Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

Ərəb  işğalları  dövründə  incidilməyən  yeganə  silk  dehqanlar  idi.  Ərablər 
―xərac‖ın  toplanmasında  onların  gücündən  istifadə  etdikləri  üçün  verginin 
miqdarını Sasanilər dövründə toplanılmış verginin miqdarına bərabərləşdirdilər
117

Dehqanların qara  camaatdan  fərqləndiyini göstərən  M. Ravəndi  yazır  ki, 
onlar gözəl paltar geyir, silah bağlayır və ata minirdilər.  Dehqanların  qadınlarına  
gəldikdə onlar  ipək paltar  geyir və üzlərini örtürdülər. Onlar şikara çıxır, ox atır 
və qılınc vurmaq öyrənirdilər
118

Bu termin əvvəllər ―kəzək xoza‖ formasında işlənmiş, sonra isə ―dehqan‖ 
şəklini  almışdır
119
.  Söz  ―deh‖  (kənd)  və  ―kan‖,  yaxud  ―qan‖  (başçı)  sözlərindən 
ibarət  olub,  kənd  başçısı  deməkdir.  Kəndin  başçısı,  rəisi  kəndi  idarə  edirdi. 
Dehqanlar tərəfindən kəndin idarəsi irsi xarakter daşıyırdı. Belə ki, dehqan öldükdə 
kəndi onun oğlu idarə edirdi
120

Dehqanlar mövcud dövlət quruluşunun zəruri özəyini təşkil edirdi. Dövlət 
daxilində  baş  vermiş  mühüm  hadisələrdə  dehqanların  fəaliyyət  göstərməsinə 
baxmayaraq onlar ölkənin əsas ictimai həlqələrini təşkil edirdilər. Bu səbəbə görə 
də dehqanların rolunu nəzərə almamaq olmaz. Məsudinin yazdığına görə dehqanlar 
beş  təbəqəyə  bölünməklə,  hər  təbəqənin  özünəməxsus  geyim  forması  olmuşdur. 
―Məcməlüt-təvarix‖də  yazdığına  görə,  dehqan  torpaq  sahibi  və  kənd  başçısına 
dövlət  tərəfindən  verilmiş  titul  olmuşdur
121
.  Lakin  dehqanlara  irsən  çatmış  ərazi 
sahəsi  o  qədər  də  böyük  olmamışdır.  Bu  səbəbə  görə  də  bəzi  yerlərdə  dehqanlar 
torpaq sahəsinə görə kənddə yaşayan başqa əkinçilərdən fərqlənmirdilər. 
Buna görə də həmin ərazidə dehqan birinci dərəcəli əkinçi hesab edilirdi. 
Demək,  dehqan  əkinçilər  üzərində  mülkədar  dərəcədə  hüquqa  malik  olmamışdır. 
Başqa  cəhətə  gəldikdə  dehqan  kənddə  dövlət  nümayəndəliyini  əvəz  edirdi. 
Vəzifələrinə  gəldikdə  vergi  toplamaq  və  dövlət  qərarını  kəndlərdə  həyata 
keçirməkdən  ibarət  idi.  Dövlət  istifadəsiz  qalmış  torpaqları  onların  vasitəsi  ilə 
əkdirir  və  yararlı  vəziyyətə  salırdı.  Ərəblər  də  dehqanlarsız  vergi  toplaya 
bilmirdilər.  S.  Nəfisiyə  görə,  iranlılar  dehqan  nəslindən  olduqlarına  görə  fəxr  
edirdilər. 
Ərəblər  bu  təbəqənin  nüfuzundan  istifadə  etməklə  bütün  vergiləri 
toplayırdı
122
.  A.  Kristensenə  görə,  dehqan  təbəqəsini  əfsanəvi  şah  olan  Huşəngin 
qardaşı  Viqharda  nisbət  verirlər.  Mahalların  idarə  olunması  irsən  onlara 
tapşırılırdı
123

                                                           
117
 Yenə orada. 
118
 M. Ravəndi. Göstərilən əsəri, s. 262 
119
 A. Kristensen. İran dər zəman-e Sasaniyan, tərcümə R. Yasiminin, Tehran, 1345, s. 132. 
120
 Yenə orada. 
121
 Yenə orada. 
122
 S. Nəfisi. Göstərilən əsəri, s. 9. 
123
 Əl-Məsudi. Müruc əl-zəhəb və vəl-mədain əl-cövhər, 1-ci cild, Müqəddimə. 


―Mücməl  üt-təvarix‖də  deyilir  ki,  dehqanlar  torpaq  sahibi  və  kənd 
başçıları  idilər
124
.  Təbərinin  yazdığına  görə,  dehqanlara  irsən  çatmış  olan  torpaq 
sahələrinin  miqdarı  az  olduğuna  görə,  onlar  adi  kəndlilərdən  bir  o  qədər 
fərqlənmirdi. Buna baxmayaraq dehqan öz kəndinin birinci dərəcəli əkinçisi hesab 
edilir
125
. Deməli, dehqanlar əkinçilərin qarşısında iri torpaq sahibləri qədər nüfuza 
malik  olmamışlar.  Dehqanların  vasitəsi  ilə  bir  çox  yararsız  olan  sahələr 
abadlaşdırılır. 
Ölkə  əhalisinin  əksəriyyətini  təşkil  edən  əkinçilərin  iqtisadi-ictimai 
vəziyyəti  haqqında  əldə  kifayət  qədər  məlumat  yoxdur.  Lakin  əkinçilər  torpaq 
sahələrinə xas olan mülkün cüzindən idilər. Onlar məcburi halda işləməklə bərabər 
ordunun da piyada hissəsində qulluq edirdilər
126

Bu  barədə  Ammian  Marselli  yazır:  ―Əkinçilər  muzd  almır  və  başqa 
imtiyazlara  da  malik  deyildilər.  Bundan  başqa  ölkə  əhalisi  də  əkinçilərdən  üstün 
mövqeyə  malik idi.  Ona görə  ki,  əkinçilər can vergisi verdikləri  halda  orduda  da 
qulluq etməli idilər. Lakin başqaları can vergisi verdikdə, orduda qulluq etməkdən 
azad edilirdilər
127

Ölkədə  əhalinin  əksəriyyətini  təşkil  edən  əkinçilərin  vəziyyəti  haqqında 
Girişman  yazır  ki,  əkinçilər  formal  olaraq  azad  olsalar  da,  əslində  qullar  kimi 
torpağa bağlı olub, mülklə birlikdə alınıb satılırdılar. Ümumiyyətlə, əkinçi, dülgər, 
dəmirçi,  toxucu,  çörəkçi,  yağtutan,  dəyirmançı  kimi  də  fəaliyyət    göstərirdi.  
Dəyirman  IV əsrin  ixtiralarından sayılır
128

İpəkçiliyin inkişafı ilə əlaqədar olaraq tut ağaclarının becərilməsinə ciddi 
fikir  verilirdi.  Dövlət,  eləcə  də  əyanların  geniş  torpaq  sahələri  qədim  üsulla 
becərilirdi.  Əkinçilikdə  baş  vermiş  yeniliklər  ancaq  dövlət  mülklərində  tətbiq 
edilirdi. Ona görə kiçik təsərrüfatlar bir sıra yenilikləri öz sahələrinə tətbiq etmək 
iqtidarına  malik  deyildi.  İkinci  bir  tərəfdən  əkinçilik  inkişaf  etdikcə  kəndlilərin 
istismar  dərəcəsi  artırdı.  Əkinçilər  dövlət,  əyan  və  atəşgədə  torpaqlarına  bağlı 
idilər. İri torpaq sahiblərinin mülkiyyəti artdıqca, kiçik mülkədarlar iqtisadi böhran 
və çapqınlardan yaxa qurtarmaq məqsədilə onların hakimliyini qəbul edirdilər
129

İri  torpaq  sahiblərinin  nəzarət  dairəsi  günü-gündən  genişlənir  və 
ixtiyarında olan sahələrdən vergi də toplamalı idilər. Bu səbəbə görə dövlət özü də 
müəyyən dərəcədə  vergilərin  toplanmasında  feodallardan asılı  vəziyyətə  düşürdü. 
Dövlətin  isə  feodalların  nüfuzunu  aradan  qaldırmaq  cəhdi  çox  vaxt 
müvəffəqiyyətsizliklə  nəticələnirdi.  Feodalların  vəziyyəti  elə  bir  dərəcəyə  gəlib 
çatdı ki, şah maliyyə və ordu cəhətdən onlardan asılı vəziyyətə düşdü
130

                                                           
124
 Tərcümeyi Şahnamə. 1-ci cild, Müqəddimə. 
125
 M. Ravəndi. Göstərilən əsəri, s. 461 – 462. 
126
 Ammian Marselli. Göstərilən əsəri, s. 15. 
127
 Girişman. Göstərilən əsəri, s. 251 – 300. 
128
 Yenə orada, s. 300. 
129
 M. Ravəndi. Göstərilən əsəri, s. 462. 
130
 M. Ravəndi. Göstərilən əsəri, s. 462. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə