Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Prinsipləri................................................................................321
Haşiyə 20.2. ASD Etikası və Anti-Korrupsiya Fəaliyyətləri........................331
Haşiyə 21.1. Araşdırıcı Jurnalistika Müdafi ə Sektorunda Korrupsiya
Hallarını Üzə Çıxarır...............................................................345
Haşiyə 21.2. TSİ və Müdafi ə Sektorunda Nəzarət Funksiyaları üzrə
Vətəndaş Cəmiyyətlərinin İştirakı və Tərəfdaşlıqları.............351
Haşiyə 22.1. Beynəlxalq Təşkilatların siyahısı və onların Web saytları......363
Haşiyə 22.2. İƏİT-nın Anti-Rüşvət Konvensiyası və Milli Təhlükəsizlik
Maraqları.................................................................................368
Haşiyə 22.3. Müdafi ə İnstitutlarının Qurulması üzrə SNT Fəaliyyət
Planının Məqsədləri.................................................................371
Haşiyə 22.4. NATO-Ukrayna Peşəkar İnkişaf Proqramı..............................376
Haşiyə 23.1. NATO-nun Özünü Qiymətləndirmə Vəsaiti............................382
Haşiyə 23.2. Baxış Bəyanatı.........................................................................385
Haşiyə 23.3. Əsas Dəyişim İdarəetmə Strategiyaları...................................387
Haşiyə 23.4. Planlaşdırılmış, Sistemli Dəyişim Prosesı Nümunəsi.............390
Haşiyə 23.5. NATO-nu Dürüstlüyü Təmin Etmək Hazırlıq Kursları...........395
Haşiyə 23.6. Rol-Oynama Oyunları: Güclü Təlim Aləti..............................396
Haşiyə 24.1. Təşkilati Mədəniyyətin Tərifi Haqda.......................................402
Haşiyə 24.2. Müdafi ə Sektorunda Dürüstlüyün Post-Kommunist
Ölkələrində Möhkəmləndirilməsi............................................410
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
I Hissə
Giriş
Korrupsiya bütün ölkələrin inkişafına bəla olub dövlət strukturlarına xal-
qın inamını sarsıdır. Korrupsiya, xüsusilə də keçid dövrünü yaşayan ölkələrin
inkişafına mane olub, dövlətə həyati lazım olan vəsaitləri mənimsəyir.
Korrupsiya yolu ilə əldə olunan vasitələr sonradan siyasi və iqtisadi təsir
mexanizminə çevrilir və beləliklə, demokratik institutları zəifl ədərək və kor-
rupsiyanı genişləndirərək ölkəni çıxılmaz vəziyyətə salır.
Müdafi ə sektoru bu cür bəd niyyətli fəaliyyət üçün çox vaxt münbit
şərait yaradır. Bu cür şərait, müdafi ə sektorunda ciddi nəzarətin qarşısını
alan məxvilik və cəzasızlıq ənənəsinin mövcudluğundan doğur. 1-ci Fəsildə,
müdafi ə sektorunda bu işə yardımçı olanlar haqqında və hərbi korrupsiyanın
təsiri haqda danışılır. 2-ci Fəsil müdafi ə sektorunda korrupsiya risklərini azalt-
maq üçün mövcud olan strateji yanaşmanın əsaslarını təqdim edir. Təqdim
edilən əsaslar dürüstlüyün təmin edilməsi, şəffafl ığın artırılması və cavab-
dehliyin təkmilləşdirilməsi kimi səyləri özündə birləşdirir. Bu cür yanaşma
korrupsiyalaşmış davranışın mənəvi yükünü daha da artırır. Korrupsiyadan
gələn qazancları azaldır və gözlənilən xərcləri və ya cəzanı artırır.
Bu toplunun giriş hissəsi müdafi ə sektorunda korrupsiyanın azaldılması
ilə bağlı yerli və beynəlxalq yanaşmalardan nümunələr gətirir. Bu yanaşma-
lar, təhlükəsizlik sektorunda islahatlar və müdafi ə institutlarının qurulması
ilə bağlı geniş səpkidə aparılan səylərin ayrılmaz hissəsidir. Son nəticədə,
müdafi ə sektorunda korrupsiya ilə mübarizə və dürüslüyün təmin edilməsinin
ən səmərəli yolu geniş islahat prosesindən keçir: müdafi ə sektorunu yüksək
demokratik ideyalar və praktika ilə peyvənd etməklə korrupsiyanın köklərini
aradan qaldırmaq olar.
3
Lənətlənmiş Korrupsiya
1-ci Fəsil
Lənətlənmiş Korrupsiya
Hərbi sahədə Korrupsiya
Korrupsiya inkişafı əngəlləyir, müasir cəmiyyətlərin təhlükəsizliyini
sarsıdır və dövlət institutlarına inamı azaldir. Müdafi ə sektoru da korrupsiya
bəlasından sığortalanmamışdır. Çoxlarına təəccüblü gəlsə də, dünyanın hər
yerində orduya xalq tərəfi ndən ümumilikdə böyük hörmətlə yanaşılır.Əgər
dünyadakı orta statistikanı nəzərə alsaq, ordu ən çox hörmətlə yanaşılan üç
institutdan biri sayılır və korrupsiya məsələsində QHT-lər və Dini təşkilatlar
kimi ən çox inanılan təşkilatlar sırasındadır.(Bax şəkil 1.1)
1
. Dünyanın çox
ölkələrində ordunun
siyasi partiyalardan, qanunvericilərdən, biznes şirkətləri
və mediadan az korrupsiyalandığı qənaətindədirlər.
Lakin ordunun nüfuzu dünyanın fərqli ölkələrində və bölgələrində köklü
şəkildə fərqlənir. Məsələn, Qərbi Avropada və ABŞ-da ordunun geniş mənada
korrupsiyadan uzaq olduğu qənaəti var. Lakin, Mərkəzi və Şərqi Avropanın
yeni yaranmış ölkələrində, həmçinin Afrika və Latın Amerikada ordu bu im-
tahanı keçə bilmir
2
.
Şəkil 1.1 Korrupsiyanın Səviyyələri
1
BŞ/ Gallup -ın “Global Corruption Barometer” sorğusunun 2006 –cı ilin məlumat bazası.
Mark Pyman, Dominik Scott, Alan Valdron və İnes Voika-nın Connections: The Quarterly
Journal 7:2 (Summer 2008):21-44 dərc edilmiş “Building İntegrity and Reducing Corruption
Risk in Defence
Establishments”
yazısında.
2
Pyman, “Building Integrity and Reducing Corruption Risk” ( 2008), 31
Hərbi