Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

Onlar  süvari  hissələrlə  birgə  vuruşmalarda  iştirak  etmiş  olsaydılar,  bəlkə  də  İran 
orduları məğlubiyyətə uğramazdı. 
Makedoniyalı  İskəndərin  güzəştə  getməməsi,  ölüm-dirim  müharibəsində 
inad  göstərməsi,  Makedoniya      əsgərlərinin  məqsədyonlü,  nəyin  uğrunda 
vuruşmalara  girişməsi  və  digər  amillər  onların  qalib  gəlmələrinin  rəhni  olmuşdu. 
Əhəməni  imperiyasının  bir    sıra    ucqar    rayonları  hələ  də  quldarlıq  quruluşunun 
inkişafına görə aşağı səviyyədə idi.  
Qərbi  Midiya  satraplığı  müharibə  ərəfəsində    iqtisadi-sosial  cəhətdən 
inkişaf  etmiş  olan  əyalətlərdən  biri  idi.  Bu  satraplığa  görkəmli  dövlət  xadimi 
Atropat    başçılıq edirdi. 
Əhəmənilərin  sonuncu  hökmdarı  III  Daranın  hakimiyyəti  dövründə 
Atropat  Midiya  satrapı  idi.  Mənbələrdən  bu  ada  ilk  dəfə  e.  ə.  331-ci  ildə  təsadüf 
edilir. İskəndər İss vuruşmasından (e. ə. 332) sonra Kiçik Asiya, Suriya, Finikiya, 
Fələstin  və s. əraziləri işğal etdi. Bu  məğlubiyyətdən sonra III Dara  yenidən ordu 
toplayaraq İskəndərin qarşısını almağa səy göstərdi. Lakin İskəndər Dəclə və Fərat 
çaylarından  keçərək  e.  ə.  331-ci  il  oktyabr  ayının  birində  qədim  Assur  (Aşşur) 
şəhəri Ərbilin  yaxınlığında  olan Qavqamel  kəndi  ətrafında  III Daranın ordularına 
sonuncu və həlledici zərbə endirib onu məğlub etdi. İskəndər ilə III Dara arasında 
olan  İss  müharibəsində  Atropatın  Midiya  ordularına  başçılıq  etməsi  haqqında 
mənbələrdə  məlumat  yoxdur.  Lakin  güman  etmək  olar  ki,  ən  qüdrətli  satraplığın 
hakimi  kimi  Midiya  satrapı  Atropat  İskəndərlə  Dara  arasında  baş  vermiş  hər  üç 
müharibədə  iştirak  etmişdir.  Mənbələrdə  Atropatın  Midiya  ordusuna,  ancaq 
Qavqamel  vuruşmalarında  (e.  ə.  331) başçılıq  etməsi  haqqında  məlumata  təsadüf 
edilir. 
Makedoniyalı İskəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığına 
görə,  Qavqamel  döyüşündə  III  Daranın  süvari  kəşfiyyat  dəstəsinə  başçılıq  edən 
Atropatın  bölməsində  yarım  müstəqil  kadusilər,  albanlar  və  sakasenlər  də  iştirak 
edirdi
233

 
Arrian maraqlı bir məlumatla da bizi tanış edir. Ölkədə baş vermiş qarma-
qarışıqlıqdan  istifadə  edən  Bariaks  adlı  birisi  hakimiyyətə  keçə  bilir.  Arrianın 
göstərdiyinə  görə  Bariaks  e.  ə.  324-cü  ildə  özünü  Parsua  və  Midiya  çarı  elan 
etmişdi. Atropat isə onu tutub İskəndərə vermişdi
234
. Bu fakt Atropatın uzaqgörən  
bir  siyasətçi  olduğunu  göstərir.  Atropat  yaxşı  başa  düşürdü  ki,  artıq  Əhəməni 
imperiyasını dirçəltmək mümgün deyil. Ona görə də o, İskəndərlə loyal mövqedə 
dayandı.  Atropatın  loyal  münasibətini  görüb  ona  rəğbət  bəsləyən  İskəndər  bir 
müddət onu öz yanından buraxmadı. Məşhur Suz təntənəsində iştirak edən Atropat 
öz  qızının  makedoniyalıların  süvari  dəstələrinin  başçısı  Perdikkiyə  ərə  verərək  
onunla  qohum  oldu. Dövrün  siyasi  nəbzini  tuta bilən Atropat görkəmli diplomat 
                                                           
233
 Arrian. Anabazis, III, 84. 
234
 Yenə orada. 


olduğuna  görə  qarşıya  çıxmış    ağır  şəraitdən  bacarıqla  istifadə  etdi  və  tədricən 
düşmən satrapdan etibarlı müttəfiqə çevrildi. 
İskəndər Midiyaya gələrkən Atropat indi onun yaxın adamları ilə birlikdə 
qalibin şərəfinə təşkil edilmiş şənliklərdə iştirak edirdi. 
İskəndər Midiyada olarkən orada bəslənilən Nisa atlarına baxdı. O. 50000 
atı  hökmdar  ordularına  göndərdi.  İskəndərin  bir  sıra  siyasi  tədbirlərində  Atropat 
şəxsən    iştirak  edirdi.  Arrianın  yazdığına  görə  Atropat  İskəndərə  100  nəfərdən 
ibarət  atlı  cəsur  döyüşçü  qadın  dəstəsi  bağışlamışdı.  O  yazır:  ―Midiya  satrapı 
Atropat  İskəndərə  100  nəfər  Amazonka  bağışlamışdı.  Onlar  kişi  geyimi  geymiş, 
yüngül silahlarla yaraqlanmışlar‖
235
 
Atropat  yeganə  Əhəməni  satrapı  idi  ki,  İskəndər  onu  vəzifədən  kənar 
etmədi; əksinə, bəzi qonşu ərazilərin idarəsini də ona həvalə etdi. 
Yuxarıda göstərdiyimiz tarixi şəraitdə Midiya-Atropatena dövlətinin əsası 
belə  qoyuldu.  İskəndərin  ölümündən  sonra  isə  bu  dövlət  qurumu  tam,  müstəqil 
siyasət  yürüdən  güclü  bir  dövlətə  çevrildi.  Bu  dövlətin  ərazisi  indiki  Cənubi 
Azərbaycan  vilayətlərini,  İran  Kürdüstanının  bir  hissəsini,  Sovet  Azərbaycanının 
isə bəzi əyalətlərini əhatə edirdi. 
Strabonun göstərdiyinə görə Atropatenanın (Kiçik Midiya) sərhədləri belə 
olmuşdur.  
Bu ölkə Ermənistan və Matianadan şərqdə, Böyük Midiyadan qərbə tərəf, 
hər  iki  ölkədən  şimalda  yerləşmişdir.  Cənubdan  o,  Hirkan  dənizinin  çökəkliyinə 
yaxın əyalətlərlə və Matiana ilə həmsərhəddir
236

 
Ərəb  coğrafiyaşünası  İstəxriyə  görə,  Azərbaycan  şərq  dən  Kuhistan  və 
Xəzər dənizi, qərbdən Ermənistan və şimaldan Allan, Qıbq dağları, cənubdan İraq 
və  Cəzirə  ilə  həmsərhəddir
237
.  Atropatenanın  qədim  sərhədləri  haqqında  hər  iki 
müəllifin  məlumatları  təqribən  eyniyyət  təşkil  edir.  Demək,  Atropatena  ərazisinə 
Kürdüstanın bir hissəsi, Gilanın cənub-qərbi və nəhayət, Albaniya əyalətlərinin bir 
hissəsi daxil olmuşdur. 
Yeni yaranmış dövlət antik müəlliflərin göstərdiyi kimi,  öz banisinin adı 
ilə  adlanmağa  başlandı.  Mənbələrdə  Atropatenanın  iqtisadi-ictimai  və  mədəni 
həyatı  haqqında  məlumat  olduqca  azdır.  Arxeoloji  qazıntılar  zamanı  əldə  edilmiş 
maddi-mədəniyyət  nümunələri,  bu  ölkədə  vaxtilə  kənd  təsərrüfatının,  o  cümlədən 
əkinçiliyin,  maldarlığın,  bağçılığın  inkişaf  etdiyini  sübut  edir.  Digər  tərəfdən 
arxeoloji  qazıntıların  nəticəsi  ölkədə  sənətkarlığın  və  şəhər  həyatının  yüksək 
səviyyədə olduğunu göstərir. 
Bu  ərazidə  iqtisadi  və  mədəni  cəhətdən  geridə  qalmış  tayfalarla  yanaşı 
yüksək  sənətkarlıq  mədəniyyətinə,  şəhərlərə,  ticarət  mərkəzlərinə,  maarif 
ocaqlarına  malik  olan  tayfalar  da  yaşamışdır.  İstər  Əhəmənilərin    hakimiyyəti 
                                                           
235
 Arrian. Anabazis, III, 84. 
236
 Strabon. XI, 13. 
237
 İstəxri. Məsalik vəl-məmalik. Tehran, 1340, s. 25 – 34. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə