Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

M.  Məhəmmədi  İbn  əl-Əsirə  istinad  edib  göstərir  ki,  müsəlman  ərəblər 
İran  ölkəsinə  yiyələndikdə  oranın  maliyyə  quruluşunu  olduğu  kimi  saxlamağa 
məcbur  oldular.  Ərəblər  Sasani  şahlarının,  xüsusən  Firuz  və  Ənuşirəvanın  vergi 
toplanılmasında  icad  etmiş  olduqları  ―divan‖  formasını  olduğu  kimi  İran,  o 
cümlədən  işğal  etdikləri  başqa  ölkələrdə  saxlamalı  oldular.  Bu  səbəbə  görə  də 
Sasanilər dövründə olmuş xərac divanları Xilafət zamanında öz qüvvəsini qoruyub 
saxlamış oldu
143

M.  Məhəmmədiyə    görə    Sasanilərdən  əvvəl    İran    ictimaiyyəti  üç 
təbəqəyə:  din  başçıları,  ordu,  əkinçilər  və  sənətkarlara  bölünürdü.  Sasanilər 
dövründə isə dəbirlər silki bunlara əlavə edildi və həmin dörd təbəqə də özlüyündə 
bir neçə dəstəyə bölünürdü
144

Ümumiyyətlə,  dəbirlər  öhdələrində  olan  işlərə  görə  bir  neçə  dəstəyə 
bölünürdü
145

Xarəzmi  isə  Sasani  dövlətinin  dəbirlərini  7  dəstəyə  bölür:  hüquqi,  mali, 
gəlir, xəzinə, şahın tövləsi, atəşgədə, vəqf, habelə xeyriyyə işlərinə baxanlar. 
Sasani  dövründə  dəbirlər  təbəqəsi  imtiyazlı  silklərdən  biri  olmaqla,  həm 
də  dövlətin  özəyini  təşkil  edir.  Bu  səbəbə  görə  də  dəbirlik  rütbəsi  zadəgan 
nəslindən olanlara məxsus idi
146
. S. Nəfisinin yazdığına görə, İranda olan idarəçilik 
üsulu  qədim  dövrlərdən  qalmışdır.  Nazirliklər  və  müxtəlif  idarələrin  hüquq  və 
vəzifələrini işıqlandırmaq üçün əlimizdə məlumat  yox  dərəcəsindədir.  Lakin ərəb 
xəlifələri tərəfindən həmin üsulun qorunub saxlandığını nəzərə alsaq, biz Sasanilər 
dövrünün hakimiyyət  tərzini aydınlaşdıra bilərik. Sasani şahları bir neçə müxtəlif 
möhrə  malik  olmuşdur.  O  cümlədən  gizli    yazışmaları,  adi  məktubları  göndərən 
divana aid olan möhürü,  habelə  cəza  hökmlərini, mükafat və hədiyyələri, rütbə, 
vəzifələri  təsdiqləyən,  verginin  toplanılması    üçün    mövcud  olmuş    möhürləri  
göstərmək  olar.    Ehtimal  ki,  yuxarıda  göstərilən  beş  idarədən  başqa  ordu,  poçt, 
zərbxana,  çəki  ölçüsü  və  dövlətin  xalisə  torpaqlarına  baxan  idarə  də  mövcud  
olmuşdur
147
.  Bəlazurinin  yazdığına  görə  hər  il  vergi  babətindən  yığılmış  pulların 
siyahısı şahın hüzurunda uca səslə oxunurmuş. 
Sənətkarlıqdan  əldə  edilmiş  gəlirin  hesabı  və  habelə  xəzinədə  mövcud 
olan  pulun  surəti  şaha  təqdim  edilir,  şah  isə  həmin  siyahını  təsdiq  edirdi
148
.  II 
Xosrovun dövründən etibarən dəri pul əvəzinə kağız işlənməyə başladı. 
S. Nəfisi göstərir ki, Sasanilər dövründə çaparxanalar (bərid) ancaq dövlət 
işlərini  nizama  salmaq  üçün  təşkil  edilmişdir.  Hər  mənzildə  atlar  saxlanılır, 
                                                           
143
 Yenə orada. 
144
 M. Məhəmmədi. Fərhəng-e İran və təsir-e an dər təməddün-e İslam və ərəb, Tehran, 1323, s. 74.  
145
 Tanserin məktubu, s. 12. 
146
 M. Məhəmmədi. Göstərilən əsəri, s. 82. 
147
 Əbül Abbas Əhməd ibn Yəhya Cabir əl-Bəlazuri. Kitab-e Fütuh əl-buldan, IV cild. Beyrut, 1951, s. 
382 – 460; S. Nəfisi. Göstərilən əsəri, s. 26 – 27. 
148
 İbn əl-Əsir. Əl-Kamil fi-t tarix, Beyrut, 1966, s. 388 – 389. 


gözətçilər isə yolların təmir edilməsinə  və  qorunmasına   nəzarət  edirdilər
149
. S. 
Nəfisiyə görə Sasanilər dövründə əsas gəliri torpaq vergisi babətindən toplanılırdı. 
Bu vergi isə ―xərac‖ adlanırdı. 
―Gizit‖ və yaxud ―sərgzit‖ (can vergisi) ərəblərdə ―Cizyə‖ termini ilə əvəz 
edilir. Bu vergi ildə bir dəfə əhalidən toplanılırdı. Lakin torpaq vergisinə gəldikdə 
isə o, məhsulun miqdarından asılı olaraq, onun üçdə bir və yaxud altıda birini təşkil 
edirdi. 
Bəzi  hallarda  isə  torpaq  vergisi  məhsulun  ondan  birindən  yarısına  qədər 
ödənirdi.  Əkin  sahəsinin  şəhərə  yaxın  olub-olmaması  da  verginin  miqdarına  təsir 
edirdi.  Qocalar,  qadınlar,  habelə  uşaqlar  torpaq  vergisindən  azad    idilər.  Gizit 
vergisi əsas etibarı ilə başqa dinə (xristian, yəhudi və s.) inananlardan toplanılırdı. 
Qubadın dövründən, 607-ci ildə dövlətin vergi və başqa gəlir fondunun miqdarı altı 
milyon dirhəmə bərabər olmuşdur
150

Ümumiyyətlə,  verginin  dəqiq  miqdarı  müəyyənləşdirilmədiyinə  görə 
məmurlar əhalidən istədikləri miqdarda vergi toplayırdılar. 
 
MALDARLIQ 
 
Atropatena tarixinin ən aktual  məsələlərindən biri bu ərazidə əkinçilik və 
maldarlığın  öyrənilməsidir.  Təəssüflə  demək  olar  ki,  bu  problemin  həllinə 
tədqiqatçılar öz əsərlərində olduqca az toxunmuşlar. Atropatenada, xüsusilə Təxt-e 
Süleyman,  habelə  başqa  rayonlarda  aparılmış  arxeoloji  qazıntıların  nəticəsi  bir 
daha sübut etdi ki, bu ərazidə vaxtilə əkinçilik, xüsusən maldarlıq yüksək dərəcədə 
inkişaf  etmişdir.  Qazakanın  mərkəzində  yerləşən  göldən  ətraf  torpaqları  sulamaq 
məqsədilə  7  süni  suvarma  kanalı  çəkilmişdi.  Bu  kanalların  izi  hal-hazırda 
qalmaqdadır.  İlk  mənbələr  bu  ərazidə  atçılığın  yüksək  dərəcədə  inkişaf  etdiyini 
sübut  edir.  Midiya  –  Atropatenada  vaxtilə  bəslənilən  atlar  dünya  şöhrəti 
qazanmışdı.  Polibinin  göstərdiyinə  görə,  çarın  at  ilxıları  bütövlükdə  midiyalıların 
əlində  idi.  Onlar  olduqca  çox  taxıl  və  mal-qaraya  malikdirlər.  Onların  ərazisində 
olan geniş otlaqlar atların bəslənilməsində mühüm rol oynayır
151
. Bu atlardan yük, 
qoşqu və minik vasitəsi kimi istifadə edilirdi. Mənbələrin göstərdiyinə görə ―Nisa‖ 
atları  məhz  bu  ərazidə  bəslənilirdi.  Əhəməni,  Atropaten,  Parfiya,  sonralar  isə 
Sasani  və  ərəb  xilafəti  dövründə  burada  bəslənilən  atlar  dünya  bazarında 
özünəməxsus  yer  tuturdu.  Urmu  gölünün  ətrafı  böyük  çəmənliklərə  malik 
olmuşdur. Xüsusilə Medikado ―Əspəst‖ yonca otunun Atropaten ərazisində bitməsi 
atçılıq  və  maldarlıq  üçün  əlverişli  şərait  yaratmışdır.  Hələ  vaxtilə  Makedoniyalı 
İskəndər burada olan at ilxılarını nəzərdən keçirmiş və öz süvari dəstələrini həmin 
―Nisa‖ atları ilə təmin etmişdir. Təsadüfi deyildir ki, müharibələrdə Atropatena və 
                                                           
149
 S. Nəfisi. Göstərilən əsəri, s. 27. 
150
 Yenə orada, s. 27 – 28. 
151
 Polibi. V. 44. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə