Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

əhəmiyyətinə  malik olan qaladan,  ətrafında  olan kiçik təpələr isə  əhalinin ümumi 
yaşayış məskəni olmuşdur
154

Arxeoloqların  fikrinə  görə  mərkəzi  təpə  keçmişə  (e.  ə.  IX  əsrdə)  öz 
dövrünə görə çox mühüm strateji, hərbi və iqtisadi əhəmiyyətə malik möhtəşəm bir 
qala olmuşdur. 
Həsənlu  təpəsi  Manna  ərazisinin  mərkəzi  hissəsində  yerdəşdiyinə  görə 
dağıdıcı  hücumların  əsas  hədəfini  təşkil  edirdi.  İkinci  bir  tərəfdən  Urmu  gölü 
hövzəsində olan rayonlar iqtisadi inkişaf səviyyəsinə görə qonşu rayonlara nisbətən 
çox irəlidə gedirdi. Xüsusilə bu rayonda hərbi əhəmiyyətə malik olan atçılıq başqa 
təsərrüfat sahələrinə görə artıq dərəcədə inkişaf etmişdi
155

Atropatenin bir sıra rayonları, o cümlədən müasir Təbriz, Marağa, Sarab, 
Ərdəbil,  Xoy,  Maku,  Mərənd  və  s.  əkinçilik,  bağçılıq  və  maldarlıq  üçün  olduqca 
əlverişli idi. Assur çarı II Sarqon Mannaya olan hücumu zamanı Tarmakis qalasını 
işğal  etdikdən  sonra  (714  e.  ə.),  orada  öz  ordularını  at,  habelə  un,  çaxır  və  digər 
ərzaq  malları  ilə  təmin  etmişdir.  Urmu  gölünün  cənub-şərq  rayonları  sənətkarlıq 
nöqteyi-nəzərdən  də  inkişaf  etmişdir.  Belə  ki,  Urartu  çarı  Muzazir  (Musasır) 
məbədinin tayını tikdirdikdə Manna sənətkarlarından istifadə etmişdir
156

Yuxarıda  göstərilən  faktlardan  məlum  olur  ki,  eramızdan  əvvəl  I 
minilliyin başlanğıcından etibarən Urmu gölü ətrafında olan ərazidə şəhər və şəhər 
həyatı yaranmağa başlamışdır. 
Demək olar ki, qədim Atropatena ərazisində şəhər həyatı eramızdan əvvəl 
I  minilliyin  əvvəllərindən  etibarən  Manna  dövlətinin  ərazisində  əmələ  gəlmişdir. 
Qədim  Azərbaycan  tayfalarının  birləşməsində,  habelə  bu  tayfaların  iqtisadi, 
ictimai,  mədəni  və  şəhər  həyatının  yaranıb  inkişaf  etməsində  Maina  dövlətinin 
böyük rolu olmuşdur
157

Manna  dövlətinin  ərazisində  İzirtu,  Tarmakis
158
,  Tabarmeys,  Urmayid, 
Qazaka,  Verra,  Aqanzana,  Artabed  və  s.  şəhərlər  meydana  gəlib  inkişaf  etməyə 
başlamışlar.  Manna  dövlətinin  mərkəzi  hissəsini  təşkil  edən  müasir  Həsənlu 
kəndində,  Təbriz  yaxınlığındakı  Təzəkənddə,  Əfşar  mahalında,  Təxt-e  Süleyman 
və Mərənd ətrafında Baruc qalasından  əldə edilmiş arxeoloji tapıntılar Atropatena 
ərazisində  qədim  şəhərlərin  mövcudiyyəti  haqqında  olan  müddəamızı  bir  daha 
təsdiq edir
159

Atropatena  ərazisində  olan  qədim  şəhərlərdən  biri  Təbrizdir.  Acıçay 
sahilində  yaranmış  bu  şəhərin  ətrafı  qonşu  rayonlara  nisbətən  əkinçilik,  bağçılıq, 
maldarlıq, xüsusilə atçılıq üçün daha əlverişli idi. 
                                                           
154
 Ə. Hakimi, M. Rad. Şərh və nəticey-e Kavuşha-e elmi Həsənlu (Sulduz) Güzareşhay-e bastanşünasi, 
1-ci cild, Tehran, 1329, s. 24 – 25. 
155
 И. Алиев. История Мидии, Баку, 1960, с. 168 - 183 
156
 Ə. Hakimi. M. Rad. Göstərilən əsəri, s. 20 – 30. 
157
 И. Алиев. История Мидии, Баку, 1960, с. 168 
158
 И. М. Дьяконов. История Мидии. М.-Л. 1956, с. 216. 
159
 Ə. Hakimi, M. Rad. Gəzarəşha-e bostanşünasi...., 3-cü cild (Kavuşhay-e Həsənlu), Tehran, 1329. 


Təbriz  şəhəri  hələ  qədim  dövrlərdən  beynəlxalq  ticarət  karvan  yollarının 
düyün nöqtəsini təşkil edirdi. 
Beləliklə,  iqtisadi  inkişaf  baxımından  belə  bir  əlverişli  ərazidə  şəhər 
həyatının yaranıb inkişaf etməsi təsadüfi deyildir. 
Təbriz  şəhərinin  qədim  tarixinin  öyrənilməsinə  dair  ən  qiymətli  tarixi 
sənəd II Sarqonun assur dilində yazılmış kitabəsidir. 
II Sarqon indiki Süleymaniyyə məntəqəsindən Mokri Kürdüstanına daxid 
olur.  II  Sarqon  Urmu  gölünün  cənubunda  olan  nahiyələri,  o  cümlədən  Parsua 
əyalətini  işğal  edib  gölün  şərqi  ilə  irəliləyərək  Tarmakis  və  yaxud  Tarui  qalasına 
gəlib çatır. Ümumiyyətlə, Sarqon Manna ərazisinə hücum edən zaman burada olan 
21 qala - şəhərin adını çəkir. 
Divarları  120  sıra  kərpiclə  hörülmüş  bu  dövrün  şəhərləri  darvaza,  bürc, 
bağ və üzümlüklərlə örtülmüş gözəl yaşayış evlərinə də malik idi; həmin tikintilər 
misli  görünməmiş  sütunlar  və  taxta  tavanlarla  bəzədilmiş  idi.  II  Sarqon  Sobi 
qalasına yaxınlaşır. Uşkaya divarlarının  qalınlığı 8 ərşə bərabər idi. Bütün Urartu 
süvari ordu hissəsinin minik atlarının bəslənilməsində bu mahal şöhrət qazanmışdı. 
Bu  peşə  ilə  yalnız  qullar  deyil,  azad  şəxslər  də  məşğul  olurdular.  Buraya  Urartu 
ordusundan  ötəri  əhalidən  vergi  kimi  yığılmış  və  sınaqdan  keçirilmiş  atlar 
gətirilirdi.  II  Sarqon  Uşkayanı  işğal  etdikdən  sonra  həmin  dövrdə  Urartu  çarı 
Rusanın  ilxı  mərkəzi  olan  Aniaştaniyanı  zəbt  etməyə  başlayır.  Uşkayada  olduğu 
kimi burada da atçılıq təsərrüfatı əsas rol oynayırdı. Yuxarıda qeyd etdiyimiz kimi 
həmin  təsərrüfatda  olan  atlar  çar  təsərrüfatında  deyil,  ancaq  əhalidən  yığılmış 
vergilər  nəticəsində  toplanır  və  çar  alayları  üçün  sınaqdan  çıxarılıb  bəslənilirdi. 
Aniaştaniyada atçılıq təsərrüfatı ilə bilavasitə əlaqədar olaraq çoxlu arpa və saman 
anbarları var idi. Həmin anbarlar əhalidən natural formada zorla yığılmış məhsulla 
doldurulurdu.  II  Sarqon  Uşkaya  və  Aniaştaniya  qalalarını  işğal  etdikdən  sonra 
Tarmakis istehkamını almağa cəhd göstərir. O   (Sarqon) yazır: 
―Tarmakis qalalarının divarları  ikilaylı idi,  burada Fərat çayı kimi geniş 
xəndəklər  qazılmış  və  onun  ətrafı  isə  qalın  meşəliklərlə  örtülmüşdür.  Buranın 
binalarının tavanları sidr ağaclarından tikilmişdir. Tarmakisdə müdafiə əhəmiyyətli 
istehkamlar  vardır.  Xüsusilə  burada  yaradılan  sədlər  daha  möhkəmdir.  Dövlət 
qoşunlarının  ehtiyat  hissəsi  də  burada  yerləşir,  eyni  zamanda  onların  atları  da 
burada  bəslənir.  Ətraf  rayonların  sakinləri  mənim  qorxumdan  buraya 
toplanmışdılar. Mən Tarmakis istehkamına hücum edən zaman əhali buranı da tərk 
etməyə  məcbur  olub,  susuz  çöllərə  qaçmaqla  canlarını  qurtarmağa  səy  göstərirdi 
(Çox  güman  ki,  Sarqon  susuz  olan  çöllər  dedikdə  Muğan  səhrasını  nəzərdə 
tuturmuş  -  A.  F.).  Mən  bu  mahalı  ələ  keçirdim  və  müdafiə  əhəmiyyətli  istehkam 
halına salınmış yaşayış yerləri arasında döyüşə başladım. Həmin qalaların möhkəm 
divarlarını  bünövrəsinə  qədər  uçurub  yerlə  yeksan  etdim,  qala  daxilində  olan 
yaşayış yerlərinə od vurdum, eyni zamanda sakinlərin külli miqdarda mövcud olan 
azuqələrini də yandırdım. Arpa ilə ağzına qədər doldurulmuş anbarları açıb saysız-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə