Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

hesabsız  qoşunumu azuqə  ilə  təmin etdim, bundan başqa  həmin qalanın  ətrafında 
olan  30  kəndi  də  yandırdım  və  bu  kəndlərin  tüstüsü  göylərə  qalxdı
160
.  İ.  M. 
Dyakonov  qуyd  edir  ki,  II  Sarqon  Tarui  və  yaxud  Tarmakis  (Təbriz)  qalasını  da 
işğal  etmişdir.  Bu  qala  Russanın  arpa  anbarları  yaxınlığında  bina  edilmişdi. 
Göründüyü kimi bu qala dövlətin (Urartu dövlətinin) azuqə anbarlarının müdafiəsi 
üçün təşkil edilmişdir. 
Bundan başqa burada ordunun at ehtiyatı bazası da mövcud olmuşdur. 
Təbriz  şəhərinin  qədim  tarixinin  öyrənilməsində  II  Sarqonun  kitabəsi 
yeganə və ilk mənbədir. 
Bu  mənbədə  göstərilən  ―Tarui‖  və  yaxud  ―Tarmakis‖  müasir  Təbriz 
şəhərinin  keçmiş  adıdır
161
.  Uşkayaya  gəldikdə  bu  qala  müasir  Təbrizin 
yaxınlığında  olan  Üsküyədir.  (Üskü)
162
.  Üçüncü  qala  -  Aniaştaniya  isə    hələlik 
müəyyənləşdirilməmişdir. 
Beləliklə,  məlum  olur  ki,  Təbriz  şəhəri  Atropatena  ərazisinin  ən  qədim 
şəhərlərindən  biridir.  Atropatena  ərazisində  olan  qədim  şəhərlərdən,  Assuri 
mənbələrində  gələcək  Mannanın  paytaxtı  İzirtu  ilə  birlikdə  Zibiya  və  Urmu 
(Urmayit) şəhərində adı çəkilir
163
. Bu şəhərin də adı ilk dəfə II Sarqon tərəfindən 
çəkilmişdir. 
Demək  olar  ki,  Təbriz  Atropaten  ərazisində  yaranmış  ilkin  şəhərlərdən 
biridir.  Bir  sıra  orta  əsr  müəllifləri,  o  cümlədən  Həmdullah  Qəzvini  və  başqaları 
Təbriz  şəhərinin  bina  edilmə  tarixini  Xəlifə  Harun-ər-Rəşidin  (IX  əsr)  arvadı 
Zübeydə  xatunla  əlaqələndirirlər.  Doğrudur,  Abbasilərin  Hakimiyyəti  dövründə 
Arazkənarı rayonlar Zübeydə xatuna iqta kimi çatmışdı. Onun bu şəhərdə apardığı 
tikinti-abadlıq  işlərini  tarixçilər  ―şəhərin  salınması‖  kimi  qələmə  almışlar
164
.  İran 
tarixçilərindən Məhəmmədhəsən xan, Səid Nəfisi, Cavad Məşkur və başqaları bir 
sıra  erməni  mənbələrinə  arxalanaraq  Təbriz  şəhərinin  bina  edilməsi  tarixini 
Sasanilərlə  əlaqələndirirlər;  lakin  onların  Təbriz  şəhərinin  bina  edilmə  tarixi 
haqqında olan müddəaları yanlışdır. 
V. F. Minorskiyə görə də Təbriz haqqında ən qədim məlumat Assur çarı II 
Sarqonun kitabəsidir
165

Bu  kitabəyə  görə  e.  ə.  714-cü  ildə  II  Sarqonun  işğal  etdiyi  qalalar 
içərisində  Tarui  və  Tarmakisin  də  (Tarvakis)  adı  çəkilir.  V.  F.  Minorskiyə  görə 
Uşkaya müasir Uskuyə, Tarmakis isə müasir Təbrizdir
166

                                                           
160
 И. М. Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту, ВДИ. № 2, 1951, ы. 96 – 
97. 
161
 Е. А. Грантовский. Ранная история Иранских племен передней Азии. М., 1970, с. 96 – 97. 
162
 V. F. Minorski. Tarix-e Təbriz (tərcümə Ə.Karəng). Təbriz, 1937. 
163
 İ. M. Dyakonov. Göstərilən əsəri, s. 207: С. М. Кашкай. Из истории Маннейского царства. Баку, 
1977, с. 51. 
164
 Həmdullah Qəzvini, C. Məşkur, C. Fəqih və başqaları. 
165
 V. F. Minorski. Göstərilən əsəri, s. 16. 
166
 Yenə orada, s. 20. 


İ.  M.  Dyakonov  da  bu  fikri  təsdiq  edir.  O  yazır:  ―Sarqon  çevik  yürüşlə 
Urmiyanın şərq sahili boyunca şimala irəlilədi. Onlar tərəfindən... həmçinin ikiqat 
qala  Tarui-Tarmakis  (müasir  Təbriz)  dağıdıldı‖
167
.  Sarqon  Durşarrukin  sarayı 
salonlarından birində yazdırdığı kitabədə deyir: ―Bit Sanqbitu vilayəti sərhəddində 
Aniaştaniya şəhərini, dalilər ölkəsində Tarui və Tarmakis şəhərini mən fəth etdim 
və  odda  yandırdım‖.  Bizə  gəlib  çatmış  bu  məlumat  bir  daha  sübut  edir  ki,  Təbriz  
Şərqin qədim şəhərlərindən biridir. 
Eramızın  V  əsrində  yaşamış  erməni  tarixçisi  Favstos  Buzand  Təbrizdən 
yazmış,  onun  deyilişini  Tavrez,  Tavreş  kimi  vermişdir.  Bu  müəllif  II  Şahpurla 
(309—379)  erməni  sərkərdəsi  Vasaq  arasında  Tavrejdə  gedən  vuruşmanı  təsvir 
etmişdir.  Demək,  IV  əsrdə  də  keçmişdə  olduğu  kimi,  Təbrizin  strateji 
mövqeyindən  istifada  edirdilər.  İndiyə  qədər  Təbriz  şəhərinin  tarixini  dərindən 
tədqiq etmək məqsədilə burada arxeoloji qazıntılar aparılmamışdır. Lakin təsadüfi 
hallarda  şəhərin  qədim  tarixə  malik  olduğunu  təsdiq  edən  bir  sıra  əşyalar,  o 
cümlədən  möhürlər  və  sikkələr  əldə  edilmişdir.  Görünür,  IV  əsrdən  sonra  Təbriz 
şəhəri  tənəzzülə  uğramışdır.  Ona  görə  ki,  ərəb  işğallarına  qədər  olan  dövrdə  biz 
mənbələrdə Təbriz sözünə təsadüf etmirik. Sonralar, tədricən Abbasilər, Səlcuqlar, 
Azərbaycan, Atabəylər çağlarında əhəmiyyəti getdikcə artan və Elxanilər dövründə 
böyük  bir  ulusun  (dördüncü  ulusun)  paytaxtına    çevrilən  Təbriz    şəhəri  haqqında 
yazılı məlumatlar getdikcə çoxalmışdır. 
Tarixi  mənbələrdə  Tavri,  Tarui,  Tarmakis,  Tavrez  kimi  təkamül  yolu 
keçən qədim Atropatena şəhərlərindən birinin adı belə dəyişmə prosesindən sonra 
―Təbriz‖ formasına düşmüşdür. 
Şəhərin  adının  müxtəlif  şəkillərə  düşməsi  qaynaqların  yazıldığı  dillər 
tərəfindən  təhrifin    nəticəsidir.  Ümumiyyətlə,    toponimlər  çox  vaxt  mənbənin 
yazıldığı  dilin  tələffüzünə    uyğunlaşdırılır.    Bunun    üçün    məşhur  səyyah  Marko 
Polonun ―Səyahətnamə‖sində Şərq şəhər adlarının avropalı müəllif tərəfindən necə 
dəyişildiyinə  baxmaq  kifayətdir:  ―Bağdad—Borak,  Kirman—Kreman,  Təbriz—
Toris  və  sair.  Cəmi  bir  neçə  yüz  il  bundan  əvvəl  yazılmış  həmin  əsərdə  bəzi  yer 
adları  elə  şəklə  düşmüşdür  ki,  tədqiqatçılar  indi  də  onların    hansı    şəhərlər 
olduqlarını  aydınlaşdıra  bilmirlər. Təbriz toponiminin Asur, Bizans, erməni, İran, 
ərəb  və  başqa  mənbələrdəki  biçimləri  də  sözsüz  ki,  bu  sayaq  ―uyğunlaşmaya‖ 
uğramışdır.  Lakin  Tarui,  Tarmakis,  Tavriş,  Tavriz,  nəhayət,  Təbriz  adının  keçid 
variantlarının  hamısı  bir  kökdəndir.  Bizanslı  Favstın  məlumatına  əsaslanan 
―İranabad‖  jurnalı  yazır:  ―...dördüncü  əsrdə  adına  Tavreş  deyilən  şəhər  get-gedə 
farscaya dəyişilərək, Təbriz halına düşmüşdür‖
168
.  
S.  Onullahi  Ceksona  istinad  edərək  yazır  ki,  Təbrizin  salınma  tarixi 
məlum deyildir. O, Zübeydə xatun tərəfindən tikilməmişdir... bu bir həqiqətdir ki, 
şəhər  Sasani  dövründə  mövcud  olmuşdur...  Parfiya  və  Sasani  dövrünə  aid  olan 
                                                           
167
 İ. M. Dyakonov. Göstərilən əsəri, s. 216. 
168
 Фавстос Бузанд. История Армении, пер. М. Георгян. Ереван, 1953, с. 474. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə