Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

edilir.  Gözəlliyi,  davamlılığı  və  cəldliyinə  görə  burada  bəslənilən  at  cinsləri  hal-
hazırda da keçmiş şöhrətini qoruyub saxlamışdır. 
Əsədulla xan Xonsari tərəfindən Tehran şəhərində (1279-cu şəmsi-qəməri 
ilində) çap edilmiş ―Fərəsnamə‖ əsərində  deyilir: 
―Ənuşirəvana  görə  (Sasani  şahı  I  Xosrov  -  A.  F.)  ən  yaxşı  cins  atlar 
aşağıdakı əlamətlərə malik olmalı imiş: atın əzalarından 3-ü uzun, 3-ü gödək, 3-ü 
enli,  3-ü  kobud,  3-ü  geniş,  3-ü  saf  və  3-ü  qara  olmalıdır.  Uzun  əzalar:  Qulaq, 
boyun, ayaq (bud)  
Gödək əzalar: sümük, quyruq və bel  
Enli  əzalar:   alın, döş, boyun 
Kobud əzalar: tük, yelkə, əl-ayaq və qollarda olan tüklər 
Geniş əzalar: burun deşiyi, boyunun alt hissəsi və qarın  
Saf əzalar: yelkədə olan tüklər, sağrının dərisi və dırnağın mayası  
Qara  əzalar:  atın  gözü, dodağı  və  dırnağı. 
Bu  əlamətlərə  malik  olan  atlar  ən  qiymətli,  dözümlü  və  qıvraq  olmuşlar 
(Tağı Bəhrami. Tarix-e Kəşavərzi İran, Tehran, 1330, s. 31). 
Görünür,  ―Nisa‖  atları  bu  göstərilən  əlamətlərə  malik  olmuşlar.  Hal-
hazırda da yuxarıda göstərdiyimiz əlamətlərə görə at cinsləri   növlərə  bölünür. 
Alanların Midiyaya basqını ilə əlaqədar İosif Flavi göstərir ki, çox əhaliyə 
malik  olan  Midiya  ev  heyvanları  ilə  də  zəngindir  (VII,  7,  4).  Klavdi  Elianın 
yazdığına  görə,  Kaspianada    ağ    rəngli    kola,  yastıburun,    kiçikboylu  keçilər 
olmuşdur. 
Klavdi  Elian  Makedoniyalı  İskəndərə  yaxın  olan  Amində  istinad  edərək 
yazır: ―Kaspi ölkəsində öküz naxırı, at ilxıları mövcuddur ki, onların  sayı-hesabı 
yoxdur (XVII, 17). K. Əliyevin göstərdiyinə görə Kaspiana təqribən iki əsrə yaxın 
Albaniyanın təsiri altında    olmuşdur. Lakin əsas etibarı ilə bu ərazidə Atropatena 
at  cinsi  bəslənməyə  və  artmağa  başlamışdır  (К.  Алиев.  Кавказская  Албания, 
Баку,  Elm,  1974,  s.  119).  Kaspianada  iribuynuzlu    heyvanların  ətindən  və 
gönündən  istifadə  etməklə  bərabər,  öküz,  inək  və  kəllərdən  qoşquda,  əkinçilikdə, 
yaylaq və qışlağa köç zamanı yük daşımaqda da geniş istifadə edilirdi. İndi də bu 
ərazinin sakinləri öküz, kəl və digər heyvanlardan yük daşımaqda istifadə edirlər. 
Atropatena  suyu  bol  olan  dağ  çaylarına,  irili-xırdalı  dağ  göllərinə  malik  olan 
ölkədir. Onun sakinləri çay və  göllərdə  əmələ  gələn balıqları ovlayırdılar. Həmin 
çaylardan  Araz,  Qızılüzən  (Amard),  Acıçay,  Mordi,  Cığatu,  Sofi,  Dərəvürd, 
Balıxlı, Nəştərni, göllərdən isə Novur, Təxt-e Süleyman,    Qaragöl və başqalarını 
göstərmək  olar.  Atropatenanın    çaylarında  və    göllərində  forel,  qızıl  balıq,  sif, 
kütüm  və  digər  balıq  növləri  olmuşdur.  Antik  müəlliflərin    göstərdiyinə  görə 
Kaspianaya  yaxın  olan  göldə  həddən  artıq  itiburun  (uzunburun)  balıqlar 
mövcuddur.  Bu  balıqlar    olduqca  dadlıdır.  Kaspilər  külli  miqdarda  bu  balıqları 
ovlayır,  xüsusi  üsulla  onları  duzlayıb  qurudurdular.  Sonra    isə  qurudulmuş  şor 


balıqları  dəvələrə  yükləyib  Ekbatana    aparırdılar  (Elian,    17,  32).  Kaspilər  balıq  
yağı, xüsusilə olduqca möhkəm yapışqan hazırlayırdılar. 
Atropatena ərazisində payızlıq və yazlıq əkini inkişaf etmişdi. Maraqlıdır 
ki, qədimdə əkilən bitki növləri, o cümlədən dənli bitkilər bu ərazidə indi də qonşu 
ölkələrdən  məhsulunun  bolluğuna  görə  fərqlənir.  Məsələn,  hazırda  Cənubi 
Azərbaycanda əkilən ağ noxud, qara noxud, mərci, paxla, lərgə, kürüşnə, darı və s. 
qonşu ölkələrin heç birində bu qədər məhsul vermir. Demək, Atropatena qədimdən 
əkinçilik, maldarlıq  və habelə sənətkarlıq ölkəsi olmuşdur. 
 
ġƏHƏR   HƏYATI 
 
Atropatena  şəhərlərinin tarixinə  dair tarixçilər tərəfindən son illərdə  nəşr 
edilmiş
153
 bir sıra əsərləri nəzərə almasaq şəhər və şəhər həyatı haqqında tədqiqata 
təsadüf edilmir. Bu baxımdan da, Atropatena şəhərləri haqqında tədqiqat aparmaq 
çətin olsa da olduqca maraqlıdır. 
Atropatena  ərazisində  aparılan    arxeoloji    qazıntıların  nəticələri  vaxtilə 
həmin  ərazidə  mövcud  olmuş  şəhərlərin  tarixinin  öyrənilməsində  mühüm  elmi 
əhəmiyyətə  malikdir.  Lakin  təəssüflə  demək  olar  ki,  bir  neçə  şəhər  ərazisi,  o 
cümlədən Təzəkənd, Həsənlu, Təxt-e Süleyman və   Germidən  başqa Atropatena 
ərazisinin  digər  sahələrində  planlı  şəkildə  ardıcıl  arxeoloji  qazıntı  işləri 
aparılmamışdır.  Bu  səbəbə  görə  də  tədqiqatçılar  bir  sıra  şəhərlərin  bina  edilməsi 
tarixinin  dəqiq  verilməsində  çətinlik  çəkirlər.  Şəhər  tarixi  və  şəhər  həyatının 
öyrənilməsində  yazılı  mənbələrin  də  böyük  rolu  vardır.  Atropatena  şəhərlərinin 
qədim tarixi haqqında yunan və Roma mənbələrində olan məlumat sonrakı dövrün 
ərəbdilli mənbələrdəki məlumatlarına nisbətən olduqca səthidir. 
Bununla  yanaşı  antik,  habelə  pəhləvi,  ərəb  və  erməni  mənbələrində  olan 
məlumatlar  Atropatena  şəhərlərinin  bina  edilməsi  tarixinin  qismən  də  olsa 
müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malikdir. 
Atropatena ərazisinin bir sıra sahələrində arxeoloji qazıntılar aparılmışdır. 
Bu  qazıntıların  nəticələri  Qazaka,  Vera,  Aqanzana  və  digər  şəhərlərin  qədim 
tarixinin  öyrənilməsində  mühüm  əhəmiyyətə  malikdir.  Ərdəbil,  Maku,  Urmu, 
Mərənddə  tapılmış  maddi-mədəniyyət  nümunələri    də  həmin    şəhərlərin  tarixinin 
öyrənilməsində müəyyən rol oynayır. 
Həsənlu abidələri dairəvi mərkəz şəklində düzülmüş bir böyük və ətrafda 
olan  bir  neçə  kiçik  təpələrdən  ibarətdir.  Bu  təpələr  keçmişdə  bu  ərazidə  mövcud 
olmuş  şəhərin  qalıqlarıdır.  Təpələr  vaxtilə  biri-birinə  bitişik  olmuşdur.  Lakin 
müəyyən  təbii-tarixi  səbəblərə  görə  bu  təpələr  parçalanmış,  bəziləri  isə    həmin 
ərazidə  əkinçiliklə    məşğul  olan  şəxslər  tərəfindən  hamarlaşdırılıb  istifadə 
edilmişdir.  Qazıntıların  nəticəsi  sübut  edir  ki,  mərkəzi  təpə  vaxtı  ilə  müdafiə 
                                                           
153
 S. M. Onullahi. Təbriz şəhərinin tarixi. Bakı, Elm, 1982. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə