Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

Sərnişinlərin  daşınmasında  üstüörtülü  və  açıq  arabalar,  qazalaklar,  təxte-
rəvanlar  əsas  minik  vasitəsi  olmuşdur.  Atropatena  ərazisi  at  miniyi  daha  geniş 
yayılmış yerlərdən biri idi. 
Hələ  əhəmənilərin  hakimiyyəti  dövründə  İranda  qadınlara  məxsus  olan 
fayton  tipli  arabaları  olduqca  gözəl  və  zərif  hazırlayırmışlar
198
.  Belə  ki,  həmin 
faytonları qızıl və gümüşlə bəzəyirdilər. 
Tarixi  mənbələrə  görə  Atropatena  qədimdə  qonşu  ölkələrə  nisbətən 
iqtisadi-ictimai  cəhətdən  daha  sürətlə  inkişaf  etmişdi.  Burada  olan  sənətkarlıq 
nümunələri,  xüsusən  məharətli  ustalar  tərəfindən  hazırlanıb  məişətdə  istifadə 
edilən  məlumatlar  ticarət  yollarının  və  habelə  qonşu  ölkələrlə  iqtisadi  əlaqələrin 
yaranıb  inkişaf  etməsinə  mühüm  təsir  göstərmişdir.  Atropatena  ərazisinin  fiziki-
coğrafi  baxımdan  müxtəlifliyi,  dağ  keçidlərinin  sərt  olması  burada  olan  ticarət 
yollarının  iqtisadi  və  strateji  əhəmiyyətini  daha  da  artırmışdır.  Pompeyin 
Albaniyaya,  Antoninin  isə  Atropatenaya,  sonrakı  dövrlərdə  İraklinin  hərbi 
yürüşlərini  öz  əsərlərində  təsvir  edən  müəlliflər  Atropatenanın  ticarət  yolları 
haqqında da qiymətli məlumat vermişlər. 
Strabona  görə  Ekbatanaya  getmək  üçün  Tavr  dağını  aşmaq  lazımdır
199

Bundan  başqa  Zaqros  və  ondan  ayrılan  Nifatesdəndə  yollar  keçir.  Araz  şərqdə, 
Fərat  isə  qərbdə  axır.  Fərat  çayının  qolu  olan  Sarısu,  Muradsu  və  digər  çaylar 
mənbəyini  göstərdiyimiz  dağlardan  axır.  Zaqros  dağından  aşıb  keçən  yol  Avaçıq 
vasitəsi ilə Xoya, oradan isə Urmu gölünün şimal sahilinə uzanır. 
Plutarxa görə, Antoni Atropatenaya hücum edən zaman o Midiya şahının 
arvad-uşağı  yaşayan  ən  böyük  şəhər  olan  Fraataya  gəlmişdi.  V.  F.  Minorskiyə 
gəldikdə  o,  şəhərlərin  iqlim  şəraitini  nəzərə  alıb  Fraatanın  Verra  olduğunu  rədd 
edir
200
.  Markvart  isə  Verranın  Kanzak  olduğunu  irəli  sürür.  Ptolemey  isə 
Atropatenada Qazaka, Fraaspa və Aqanzana şəhərlərinin olması haqqında məlumat 
verir. 
Minorski ərəb müəlliflərinə istinad edib göstərir ki, Bərzənddən Marağaya 
gedən  yol  olduqca  əhəmiyyətli  olmuşdur
201
.  Bu  yol  Urmiyaya  gedib  çatırdı. 
Dinəvər,  Bərzə,  Marağa,  sonra  Bərzə,  Urmu,  Saqqız,  Sovucbulaq  yolları  da 
mühüm əhəmiyyətə malik olmuşdur. 
İran və digər ölkələrin ticarət malları Atropatena vasitəsi ilə Kiçik Asiya, 
Zaqafqaziya və Şimali Qafqaza daşınırdı. Reydən Zəngan, Miyana, Sarab, Ərdəbil, 
oradan  da  Qafqaza  gedən  yol  qərbdə  olan  ən  böyük  və  geniş  yollardan  biri 
sayılırdı
202

                                                           
198
 Yenə orada, s. 52. 
199
 Strabon. Göstərilən əsəri, XI, 4 – 13. 
200
 V. F. Minorski. Göstərilən əsəri, s. 36. 
201
 V. F. Minorski. Göstərilən əsəri, s. 36. 
202
 R. Səfəvi. Göstərilən əsəri, s. 20 – 30. 


Reydən  Kazaka,  Şəhrizur,  Ktesifona  (Mədain)  gedən  yol  da  mühüm 
ticarət  yollarından  idi.  Şizdən  Mədainə  gedən  yol  Şəhrizurda  yarı  olduğu  üçün 
qədimdə buraya ―Nimrah‖ (yolun yarısı) deyirdilər
203
. Şəhrizurdan Dinəvərə gedən 
yolu  4  günə  getmək  olurdu
204
.  Reydən  Zəngan,  Təbriz,  oradan  da  Kiçik  Asiyaya 
gedən  yol  Şərqi  Qərblə  birləşdirən  ən  geniş  və  ən  mühüm  yollardan  biri 
olmuşdur
205
.  Minorskiyə  görə,  İran  yaylasının  mərkəzi  hissəsini  Urmu  gölünün 
cənubu ilə (Kazaka və Verra ilə), oranı isə Beynəlnəhreynlə birləşdirən yol böyük 
əhəmiyyətə malik olmuşdur
206

Ərdəbil  şəhərindən  bir  yol  əvvəllərdə  Kadusi,  sonralar  isə  gil  (indiki 
Gilan)  adlanan  ərazidən  keçərək  Amard  ölkəsinə,  oradan  isə  Hirkaniyaya  gedirdi. 
Bu yolun davamı Orta Asiya vasitəsi ilə Hindistan və Çinə qədər uzanırdı. 
Bu dövrdə gillərin ticarət mərkəzi Dolab şəhəri olmuşdur. Bu şəhər Gilan 
əyalətinin  qərbində,  Kaspi  dənizinin  yaxınlığında  yerləşirdi.  Bu  şəhərdən 
Atropatenanın  Muğan  əyalətinə  5  günlük,  Şaluz  şəhərinə  isə  11  günlük  yol 
olmuşdur
207
. Məşhur coğrafiyaşünas Ptolemey gillərin yaşadığı Dəlumays, sonralar 
Deyləm  adlanan  ərazinin  şərqində,  Kaspi  dənizinin  sahilində  yaşayan  tayfalardan 
ancaq  tapurların  adını  qeyd  etmişdir.  Ərən  coğrafiyaşünasları  sonralar  tapurların 
yaşadıqları ərazini Təbəristan adlandırmışlar. 
V. V. Bartolda görə Ərdəbildən Marağaya gedən yol Zəngan yaxınlığında 
ayrılırdı.  Müəllifə  görə,  Ərdəbildən  Miyanaya  və  Miyanadan  Marağaya  olan 
məsafə  bərabərdir.  Miyana  Atropatena  ərazisində  olan  şəhərlərin  yol  qovşağında, 
daha dəqiq demiş olsaq ölkənin mərkəzində yerləşir. Orta əsr müəllifləri bu şəhərə 
Miyanc  və  ya  Məyanic  (―ara‖,  ―yarı‖,  ―ortalıq‖)  demişlər.  Bu  şəhər  Ərdəbil  ilə 
dövrün  paytaxt  şəhəri  olan  Marağadan  eyni  məsafədə  yerləşdiyinə  görə  belə 
adlandırılmışdır. 
Dərbənd  keçidi  vasitəsilə  cənuba  Beynəlnəhreyndən  Zaqros  və  Bisütun 
dağını  keçib  şimala,  eləcə  də  şərqdən  Hirkaniya,  qərbdən  isə  Kiçik  Asiyadan 
Hindistan və Çinə gedən yollar da Atropatena şəhərlərindən keçirdi. Digər bir yol 
Atropatenadan  Orta  Asiya  vasitəsi  ilə  Hindistan  və  Çinə  gedirdi.  Bu  dövrdə  Orta 
Asiyanın ən görkəmli ticarət mərkəzlərindən biri olan Baxtər (müasir Bəlx) Çin və 
Hindistanı qərb ölkələrilə qovuşduran ticarət yolu üzərində yerləşirdi. 
Orta  Asiyada  Xarəzm,  Marakanda  (Səmərqənd)  və  iqtisadi  nöqteyi-
nəzərdən  mühüm  əhəmiyyətə  malik  şəhərlər  olmuşlar.  Bu  şəhərlərdən  göndərilən 
ticarət  mallarının  bir  hissəsi  Atropatena  vasitəsilə  qərb  ölkələrinə,  o  cümlədən 
                                                           
203
 V. V. Bartold. Göstərilən əsəri, s. 268. 
204
 И. Крачевский. Шахразур в географическом словаре Якута и записи Абу  Дулафа. Azərb. SSR 
EA Xəbərləri, № 5, 1950-ci il. 
205
 V. V. Bartold. Göstərilən əsəri, s. 368. 
206
 Yenə orada, s. 283. 
207
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə