Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

Böyük  torpaq  sahələri  məhdud  müəssisə  şəklini  almaqla  onların  əksər 
hissəsi  icarəyə  verilirdi.  Bu  qəbil  mülklərdə  kəndli  dəstələri  fəaliyyət  göstərir, 
feodal  və  əyanların  buğda,  yağ,  çaxır,  ət  və  meyvəyə  olan  tələblərini  ödəyirdilər. 
Kəndlilərə  natural  formasında  əmək  haqqı  verilirdi;  vergilər  də  natural  halında 
toplanılırdı.  Mülkədarlar  şəhərlərdə  deyil,  kəndlərdə  öz  malikanələrində 
möhkəmləndirilmiş yerlərdə  yaşayırdılar. Kənd yerlərində sikkə tədavülü olduqca 
azalmışdı
131
.  Bu  zaman  imperiyada  sabit  bir  iqtisadi  formasiya  yaranmış  oldu
132

M.  Ravəndinin  nəzərdə  tutduğu  sabit  iqtisadi  formasiya  şübhəsiz  ki,  feodalizm 
quruluşu  olmuşdur.  Onun  nəzərincə  aşağı  təbəqələr  hər  cür  zəhmətə  dözməli  və 
özünü  dolandırmalı  idi.  Zəhmətkeşlər  şah  qəsrlərinin  tikintisində  çalışmaqla 
yanaşı,  ərzaq  malları  istehsal  edir,  əmək  alətləri  və  ləvazimatı  hazırlayırdılar. 
Bundan başqa çaparxanaların qorunması, şahın ilxı və mal-qarasının saxlanılması, 
habelə digər ağır zəhmət tələb edən iş sahələri aşağı təbəqəyə məxsus idi
133
. Fərdi 
azadlıq dövlətin iradəsindən asılı idi. Lakin İranda min il ərzində fərdi azadlıqdan 
əsər  belə  yox  idi.  I  Xosrov  tərəfindən  verilmiş  islahat  nəinki  zəhmətkeşlərin 
vəziyyətini  yüngülləşdirdi,  əksinə,  onu  daha  da  çətinləşdirdi.  Bu  islahat  başdan-
başa  dövlət  və  əyanların  mənafeyini  müdafiə  edirdi.  M.  Ravəndiyə  görə  zülm  və 
cəhalət əhalini yuxarı təbəqə əleyhinə üsyan qaldırmağa sövq edirdi. Buna Məzdək 
hərəkatını misal göstərmək olar. M. Ravəndiyə görə Məzdək hərəkatının iqtisadi və 
ictimai kökə malik olması onu kommunizm hərəkatı adlandırmağa imkan verir
134

Onun bu fikri ilə razılaşmaq olmaz. Ona görə ki, yuxarı təbəqə əleyhinə baş vermiş 
bütün  üsyanlar  iqtisadi-ictimai  kökə  malik  olmuşdur.  O  cümlədən  Məzdəki  
rəhbərliyi ilə baş vermiş  hərəkatın  da  ictimai-iqtisadi kökləri olmuşdur. Lakin V 
əsrdə  baş  vermiş  bu  hərəkatı  kommunizm  adlandırmaq  düzgün  deyildir.  Məzdək 
hərəkatı  mövcud  dövlət  və  feodal,  əyanlara  qarşı  baş  vermişdir.  Lakin  hərəkat 
iştirakçılarının  vahid  bir  qüvvə  kimi  birləşə  bilməmələri,  qalib  gəldikdə 
zəhmətkeşlərin  xeyrinə  hansı  işləri  görəcəkləri  məlum  deyildir.  Bununla  bərabər 
Sasani zülmünə və feodal istismarına qarşı baş vermiş Məzdək hərəkatı (496 - 531) 
ən  böyük  və  qüdrətli  xalq  üsyanı  idi.  Bu  hərəkat  ölkənin  iqtisadi-ictimai,  habelə 
siyasi  vəziyyəti  ilə  sıx  əlaqədar  idi.  Bir  çox  mükəlləfiyyətləri  yerinə  yetirməyə 
məcbur  edilən  kəndlilərin  vəziyyəti  həddindən  artıq  ağır  idi.  Bu  dövrün  vergiləri 
içərisindən  dözülməz  vergi  can  vergisindən  ibarət  idi.  I  Xosrova  qədər  verginin 
həddi-hüdudu  olmadığına  görə,  vergi  toplayanlar  kəndlilərlə  öz  istədikləri  kimi 
rəftar  edirdilər.  Mənbədə  göstərildiyinə  görə  vergini  ödəməyən  kəndlilər  öz 
məhsullarını  toplamaq  və  bazara  çıxarıb  satmaq  hüququna  malik  deyildilər
135
.  4 
dirhəmdən  12  dirhəmə  qədər  olan  can  vergisini  ödəməyənlərin  əmlakı  dövlət 
                                                           
131
 Yenə orada. 
132
 Yenə orada. 
133
 Yenə orada. 
134
 Yenə orada, s. 463. 
135
 Babilistan Telmudu, 55. 


tərəfindən müsadirə edilirdi. I Xosrovun islahatından sonra isə uşaqlar, qadınlar və 
60 yaşına çatmış kişilər can vergisindən azad edilirdi
136
. Ammian Marselli yazır ki, 
mülkədarlar  və  ruhanilər  kəndlilərin  torpaq  sahələrini  əllərindən  almaqla  bərabər, 
həm də onlarla istədiyi kimi rəftar edirdilər
137

Sasanilər sülaləsi II Şahpurun ölümünə qədər olduqca qüvvətli idi. Lakin 
onun ölümündən sonra iri feodallar yenidən əvvəlki nüfuzlarını geri qaytarıb 125 il 
müddətinə  Ərdəşirin  səyi  ilə  bünövrəsi  qoyulmuş  mərkəzi  hakimiyyəti 
zəiflətdilər
138
.  Ümumiyyətlə,  Sasanilərin  qüdrətli  şahları  ölkənin  bütün  inzibati 
təşkilatlarına,  o  cümlədən  ordu  və  məhkəmələrə  hakim  olmaqla  bərabər,  eyni 
zamanda onlar tərəfindən verilmiş bütün sərəncamlar qeyd-şərtsiz icra edilirdi. Şah 
özünü xalqa göstərmirdi. Ölkənin görkəmli şəxsiyyətləri də şahı görmək hüququna 
malik  deyildi.  Şahla  yaxın  adamları  arasında  pərdə  asılır  və  həmin  pərdənin 
qorunması  ―xürrəm  baş‖  adlanan  əsilzadəyə  tapşırılırdı.  Dinkord  şahın  hüquq  və 
vəzifələri  haqqında  deyilir  ki,  ―Şah  dini  qayda-qanunlara  riayət  etməli,  əxlaqlı  və 
pak  olmalı,  bağışlamalı,  qisas    almamalı,    tabelərə    qarşı    məhəbbət  göstərməli, 
kəndlilərlə gözəl rəftar etməli, səxavətli, ədalətli olmalı‖
139

Şahlar  bu  göstərilən  qayda-qanunlara  riayət  etməyib  xalq  kütləsi  ilə  öz 
istədikləri  kimi  rəftar  edirdilər.  İlk  dövrlərdə  canişinləri  şahlar  özləri  təyin  edirdi. 
Lakin  sonralar  hakimiyyət  zəiflədikdə  hərbçilər,  ruhanilər  və  dəbirlər  bu  işə 
dəxalət edirdi. Əslində isə məbədlər məbədinin rəyi qəti olmalı idi. 
Müşavirlərin  mövqeyini  təyin  edən  yeganə  şəxs  Ərdəşir  olmuşdur.  Ona 
görə də hərbçilər, şahzadələr birinci sırada, şahdan təqribən 5 metr aralı, bunlardan 
10 metr aralıda şahın ətrafında olan münəccimlər, dəbirlər və alimlər, bunlardan da 
5  metr  aralı  isə  təlxəklər,  habelə  məzhəkəli  söhbət  edənlər  olmalı  idi
140
.  Cahiz 
Sasanilər dövründə olan 4 silki  belə  izah  edir: 
Şah  nəslindən  olan  ordu  başçıları,  möbədlər  və  hırbodlar,  həkimlər, 
dəbirlər, habelə astronomlar I  - III silkə, əkinçilər, sənətkarlar və  başqaları isə IV 
silkə  daxil  idi.  M.  Məhəmmədi  ―Divan‖  terminini  izah  edərək  göstərmişdir  ki, 
pəhləvi  dilində  olan  ―divan‖  idarə  deməkdir
141
.  Sasani  dövründə  dövlətin  işlərini 
idarə  edən  təşkilat,  o  cümlədən  xərac,  ordu  və  çaparxanalar  ―divan‖ 
adlandırılmışdır.  Mərkəzi  divanlar  o  zamanlar  nazirlikləri  əvəz  edirdi.  M. 
Məhəmmədi  İbn  Xəlduna  istinad  edərək  yazır:  Xilafət  dövründə  mədaxil-məxaric 
dəftənində ―divan‖ məfhumunu saxlamalı oldular
142

Xərac divanı istər Sasani və istərsə Xilafət dövründə dövlətin  ən mühum 
idarəsi  sayılırdı. 
                                                           
136
 N. V. Piqulevskaya. Göstərilən əsəri, s. 257. 
137
 Ammian Marselli. XXIII, 6, 57. 
138
 M. Ravəndi. Göstərilən əsəri, s. 464. 
139
 Dinkord, V. 
140
 Cahiz. Göstərilən əsəri, s. 6. 
141
 M. Məhəmmədi. Fərhəng-e İran və təsir-e an dər təməddün-e İslam və ərəb, Tehran, 1323, s. 49. 
142
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə