Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

Bəhramın  Ərdəbildən,  Amol,  Mazandaran,  Gürgan  və  nəhayət,  Xorasana  gedib 
orada  hunları  məğlub  edib,  onların  xaqanını  öldürdüyünü  göstərir
187
.  ―Hüdud  əl-
aləm  minəl  məşriq  iləəl-məğrib‖  əsərinin  müəllifinin  göstərdiyinə  görə  ―Ordbil 
böyük  bir  şəhərdir.  Olduqca  bolluq  və  möhkəm  olan  bu  şəhərin  dövrəsi 
hasarlıdır‖
188
.  Həmdullah  Qəzviniyə  görə  Ərdəbil  şəhəri  Siyavuşun  oğlu 
Keyxosrov  tərəfindən  bina  edilmişdir.  Tarixdə  əfsanəvi  şah  olmuş  Keyxosrov 
tərəfindən  bu  şəhərin  salınması  öz-özlüyündə  onun  qədim  tarixə  malik  olmasına 
sübutdur.    İkinci  bir  tərəfdən  Firdovsinin  ―Dej-e  Bəhmən‖  və  yaxud  ―Ruin  Dej‖ 
adlandırmış  olduğu  toponimikaya  hal-hazırda  Ərdəbil  ətrafında,  xüsusən  onun 
qərbində və Savalan dağının ətəyində təsadüf edilir. O cümlədən ―Ruin Dizəq‖ və 
―Dij vicini‖ göstərmək olar. Bundan başqa şəhər ətrafında atəşpərəstliklə bilavasitə 
əlaqədar olan bir sıra ay adlarına, o cümlədən ―Şəhrivər‖ və ―Əmərdad‖ toponimik 
adlarına da rast gəlmək olur. Elə bu səbəbə görə də bir sıra mütəxəssislər şəhərin 
Zərdüşt dövründə bina edilməsi fikrini irəli sürürlər. Ərdəbil şəhəri ətrafında  mis, 
qızıl,  qalay,  kükürd  və  neft  yatağının  olması,  habelə  Yaxın  və  Orta  Şərqi  şimal 
ölkələri  ilə  qovuşduran  strateji  və  ticarət  əhəmiyyətinə  malik  olan  yolların  bu 
şəhərdə  birləşməsi,  qədim  dövrlərdən  etibarən  onun  iqtisadiyyatına  mühüm  təsir 
göstərmişdir.  Həmin  yollar  haqqında  məlumat  verən  ərəb  coğrafiyaşünası  İstəxri 
yazır:  ―Bərdədən  Yunana  7  ağac  (ağac  təqribən  6  kilometrə  bərabərdir  –  A.  F),  
oradan  Beyləqana  7  ağac,  Beyləqandan  Vərsana  7  ağac,  buradan  Bəlxaba  7  ağac, 
Bərzənddən  isə  Ərdəbilə  15  ağac  məsafə  vardır‖.  Həmin  müəllif  Ərdəbildən 
Zəncana 6 mərhələ və habelə Ərdəbildən Marağa şəhərinə gedən yolun 48 ağacdan 
ibarət  olduğunu  təyin  edir
189
.  Şəxsən  Ərdəbil  şəhərində  qalmış  Yaqut  Həməvi  öz 
əsərində  bu  şəhərin  abadlığından,  sıx  əhaliyə  malik  olmasından,  həmin  dövrdə 
sənətkarlıq və habelə ticarət mərkəzi olmasından dəfələrlə danışmışdır. O, şəhərin 
adını  ―Bavan  Firuz‖  adlandıraraq  onun  Sasani  sülaləsindən  olan  Qubadın  oğlu 
Firuz tərəfindən bina olunduğunu iddia edir. Yaqut Həməvi davam edərək göstərir 
ki,  Ərdəbil  şəhəri  Azərbaycanın  ən  görkəmli  şəhərlərindən  biri  olmaqla  bərabər 
İslam  dövründən  əvvəl  də  paytaxt  şəhər  olmuşdur
190
.  Məlum  olduğuna  görə, 
Ərdəbil  Azərbaycanın  ən  qədim  şəhərlərindəndir.  ―Xudaynamak‖a  əsasən  əsər 
yazan  Firdovsi  Kəyan  şahları  dövründə  Ərdəbil  şəhərinin  yerində  ―Bəhmən  dej‖ 
(Bəhmən  qalası)  adlı  alınmaz  möhkəm  qala  olduğunu  göstərir.  Həmin  sülalədən 
Fəriburz  və  Keyxosrov  Bəhmən  qalasına  hücum  etmişdir.  Fəriburz  qalanı  ala 
bilməmiş,  Keyxosrov  isə  qalanı  fəth  edib,  Ərdəbili  bina  etmişdir.  Ərdəbilin  bina 
edilməsinə  dair  mənbələrdə  digər  rəvayətlər  də  mövcuddur.  Şəhərin  ayrı-ayrı 
dövrlərdə  müxtəlif  adlarına  da  təsadüf  edilir:  ―Ərtəfit‖,  ―Ərdəvil‖,  ―Ordvil‖, 
―Firuzabad‖,  ―Bazan-e  Firuz‖,  ―Piruzram‖  və  s.  Məlumdur  ki,  Ord  adlı  Parfiya 
                                                           
187
 Baba Səfari. Ərdəbil dər gözərgahe tarix. II cild, Tehran, 1353, s. 306. 
188
 Hüdud əl-aləm minəl məşriq iləl-məşğrib. Azərb. EA. Tarix institunun arxivi № 257. 
189
 Əl-İstəxri. Göstərilən əsəri, s. 20 – 30. 
190
 Yaqut Həməvi. Göstərilən əsəri, s. 85. 


hökmdarı olmuşdur. ―Vil‖ isə şəhər mənasını daşıyır. Güman etmək olar ki, şəhəri 
Parfiya  şahı  Ord  bina  etmişdir.  Ərdəbil  Sasanilər  dövründə  mərzbanlıq  mərkəzi 
olmuşdur. VII  əsrdə ərəblər şəhəri işğal etdilər. Ərdəbil əvvəl  mahal, sonralar isə 
canişinlik  mərkəzinə  çevrildi.  808-ci  ildə  Ərdəbil  mahalında  xürrəmilər  hərəkatı 
başlanmışdı.  X  əsrdə  Saci  hökmdarı  Yusif  ibn  Divdad  Azərbaycanın  paytaxtını 
Marağadan  Ərdəbilə  köçürmüşdü.  1220-ci  illərdə  monqol  hücumları  dövründə 
Ərdəbil əhalisi öz doğma şəhərlərini inadla müdafiə etməyə başlamışdır. Bu səbəbə 
görə düçmən qüvvələri qalib gəldikdə şəhər əhalisinə amansız divan tutmuş, şəhəri 
qarət  edib  uçurmağa  başlamışlar.  Tarixi  şəhər  olan  Ərdəbil  və  onun  ətrafında 
qədim abidələr hələ də qalmaqdadır. Atəşgah (Ağ İmam) adlanan kənd şəhərin 11 
kilometrliyində  yerləşir.  Burada  Sasani  dövründən  mövcud  olan  atəşgədə  hələ  də 
qalmaqdadır.  Ərəb  istilasından  sonra  islamiyyətlə  əlaqədar  kəndə  Ağ  İmam  adı 
verilmişdir.  Lakin  mənbə  və  ədəbiyyatda  kənd  Atəşgah  olaraq  qalmaqdadır. 
Şübhəsiz  ki,  bu  ərazinin  sakinləri  islam  dinini  qəbul  etməzdən  əvvəl  atəşpərəst 
olmuşlar. 
Orta  əsrlərdə  ən  məşhur  şəhərlərdən  biri  olan  Ərdəbil  Azərbaycanın 
paytaxtı  olmuşdur.  Mənbələrə  görə  əsası  Firuz  tərəfindən  qoyulan  bu  şəhərə 
Bazan-e  Firuz  adı  verilmişdir
191
.  Şəhərin  adı  ―Hüdud-ül-aləmdə‖  ―Ordvil‖ 
göstərilmişdir.  Həmin  coğrafi  kitabda  da  Ərdəbilin  bolluq  və  habelə  ətrafının 
əzəmətli  möhkəm  hasara  malik  olmasından  danışılır.  ―Bürhan-e  qate‖  də  Ərdəbil 
―Firuz  gerd‖,  Süruriyə  görə  ―Bazan  piruz‖  və  yaxud  ―Firuz  abad‖  göstərilmişdir. 
Bəzi tədqiqatçılara görə Ərdəbil toponimi ―arta‖ (azəri dilində ―müqədəs‖) və ―vil‖ 
(―şəhər‖) sözlərindən ibarət olub ―Müqəddəs şəhər‖ deməkdir. Yuxarıda göstərilən 
kimi,  Ərdəbilin  ―Müqəddəs  şəhər‖  adlandırılması  atəşpərəstlik  ilə  bilavasitə 
əlaqədar olmuşdur. İndi də şəhər ətrafında bir sıra atəşgədənin izləri qalmaqdadır. 
Şəhərin adını ―Ard‖ (arxa) və ―Vil‖ sözləri ilə bağlayıb ―Arxada olan şəhər‖ kimi 
izah  edənlər  də  var.  Guya  Ərdəbil  Savalan  dağının  arxasında  olduğuna  görə  belə 
adlanmışdır. Hər halda şəhərin adı haqqında birinci etimologiya, yəni ―Müqəddəs 
şəhər‖  izahı  daha  inandırıcıdır.  Ərdəbil  şəhərinin  bina  edilməsi  haqqında  xalq 
dastanlarından olan ―Savalan‖ əfsanəsi də çox maraqlıdır. Həmin əfsanədə deyilir 
ki,  ərdə və bil adlı qoçaq tayfa Muğan və Ərdəbil ətrafında yaşayırdı. Bu tayfalar 
tadelli  düçmənlə  vuruşa-vuruşa  zirvəsi  qarla  örtülmüş  əzəmətli  bir  dağa  gəlib 
çatmışlar.  Onlar  xançobanın  dağa  döndüyünü  görüb  onu  Savalan  adlandırmışlar. 
Şair Balaş Azəroğlu bu haqda deyir: 
 
Elə o vaxtdan dağın 
Adı Savalan oldu. 
Bütün elin-obanın 
Sevdiyi məkan oldu. 
                                                           
191
 Əl-Müqəddəsi. Əhsən ət təqasim fi mərifət ül-əqalim, s. 377 – 378. Yaqut Həməvi. I, 197; IV, 288 – 
289. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə