MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,23 Mb.
səhifə9/15
tarix01.07.2018
ölçüsü1,23 Mb.
#52549
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Xüms və vergi
Xüms –namaz, oruc və s. kimi İlahi və ibadi bir vacibatdır. Onda Allaha yaxınlıq qəsdi olmalıdır. Yəni, bu əməllər Allah-təalanın əmrinə görə yerinə yetirilməlidir. Lakin vergi xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz.

İki bəhanə
Bəziləri xümsü ödəməmək üçün bir sıra bəhanələr gətirirlər və Allahın vacib etdiyi bu hökmə etinasız yanaşırlar. Onlardan ikisini qeyd etmək istərdik:

Bəhanə 1: “Əgər xüms versəm, onda pulum azalar və çətin vəziyyətə düşərəm.”

Cavab: “İndiyə kimi xümsü ödəyənin heç biri çətinliyə düşməmiş və müflis olmamışdır. Bağbanlar ilin müəyyən fəslində ağacların budaqlarını kəsirlər ki, həmin ağaclar yaxşı bar verib, bollu-bərəkətli olsunlar. Allaha iman gətirənlər də hər il xümsü ödəməklə var-dövləti çoxalmış və bərəkətli olmuşdur.



Bəhanə 2: “Allah məsləhət bilsəydi, mənə pul yetirdiyi kimi kasıba da yetirərdi. Deməli, məsləhət bilmir.”

Cavab: Bəli, Allahın hər şeyə qüdrəti çatır. Lakin O, sənin kamilliyə və Cənnətə yetişməyin üçün səni imtahan edir.

Quranda belə buyurulur: «Onlara – “Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!” - deyildikdə, kafirlər iman gətirənlərə – “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?” – cavab verərlər. (Allah onun ac qalmağını istəmişdir!) (Bilin ki,) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz1

4-Zəkat: Şəriətdə 9 şeydən (arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl, gümüş) risalələrdə yazılmış bir sıra şəraitlə zəkat ödəmək vacibdir.

Zəkat – “təmizlik” mənasındadır. Yəni, yuxarıda adı çəkilən malların təmizliyi. Zəkatı vacib olan doqquz şeyin hər biri “nisab həddi”nə (müəyyən bir həddə) çatdıqda, onun zəkatını vermək vacib olur. Məsələn: Beş dəvəsi olan bir qoyun, otuz inəyi olan bir dana, qırx qoyunu olan bir qoyun zəkat verməlidir. Demək, nisab həddinə çatmamış malların zəkatını vermək lazım deyil. Risalədə bu barədə geniş şərh verilmişdir.

Zəkat – namaz, oruc və s. ibadətlər kimi həmişə insanlara vacib edilmişdir. Misal olaraq, Quranda İsmail Peyğəmbər (ələyhissəlam) haqqında belə buyurulur: «O, öz ailəsinə həmişə namaz (qılmağı) zəkatı (zəkat verməyi) buyurardı Rəbbinin yanında bəyənilən idi.»2

Yaxud İsa Peyğəmbər (ələyhissəlam) haqqında buyurulur: «(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib məni (bu yaşda) Peyğəmbər edib. məni harada olsam bərəkətli bir vücud edib qədər ki sağam mənə namaz (qılmağ)ı zəkatı (verməyi) tapşırıb1

Quranda demək olar ki, “zəkat” kəlməsi əksər ayələrdə “namaz” kəlməsi ilə birlikdə işlənmişdir: «Namaz qılın, zəkat verin ruku edənlərlə birlikdə ruku edin2
Zəkatın sərf olunması
Zəkat aşağıdakı ünvanlara xərclənir:

1. Yoxsullar; özünün və himayəsində olanların illik xərcini və ya illik xərcinin bir hissəsini ödəyə bilməyən şəxs yoxsul sayılır;

2. Miskinlər; maddi durumu yoxsuldan da aşağı olanlar miskin sayılır;

3. Zəkat veriləcəyi təqdirdə İslama meyl göstərəcək, savaşlarda müsəlmanlara yardım edəcək kafirlər;

4. Qul alıb azad etmək; hazırkı dövrümüzdə bu işi görmək mümkün deyil;

5. Borcunu verə bilməyənin borcunu ödəmək; bir şərtlə ki, həmin pul günaha xərclənməsin;

6. Cəmiyyətin ümumi mənafeyinə faydalı işlərə, İslamın güclənməsinə, Allah yolunda xərcləmək; məsələn, məscid, məktəb, kitabxana tikmək, yol düzəltmək və s...;

7. Yolda qalmış, Vətəninə qayıtmaq üçün pulu olmayan müsafirə kömək etmək; belə insanlar “ibn Səbil” adlanır;

8. İmam və ya onun naibi tərəfindən zəkat yığmağa vəzifəli şəxslərə xərcləmək.

İslamda sədəqə və ehsan3 təkidlə vurğulanan bir məsələdir. Rəvayətlərdə bildirilir ki, insanın verdiyi sədəqə yoxsulun əlinə çatmamış Allahın hüzuruna təqdim olunur.1)N$O@O#$R%F^N&O(T*E! 191


İmam Baqir (ələyhissəlam) birinə sədəqə verəndə onu geri alıb qoxulayar, öpər, sonra yenidən qaytararmış.2)N$O@O#$R%F^N&O(T*E! 193)N$O@O#$R%E^F&N(O*T! 193

Hədislərdə bildirilir ki, insan sədəqə vermək istədiyi vaxt 70 şeytan ona vəsvəsə edir. Onlar hər yolla sədəqəyə mane olmağa çalışarlar. Sədəqə verən şəxs əslində onu şeytanların cəngindən alıb, Allahın hüzuruna təqdim edər.3)N$O@O#$R%F^N&O(T*E! 19)N$O@O#$R%E^F&N(O*T! 194

Zəkatın tərki
Qurani-Kərimin “Maidə” surəsinin 12-ci ayəsində zəkat ödəmək zərurətindən danışılır və bildirilir ki, günahların bağışlanması və Behiştə daxil olmaq zəkatdan asılıdır: «Əgər nama bərpa etsəniz, zəkat ödəsəniz, mənim elçilərimə iman gətirsəniz, onlara yardım göstərsəniz, Allaha borc versəniz sizinləyəm, pis işlərinizdən keçərəm, sizi altından çaylar axan Behiştlərə daxil edərəm

İslamda qazanc və sərvət müqabilində verilən zəkatın xüsusi əhəmiyyəti var. Zəkat ödəməkdən boyun qaçıranlar şiddətlə məzəmmət edilir. Cəmiyyətdə ictimai ədalətin bərpa olunmasında, yoxsulluqla mübarizədə, təbəqələr arası fərqlərin azaldılmasında zəkatın əhəmiyyətli rolu var. Zəkat insanın ruhunu və canını dünyapərəstlikdən təmizləyir, onu Allaha yaxınlaşdırır.

Zəkat cəmiyyətdəki yoxsullardan qabaq sərvət sahiblərinin özünə faydalıdır. Zəkat verilməyən cəmiyyətlərdə çox keçmir ki, sosial partlayışlar baş verir və varlıların bütün sərvəti təhlükə altına düşür. İmam Sadiq (ələyhissəlam) buyurur: “Yalnız zəkat ödənmədiyindən suda və quruda sərvətlər məhv olur. Sərvətinizi zəkat verməklə sığortalayın.”1

Bəşəriyyəti narahat edən ictimai problemlərdən biri də təbəqələr arasındakı fərqdir. Dövrümüz texnoloji tərəqqi dövrü olsa da, bu ayrıseçkilik aradan qalxmamışdır, yoxsullar və varlılar təbəqəsi bir-birindən seçilməkdədir. Bəziləri o qədər sərvət toplamışlar ki, öz kapitallarının hesabını bilmirlər. Bəziləri isə bir qarın çörəyə möhtacdır və aclıqdan əziyyət çəkir. Onlar üçün sadə məskən, sadə libas və sadə qidalar əlçatmazdır. Şübhəsiz ki, belə bir cəmiyyət heç vaxt həqiqi səadətin ləzzətini dada bilməz. Bu böyük problemlə mübarizə yollarından biri yoxsullara və ehtiyaclılara yardım göstərilməsi, ehsan edilməsidir. )N$O@O#$R%E^F&N(O*T! 238

Zəkat barəsində bəzi hədisləri nəzərdən keçirək:

1. İmam Sadiq (ələyhissəlam) buyurur: “Oğrular üç növ olur: Zəkata mane olanlar, qadınların mehriyyəsini halal sayanlar, qaytarmaq məqsədi olmadan borc alanlar.”2)N$O@O#$R%E^F&N(O*T! 239

2. Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Üç dəstənin namazı qəbul olmaz. Onlardan bir dəstəsi zəkat ödəməkdən boyun qaçıranlardır.”3)N$O@O#$R%E^F&N(O*T! 240

3. İmam Sadiq (ələyhissəlam) buyurur: “Zəkat ödənməyən halda yoxsulluq və ehtiyac üzə çıxacaq.”4)N$O@O#$R%E^F&N(O*T! 241

5. Həzrət Əli (ələyhissəlam) buyurur: “Quranda Maun dedikdə, vacib zəkat nəzərdə tutulmuşdur. Zəkat ödəməkdən boyun qaçıran insan sələmçi kimidir. Malının zəkatını ödəməyən müsəlman deyil.”1

6. İmam Sadiq (ələyhissəlam) buyurur: “Vacib zəkatdan saxlayan kəs mömin və müsəlman deyil. (Ölümündən sonra deyər) Pərvərdigara, məni həyata qaytar ki, saleh işlər görüm.”2



Sual: Xüms və zəkatla “dövlət vergi”ləri arasında nə əlaqə var?

Cavab: Vergi - vətəndaşların dövlətə xidmət müqabilində ödədikləri puldur. Dövlət küçə və prospektləri asfaltlayır, asayişi təmin edir, pulsuz tibbi xidmət göstərir, təhsil müəssisələri açır. Demək, vergi gündəlik ehtiyaclarımıza xərclədiyimiz pullardan fərqlənmir. Xüms və zəkat isə yalnız məhrum təbəqənin problemlərinin həllinə sərf olunur. Əgər bu müqəddəs hökmlərə (xüms və zəkata) əməl olunarsa, onda İslam cəmiyyətində heç kəs yoxsulluqdan çətinlik çəkməz.

5-Həcc: İmkan olan surətdə, müəyyən şərtlər əsasında ömründə bir dəfə “Kəbə” evinin ziyarətinə getmək.

Allah-təala Quranda buyurur: «Orada (Kəbədə) aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. İmkanı olan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərdən ehtiyacsızdır3

Həcc ziyarətinə getmək İslamın vacib şərtlərindən biridir. Ümumiyyətlə, müqəddəs Həcci ziyarət etməyə insan həm maddi, həm də fiziki cəhətdən hazır olmalıdır. Əgər onun fiziki sağlamlığı imkan vermirsə, Həccə gedə bilməz. Həcc ziyarətinə gedən insanın maddiyatı özünü, ailəsini idarə edə bilməyə imkan verməli, onun evi olmalı, ailəsini yemək-içməklə təmin etməlidir. Əgər Həccə getmək istəyən insanın ölkəsində müharibə varsa, yol qorxuludursa, pulu haramdırsa, o Həccə gedə bilməz.

Həccə gedənlər gərək Həccin mahiyyətindən və hikmətindən xəbərdar olsunlar.

Rəvayətdə deyilir: Bir şəxs Həcc mərasimində İmam Sadiqə (ələyhissəlam) dedi:
“İmam, necə də çox Hacı var!”
Həzrət buyurdu: “Həqiqi Hacı azdır!”

Əlbətdə ki, “titul”a görə gedilən həcci Allah qəbul etmir. Paklıq, müqəddəslik, bir sözlə Allaha itaət - Hacının əməlində özünü büruzə verməlidir.

Həccin bəzi əməllərinin hikmətini qeyd etmək istərdik:
Ehram1 liba
Ağ parçadan hazırlanmış bu libası hamı bir nəfər kimi geyinərək Allahın əmr etdiyi əməlləri yerinə yetirirlər. Ehram – Hacılara kəfəni və Qiyamət gününü xatırladır. Sanki Allah xəbərdarlıq edir: “Ey insan ! Özünü başqalarından üstün tutma! Eqoist olma! Bu dünyada hər kim olsan da, son mənzilin qəbir evidir. Ölümü yadından çıxarma! Qiyamətdə hamı kimi sən də hüzurumda kəfənlə durub dünyada etdiyin əməllərə görə cavab verəcəksən.”

Ehram - yəni “haram etmək”! Hacılara ehram halında bir neçə şey haramdır və bunların da hikmət və fəlsəfəsi vardır. Misal olaraq:

1. Güzgüyə baxma! – yəni, bununla da özünü yaddan çıxar.

2. Ətir vurma! – yəni, burnuna dəyən xoş ətir həyatı yadına sala bilər. Burada fəza başqa bir ətirlə doludur. Allahın eşqini qoxula, məst ol!

3. Kimsəyə göstəriş vermə! – yəni, qardaşlığı, bərabərliyi dirilt!

4. Heç bir heyva incitmə, hətta həşəratla öldürmə. Hətta zorla uzaqlaşdırma! – yəni, bu bir neçə günü həzrət Məsih kimi yaşa!

5. Yerdən ot qoparma, sındırma! – yəni, təbiətlə sülhdə yaşamağı öyrən. Təcavüz ruhunu özündə boğ!

6. Ov etmə! – yəni, qəlbində bərkliyi öldür!

7. Cinsi yaxınlıq qadağandır. Hətta həvəslə baxma! – yəni, qoy ilahi eşq, könlünü və qəlbini başdan-başa bürüsün! Və s...

Həcc - ümumi cəhətdən götürülərsə, insan vücudunun Allaha doğru hərəkətidir. Həcc - insanın yaranışının, İslam məktəbinin simvolunun nümayişidir və bu yaradıcı Həcc -insanın öz qaranlıq və dar yuvasından Allahın nura qərq olmuş Kəbə evinə səfəridir.


Həcc - böyük İslam konfransıdır
Həcc dedikdə, Məkkədə Allah evinin ziyarəti, xüsusi bir proqramın icrası nəzərdə tutulur. Həcc ibadətinin də digər ibadətlər kimi böyük bərəkətləri var. Həcc həm fərd, həm də cəmiyyət üçün xeyirlidir. Müsəlmanlar bu proqramı düzgün yerinə yetirərlərsə, həmçinin Həccdən əyləncə və səyahət məqsədi ilə istifadə etməzlərsə, hər il bu böyük mərasimdən sonra İslam dünyasında böyük dəyişikliklər müşahidə olunar. Həcc mərasimi İslam mütəfəkkirlərinin böyük konfransı ola bilər.

Həccin təsirləri və yönümləri
Həcc mərasiminin bir sıra dəyərli təsirləri və yönümləri var:

1. Ruhi dəyişiklik özünütərbiyə

Həccin ən mühüm fəlsəfəsi onun əxlaqi yönümüdür. Həcc əməlini yerinə yetirmək qərarına gəlmiş insan, dünya bər-bəzəyini bir kənara qoyub ehram libası geyir, bir sıra halal ləzzətlərə göz yumub özünütərbiyə proqramını yerinə yetirməyə başlayır. Həcc proqramının hər bəndini yerinə yetirən insanın Allaha bağlılığı güclənir. Öz qaranlıq keçmişindən uzaqlaşmış Hacı işıqlı gələcəyə addım atır. Onun həyat kitabında nurlu bir səhifə açılır. Bu səbəbdən də rəvayətlərdə deyilir: “Təkəbbürə yol vermədən Həcc və ümrə üçün Kəbəyə üz tutan insan günahlardan təmizlənib, anadan doğulduğu vaxtdakı kimi pak olur.”1)N$O@O#$R%F^N&O(T*E! )N$O@O#$R%E^F&N(O*T! 202

Bəli, Həcc müsəlmanın dünyaya yenidən gəlişidir. Bu ibadət sağlam bir həyata atılan addımdır. Həcc ibadətini yerinə yetirən insanın qarşısında Həzrət İbrahim, İsmail, Hacər (ələyhimussəlam), İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) və onun yaxınlarının xatirələri və mücahidələri canlanır.

2. İslam ümmətinin birliyi

Həccin mühüm yönümlərindən biri onun siyasi yönümüdür. Bu əzəmətli mərasim müsəlmanların birliyində təsirli səbəb sayılır. Bu birliklə İslam dünyası ilə bağlı məlumatlar dünyaya yayılır, əsarət zəncirləri qırılır və ibadət ruhu siyasi gerçəkliklə bir araya gəlir.

Bəzi rəvayətlərdə Həcc zəif insanların cihadı kimi təqdim edilir. 2 )N$O@O#$R%F^N&O(T*E! 20)N$O@O#$R%E^F&N(O*T! Bu cihadda hətta qoca kişilər və qadınlar səhnəyə çıxır, İslam ümmətinin gücü və əzəməti tam mənasında özünü göstərir. Allah evi ətrafında sıx şəkildə cərgələnmiş ümmət, öz vəhdət şüarları ilə İslam düşmənlərini qorxuya salır. Bəli, müsəlmanlar Həcc mərasimlərində ixtilafdan, firqəçilikdən çəkinməli, qarşılıqlı anlaşmaya gəlib düşmən üzərində qələbə yolunu araşdırmalıdırlar.

3. İslam maarifinin yayılması

Həcc mərasiminin digər bir faydası onun mədəni və elmi yönümüdür. Həcc günlərində müxtəlif firqələrdən, zümrələrdən olan müsəlmanların rabitəyə qatılması İslam maarifinin dünyaya yayılmasında güclü amil (səbəb) ola bilər. Hələ Bəni-Üməyyə və Bəni-Abbas hökumətləri dövründə müsəlmanlar sıxıntıya salınmış İslam hökmlərinin yayılması üçün Həcc mərasimindən faydalanırdılar. Onlar məsum1 İmamlar və böyük alimlərlə rabitəyə qatılaraq öz problemlərini həll edirdilər. Alimlər bu mərasimdə bir araya gəlib İslam maarifinin təbliği üçün yol axtara bilərlər.

4. İqtisadi dayaqların möhkəmləndirilməsi

Həccin digər bir yönümü iqtisadi yönümdür. Həcc mərasimindən faydalanmaqla İslam məmləkətləri öz iqtisadi dayaqlarını möhkəmləndirə bilər. Bu iş nəinki Həcc amallarına zidd deyil, hətta bu mərasimin fəlsəfələrindən biridir.

İmam Sadiq (ələyhissəlam) Hişam ibn Həkəmin Həccin fəlsəfəsi ilə bağlı sualına cavab verərkən bildirir ki, bu İlahi vəzifənin faydalarından biri sərmayələrin bir şəhərdən o birinə hərəkətidir.2

Çox yaxşı olardı ki, müsəlmanlar bu mərasimdə İslam iqtisadi birliyinin bünövrəsini qoyaydılar. Əgər bu iş görülərsə, müsəlman məmləkətlərinin qazancı İslam düşmənlərinin cibinə axmaz, müsəlmanlar iqtisadi asılılıqdan qurtularlar.

Deyilənləri nəzərə aldıqda görürük ki, müsəlmanlar bu müstəsna fürsətdən faydalanıb bir sıra problemlərini həll edə bilərlər. Bəli, Həcc ibadətinin siyasi ideoloji, mədəni, iqtisadi faydaları var. Olsun ki, elə bu səbəbdən imam Sadiq (ələyhissəlam) buyurur: “Nə qədər ki, Kəbə evi yerindədir, İslam da yerində möhkəm dayanmışdır.”1)N$O@O#$R%F^N&O(T*E! 2)N$O@O#$R%E^F&N(O*T! 205

Amma çox əfsus ki, bütün bu faydalara göz yumur, Həcc səfərini əyləncə və səyahətə çeviririk. Bəziləri bu səfərdən özününümayiş məqsədi ilə istifadə edir. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Elə bir dövr gələr ki, həmin dövrdə padşahlar əyləncə, varlılar qazanc, yoxsullar dilənmək üçün Həccə gedər.”2)N$O@O#$R%F^N&O(T*E! 2)N$O@O#$R%E^F&N(O*T! 206

Sual: Həcc kimlərə vacibdir?

Cavab: Aşağıda sadalanacaq şərtlərə malik insanlara ömründə bir dəfə Həccə getmək vacibdir: Həddi-büluğ həddində olsun; aqil olsun; Həccə getmək qüdrəti olsun; Həccə getməsi onun haram işə yol verməsinə, vacib bir işdən çəkinməsinə səbəb olmasın (haramı tərk etmək, vacibi yerinə yetirmək Həccdən mühümdür).

Sual: Həcc qüdrəti (istitaət) dedikdə nə nəzərdə tutulur?

Cavab: İnsanın istitaətli (qüdrətli) sayılması üçün altı şərtin olması zəruridir:

1. Sağlamlıq, Həcc əməllərini yerinə yetirmə gücü;

2. Səfər xərcini ödəyəcək imkan;

3. Həccə gedən şəxsin himayəsində olanların Həccdən qayıdanadək xərclərinin ödənməsi;

4. Yolun maneəsiz olması, yolda insanın canı, şəxsiyyəti və malı üçün təhlükələrin olmaması;

5. Həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olması;

6. Həccə getmək istəyən şəxsin elə bir işi və qazancı olmalıdır ki, Həccdən qayıtdıqdan sonra öz ehtiyaclarını və himayəsində olanların ehtiyacını ödəyə bilsin.

6-Cihad: Hər hansı bir ölkə tərəfindən müsəlmanlara hücum olunduğu təqdirdə, müsəlmanın canı, malı, namusu, dini və Vətəni təhlükəyə düşərsə, onları müdafiə etmək vacibdir.

Quran buyurur: «Ağırlı yüngüllü halda hamınız cihada qalxıb malınız canınızla Allah yolunda vuruşun! Əgər bilsəniz, bu sizin üçün daha çox xeyirlidir1



Cihad - İslamı zor gücü ilə başqalarına aşılamaq deyil. Cihad - İslamla insanlar arasında yaradılan maneləri aradan qaldırmaqdır. Cihad vasitəsi ilə İslamın yayılmasının qarşısını alan hər bir maneə aradan götürülür və bu zaman insanlara İslamı seçmək və ya seçməmək azadlığı verilir.

Qurani-Kərimdə “Kim Allahı qəbul eləməsə, onu öldürün” - deyə bir ayə yoxdur. Ümumilikdə cihad ayələrində deyilir: Sizinlə vuruşan və sizi öldürmək istəyən şəxslərə qarşı cihad edin!

Allah-təala hətta düşmənlərin hüquqlarını qorumaq əmrini belə verir. Əl-Bəqərə surəsinin 190- ayəsində buyurulur: «Sizinlə vuruşanlarla siz Allah yolunda vuruşun həddi aşmayın (döyüş zamanı şəriət ağılın müharibə barəsindəki çərçivə qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin malları səbəbsiz tələf etməyin, ağacları qırmayın s.). Allah həddi aşanları sevmir.»

Bu ayədən belə məlum olur ki, əgər bir nəfər sualını bildirmək və təhqiq etmək məqsədi ilə müsəlmanların yanına gəlsə, lakin yenə də İslamı qəbul etməyib, müsəlman olmasa belə, tüəhlükəsizliyi qorunmalı və sağ-salamat halda qaytarılmalı və heç kəs də ona etiraz etməməlidir.

İslam əmr edir: Ey Vətən, din, namus uğrunda vuruşan döyüşçülər! Düşmən torpaqlarına daxil olduğunuz zaman uşaqlara, qadınlara, qocalara, xəstələrə toxunmayın! Evləri dağıtmayın, ağacları qırmayın s...!

Rəvayətlərdə ciddi diqqət yetirilmiş mövzulardan biri İslam məmləkətinin sərhədlərini qorumaqdır. Sərhədçinin ən böyük işi odur ki, düşmənin ayağı İslam torpağına dəyməsin. İmam Səccad (ələyhissəlam) öz dualarında məmləkətin sərhədləri üçün dua edir.

Cihad behişt qapılarındandır. Allah-taala “Əl-Adiyat” surəsinin ilk ayələrində mücahidlərin atlarının nəfəsinə (tövşüməsinə), onların ayağından qalxan toza and içir. Öz haqları və namusu yolunda zalımlar və təcavüzkarlar qarşısında dayanmış millətlər bu yolda əzizlərini qurban verərək azadlıqlarını qoruyur və gələcək nəsillər tərəfindən sevilirlər. Amma xoş güzaran, ötəri ləzzətlər səbəbindən cihaddan boyun qaçıranlar və zillət libası geyənlər isə tədrici ölümə düçar olur, gələcək nəsillər tərəfindən məzəmmət edilirlər.

Qurani-Kərimdə buyurulur: «Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər.»1)N$O@O#$R%E^F&N(O*T! 207

Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) “Cihad edin ki, övladlarınıza şərəf və əzəmət miras qoyasınız.”1)N$O@O#$R%F^N&O(T*E! 20)N$O@O#$R%E^F&N(O*T! 208

Allah-təala Vətən, din yolunda canını fəda edənləri yüksək qiymətləndirir. Belə ki, Quran buyurur: «Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər onlara Rəbbi yanında ruzi verilir.»2

Unutmamalıyıq ki, bu gün İslam düşmənləri ilə mübarizə təkcə hərb sahəsinə aid deyil. İslamı əzəmətləndirən istənilən bir iqtisadi, elmi, ideoloji, siyasi təlaş - cihad sayılır. Ən önəmlisi İslamın müqəddəs məqsədlərini həyata keçirməkdir. Əl-ələ verərək biganələrin məkrli planlarını puça çıxarmaq hər bir müsəlmana vacibdir. Düşmənlərin İslam məmləkətlərinə uzanmış çirkin əlləri hər yolla kəsilməlidir.


7-8 Əmr be məruf və nəhy əz münkər:

İslamda “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pisliklərdən çəkindirmək) adı ilə tanınan ümumxalq nəzarəti ilahi bir vəzifədir. Başqa sözlə desək, hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını vacib əməllərə və xeyr işlərə dəvət etməsi və həmçinin hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını qadağan və haram olan əməllərdən çəkindirməsi zəruridir.

Hər iki vəzifə dinin əməli hökmlərindəndir və vacib sayılır. İlahi vəzifəyə əməl etməyən insan günaha batır və onun üçün axirət cəzası nəzərdə tutulur.

Allah-təala Quranda “əmr be məruf” və “nəhy əz munkər” edən insanları əməli saleh adı ilə vəsf edərək onlara mükafat verəcəyini vədə verir. Bu haqda Quranın bu iki ayəsini xatırladırıq: «Onlar Allaha axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir xeyirli işləri görməyə tələsirlər. Onlar əməli salehlərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri mükafatsız qalmaz. Şübhəsiz ki, Allah müttəqi (pərhizkar) olanlara agahdır1

Böyük cəmiyyət kiçik hissələrdən təşkil tapır və bu hissələrə “ailə” deyilir. Əgər ailə islah olunarsa, onda cəmiyyət tez bir zamanda islah olunar. Xüsusilə ictimada baş verən fəsadın güclü dalğaları çox təhlükəlidir. Bu dalğaları zərərsizləşdirmək üçün valideyn öz övladının əxlaq və tərbiyəsinə ciddi yanaşmalı, öhdəsində olan vəzifələri bacardığı qədər dəqiq yerinə yetirməlidir.

Bəzi valideynlər müqəddəs və vacib bir vəzifə sayılan övlad tərbiyəsinə etinasız yanaşaraq övladlarının yalnız maddi yönümünü düşünür və bunun həlli üçün çarə axtarırlar. Onlar elə fikirləşirlər ki, uşağı yedirib-içirtmək, geyindirmək, məktəbə yola salmaq və xəstələnəndə dadına çatmaq lazımdır. Daha övladının mənəvi yönümü onları maraqlandırmır və onun əxlaqını tərbiyə etmək barədə düşünmək belə ağıllarına gəlmir. Əgər ata və ana həm özünün, həm də övladlarının səadətini düşünməsə, qarşıdan gələn əzaba hazırlaşmalıdır.

Qurani-Kərim buyurur: «Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun! Onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar.»2

Rəvayətlərin birində belə deyilir: “Qiyamət günü övlad öz valideyninə şikayət edib deyəcək: Nə üçün məni haramla böyütdün? Nə üçün namazı mənə sevdirmədin? Nə üçün mənə doğru yolu nişan vermədin? Nə üçün dini mənə öyrətmədin?...Sonra övladlar Allah-təalaya belə deyəcəklər: İlahi! Ata-anamız doğru yolu göstərmək əvəzinə bizə zülm edib haqqımızı tapdaladı. İndi ki, bizi Cəhənnəmə aparırsan, valideyinlərimizi də bizdən ayır və onlara da Öz əzabını şamil et!” 1

Bu baxımdan da bütün insanlar istər ailədə, istərsə də cəmiyyətdə öz əməlləri və başqalarının əməllərinə görə məsuliyyət hiss etməlidirlər. Çünki, insanların taleyi bir-birindən asılıdır. İstənilən bir çirkin əməl və günah hansısa dərəcədə ictimai bəlaya çevrilir.

Quran və hədis baxımından imanlı insanlar bir-birləri qarşısında məsuliyyət daşıyırlar. Onlar bir-birlərini yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə borcludurlar.

Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) belə buyurur: “Bilin ki, hamınız gözətçisiniz və gözətçi olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız. Belə ki, İslam hökumətinin başçısı bütün camaatın gözətçisidir və buna görə də o, məsuliyyət daşıyır. Kişi öz ailəsinin gözətçisidir və o, buna görə məsuliyyət daşıyır. Qadın da həmçinin ailəsinin gözətçisi və məsuliyyət daşıyanıdır. Agah olun! Hamınız məmursunuz və məmur olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız.”2

Allah-taala Qurani-Kərimdə əmr be məruf və nəhy əz munkəri müsəlmanların imtiyazı sayır. Bu imtiyaz səbəbindən müsəlmanlar ən üstün ümmət adlandırılırlar.

“Ali-İmran” surəsinin 110-cu ayəsində belə buyurulur: «Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir çirkin işdən çəkindirirsiniz Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz.»

)N$O@O#$R%E^F&N(O*T! Bu vəzifəyə münasibətdə səhlənkarlıq, iman ruhunu zəiflədir, onun sütunlarını laxladır. Nəticədə, cəmiyyətə rəhbərlik ləyaqətli insanların əlindən çıxır, şər insanların əlinə düşür. Bəli, əmr be məruf və nəhy əz munkər yoxsa, müsəlmanlar izzət zirvəsindən zillət uçurumuna yuvarlanırlar.

Bu İlahi göstərişin əhəmiyyətini lazımınca dərk etmək üçün dini rəhbərlərin bir sıra buyuruqlarını nəzərdən keçirək.



1. Həzrət Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Mənim ümmətimin ən uca şəhidi zalım hakim qarşısında dayanıb, onu yaxşılığa çağıran, pislikdən çəkindirən və bu yolda öldürülən şəxsdir. Belə bir şəhidin yeri behiştdə Həmzə ilə Cəfər arasındadır.” (“Məalimul-qurbə fi əhkamul həsbə”, səh. 68).)N$O@O#$R%F^N&O(T*E! 21)N$O@O#$R%E^F&N(O*T! 215

2. Həzrət Əli (ələyhissəlam) buyurur: “Bütün yaxşı işlər, hətta Allah yolunda cihad belə əmr be məruf və nəhy əz munkərlə müqayisədə dənizlə müqayisədə damla kimidir.” (“Vəsail”, c.16, səh.134).

3.)N$O@O#$R%E^F&N(O*T! 216 İmam Baqir (ələyhissəlam) buyurur: “Əmr be məruf və nəhy əz munkər Allahın vacib buyurduğu iki vəzifədir. Bu iki əmr vasitəsi ilə digər vacib əmrlər bərpa olar, yollarda əmin-amanlıq yaranar, qazanclar halal olar, insanların haqları təmin edilər, yer üzü abadlığa doğru gedər, Allah düşmənlərindən intiqam alınar, bütün işlər yoluna düşər.” (“Vəsail”, c.119, səh.6).

4. )N$O@O#$R%F^N&O(T*E! 217)N$O@O#$R%E^F&N(O44. 4İmam Riza (ələyhissəlam) buyurur: “Əmr be məruf edib pisliklərin qarşısını alın. Yoxsa pis adamlar sizə hakim olar, yaxşılarınızın da duası qəbul olmaz.” (“Vəsail”, c.118, səh.4).

İnsanlar cəmiyyətə nəzarət etməyə və başqalarının rəftarlarına biganə qalmamağa borcludur. Hər bir müsəlman imkan həddində və müəyyənləşdirilmiş şərtlər əsasında insanları doğru yola çağırmalı, pis işlərdən çəkindirməlidir. Çünki əmr be məruf və nəhy əz münkərin tərki cəmiyyətin fəsada sürüklənməsinə, din və şəriət hökmlərinin yaddan çıxmasına səbəb olur. Nəticədə pak insanlar da fəsada uğrayır. Bu ilahi vəzifəyə əməl etməyənlər dünya və axirətdə cəzalanır.

Əziz İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) bu barədə buyurur: “Bir dəstə insan gəmiyə minir. Onların hər biri gəmidə öz yerini tutur. Bu vaxt bir şəxs öz oturduğu yeri deşməyə başlayır. Ondan nə etdiyini soruşurlar?! Cavab verir ki, bu yer mənimdir və istədiyimi edirəm! Bu adamın qollarını bağlasalar, həm onun özünü, həm də başqalarını xilas etmiş olarlar. Əgər onun əllərini tutmasalar, həm özünü qərq edər, həm də başqalarını.”1)N$O@O#$R%E^F&N(O*T! 250

Rəvayətdən aydın görünür ki, ləyaqətsiz işlər qarşısında sükut etməyin əhatəli ağrıları var. Əgər həmin insanın qarşısı alınmasa, hamı suya qərq olar. Demək, cəmiyyətin hər bir üzvü vəzifəlidir ki, başqalarının əməlinə biganə qalmasın.

Qurani-Məcid buyurur: «Sizlərdən əmr be məruf və nəhy əz münkərlə tanış olan bir ümmət xalqı yaxşı ə çağırma, pis işlərdən çəkindirməlidir. Bu iki işi yerinə yetirənlər nicat tapmışlardır.»2)N$O@O#$R%E^F&N(O*T! 251

Digər bir ayədə bir qrup günahkar lənətlənərkən buyurulur: «İsrail övladlarından kafir olanlar Davudun Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.»1)N$O@O#$R%E^F&N(O*T! 254

Yaxşı olmazmı ki, özünü Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) ardıcıl sayanlar və O Həzrəti özünə nümunə hesab edənlər, “mənə nə?” deməyib, cəmiyyətdəki rəftarlara diqqətli olalar?!

Rəvayətdə İmam Hüseyn (ələyhissəlam) buyurur: “Ey insanlar! Allahın öz dostlarına verdiyi öyüddən ibrət götürün! Allah-təala buyurur ki, «Mömin kişilər möminə qadınlar bir-birlərinin dost, yardımçı başçılarıdırlar. (Bir-birlərinə ağıl şəriət baxımından) yaxşı (hesab edilən) görməyi əmr edir (ağıl şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir Allah Onun Peyğəmbərinə itaət edirlər.»2

Allah-təala bilir ki, bu iki vəzifəyə əməl olunmasa, istər asan, istər çətin bütün başqa vəzifələrin də yolu bağlanacaq. Çünki əmr be məruf və nəhy əz münkər İslama dəvətdir. Bu yolla məzlumun haqqı qaytarılır, sitəmkara qarşı çıxılır, beytül-mal )N$O@O#$R%E^F&N(O*T! 2583 və qənimətlər ədalətlə bölünür...4

Əmirəl-möminin Əli (ələyhissəlam) əmr be məruf və nəhy əz münkər vəzifəsinin əhəmiyyət və zərurəti haqqında buyurur: “Həqiqətən, Allah övliyalarına razılıq verməyib ki, yer üzündə günah baş verəndə onlar sakit dayansınlar, əmr be məruf və nəhy əz münkərdən çəkinsinlər.”5

Əmr be məruf və nəhy əz münkərin əhəmiyyət və zərurəti ilə tanış olduqdan sonra onu tərk etməyin dünya və axirət təsirlərini araşdıraq:

1. İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Ya əmr be məruf və nəhy əz münkər edin, ya da ilahi əzab hamınızı bürüyəcək!”1)N$O@O#$R%E^F&N(O*T! 261

2. Yenə də buyurur: “Mənim ümmətim dünyaya üz tutsa, İslamın şövkətindən məhrum qalar. Əgər əmr be məruf və nəhy əz münkərdən əl çəksələr, vəhy bərəkətindən məhrum qalarlar.”2

3. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) minbərə qalxdı, həmd-səna deyib buyurdu: “Ey camaat! Allah sizə buyurur ki, nə qədər ki, dualarınızı rədd etməmişəm, istədiyinizi alırsınız, məndən yardım görürsünüz, yaxşılığa çağırın, pisliyə qadağa qoyun.”3)N$O@O#$R%E^F&N(O*T! 266

4. Əmirəl-möminin (ələyhissəlam) buyurur: “Əmr be məruf və nəhy əz münkəri tərk etməyin! Yoxsa Allah şər bir qövmü sizə hakim edər, nə qədər dua etsəniz də eşidilməz.”4
Bir neçə tövsiyə
1. Əmr be məruf və nəhy əz munkərdə məqsəd fərd və cəmiyyətin islahı olmalıdır. İnsan canıyananlıq, xoş niyyətlə bu işi görməlidir. Əmr və qadağada intiqam hisslərinə, kin-küdurətə yol verilməməlidir.

2. Əmr və qadağada imkan həddində lütf və məhəbbət göstərilməlidir. Bu üsul ən təsirli üsuldur. Sərt rəftarların gözlənilməz nəticələri də olur. Peyğəmbərlərin və məsumların (ələyhimussəlam) rəftarlarından aydın olur ki, məhəbbət göstərməklə ən yola gəlməz adamları da islah etmək olur.

3. Bəzilərinin əmr və qadağası təsirsiz qaldığı halda başqaları özlərini təsirli görərsə, bu yönümdə addım atmalıdır.

4. Bəzən bu İlahi vəzifəni yerinə yetirmək bir nəfərin əlindən gəlmir və bu işdə ümumi şəkildə hərəkət edilməlidir.

5. Əmr və qadağa vəzifəsinin öz çətinlikləri var. Çünki bəzi mənafepərəst insanlar həqiqəti asanlıqla qəbul etmir. Onlar bəzən insanları yaxşılığa çağırıb, pislikdən çəkindirənləri hədəfə alırlar. Demək, bu işdə səbirli və dözümlü olmaq, kiçik bir çətinlik gördükdə meydanı boş buraxmamaq lazımdır.

Həzrət Loğman öz oğluna nəsihətlərində deyir: «Oğlum! Namaz qıl, insanları yaxşılığa çağır, pislikdən çəkindir. Bu işdə əziyyət çəksən səbirli ol, belə etməyin işlərdə sabitqədəmlik göstəricisidir1)N$O@O#$R%F^N&O(T*E! 221)N$O@O#$R%E^F&N(O*T! 221



6. Hazırkı dövrdə mədəniyyət mərkəzlərinin yaradılması, kitab nəşri, radio və televiziya proqramları insanların əqidə, əxlaq və əməlinə əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə çalışmaq çox mühümdür. Hər kəs öz gücündə bu yönümdə addım atmalıdır. Kütləvi informasiya vasitələrində gözəl əxlaq, insani keyfiyyətlər, İslam mədəniyyəti təbliğ olunmalıdır. Bu istiqamətdə çeşidli proqramlar həyata keçirmək, qeyri-İslami, açıq-saçıq layihələrdən çəkinmək lazımdır.
Əmr be məruf və

nəhy əz munkərin şərtləri
1. Bu vəzifəni yerinə yetirmək istəyən insan “məruf” və “munkəri” bir-birindən seçə bilməlidir. Nəyin yaxşı, nəyin pis olduğunu bilməyən şəxs uyğun vəzifəni yerinə yetirə bilməz.

2. Ehtimal olunmalıdır ki, əmr və qadağanın təsiri olacaq. Əgər deyilən sözlərin təsirsiz qalacağı məlumdursa, bu vəzifə vacib deyil.
Şoranlıq torpaqda sünbül cücərməz,

Toxumu zay etmə, başqa bir yer gəz!


3. Bu vəzifənin yerinə yetirilməsi daha böyük fəsad yaratmamalıdır. Əgər insan bilərsə və ya ehtimal edərsə ki, bu vəzifəni yerinə yetirməsi onun və başqalarının canı, şəxsiyyəti və malı üçün ciddi zərərə səbəb olacaq, belə bir halda əmr və qadağa haramdır.

4. Əgər əmr be məruf və nəhy əz munkər etmək istəyən insandan öncə kimsə bu işi görmüşsə və nəticə alınmışsa, əmr və qadağa vacib olmur. Başqaları onu yerinə yetirdiyi vaxt bu vəzifə insanın öhdəsindən götürülür.

Məndən qabaq demişlərsə bir sözü,

Qarışmağım yersiz olardı düzü.

Korun qarşısına çıxarsa quyu,

Mən görürkən kim çəkməli harayı?!
Əmr be məruf və

nəhy əz munkərin mərhələləri
Bu mühüm vəzifəni yerinə yetirmək üçün dərəcə və mərtəbələr mövcuddur. Əgər aşağı mərtəbə ilə məqsədə çatmaq mümkün deyilsə, növbəti mərhələyə geçmək olar. Bu mərtəbələrlə tanış olaq:

1. Rəftarla hərəkət: İlk addımda günahkarla elə rəftar edilməlidir ki, o günaha görə bu rəftara məruz qaldığını hiss etsin. Məsələn, ondan üz çevirmək, xoş davranmamaq, get-gəli kəsmək nümunə göstərilə bilər.

2. Dillə hərəkət: Bu mərhələdə günahkara nəsihət verilir, o doğru yola çağırılır. Əgər moizə-nəsihət təsir etmirsə, sərt danışmaq lazımdır.

3. Əməli hərəkət: Əgər günahkarı zor göstərmədən pis işdən çəkindirmək və ya yaxşı işə sövq etmək mümkün deyilsə, ona güc göstərilməlidir. Amma bu addım qarşı tərəfin yaralanması və ya ölümü ilə nəticələnə bilərsə, özbaşına hərəkət etmək olmaz. Bu şəraitdə zəruri şərtlərə malik müctəhiddən icazə alınmalıdır.

Bəli, hörmətli oxucu! Ətrafdakıları yaxşı işə təşviq edib, pisdən çəkindirmək hər bir müsəlmanın vəzifəsidir. Əmr be məruf və nəhy əz münkərin mənası budur ki, xeyir əməllər artsın, pis işlər azalsın. Amma unutmaq olmaz ki, bu olduqca incə bir vəzifədir və başqalarının reaksiyasına səbəb olur. Onun öz şərtləri var və bu şərtlərə ciddi riayət etmək lazımdır:

a) Əmr və nəhy edən (əmr edib qadağa qoyan) insan yaxşı işi pis işdən seçə bilməlidir. Məbada, əmr be məruf və nəhy əz münkər adı altında kiməsə pis iş əmr olunsun, yaxşı işdən çəkindirilsin.

b) Qarşı tərəf, yəni əmr və qadağa ünvanı olan kəs günahda israrlı olmalıdır. Bir şəxs pis iş görüb sonra tövbə edərsə, ona münasibətdə əmr be məruf və nəhy əz münkər lazım deyil.

v) Əmr edən və ya qadağa qoyan kəs öz əmr və qadağasının təsirinə ümid etməlidir.

q) Diqqətli olmalıyıq ki, bizim əmr və qadağamız özümüzə və ya cəmiyyətə zərərli olmasın.

İstənilən bir halda qeyd olunan şərtləri nəzərə almaqla əmr be məruf və nəhy əz münkər vəzifəsini icra etmək cəmiyyətin islahına və əmin-amanlığına xidmət edir, həmçinin ağıl və şəriət baxımından bəyənilir.



9-10 Təvəlla Təbərra: Hər bir müsəlman “təvəlla” və “təbərra” göstərişinə əməl etməlidir və bu vəzifədən boyun qaçıran günaha batır.

Təvəllanın mənası sevmək, dost tutmaq deməkdir. Yəni hər bir müsəlmanın Allah-təalanı, Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm), məsum İmamları (ələyhimussəlam) və onların dostlarını sevməsi;

Təbərranın mənası isə bizar və nifrət etmək deməkdir. Yəni hər bir müsəlmanın Allah-təalanın, Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm), məsum İmamların (ələyhimussəlam) və onların dostlarının düşmənləri ilə düşmən və habelə onlardan bizar olması;

Təvəlla və təbbərra haqqında Allah-təala Qurani-Kərimdə belə buyurur: «(Ey Peyğəmbər)! De: Mən sizdən öz risalətimin (Peyğəmbərliyimin) əvəzində, Əhli-beytimə məhəbbət bəsləməkdən başqa heç bir əcr (mükafat) istəmirəm1

Mübarək ayədə gələn “Əhli-beyt” (ev əhli) Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) ən yaxınları ən əzizləri sayılır. Və bu şəxslər Həzrət Əli (ələyhissəlam), Həzrət Fatimə (səlamullahi ələyha) və Onların övladları (on bir İmam)dır.

Dost olmaq dedikdə, sadəcə qəlb istəyi yox, 12 məsum İmama (ələyhimussəlam) və onların hər birinin üç məqamına etiqad nəzərdə tutulur:



1) Dini rəhbərlik (vilayət) məqamı.

2) Mühakimə məqamı.

3) Siyasi rəhbərlik məqamı.

Buna əsasən məsumları (ələyhimussəlam) əməl və rəftarlarımızda nümunə götürmək vəzifəmizdir. Onların dini, siyasi məhkəmə və hüquqi göstərişlərini yerinə yetirmək vacibdir. Məsumların söz və əməlləri dəlil sayılmalıdır. Əgər belə etmiş olsaq, təvəlla vəzifəsini yerinə yetirmişik.

Təvəlla vəzifəsini bildikdən sonra təbərra vəzifəsi də aydınlaşır. Yəni hər bir müsəlman Allah dostu olan Həzrət Əli (ələyhissəlam), Həzrət Fatimə (səlamullahi ələyha) və Onların övladları ilə düşmənçilik edənlərə düşmən olmalıdır. Vilayət (dini rəhbərlik) düşmənlərinin əməl və rəftarları heç bir sahədə dəlil ola bilməz və onlardan nümunə götürmək qadağandır. Təbərraya əməl etməsək, günaha batmış oluruq və buna görə cavab verəsiyik.

Məsumların (ələyhissəlam) nəzərində

təvəlla və təbərranın əhəmiyyəti
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Əlinin vilayəti (rəhbərliyi) Allahın vilayətidir, Ona məhəbbət ibadətdir. Əli vilayətinə tabeçilik ilahi vacib göstərişdir. Onun dostları Allahın dostları, Onun düşmənləri Allahın düşmənləridir. Onunla savaş Allahla savaşdır, Onunla sülh Allahla sülhdür.”1)N$O@O#$R%E^F&N(O*T! 270

Zürarə2 İmam Baqirin (ələyhissəlam) dilindən belə nəql edir: “İslam beş əsas üzərində qurulub: Namaz, zəkat, həcc, oruc və vilayət.” Zürarə sual edir ki, bu beş şeydən ən üstünü nədir? Həzrət (ələyhissəlam) buyurur: “Vilayət daha üstündür. Çünki o biri dörd şeyin açarı vilayətdir, vəliyy (imam) insanları onlara yönəldir.”1)N$O@O#$R%F^N&O(T*E! 27)N$O@O#$R%E^F&N(O*T! 271

Əbuzər2 Həzrət Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) mübarək dilindən belə nəql edir: “Nuhun gəmisi onun qövmü üçün necə idisə, Mənim Əhli-beytim də sizin üçün elədir. Ona süvar olan nicat tapar, üz döndərən isə qərq olar.”3)N$O@O#$R%E^F&N(O*T! 272
Saleh əməllərin qəbulunda

təvəlla və təbərranın rolu
Təvəlla və təbərra saleh əməllərin qəbulunda əsas şərtlərdən sayılır. Bu iki vəzifəyə əməl etməyən insanın heç bir əməli qəbul deyil. Bu mövzuda xeyli rəvayət nəql olunmuşdur.

1-İmam Səccad (ələyhissəlam) Həzrət Peyğəmbərdən (salləllahu ələyhi və əlihi və səlləm) belə nəql edir: “İbrahim ailəsi yad edilərkən sevinib, lakin Məhəmməd ailəsi yad edilərkən qəlbi nifrətlə dolan qövmlərin halı necə olacaq?! And olsun Məhəmmədin canı əlində olan kəsə, Qiyamət günü yetmiş Peyğəmbərin əməlini gətirən kəs Mənim və Mənim Əhli-beytimin vilayətindən uzaq olsa, əməlləri qəbul olunmaz.”4

2-)N$O@O#$R%F^N&O(T*E! Əbu Həmzə Somali5 nəql edir ki, İmam Baqirə (ələyhissəlam) dedim: “Ey Peyğəmbər oğlu, Sənə fəda olum, bir şəxs gündüz oruc tutub gecəni ibadət etsə, sədəqə versə və sizin vilayəti qəbul etməkdən savay bütün xeyir işləri görsə, necə olacaq? İmam (ələyhissəlam) gülümsünüb buyurdu: “Mən yer üzünün ən üstün yerlərində varam. Əgər bir bəndə ömrünün sonunadək daim rükn və məqam arasında səcdədə qalsa, amma bizim vilayəti tanımasa, ibadətdən bir fayda götürməz.”1)N$O@O#$R%E^F&N(O*T! 274

3-İmam Sadiq (ələyhissəlam) buyurur: “Bəndə Allah-təalanın hüzurunda dayandığı vaxt ondan ilkin olaraq vacib namazlar, zəkat, oruc, həcc və biz Əhli-beytin vilayəti soruşular. Əgər bizim vilayəti qəbul edib bu etiqadla ölsə namazı, orucu, zəkatı, həcci qəbuldur. Əgər Allah hüzurunda bizim vilayəti təsdiqləməsə, Allah onun heç bir əməlini qəbul etməz.”2)N$O@O#$R%E^F&N(O*T! 275

4-İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) bu mövzuda buyurur: “Əgər bir şəxs ömrünün bütün gecələrini ibadətdə, bütün gündüzlərini oruc tutmaqla keçirsə, bütün sərvətini sədəqə versə, ömür boyu həccə getsə, amma Allah vəlisinin vilayətini tanımasa, Allahdan mükafat gözləməsin, o möminlərdən sayılmayacaq.”3)N$O@O#$R%E^F&N(O*T! 276
Yerin fələklərin qoynunda olsa,

Varlığın Kövsərdən əgər can alsa,

Miskinsən, fəqirsən, boşdadır əlin,

Nəzərin Əlidən kənarda qalsa.


5-Digər bir rəvayətdə Allahın Rəsulu (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Hər kəs dövrünün İmamını tanımamış ölsə, yəni itaəti vacib olan İmamı tanımasa, cahiliyyət və bütpərəstlik dövrünün adamları kimi ölmüşdür.”1

6-)N$O@O#$R%E^F&N(O*T! 280Zəməxşəri, Fəxr Razi kimi böyük alimlər belə bu hədisi mötəbər saymağa məcbur olmuşlar: Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Məhəmməd ailəsini sevən halda ölən, şəhid ölmüşdür, Məhəmməd ailəsini sevən halda ölən, bağışlanıb ölmüşdür, Məhəmməd ailəsini sevən halda ölən, tövbəkar ölmüşdür, Məhəmməd ailəsini sevən halda ölən, kamil imanla ölmüşdür... Məhəmməd ailəsinə düşmən vəziyyətdə ölən kafir olaraq ölmüşdür. Məhəmməd ailəsinə düşmən halda ölən behişt ətri duymayacaq.”2)N$O@O#$R%E^F&N(O*T! 281

Bu iki alim də digər alimlər kimi hədisi ört-basdır edə bilmədiklərindən onun mənasını təhrif etmiş, bildirmişlər ki, hədisdə qəlb məhəbbəti nəzərdə tutulur. Hansı ki, Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm Əhli-beyt (ələyhissəlam) məhəbbəti dedikdə, sadəcə qəlb məhəbbəti yox, itaət nəzərdə tutmuşdur.

Əhli-beytə (ələyhissəlam) məhəbbəti təvəlla və təbərra kimi iki vəzifəni digər əməllərin qəbulu üçün şərt saymalıyıq. Əhli-beyt (ələyhissəlam) dostları ilə dostluq, onların düşmənləri ilə düşmənçilik müsəlmana şəxsiyyət, hörmət gətirir.

Bülbülü tanıdan eşqidir inan,

Bir mücəssəmədir sevgisiz insan.




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə