğur. AŞ yanaşması üç bir- biri 

ilə bağlı elementlərdən asılıdır. (1) Avropa norma və standartlarının müəyyən 

edilməsi; (2) standartlara riayət olunmasına monitorinq edilməsi və (3) tex-

niki əməkdaşlıq proqramları vasitəsilə ayrı-ayrı ölkələrə və bölgələrə bilik və 

bacarıqlar əldə etməyə kömək edilməsi.




370

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

AŞ dövlət və özəl sektorda baş verən korrupsiyanın cinayət işi olduğu-

nu, korrupsiyanın verdiyi zərərə görə öhdəlik və kompensasiya, dövlət adam-

larının davranışı  və siyasi partiyaların maliyyələşdirilməsi haqda bir neçə 

hüquqi sənədlər hazırlamışdır. Bu sənədlər üzv ölkələrin həm ölkədaxili, 

həm də beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə imkanlarının 

təkmilləşməsinə yönəlmişdir. 

Bu standartların monitorinqi korrupsiyaya qarşı Dövlətlər Qrupuna həvalə 

edilmişdir (Group of States Against Corruption-GRECO). GRECO 1999-cu 

ildə AŞ tərəfi ndən üzv ölkələrin təşkilatın müəyyən etdiyi standartlara necə 

riayət etməsini monitorinq etmək üçün yaradılmışdır.  İndi AŞ-nın 46 üzvü 

var, 45-i Avropa ölkələri və o birisi isə ABŞ-dır. GRECO-nun məqsədi öz 

üzvlərinin korrupsiyaya qarşı mübarizə qabiliyyətlərini yaxşılaşdırmaqdır. O 

bunu qarşılıqlı qiymətləndirmə kimi dinamik proses vasitəsilə və AŞ-nın anti-

korrupsiya standartlarına neçə riayət edildiyini yoxlamaq üçün aparılan mo-

nitorinq əsasında, qrupdaxili təzyiq vasitəsilə edir.GRECO-nun məqsədlərinə 

üzv ölkələrin anti-korrupsiya vasitələrinin çatışmamazlığını ayırd etmək, və 

sonra lazımi qanunverici aktların qəbul olunmasına, institutlaşmış və praktiki 

islahatlara təkan vermək daxildir. GRECO korrupsiyanın qarşısının alınması 

və tanınması ilə baglı qabaqçıl təcrübə də irəli sürür.

2008-ci ilin İyulunda, NATO müdafi ə strukturlarında dürüstlüyü təmin 

etmək və korrupsiyanı azaltmaq üçün Trast Fondu proqramını başlatdı. Bu 

proqram üç əsas vasitədən istifadə edərək milli bacarıq və imkanları artırma-

ğa çalışır.

•  Özünü qiymətləndirmə vasitələri vasitəsilə müdafi ə strukturların-

da mövcud dürüstlüyün və anti- korrupsiya proqramlarının vəziyyətinin 

ölçülməsi;

•  Mülki və hərbi heyət üçün dürüstlük kurslarının təşkil olunması

•  Qabaqcıl təçrubəni təbliğ etmək üçün toplu hazırlanması (indi biz 

oxuduğumuz).                           

Dürüstlüyü Təmin Etmək Trast Fondu başqa bir neçə  tərəfdaşlarla , o 

cümlədən, Böyük Britaniya Müdafi ə Akademiyası, Cenevrədəki Silahlı 

Qüvvələr Üzərində Demokratik Nəzarət Mərkəzi,Cenevrədəki Təhlükəsizlik 

Siyasəti Mərkəzi və BŞ-la birgə həyata keçirilir.

Trast Fondu NATO-nun Hərbi  İnstitutların Qurulması üçün NATO 

Tərəfdaşlıq Fəaliyyət Planının təbii davamıdır(PAP/DIB), və bu proqram 

2004 çü il İyulunda başlamış  və  tərəfdaş ölkələr üçün demokratik mülki 

nəzarət altında məhsuldar hərbi institutların inkişaf etdirilməsi və saxlanması 

məqsədilə yaradılıb. PAB/DIB, müdafi ə təşkilatları qurmaq üçün on məqsəd 

müəyyən etmişdir. (Bax Haşiyə 22.2) və bu məqsədlərə çatmaq üçün üç əsas 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə