Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

Kiçik  Asiya  və  Romaya  aparılırdı.  Digər  bir  yol  isə  Orta  Asiyadan  qərbə  doğru 
uzanıb Xəzər dənizinə gəlib çatırdı. 
Z.  İ.  Yampolski  özünün  ―  Kaspi  dənizi  ilə  Kür  çayına  və  oradan 
Gürcüstan  vasitəsi  ilə  Qara  dənizə  gedən  yollar‖  adlı  məqaləsində  Bartoldun, 
Manandyanın, Tompson və Parnın göstərmiş olduqları Kaspi dənizi, Kür və Rioni 
çayları vasitəsilə  Qara  dənizə  gedən ticarət  yollarına  əlavə  olaraq, Qafqazda  olan 
su və quru ticarət yollarını da göstərmişdir. Müəllifə görə ehtimal ki, bu yol  nəinki 
daxili  əhəmiyyətə  malik  idi,  o,  habelə  Qafqazdan  kənarda  olan  su  yolları  ilə  də 
əlaqədə olmuşdur...
208

Beləliklə,  Albaniya  ərazisində  olan  su  və  quruda  olan  ticarət  yolları 
Atropatenadan  keçərək  İranın  yolları  ilə  qovuşurdu.  Bu  yollar  vasitəsi  ilə 
Zaqafqaziyadan Beynəlnəhreynə, Elama, İraqa və digər ölkələrə   metal, dəvəgözü 
daşı  və  s.  aparılırdı.  Zaqafqaziya  ölkələrində  metallurgiya,  metal  istehsalı, 
Atropatenada  isə  toxuculuğun  (yun  parça),  duluçuluğun,  habelə  zəngin  xammal 
mənbəyinin olması, ticarət yollarının inkişağına  bilavasitə şərait yaradır və qonşu 
ölkələrin  xalqları  ilə  atropatenalıların  daima  iqtisadi  əlaqə  saxlamasına  kömək 
göstərirdi. Bu səbəbə görə də istər Albaniya, istərsə  Atropatena şəhərləri, xüsusilə 
Qazaka,  Fraata,  Tarmakis,  Aqanzana,  Artabed,  Partav,  Qəbələ,  Şəki,  Şamaxı, 
Dərbənd, Enian (Yunan), Paytakaran (Örənqala)  və Xəzər sahilində olmuş Getara 
(Qanqara)  şəhərlərinin  böyüyüb  inkişaf  etməsi  təsadüfi  olmamışdır.  Belə  bir 
nəticəyə gəlmək olar ki, Midiya və Atropatena Yunanıstan  və Romadan Baktriya, 
Hindistan  və  Çinə  gedən  əsas  karvan  yolu  üzərində  yerləşmişdi.  Bu  yolun  əsas 
düyün  nöqtəsi  Ekbatan  şəhəri  olmaqla,  ticarət  yolları  buradan  Zaqros  vasitəsi  ilə 
Selevkiyə,  Atropatena  vasitəsi  ilə  Zaqafqaziyaya,  habelə  Qara  dənizə  doğru 
uzanırdı. 
Eramızdan  əvvəl  II  əsrə  qədər  Qara  dənizə  doğru  uzanıb  gedən  yollar 
üzərində  hakimiyyət  Atropatena  və  qismən  də  Ermənistan  hakimlərinə  məxsus 
olmuşdur. Atropatenada Tranzit üçün əsas yol cənuba doğru: Qazakadan Ekbatana, 
oradan  Suza,  Babilistana;  şərqə  doğru:  Qazakadan,  Aqanzana  (Zəngana),  Rey, 
Damğan, Bəlx, Hindistan, Çin; şimala doğru: Marağa, Tarmakis, Artaşat, İberiya, 
Qara  dənizə  gedən  yol;  Qazaka,  Aqanzana,  Miyana,  Ərdəbil,  Muğan  vasitəsi  ilə 
Albaniya şəhərlərinə gedən yol olmuşdur. 
Atropatena  hökmdarları  dövründə  ticarət  ümumdünya  əhəmiyyəti  kəsb 
etdiyi üçün, bu ölkədə Şərq ilə Qərb arasında aparılan ticarətdə böyük rol oynamış, 
istər-istəməz dünya ticarətinə cəlb edilmişdir. Bu dövrdə dövlətlər tərəfindən külli 
miqdarda  sikkənin  zərb  edilməsi  də  öz  növbəsində  dünya  ticarətinin  inkişaf 
etməsinə misilsiz təsir göstərə bilmişdir. Demək, bu dövrdə Şərq ölkələrində sikkə 
mübadiləsində (özündən əvvəlki dövrə nisbətən) ciddi bir dönüş əmələ gəlmiş, pul 
                                                           
208
 З. И. Ямпольский. К изучении древнего пути из Каспийского моря по реке  Куре через Грузии 
к Черному морю. Тр. И.-та истории АН Груз. ССР, 1956, № 11, с. 161 – 180. 


mübadiləsi  Atropatena  və  Albaniyada  da  yayılmaqda  idi
209
.  Bunu  sübut  etmək 
üçün Azərbaycanın müxtəlif rayonlarında arxeoloji qazıntılar zamanı, o cümlədən 
Naxçıvan, Qəbələ, Şamaxıdan əldə edilmiş Makedoniyalı İskəndərin draxmaları və 
tetradraxmalarını  göstərmək  olar
210
.  Makedoniyalı  İskəndərin  monarxiyası 
dağıldıqdan sonra, bir sıra Şərq ölkərində, o cümlədən Atropatena və  Albaniyada 
Selevki tetradraxmaları işlədilirdi.  Bunun da  öz  növbəsində  göstərdiyimiz  dövrdə 
istər Atropatena, istərsə də Albaniyada ticarətin inkişaf etməsinə əhəmiyyəyli təsiri 
olmuşdur
211

Azərbaycan  və  ona  qonşu  olan  ölkələrin  ərazisindən  Atropatena 
hökmdarları adına zərb edilmiş sikkələrin tapılması e. ə. III – eramızın II əsrlərində 
sikkə  zərbinin  burada  çox  az  inkişaf  etdiyini  göstərir.  Görünür  ki,  ticarət 
Makedoniyalı  İskəndər  və  onun  canişinləri  tərəfindən  zərb  edilmiş  draxma  və 
tetradraxmalar vasitəsilə aparılırmış. Bu dövrdə Atropatena yun parça istehsalında 
görkəmli yer tuturdu
212

Atropaten  hökmdarının,  Parfiyan  şahları,  Romanın  görkəmli  dövlət 
xadimləri  Ermənistan  hökmdarları  ilə  qohumluq  və  dostluq  etmələrinin  də  öz 
növbəsində bu ərazidə ticarətin inkişafı üçün az təsiri olmamışdır. 
Bu  fikri  sübut  etmək  üçün  Strabon  özünün  Coğrafiya  kitabında  qeyd 
etmişdir:  ―Atropatena  hökmdarı  Roma  imperatoru  və  Parfiya  dövlətinin  hüsn-
rəğbətini qazandığı üçün, Ermənistan romalılar tərəfindən məğlub edildikdən sonra 
Sünbakini Atropatenə geri qaytarmağa məcbur olmuşlar‖
213

Strabon göstərir ki,  midiyalılar (Böyük Midiya  –  A.F)  farsların müəllimi 
olduqları  kimi,  bəzilərinin  dediyinə  görə  ermənilərin  də  müəllimi  olmuşlar.  Ona 
görə  ki,  midiyalıların  bir  sıra  adət-ənənələri  və  onların  oxşarlığı  ermənilər 
içərisində görünməkdədir
214

Karvanlar İran yaylasını Hindistandan ayıran Süleyman dağlarını keçmək 
üçün  Kabul  çayının  yataq  dərəsindən  istifadə  edirdilər.  Ona  görə  ki,  Kabuldan 
Pişavər və Hind çayı vasitəsilə cənuba uzanan bu yol qısa  və rahat  yollardan biri 
olduğu üçün gediş-gəlişi çox idi. Çünki Xeybər keçidi bu yolu çox qısaldırdı. 
Atropatenanın  şimal  vilayətləri  və  Dağıstanın  xeyli  hissəsi  qədimdə 
Albaniya  adlanırdı.  Onun  ərazisi  Kiçik  Qafqazdan  və  Kür  ilə  Arazın  aşağı 
axarından Böyük Qafqaz sıra dağlarının şimal-şərq qurtaracağına qədər uzanırdı. 
Albaniya dəniz sahilində əhalisi çox olan zəngin ölkələrdən biri idi. Lakin 
antik  müəlliflərin  verdikləri  məlumata  görə  Albaniya  ərazisində  ticarət  çox  az 
inkişaf edə bilmişdi. Görünür, burada pulun az işlədilməsi və mübadilənin natural 
                                                           
209
 Е. А. Похомов. Манеты Азерб. М. К. А. том II. 1951. с.  141-166 
210
 Е. А. Похомов. Бардинский клад 1940 г. Изв. Азерб. ФАН СССР, № 8. 
211
 Yenə orada. 
212
 Rəhimzadə Səfəvi. Göstərilən əsəri, s. 38. 
213
 Strabon. XI, 13. 
214
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə