Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

Strabonun göstərdiyinə görə yerli əhali bəzi köklərdən şərab istehsal edirdilər (XI, 
13, 11). Midiya sakinləri müxtəlif meyvələrlə qidalanırdılar. Onlar alma qurusunu 
üyüdüb, ondan lavaş və badamı qovurub üyütdükdə isə çörək bişirirdilər (XI, 13, 
11).  Beləliklə,  Midiya  ərazisində  çoxlu  meyvə  bağları  olmuş,  yerli  əhali  müxtəlif 
meyvələr,  o  cümlədən  alma,  badam  əkirmişlər.  Onların  məhsulu  yığılıb 
qurudulduqdan  sonra  üyüdülürmüş.  Bundan  başqa  bu  ərazidə  külli  miqdarda 
zeytun ağacları becərilir, ondan ən qiymətli yağ əldə edilirdi (XI,  13,  11). Strabon  
göstərir ki, burada külli miqdarda at ilxılarını bəsləmək üçün ən yaxşı ot növü olan 
bitkini (biz ―Midiya otu‖ adlandırırıq) (XI, 13, 7). 
Xəzər  dənizinin  cənub-qərbində  (Gilan  əyalətinin    Rudsər  mahalında) 
Atronatena  ərazisinə  yaxın  olan  ərazidə  Tunc  dövrünə  (e.ə.  IX-VIII  əsrlər)    aid 
yaşayış yeri aşkar edilmişdir. 1958 - 59-cu illərdə aparılan tədqiqatlar zamanı çoxlu 
saxsı  qab  gildən  düzəldilmiş  heyvan  (əsasən  zebu)  və  insan  fiqurları  (bəziləri 
tuncdandır) və s. maddi-mədəniyyət nümunələri tapılmışdır. Orijinal boyalı qablar, 
zərif  düzəldilmiş  fiqurlar,  Əmliş  əhalisinin  hələ  e.  ə.  I  minilliyin  əvvəllərində 
yüksək  mədəniyyətə  malik  olduğunu  göstərir.  Tuncdan  insan  fiqurları  Qafqazdan 
tapılmış fiqurlarla oxşardır. Tədqiqatçıların fikrincə, Əmlişin sakinləri əkinçilik və 
maldarlıqla  məşğul  olmuşlar.  Maraqlı  budur  ki,  hal-hazırda  da  bu  əyalətdə 
(Gilanda)  iribuynuzlu  heyvanların  əksəriyyətini  zebu  cinsi  təşkil  edir.  Maddi-
mədəniyyət nümunələri həmin ərazidə əkinçilik, maldarlıq və sənətkarlığın yüksək 
səviyyədə olduğunu sübut edir. Atropatena ərazisinin cənub sərhəddinə yaxın olan 
Gənctəpədən  əldə  edilmiş  saxsı  qablar,  dəmir  alətlər  (əkinçiliyə  aid),  gil,  habelə 
dəmirdən  hazırlanmış  insan  və  heyvan  fiqurları  burada  da  vaxtilə  əkinçilik  və 
maldarlığın  inkişaf  səviyyəsini  əks  etdirir.  Bu  mədəniyyətlər  ərazi  baxımından, 
habelə dövr etibarı ilə tədqiq etdiyimiz dövrə yaxındır. 
Atropatenanın cənub-şərq əyalətləri təbii-coğrafi şəraitinə, iqlim – fauna, 
torpaq növü və s. baxımından istər Əmliş, istərsə də Gənctəpəyə yaxındır. Elə bir 
nəticəyə gəlmək olar ki, həmin dövrdə (e. ə. IV – eramızın VIII əsrləri) Atropatena 
ərazisində  də  qonşu  əyalətlərdə  olduğu  kimi  təsərrüfat,  o  cümlədən  əkinçilik, 
maldarlıq  və  sənətkarlıq  inkişaf  etmişdir  (İsa  Behnam,  Aşenai  baqome  Manna, 
―hünər  və  mərdüm‖,  Süxən jurnalı, Tarix-e  honəre  İran, Bəhmən İsfənd, № 11  – 
12, Tehran, 1340). 
Antik  müəlliflərin  verdiyi  məlumata  görə  Atropatenada  əkinçiliyin 
inkişafı ilə əlaqədar maldarlıq da  mövcud olmuşdur. Dağ və dağətəyi rayonlarda, 
xüsusən Verra, Qazaka, Aqanzana, Ordvil ətrafında müxtəlif şirəli, habelə qüvvətli 
yem  otlaqlarına  malik  olan  geniş  otlaq  və  çəmənliklərdə  külli  miqdarda  davar, 
iribuynuzlu  mal-qara  sürülərinə  rast  gəlmək  olardı.  Polibinin  göstərdiyinə  görə 
―Midiya sahəsinin genişliyi, çox sakinliliyi və əla keyfiyyətli atlara malik olmasına 
görə  Asiyada  görkəmli  dövlət  sayılır.  Midiya  bütün  Asiyanı  atla  təmin  etməklə, 
orada olan otlaqların bolluğuna görə çar öz at ilxılarını  midiyalılara etibar edirdi‖ 
(Polibi,  V,  27).  Atropatenanın  əyalətlərindən  olan  Kaspianada  maldarlıq,  o 


cümlədən  dəvəçilik  və  atçılıq  xüsusilə  geniş  yayılmışdı.  Kaspiananın 
vilayətlərindən olan Mil-Muğan düzləri tarixən maldarlığın inkişafında mühüm rol 
oynamışdır. 
Maraqlıdır  ki,  müasir  dövrdə  də,  istər  Mil  və  istərsə  Muğan  düzündə 
saxlanılan  qoyun-keçi,  at,  dəvə  və  digər  ev  heyvanlarının  artıb  inkişaf  etməsi 
səviyyəsinə  qonşu  ərazidə  təsadüf  edilmir.  Strabonun  məlumatına  görə  hündür 
dağlara malik olan Midiya ölkəsində atçılığa böyük yer verilir və ən məşhur atlar 
bu  ərazidə  bəslənilir.  Burada  ən  çox  at  bəslənilən  çəmənlik  Babilistanla  fars  və 
habelə  Kaspi  darvazası  arasında  olan  ərazidə  yerləşir.  50  minə  yaxın  olan  şah 
ilxısının  madyanları burada  bəslənilir  (XI, 13, 7). Məlum  olduğuna  görə  dövrünə 
görə  dünya  şöhrəti  qazanmış  ―Nisa‖  cinsli  atlar  burada  bəslənirmiş.  Strabonun 
dediyinə  görə  ―Nisa‖  cinsindən  olan  atlar  farsların,  parfiyanların  atlarından  fərqli 
idi  (XI,  13,  7).  Ümumiyyətlə,  antik  dövrdə  midiyalıların  və  parfiyalıların  atlarını 
―Nis‖ cinsli hesab edirlər. Qeyd etmək lazımdır ki, ―Nisa‖ cinsli atların əsas vətəni 
və bəslənilən yeri Səhənd dağının qərb yamacları və Urmu gölünün ətraf rayonları 
olmuşdur.  Ola  bilsin  parfiyanlar,  farslar  və  digər  qonşu  ölkələr  ―Nisa‖  cinsli 
damazlıq atları Atropatenadan öz ölkələrinə aparmışlar. Strabon Apollonidə istinad 
edərək  göstərir:  ―Atropatenalılar  10000  süvari  dəstəyə  malik  idi‖  (XI,  13,  2). 
Deməli, atropatenalılar at ilxılarından seçmə, cavan, gözəl əndamlı çevik atlarla öz 
süvari dəstələrini təmin edirdilər. Məlumdur ki, hərbi dəstələrə seçilən atlar ancaq 
ayğır olmalıdır. Ona görə ki, cəldliyinə, sürətinə və müharibə meydanında manevr 
etməyə  görə  bu  cins  əlverişlidir.  Digər  tərəfdən  midiyalılara  at  nəslini  artırmaq 
olduqca lazım idi. 
Ammian 
Marsellinin 
göstərdiyinə 
görə, 
Atropatenanın 
yaşıl 
çəmənliklərində  cins  atlar  bəslənilir.  Əyanlar,  sərkərdələr  qürurla  bu  atlara  minib 
müharibələrə  gedirdilər  (XXIII,  6,  30).    Müəllif  bu  atları    ―Nisa‖  cnsli    atlar  
adlandırır. 
Mənbələrin  verdiyi  məlumatdan  aydın  olur  ki,  Atropatenada    atçılığın 
inkişafı  ilə  əlaqədar    sayca    çox  olan    at  ilxıları  mövcud  olmuş  və  yerli  əhali 
həvəslə  təsərrüfatın  bu  növünü  inkişaf  etdirmişlər.  Ammian  Marselliyə  görə 
Midiyada  atların    bəslənilməsi  və  yemlə  təmin  edilməsi  üçün  olduqca  əla 
çəmənliklər  vardır.  At  ilxıları,  bu  çəmənlərdə  otlayır.  ―Nisa‖  cinsli  atların  
müharibələrdə  istifadə  edilməsini  mən  özüm  gözümlə    görmüşəm (XXIII, 6, 30). 
Atropatenalılar  atlardan    ancaq    müharibələrdə    deyil,  gündəlik  məişətdə  də,  o 
cümlədən yük daşımaqda, qoşquda, əkində, döyümdə atdan istifadə edirdilər. Çox 
güman ki, atın ətindən və südündən də istifadə edirmişlər. Digər tərəfdən gəlir əldə 
etmək üçün bəslədikləri qüvvətli, çevik, cins atları həm də qonşu ölkələrə catmaqla 
bərabər,  eyni  zamanda  ehtiyaclarını  ödəmək  üçün  lazım  olan  mal-qara    ilə 
dəyişmişlər. 
İstər  müasir  Muğan  əyalətində  və  istərsə  Urmu  gölü  ətrafında  olan 
rayonlar,  habelə  Kürdüstanın  şərqində  indi  də,  cins  atların  bəslənməsinə  təsadüf 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə