Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

lakin  çox  keçmədən  Qazaka  qalası  ətrafında  məğlubiyyətə  uğradılır:  ağır  tələfat 
verən  düşmən  qüvvələri  Marağanı  da  boşaltmağa  məcbur  oldular.  Qədim  dövrdə 
Fraata adlanan bu şəhər ərəb işğalları dövründən etibarən Marağa adlandırılmışdır. 
Marağa  sözünün  mənasına  gəldikdə  ərəb dilində  olan bu  söz  ―Mərəğə‖  sözündən 
əmələ gəlib otlaq, at qoruqları, daha sonra at bəslənilən yer mənasındadır. Mərəğə 
felindən  olan  bu  sözün  başqa  mənası  ―diyirlənmək‖  və  yaxud  ―ağnamaq‖ 
deməkdir
178

Ptolomey  Urmu  gölünün  adını  Markian,  Markvart  isə  Marqiana 
formasında  vermişlər.  Bəzi  alimlər  Marağa  sözünün  həmin  adla  əlaqədar  olaraq 
meydana  çıxması  iddia  edirlər.  Bu    mülahizə  öz  növbəsində  ağlasığandır.  Hər 
halda,  istər  ―Fraata‖,  istərsə  ―Markiana‖  və  ―Marağa‖  bu  şəhərin  qədim  tarixə 
malik olmasını göstərən amildir. 
Marağa  şəhəri  641  –  643-cü  illərdə  Azərbaycanda  olan  ərəb  sərkərdəsi 
Müqeyrə  ibn  Şüeybə  tərəfindən  alınmışdır
179
.  Ərəb  sərkərdəsi  Mərvan  ibn 
Məhəmməd  Muğan  və  Gilan  müharibələrindən  qayıdan  zaman  bu  abadlıqda 
düşərgə salmışdı. Ərəb müəlliflərinin göstərdiynə görə burada kərmənin bol olması 
ilə  əlaqədar  olaraq,  bu  yer  Marağa  adlandırılmışdır
180
.  Qeyd  etmək  lazımdır  ki, 
Marağa şəhərinin etimologiyası haqqında irəli sürülmüş bu fikir inandırıcı deyildir. 
Mərvan  burada  bir  sıra  binalar  tikdirib,  abadlıq  işləri  aparmışdır.  Abbasilər 
dövründə  şəhərin  malikiyyəti  Harun  ər-Rəşidin  qızlarına  çatmışdır.  Xəzimət  ibn 
Xazim  Azərbaycan  və  Ermənistanın  hakimi  olan  zaman  Təbriz  hakimi  Vəcna  ibn 
Rəvzad  ərəblərə  qarşı  üsyan  edən  zaman  Marağa  şəhəri  ətrafına  hasar  çəkməklə 
həm də oranı qərargah etmişdi. 
Qazaka  (Kanzak)  Atropatenanın  qədim  şəhərlərindən  biridir.  Bu  şəhər 
ərəb işğalları dövründən etibarən ―Cənzə‖ və yaxud ―Şiz‖ adlanmışdır. Strabonun 
göstərdiyinə  görə  Atropatena  şahlarının  yay  iqamətgahı  olan  Qazaka  düzənlikdə 
yerləşirdi
181
.  Ptolomey  Qazakanın  coğrafi  mövqeyini  83   40  -  39   göstərmişdir. 
Plini Midiya şəhərləri haqqında məlumat verdikdə Şizqanzakın da adını çəkir. Şiz 
və  yaxud  Şicikan  sözünə  pəhləvi  (orta  fars  dili)  dilində  olan  ədəbiyyatda  tez-tez 
rast  gəlmək  olur
182
.  Pəhləvi  dilində  olan  bu  söz  xəzinə  və  yaxud  ləl-cəvahirat 
saxlanılan  ev  mənasında  işlənir  (―Gənc-i  Şicikan‖,  yaxud  ―Şizikan‖).  Erməni 
mənbələrində  Qanzak  və  ya  Kənzək  formasında  verilmiş
183
 bu  söz  ərəblərdə 
Cənzə
184
,  farslarda  isə  Gəncək  kimi  göstərilmişdir.  Məsudinin  yazdığına  görə 
Arşakilər  qışı  İraqda,  yayı  isə  Azərbaycanda  olan  Şizdə  keçirirdilər.  Şəhər  istər 
Atropatena,  istərsə  Sasani  hakimiyyəti  dövründə  Orta  və  Yaxın  Şərqdə  iqtisadi-
                                                           
178
 A. H. Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. Bakı. Elm. 1970. S. 62 – 70. 
179
 Yenə orada, s. 67 - 70 
180
 Yenə orada. 
181
 Strabon. Göstərilən əsəri. XI – 13. 
182
 Şəhristanha-ye İran. Tərcümə Hidayətindir. Tehran, məcəlle-mehr sale həştom. 
183
 Фавстос Бузанд. История Армении, пер. М. Георгян. Ереван, 1962. 
184
 Əl-Məsudi, ibn Xordadbeh, Yaqut Həməvi 


ictimai  nöqteyi-nəzərdən  ən  qabaqcıl  şəhərlərdən  biri  idi.  Ticarət  yollarının  bu 
şəhərdən keçib, Azərbaycan şəhərlərini İran, İraq və başqa ölkələrlə birləşdirməsi, 
xüsusi ilə qeyd etmiş olsaq şahlara məxsus olan ―Azərgəşəsp‖ atəşgədəsinin burada 
yerləşməsi  və  habelə  şəhərin  füsunkar  təbii-coğrafi  şəraitə  malik  olması  tarixən 
onun  iqtisadi-siyasi  cəhətdən  inkişaf  etməsinə  bilavasitə  şərait  yaratmışdır.  Son 
tədqiqatlara görə Cənzə şəhəri müasir Təxt-e Süleymanın olduğu yerdə olmuşdur. 
Təxt-e Süleymanın coğrafi mövqeyinə gəldikdə, bu ərazi İran Azərbaycanın Əfşar 
mahalının  qərbində,  Təkabın  isə  şimal-şərqində  yerləşir.  Təxt-e  Süleyman  şimal-
qərbdən  Marağa,  cənub-şərqdən  Zəngan,  qərbdən  isə  Kürdüstanın  Sənəndən  və 
Bicar şəhərləri ilə həmsərhəddir. Bu ərazinin rütubətli iqlim şəraiti, habelə Təxt-e 
Süleymanda  olan  gölün  suyunda  müxtəlif  mineral  maddələrin  mövcud  olması 
tarixən  burada  yaşayış  məntəqəsinin  salınmasına  şərait  yaratmışdır.  İkinci  bir 
tərəfdən həmin ərazinin qərbində olan keçilməz dağ silsiləsinin də, öz növbəsində 
yaşayış  məntəqəsinin  təhlükədən  qorunmasında  mühüm  strateji  əhəmiyyəti 
olmuşdur. 
İbn Xordadbeh Şiz şəhərini Azərbaycanın ən görkəmli şəhərlərindən biri 
hesab edib, bu şəhəri Xosrov Pərvizin, Urmunu isə Zərdüştün şəhəri adlandırır. 
Cənzə  şəhərindən  danışan  İbn  Fəqih  Azərgəşəsp  atəşgədəsinin  burada 
olduğunu qeyd edir. Məsudi və İbn Fəqih də Azərgəşəsp atəşgədəsinin bu şəhərdə 
olmasını göstərirlər. Ümumiyyətlə, Cənzə şəhərinin iqtisadi-ictimai mahiyyətindən 
danışan bir sıra  ərəb tarixçi və coğrafiyaşünaslarının əsərlərində Sasani şahlarının 
tac qoyduqları zaman Mədaindən buraya piyada gəlib, atəşgədəni ziyarət etmələri 
faktına  təsadüf  edilir.  Yaqut  Həməviyə  görə  müasir  Marağa  ilə  Zəngan  arasında 
yerləşən bu şəhər Zur və Dinəvər çəhərləri yaxınlığında olmuşdur. Şəhər haqqında 
Məsudi  yazır: ―Gözəl və heyrətamiz binaların qalıqlarında çox  müxtəlif nəqqaşlıq 
nümunələri görünməkdədir. Bu nümunələrdə göyün, ulduzların, qitənin, dənizlərin, 
abad  yerlərin,  bitki  və  heyvanat  aləminin  şəkilləri  aydıncasına  görünməkdədir‖. 
Firdovsinin  göstərdiyinə  görə  Xosrov  Pərviz  Bəhram  Çubinlə  etdiyi  müharibədə 
Cəzada  olan  Azərgəşəsp  məbədinə  gəlmiş  və  orada  olan  oda  yalvarmışdır. 
Ümumiyyətlə, Sasani şahları çətinliyə düşdükdə burada olan atəşgədəyə gəlib oda 
yalvarmaqla  ondan  ―köməklik‖  diləyirdilər.  Belə  ki,  V  Bəhram  (420  –  439)  türk 
xaqanı ilə  vuruşmazdan əvvəl buraya  gəlib müqəddəs oda sitayiş etmiş və qələbə 
arzulamışdır.  Müharibədə  qalib  gələn  I  Bəhram  xaqanın  qiymətli  daş-qaşlarını, 
mirvari  ilə  bəzədilmiş  tacını  və  habelə  əsir  alınmış  ailəsini  atəşgədəyə 
göndərmişdir. M. Təbərinin göstərdiyinə görə Cənzə şəhərinin də qiymətli və nadir 
şeylərin toplanması ilə əlaqədar olaraq buraya Gəncək adı (―gənc‖ sözü fars dilində 
―xəzinə‖ deməkdir) verilmişdir. X əsrin səyyahı Məsər ibn Mühəlhil (Əbu Düləf) 
cəvahirat  və qiymətli  metallar  əldə etmək üçün Şizə gəlmişdi. Məsərə görə dağda 
yerləşən  bu  şəhər  Zur  və  Dinəvər  şəhərlərinin  yaxınlığında,  Marağa  ilə  Zəncan 
arasında olmuşdur. Müəllifə görə bu dağda qızıl, gümüş, civə, qurğuşun, zərnıx və 
cəməsb  mədənləri  mövcuddur.  Məsər  burada  olan  başqa  mədənlərdən  və  habelə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə