Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

tac  qoymağı  öhdəsinə  alıb,  digəri  hərbi  işlərə  nəzarət  edir,  başqa  ailə  isə  ölkənin 
idarə işlərinə baxır. Nəhayət, ailələrdən biri xalqın ərizə və şikayətlərini hökmdara  
yetirirdi
104

Sasanilər  tayfa  hökmranlığının  kökünü  kəsmək  əvəzinə  onun  qüdrət  və 
nüfuzunu azaltmağa  səy göstərirdilər. Belə  ki,  II Şahpurun ölümünə  qədər qədim 
ailələrdən heç biri cürət edib səltənəti ələ keçirmək əzmində olmamışdır. Lakin II 
Şahpurun ölümündən I Xosrovun hakimiyyət başına gəldiyi vaxta qədər olan 125 il 
ərzində  feodallar  yenidən  qüvvətlənib  keçmiş  imtiyazlarını  geri  qaytarmağa  səy 
göstərmişlər
105

I  Xosrov  Məzdək  hərəkatından  istifadə  etməklə  onları,  müvəqqəti  olaraq 
geri  çəkilməyə  məcbur  etdisə  də  bu  hal  nəticəsiz  qaldı.  Məlum  olduğu  kimi, 
Sasanilər  dövlətinin  məğlubiyyət  səbəblərindən  biri  də  ölkə  daxilində  baş  vermiş 
feodal çəkişmələri olmuşdur
106

Sasanilərin  əsas  dayağı  əyanlar  və  özləri  tərəfindən  təşkil  edilmiş  ordu 
dəstələri idi. Sasanilər yuxarı silkə və habelə orduya arxalanmaqla elə bir qüdrətli 
və  mərkəzləşmiş  dövlət  təşkil  etdilər  ki,  elə  dövlət  quruluşuna  özlərindən  əvvəl 
olmuş Parfiya dövründə belə təsadüf edilmir
107
. Əyan və böyüklərdən sonra həmin 
dövrdə sayı çox olub torpaq mülkiyyətinə  sahib olan mülkədar və kənd başçıları, 
başqa  sözlə  desək,  II  dərəcəli  əyanlar  və  yaxud  azadlar  dururlar.    Bunlara  
kəndxuda (kəzək xoza) və yaxud dehqan da deyilirdi
108

S. Nəfisi ―azad‖ məfhumunu belə izah edir: arilər İran ərazisinə gəldikdən 
sonra  yerli  əhalidən  fərqlənmək  üçün  özlərini  ―azad‖  adlandırmışlar.  Sonralar 
―azad‖  məfhumu  ―nəcib‖,  ―alicənab‖  mənasında  işlənmişdir.  Sasanilər  dövründə 
mövcud  olan  süvari  (cəvari)  və  yaxud  əsvaran  silkində  hökmən  onlardan 
törəmişdir
109
.  Pəhləvi dilində olan ―əsvari‖ sözündən müasir ―səvar‖ termini əmələ 
gəlmişdir.  Ərəblər  isə  bu  sözü  cəm  halında  olan  ―əsavirə‖  ilə  əvəz  etmişlər.  Bu 
təbəqə  (süvarilər)  əsas  etibarı  ilə  əkinçiliklə  məşğul  olurdu.  Lakin  bu  işi  onların 
ixtiyarında  olan  kəndlilər  icra  edirdi.  Süvarilərin  bir  qismi  sarayda  yüksək  vəzifə 
sahibləri  idi.  Belə  ki,  II  Xosrovun  oğlanlarının  tərbiyəçisi  həmin  silkdən 
olmuşdur
110

Bu  silkə  irsi  olaraq  kəndlilərin  idarə  edilməsi  tapşırılmamışdı.  Həqiqətdə 
isə  bu  təbəqə  kəndlilərlə  mərkəzi  hakimiyyət  arasında  rabitə  idi.  Tanserin 
məktubunda  göstərildiyinə  görə  əyanların  (yuxarı  silkin)  hökmranlıq  hüququ  irsi 
olmuşdur.  Lakin  M.  Ravəndi  bu  fikrin  əleyhinə  çıxaraq  yazır  ki,  Tanserin 
məktubunda  olan  yuxarıdakı  fikir  inandırıcı  deyildir.  Çünki  bir  sıra  mənbələrin 
                                                           
104
 Yenə orada. 
105
 Yenə orada. 
106
 Yenə orada. 
107
 Girşman. İran əzağaz ta İslam, Tehran, 1336, s. 250. 
108
 A. Kristensen. Göstərilən əsəri, s. 132 – 135. 
109
 S. Nəfisi. Göstərilən əsəri, s. 8 – 9. 
110
 Yenə orada. 


göstərdiyindən  məlum  olur  ki,  şah  məsləhət  və  məşvərət  etmədən,  öz  meylinə 
müvafiq  surətdə  yeni  hakimlər  təyin  edir  və  istədiyi  şəxsləri,  hətta  onlar  əyan 
ailəsindən  olmuş  olsalar  da  işdən  kənar  edirdi.  M.  Ravəndi  Tanserin  məktubunu 
tənqid etsə də, öz fikrini sübut etmək üçün mənbə göstərmir. Digər tərəfdən şahın 
bir  hökmdarı  işdən  götürməsi  və  yaxud  məsləhətsiz,  digərinə  rütbə  verməsi 
hakimlərin,  habelə  əyanların  irsi  olması  faktını  inkar  etmir.  Tanserin  məktubuna 
gəldikdə  o,  həqiqətən  tarixi  bir  mənbə  kimi  tanımaqdadır.  M.  Ravəndi  əsası 
olmadan  Tanserin  məktubunu  tənqid  edir.  Bundan  başqa  o,  ictimai  siniflərin    də 
tarixdəki    ruhunu  izah  etmir.  Məlum  olduğu  kimi,  III  -  VII  əsrlərdə  iki  sinif  - 
istismar  olunan  və  istismar  edən  sinif  mövcud  olmuşdur.  Lakin  M.  Ravəndi  iki 
sinif əvəzinə  dörd  silk  və  yaxud təbəqənin  mövcud  olduğunu  göstərir. 
M.  Ravəndi  yazır:  Sasani  dövlətinin  arxalandığı  əsas  təbəqə  sayca  çox 
olan  və  geniş  əkinçi  silkini  (təbəqəsini)  istismar  edən  ―azad‖  mülkədarlar  idi. 
Miqdarı  ən  çox  olan  əkinçilər  azadlar  və  onların  əlaltıları  tərəfindən  istismar 
edilirdi
111
. Bu dövrdə azadlar (torpaq sahibləri) İran ordusunun əsas özəyini təşkil 
edirdi. Bu silk Məzdək hərəkatından sonra daha artıq sarayın nəzər-diqqətini özünə 
cəlb  etmiş  oldu.  Bundan  sonra  onlara  öz  əvvəlki  mövqelərini  bərpa  etmək  üçün 
müstəqil  olaraq  silah  almaq  hüququ  verildi
112
.  Digər  tərəfdən  onların  bir  çoxu 
əsilzadə hüququna da malik oldu. 
―Dehqan‖  sözünün  mənasının  müxtəlifliyi  haqqında  bir  sıra  mülahizələr 
irəli  sürmüşlər.  M.  Ravəndi  yazır  ki,  əyanların  ən  aşağı  pilləsini  təşkil  edən 
dehqanlar öz malikanələrində yaşayırdılar. Onlar, ancaq tərbiyə və geyim nöqteyi-
nəzərindən əkinçilərdən   fərqlənirdilər
113

Hertsfeldə görə, II dərəcəli əyanlara ―gəzək – xozay‖ deyilirdi
114

Bartolemeyə  görə  isə,  kənd  başçıları  ―kəndxuda‖,  ―dehkan‖  və  yaxud 
―dehqan‖ adlanırdı
115

Dehqan  termini  Sasanilərin  son  dövründə  daha  geniş  yayılaraq,  ərəblərin 
də  dövründə  işlənirmiş.  M.  Ravəndiyə  görə  ―dehqan‖  titulu  ərəb  işğallarından 
sonra  da  ölkənin  müxtəlif  yerlərində  qalmaqla  İranın  mülkədar  təbəqəsini 
bildirirdi. Bir sıra İran əyalətlərinin əyanları və siyasi xadimləri dehqan nəslindən 
olduqlarına  görə  fəxr  edirdilər.  Digər  tərəfdən  isə  həmin  termini  ərəblərdən 
fərqlənmək və əsilzadə simvolu kimi qoruyub saxlayırdılar. ―Şəhr‖ adlanan mahal 
hakimləri dehqanlardan təyin edilir və ―şəhrik‖ adlanırdı
116
. Onların əsas işi vergi 
toplamaqdan ibarət idi. Onlar təqribən müasir İran və Azərbaycanda mövcud olan 
―koxa‖ların (kəndxuda) vəzifəsini ifa edirdilər. 
                                                           
111
 M. Ravəndi. Göstərilən əsəri, s. 459. 
112
 Yenə orada. 
113
 Yenə orada. 
114
 Hertsfeld. Paykuli lüğate şümarə 567 – 570. 
115
 Bartolemey. Dərbabe zəbanha-e İrane-e miyane, 3-cü cild, s. 34. 
116
 M. Ravəndi. Göstərilən əsəri, s. 261. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə