Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

sikkələri  və  bir  möhürü  Cekson  görüb,  onu  Əhəməni  dövrünə  aid  olduğunu 
söyləyir
169

V.  F.  Minorskinin  yazdığına  görə  zəlzələnin  çoxluğu  Təbrizin 
xüsusiyyətlərindən biridir. Təbrizdə yüngül titrəyişlər və hərəkətlər demək olar ki, 
hər  gün  baş  verir.  Təbrizdə  baş  vermiş  güclü  zəlzələlərdən  bir  çoxunun  tarixi 
məlumdur. Şəhərdə 858, 1042, 1641, 1728, 1780, 1854, 1956-cı illərdə zəlzələ baş 
vermişdir. Hər zəlzələdən, hər dağıntıdan sonra Təbriz yenidən abadlaşdırılmışdır. 
Ərazinin  əlverişli  təbii-coğrafi  üstünlükləri  insanları  bu  titrəyən,  tərpəşən 
torpaqdan  uzaqlaşmağa  qoymamışdır.  Əksinə,  əcdadlarımız  bu  hərəkətli  torpaqa 
daha ürəkdən bağlanmış, karvan ticarət yolları üçün əvəzsiz qovşaq olan bu yerdə 
Şərqin ən gözəl və məşhur şəhərlərindən birini salmışlar. Təbrizdə yer titrəyişlərini 
çoxları  Səhənd  dağının  vulkanik  fəaliyyəti  ilə  bağlayırlar.  N.  V.  Xakıkov  isə 
hərəkətin səbəbini təbəqələrin öz-özünə müxtəlif yer dəyişmələrində görür. 
Görkəmli  gürcü  tarixçisi  Q.  A.  Melikeşviliyə  görə,  Tauri-Tarmakis 
möhkəmləndirilmiş (qala divarları və xəndəklərlə əhatə edilmiş) şəhər olmuşdur
170

Beləliklə, e. ə. VIII əsrdə Təbriz abad bir şəhər olmuş, II Sarqonun oraya 
hücumu nəticəsində tamamilə dağılmış, sonralar yenidən bərpa olunaraq eramızın 
II—IV əsrlərində böyuk şəhərə çevrilmişdir. Maraqlıdır ki, həmin tarixdən etibarən 
III—IV  əsrlərə,  sonra  isə  VII  əsrin  əvvəllərinə  qədər  Təbriz  adına  məxəzlərdə 
təsadüf edilmir
171

Təbriz  adının  Səhənd  dağının  vulkanik  püskürməsi  ilə  bağlı  olduğu 
ehtimalını ilk dəfə  Övliya  Çələbi irəli sürmüş, ancaq onu  vulkanın istilik tökmək 
xüsusiyyəti ilə əlaqələndirmişdir. Rus alimi İ. N. Berezin mənanın düzgün açılışına 
daha yaxın olmuşdur. İ. N. Berezin göstərmişdir ki, farslara görə ―qızdırma tökən‖ 
mənasını  verən  Təbriz  sözünün  yozumu  səhvdir,  bu  izahların  heç  birinin  filoloji 
əsası  yoxdur.  Alimin  fikrinə  görə,  əgər  hər  bir  şəhərin  adını  aydınlaşdırmaq 
gərəkdirsə,  onda  Təbriz  fars  sözləri  olan  ―təb‖—―riz‖  (qızdırma  tökən)  deməkdir. 
Əlbəttə, belə nəticələr orta əsr müəlliflərinin əsərlərində olduqca çoxdur. Hər halda 
hələlik toponimin etimoloji izahı haqqında son söz deyilməmişdir. 
Atropatenin qədim şəhərlərindən biri də Marağadır. Bu şəhər gözəl iqlimi 
və  əlverişli  təbii-coğrafi  şəraiti  ilə  məşhurdur.  Şəhərin  şimalında,  dəniz 
səviyyəsindən  3547  metr  hundürlüyə  malik  olan  əzəmətli  Səhənd  dağı  ucalır.  Bu 
dağ Marağanı Təbrizdən ayırır. Dəniz səviyyəsindən 1400 metr yükssəkdə yerləşən 
Marağa şəhəri Təbrizdən müstəqil dağ yolu ilə 76 km, şosse yolu vasitəsilə 130 km 
məsafəyə malikdir
172
. Səhənd dağından mənbə alan bir sıra dağ çayları Marağa və 
onun ətrafını su ehtiyatı ilə təmin etdikdən sonra onun 29 kilometrliyindəki Urmu 
                                                           
169
 S. Onullahi. Göstərilən əsəri, s. 33 – 34. 
170
 Г. А. Меликишвили. Некоторые вопросы…, с. 23. 
171
 S. Onullahi. Göstərilən əsəri, s. 37 – 38. 
172
 V. F. Minorski. Şəhr-e Mərağe, tərcümə Ə. Karəngindir. Məcəlle yəğma sale XVIII, № 3, Tehran, 
1965, s. 151. 


gölünə  tökülür.  Marağa  şəhəri  Şərqin  başqa  şəhərləri  kimi  çay  sahilində,  Sofi 
çayının  sol  sahilində  salınmışdır.  Sofi  çayı  Marağa  şəhərinə  gözəl  bir  mənzərə 
verməklə  bərabər,  həm  də  onun  ətrafında  olan  meyvə  bağlarını  və  əkin  sahələrini 
suvarır.  Mordi  çayı  isə  Sofi  çayına  paralel  axaraq  ―Bayandur‖  məntəqəsini  su 
ehtiyatı  ilə  təmin  edir.  Marağa  şəhərinin  belə  gözəl  təbii  şəraitə  malik  olması, 
habelə  bir  sıra  ticarət  yollarının  vaxtilə  həmin  şəhərdən  keçməsi,  onun  qədim 
dövrlərdən etibarən Şərqdə şöhrətlənməsinə, bilavasitə şərait yaratmışdır. 
1852-ci ildə məşhur rus alimi N. V. Xanıkov Mordi çayı dərəsindən  hal-
hazırda nəsli kəsilmiş hipparion və gərgədan sümükləri tapmışdır
173
. Bundan sonra 
Kebel, Strauss, Dodler, Morqan və başqaları həmin tədqiqatı davam etdirərək belə 
bir  nəticəyə  gəlmişdilər  ki,  sümükləri  bu  ərazidən  tapılmış  heyvanlar  Səhənd 
dağının  od  püskürməsindən  əvvəl  burada  yaşamışlar
174
.  Marağa  şəhərində  indiyə 
qədər  arxeoloji  qazıntı  işlərinin  aparılmamasına  baxmayaraq  bir  sıra  qədim 
mənbələrdə  onun  adına  təsadüf  edilir.  Strabonun  yazdığına  görə  Atropatena 
şahlarının Qazaka (yay iqamətgahı) və Vera (qış iqamətgahı) adlı iki paytaxt şəhəri 
olmuşdur
175
. Strabona görə Araz çayından bu şəhərə qədər olan məsafə 2400 stadi 
olmuşdur. Hər stadi 184, 72 metrə bərabərdir. Plutarxa görə Fraata Dion Kassidə 
Praspa və yaxud Fraaspa, Ptolemeydə isə Fraspa formasında verilir
176

Toponimik  baxımdan  Fraaspa,  Praaspa  eyni  mənşəli  adlardır.  Veraya 
gəldikdə o, yerləşdiyi ərazi nöqteyi-nəzərdən Fraata, yaxud Fraaspa ilə eyni sahədə 
yerləşirdi. Lakin formal olsa da yuxarıdakı şəhər adları ilə eyni deyildir. 
Marağanın qədim adını öz əsərində saxlayan Bəlazuri ona Əfrah Rud, İbn 
Fəqih və Yaqut Həməviyə görə də bu şəhər Əfrahrud kimi qeyd edilmişdir. Yaqut 
Həməvi  qətiyyətlə  Əfrah  Rudı  Marağadan  axan  Sofi  çayı  ilə  eyniləşdirir.  Məşhur 
şərqşünas  Minorski  Plutarxın  Fraatasını  ərəb  müəlliflərinin  qeyd  etmiş  olduqları 
Əfrahrudun  müasir  Marağa  ilə  bir  olduğunu  iddia  edir.  O  öz  fikrini  sübut  etmək 
üçün  Marağanın  şimaldan  müdafiə  olunmasına  şərait  yaradan  Səhənd  dağının 
strateji  əhəmiyyətini,  Sofi  çayının  hal-hazırda  da  bu  şəhərdən  axmasını  və  habelə 
VII—XIII əsrlərdə ərəb, habelə monqolların dövründə də Marağanın paytaxt şəhər 
olması  faktını  misal  çəkir
177
.  Digər  tərəfdən  müasir  Marağanın  keçmişdə 
Atropatena  şahları tərəfindən  paytaxt  seçilməsi təsadüfi hal olmayıb, bəlkə  həmin 
şəhərin iqtisadi, strateji, təbii-coğrafi şəraiti ilə bilavasitə əlaqədar olmuşdur. Eyni 
zamanda  Marağa  şəhərinin  şimalında,  təqribən  16  km  aralıda  yerləşən  möhkəm 
Ruindej  qalasının  mövcudluğu  bu  şəhərin  qədim  tarixə  malik  olmasını  bir  daha 
sübut  edir.  Eramızdan  əvvəl  36-cı  ildə  Roma  sərkərdəsi  Antoni  100  min  nəfərlik 
ordu ilə Atropatenaya  hücum edən zaman bu  şəhəri  mühasirə edib, təslim etsə də 
                                                           
173
 V. F. Minorski. Göstərilən əsəri, s. 151. 
174
 Yenə orada. 
175
 Strabon. Göstərilən əsəri, XI – 13. 
176
 Plutarx, Antoni, Dion Kassi ( 49 – 25) 
177
 V. F. Minorski. Göstərilən əsəri, s. 152. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə