Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

Albaniya  süvari  dəstələri  məşhur  olmuşdur.  Strabonun  göstərdiyinə  görə,  Kür  - 
Araz  ovalığında  yalnız  bağ-bağça,  bostan-meyvə  bitkiləri  deyil,  orada  bütün 
bitkilərin becərilməsinə şərait vardır. Bu  ərazini  görənlərin dediyinə  görə bir dəfə 
əkilən  sahədən  2  -  3  dəfə  məhsul  əldə  etmək  olur
152
.  Atropatena  ərazisində  arpa, 
buğda, darı, mərci, lərgə, yonca, paxla və bostan bitkilərinin olması mənbələrdə öz 
əksini tapmışdır. Qazıntılar zamanı Barucdan, Gənctəpədən, Təxt-e Süleymandan, 
Ərdəbildən,  Makudan,  Yanıqtəpədən  və  başqa  yerlərdən  buğda,  arpa  qalıqları, 
habelə  əkinçilik  alətləri  tapılmışdır.  Germi  rayonundan  əldə  edilmiş  əkinçilik 
alətləri  xüsusilə  maraqlıdır.  Oradan  ―xış‖  gavahan,  vəl,  giv  və  başqa  alətlərin 
qalıqları əldə edilmişdir. Buğda - arpa və başqa növ taxılın mühafizə edilməsi üçün 
istifadə  edilmiş  quyular,  habelə  böyük  küplər  olduqca  maraqlıdır.  Saxsı  qablar 
üzərində  əkinçilik  alətlərinin,  mal-qaranın,  xüsusən  qoyun-keçi  rəsmləri  bizə 
imkan verir ki, bu ərazidə əkinçilik və maldarlığın yüksək dərəcədə inkişaf  etməsi  
haqqında  fikir  irəli sürək. 
Əkinçilik,  maldarlıq, sənətkarlıq, şəhər həyatı  və  ticarət  yolları haqqında 
antik  dövrün  mənbələrində  nisbətən  az  məlumata  təsadüf  edilsə  də  Atropatena 
ərazisində aparılan arxeoloji qazıntıların nəticələri, bu ərazidə hələ qədim dövrdən 
etibarən  əkinçilik,  maldarlıq,  habelə  təsərrüfat  həyatının  digər  sahələrinin  yüksək 
səviyyədə olduğunu göstərir. Buna nümunə olaraq Yanıxtəpə, Həsənlu, Gənctəpə, 
Germi,  Muğan,  Ərşə,  Təxt-e  Süleyman  və  sairə  qazıntıların  nəticələrini  misal 
göstərmək olar. Atropatena ərazisinin təbii zənginliyi, münbit torpağa malik olması 
geniş və düzən əkin sahələrinin yamyaşıl çəmənliklərin mövcudiyyəti, habelə suyu 
bol olan çayların buradan axması təsərrüfat həyatının inkişafına şərait yaratmışdır. 
Savalan, Zaqros, Səhənd, Amard (Bağro), Büzgüş, Qaflantı, Qaradağ kimi zirvələri 
daima  qarla  örtülmüş  yüksək  dağ  silsilələri  suyu  bol  olan  çayların  mənbəyinə 
çevrilmişdir. Bu dağlardan axan Kərxə, Diyalə, Amard (Qızılüzən), Mordi, Cğatu, 
Acıçay, Qarasu, Nəştəri, Dəravürd və başqa çayları göstərmək olar.  
Yüksək  dağ  silsilələri  Atropatenanın  iqlim  şəraitinə  də  öz  təsirini 
göstərmişdir.  Antik  müəlliflər,  o  cümlədən  Strabonun  göstərdiyinə  görə  şimal 
əyalətlərindən Matiana və Ermənistana qədər uzanan dağlar çox olmaqla bərabər, 
həm də oranın iqlim şəraitinə böyük təsir göstərir. Ona görə də müəllif oranı soyuq 
ölkə  adlandırır  (XI,  13,  7).    Atropatena  ərazisinin  digər  hissələri  isə  olduqca 
məhsuldardır.  Məhz  dağ  və  dağətəyi  sahələr  geniş  otlaqlara  malik  olduğundan 
orada maldarlıq, xüsusən atçılıq inkişaf etmişdir. Ammian Marsellinin göstərdiyinə 
görə,  bu  ərazinin  sakinləri  Zaqros,  Orant  və  İason  dağlarının  əhatəsində  olan 
ucsuz-bucaqsız geniş düzən torpaqlardan istifadə edirlər. Həqiqətən də düzənlik və 
dağətəyi rayonlarda tarixən oturaq əhali əkinçiliklə məşğul olmuşlar. Atropatenada 
gellər,  kaduslar,  amardlar,  anariaklar  və  başqa  tayfalar  məskun  idi.  Kaduslar 
(müasir  galışlar)  amardlar  ölkənin  dağlıq  zonasında  yaşayırdılar.  Bu  sahə, 
                                                           
152
 Strabon. XI. 1 – 6. 


Atropaten  ərazisinin  digər  düzən  və  dağətəyi  zonası  ilə  müqayisədə  məhsuldar 
deyildir.  Lakin  bu  ərazinin  əkinçiliyə  yararsız  olmasına  baxmayaraq  kaduslar, 
gellər və amardlar əsasən maldarlıqla məşğul olurdular. Bu, göstərdiyimiz tayfalar 
yaşadıqları  yamaclarda,  dəniz  sahili  və  göllərin  ətrafında  az  olsa  da  əkinçiliklə 
məşğul  olurdular. 
Ammian  Marsellinin  göstərdiyi  kimi,  Atropatena  ərazisi  əkinçilik  üçün 
yararlı  olan  düzənliklərə,  çoxlu  suyu  bol  olan  çaylara  və  bulaqlara,  təbii  və  süni 
suvarma sisteminə, bir sözlə, məhsuldar və bərəkətli torpaqlara malikdir. Müəllifə 
görə  Atropatena  ərazisinin  digər  sahəsi  dağlıq,  rütubətli,  soyuq  və  məhsuldar 
olmayan  sahələrdir.  Strabonun  göstərdiyinə  görə  Atropatena  ərazisində  mədəni 
bitkilər əkilirdi. Hirkaniyadada bir üzüm tənəyindən bir  metrat şərab,  əncir isə 60 
medim  (XI,  7,  2)  əldə  edilirdi.  Araksena,  Sakasena,  Midiya  və  Matianada  buğda, 
arpa və s. əkilirdi. Atropatendə arıçılıq da inkişaf etmişdi. Qalın meşə zonalarında 
ilk  növbədə  irigövdəli  ağacların  oğuşlarında,  sonralar  isə  ağac  budaqlarından 
toxunmuş  səbətlərdə  arı  saxlanılırdı.  Savalan,  Səhənd,  Büzgüş  və  Bağro  dağında 
əldə  edilən  bal  keyfiyyətinə  görə  Yaxın  Şərqdə  məşhur  idi.  Bal  arıları  ağaclarda 
məskən saldığına görə yarpaqlardan bal damırdı (XI, 7, 2). Qeyd etmək lazımdır ki, 
hal-hazırda  ―Savalan  balı‖  dadına,  ətrinə  və  keyfiyyətinə  görə  dünya  şöhrəti 
qazanmışdır. Atropatena ərazisində Ammian Marsellinin göstərdiyinə görə, hündür 
dağ  olan  Koronun  qərb  yamacının  sakinləri  geniş  miqdarda  buğda  sahələrinə  və 
üzümlüklərə  malikdirlər.  Məhz  torpaqları  haqqında  olan  məlumat  da  olduqca 
maraqlıdır. Qədim mənbələrdə Atropatenada mağların istifadəsindən ötrü geniş və 
məhsuldar  torpaqlar  ayrılmışdı.  Bu  torpaqlarda  qul  əməyindən  istifadə  edilir  və 
yaxud kəndlilər əvəzsiz bu torpaqları becərirdilər. (XXIII, 6, 32). 
Ümumiyyətlə,  tədqiq  etdiyimiz  dövrdə  Atropatena  ərazisində  mədəni 
bitkilərin  əkilməsi,  habelə  bağçılığın,  arıçılığın  nə  vəziyyətdə  olması  haqqında 
antik  müəlliflərin  əsərlərində  az  da  olsa  məlumata  təsadüf  edilir.  Strabon  öz 
əsərində Hirkaniyada üzüm tənəklərindən və məhsulun miqdarından ətraflı surətdə 
bəhs  edir.  O,  Hirkaniyada  taxıl  əkinindən,  buğdanın  küləşdən  təmizlənməsindən, 
habelə çörəyin   buğdadan   bişirilməsindən də danışır. 
 
 
Matiana  Atropatenanın  tərkibində  olduğu  zaman  bu  ərazinin  məhsuldar 
olması  haqqında  Strabonun  verdiyi  məlumatı  Atropatenaya  da  tətbiq  etmək  olar. 
Bundan başqa Atropatenaya  ən yaxın olan ölkələrin məhsuldarlığı, əkilən mədəni 
bitki növlərinin, eləcə də üzüm və digər meyvə növlərini təbii yayılma coğrafiyası, 
habelə eyni iqlim şəraitinə malik olan ölkəyə də tətbiq etmək düzgündür. Lakin ola 
bilsin  ki,  yaxın  ərazilərin  birində  çox  məhsul  verən  bitki,  digər  ərazidə  az 
məhsuldar  olsun.  Beləliklə,  Strabonun  Hirkaniyada  bitki  və  meyvələr  haqqında 
verdiyi  məlumatı  Atropatenaya  da  tətbiq  etmək  olar.  O,  Hirkaniya,  Matiana, 
Sakasenada  küləşdən  ayrılmış  buğdadan  çörəyin  bişirilməsini  göstərirsə,  demək 
olar  ki,  həqiqətən  də  Atropatenada  da  buğda  əkilirmiş  (XI,  7,  2).  Atropatenada 
şərab da istehsal edilirdi. Orijinal üsulda Midiyada şərab hazırlanması maraqlıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə