Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

 
Əfsanədə deyildiyinə görə hər iki tayfa orada şəhər bina edib və adını da 
Ərdəbil qoymuşlar. Balaş Azəroğlu bu haqda yazır: 
 
O döyüş meydanında 
Əhd etdi qardaş kimi 
İki tayfa Ərdə-Bil
Yurd saldılar o yurdun 
Adı qaldı Ərdəbil. 
 
Əfsanəvi  olsa  da  bu  məlumat  Ərdəbil  şəhərinin  qədim  tarixi  haqqında 
dəyərli  məlumatlardır.  1221-ci  ildə  Ərdəbil  şəhərində  olmuş  Əbuon  şəhərin 
abadlığı, bolluğu haqqında yazır ki, səfalı və ürəkaçan yerdə bina edilmiş bu böyük 
şəhərin  bol  suyu  və  ətrafından  gətirilmiş  meyvə,  habelə  ərzaq  malları  olduqca 
boldur.  Xəzər  dənizi  bu  şəhərdən  ikigünlük  yoldur.  Şəhərdən  birgünlük  məsafədə 
yerləşən  meşələr  olduqca  əzəmətlidir.  Şəhərə  düşmən  hücum  etdikdə  əhali  həmin 
meşələrə  qaçıb  və  orada  özlərini  gizlətməklə  canlarını  qoruya  bilirlər.  Ərdəbil 
sənətkarları  həmin  meşənin  ağaclarından  ox,  tabax,  qaşıq, çömçə,  ağac  sini,  kasa, 
cəhrə və başqa məişət şeyləri hazırlayır. Əbuon davam edərək yazır: ―Mən Ərdəbili 
tərk  etdikdən  sonra  monqollar  bu  şəhərə  hücum  etdilər,  lakin  əhalinin  inadlı 
müqavimətinə rast gəldilər; ona görə də onlar bu şəhəri birinci və ikinci hücumda 
ala bilməyib, geri çəkilməyə  məcbur olmuşlar. Monqollar şəhəri almaq  məqsədilə 
üçüncü hücum təşkil edib, nəhayət, şiddətli və qanlı vuruşmalardan sonra oranı alıb 
əhalisini  qılıncdan  keçirib,  şəhəri  viran  etdilər.  Lakin  sonralar  şəhər  yenə  də 
əvvəlki vəziyyətinə qayıtmış və hələ də monqolların əlindədir. Həmdullah Qəzvini 
yazır: ―Ərdəbil şəhəri soyuq iqlim şəraitinə malikdir. Belə ki, bəzi hallarda biçilib 
yığılan  məhsulun  bir  hissəsi  sonrakı  ildə  döyülüb  hasil  edilir.  Ərdəbil  mahalının 
yüz para soyuq iqlim şəraitinə malik olan kəndi vardır. Savalanın zirvəsində olan 
möhkəm  qala  ―Dej  Bəhmən‖  və  yaxud  ―Ruin  Dej‖  adlanır
192
.  Burada  Babəkin 
―Bəz‖,  habelə  Şidan  (Şindan)  Ərdəbilə  yaxındır,  Savalan  dağının  zirvəsində 
mövcud  olan  qəbir  rəvayətə  görə  guya  Zərdüştün  qəbridir.  Əhali  arasında 
müqəddəs  sayılan  bu  qəbri  ziyarət  etmək  üçün  hər  il  buraya  çoxlu  zəvvar  gəlir. 
Oda  sitayiş  dövründən  qalmaqda  olan  bu  abidələr  islamiyyət  dövründə  də  xalq 
tərəfindən  hörmət  və  ehtiramla  qorunub  saxlanmışdır.  Həmdullah  Qəzvinin 
yazdığına  görə  Ərdəbilin  divan  vergisi  (hüquqi  divani)  səksən  beş  min  dinar 
olmuşdur. Ərdəbil şəhəri Elxanilər, eləcə də Teymurilər dövründə iqtisadi və siyasi 
cəhətdən  yenidən  inkişaf  etməyə  başlayır.  Ərdəbil  şəhərinin  Səfəvilərin 
hakimiyyəti  zamanı  iqtisadi-ictimai  inkişaf  nöqteyi-nəzərində  özünün  yüksək 
səviyyəsinə  qalxaraq  Şərq  və  Qərbdə  şöhrət  qazandığını  xüsusilə  qeyd  etmək 
                                                           
192
 Həmdullah Qəzvini. Göstərilən əsəri, s. 81 – 83. 


lazımdır.  Azərbaycan  və  İranı  gəzmiş  Fransa  səyyahı  Taverne  Ərdəbil  şəhərində 
olan ipək ticarətinin əhəmiyyətini dəfələrlə qeyd etmişdir. Ərdəbl şəhəri Səfəvilər 
dövründə  Azərbaycanın  iri  ticarət  mərkəzlərindən  biri  idi.  Cənub  və  mərkəzdən 
uzanıb gələn ticarət yolları bu şəhərdə birləşirdi. Həmin dövrdə Ərdəbildən Astara, 
Lənkəran,  Bakı,  Gəncə,  Tiflis  və  Şamaxı,  Dərbənd  vasitəsi  ilə  şimal  şəhərlərinə 
ticarət  malları  daşınırdı.  1746-cı  ildə  Nadir  şah  Muğan  səhrasında  tac  qoyduqdan 
sonra  həmin  mərasimi  Ərdəbil  şəhərində  təntənəli  qeyd  etmişdir.  Qacarların 
hakimiyyəti  dövründə  Azərbaycanın  başqa  şəhərləri  kimi  Ərdəbildə  tədricən  öz 
əvvəlki  iqtisadi  əhəmiyyətini  itirməyə  başladı.  XIX  əsrin  əvvəllərində  Abbas 
Mirzənin  göstərişi  ilə  Fransa  generalı  Qardan  Ərdəbil  şəhərində  müdafiə 
əhəmiyyətli qala tikdi. Bu qala xalq tərəfindən ―Narınqala‖ adlanır. 
―Narınqala‖ son dövrlərə qədər qalmaqda idi. Lakin Rza şahın dövründə 
həmin  qala  söküldü;  yerində  isə  yeni  binalar,  o  cümlədən    poçt  –  teleqraf  və  bir 
neçə  başqa  inzibati  obyektlər  tikilmişdir.  Son  hesablamalara  görə  hal-hazırda 
Ərdəbil şəhərində 3 yüz mindən artıq əhali yaşayır. 
Ərdəbil  şəhərinin  qərbində  (11  km)  yerləşən  Ağ  İmam  (Atəşgah) 
kəndində  Sasanilər  dövründə  tikilmiş  atəşgədənin  qalıqları  hal-hazırda 
qalmaqdadır.  Bu  atəşgədə  Savalan  dağında  olan  ―Ruin  Dej‖  qalasından  sonra 
Ərdəbil  ətrafında  olan  ən  qədim  abidələrdən  biridir.  Ərdəbil  şəhərində  mövcud 
olan Cümə məscidi Səlcuqların dövründə təpə üzərində tikilmişdir. Mütəxəssislərin 
dediyinə görə Cümə məscidi ərəb işğalçılarından sonra şəhərdə yaradılmış yeganə 
tarixi  abidədir.  Elxanilər  dövründə  bərpa  olunmuş  məscidin  divarında  olan 
kitabədə  deyilir:  Şahi-Sahibqran  və  dünya  fatehinin  xilafəti  (hökmranlığı) 
zamanında,  Əbu  Nəsr  Sultan  Hüseyn  Əli  oğlu  Bayandur  xanın  zamanında,  onun 
xilafətini  və  məmləkətini  Allah  əbədi  etsin,  qırx  Təbriz  tüməni  məbləğində 
hörmətə  layiq  Ərdəbil  qəsəbəsinin  mal  və  mütəvəccihatını  daimi  və  həmişəlik 
olaraq  müəyyən  buyurub  dünya  itaətinin  möhürü  ilə  təsdiq  edildi.  İlan  ili  874  h. 
(1473  –  1474)  məscidin  uca  minarəsinin  uçmasına  baxmayaraq  o,  yenə  də  öz 
əzəmətini  saxlaya  bilmişdir.  Ərdəbil  ətrafında  yerlə-yeksan  olmuş  iki  böyük 
qalanın qalıqları mövcuddur. Onlardan biri Ərdəbil ilə Astara, digəri isə Ərdəbil ilə 
Meşkin  arasındadır
193
.  Şəhərdə  Səfəvilər  dövründə  yaradılmış  memarlıq  abidələri 
diqqəti özünə xüsusilə cəlb edir. Buradakı Şeyx Səfiəddinin türbə kompleksi gözəl 
memarlıq  abidəsidir.  Həmin  məqbərəni  dünyada  məşhurlaşdıran,  Azərbaycan 
incəsənətinin qiymətli nümunəsi sayılan əzəmətli sandıq Seyid Sədrəddin oğlunun 
qəbri,  onun  yanında  isə  Xacə  Əli  Siyahpuşun  məzarı  yerləşir.  Sultan  Heydər  və 
Azərbaycan  xalqının  böyük  oğlu  Şah  İsmayılın  məqbərələri  Şeyx  Səfi  türbəsinin 
kompleksi  tamamlamaqla  bərabər,  ona  bir  daha  gözəllik  verir.  Həlimə  Xatun  və 
Fatma Xatun  məqbərələri də buradadır. Seyid Əminəddin  Cəbrayılın  məqbərəsinə 
gəldikdə  o,  Kəhrəlan  kəndində  səfalı  bir  bağ  içərisində  yerləşir.  Şeyx  Səfi 
                                                           
193
 Məmmədəli Yengicəli. Ərdəbil abidələri, Qobustan incəsənət toplusu, №1, 1974, s. 20. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə