Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

xarakter  daşıması  ticarətin  inkişafının  qarşısını  almaqla  pul  dövriyyəsinin 
genişlənməsinə  mane  olan  əsas  amillərdən  biri  olmuşdur.  Lakin  göstərdiyimiz 
səbəblərə baxmayaraq, bu dövrdə Albaniyanın cənub qonşusu olan  Atropatenanın 
iqtisadi  və  ictimai  cəhətdən  inkişaf  etməsi,  bu  əraziyə  də  öz  təsirini  göstərməyə 
bilməzdi.  Xüsusilə  də  qeyd  etmək  lazımdır  ki,  Atropatenadan  bu  əraziyə  və 
buradan keçib başqa ölkələrə gedən ticarət yollarında bura da pul dövriyyəsinə və 
ticarətin inkişafına az təsiri olmamışdır. İkinci bir tərəfdən bu dövrdə Albaniyanın 
Ellin  aləmilə  də  müəyyən  əlaqəsi  olmuşdur.  Bunu  sübut  etmək  üçün  eramızdan 
əvvəl  ikinci  əsrə  aid  olub,  Bərdə  rayonunda  Makedoniyalı  İskəndər  və  onun 
canişinləri olan Selevki dəfinəsinin tapılması faktı kifayətdir. 
Bərdə, Xanıslı, Naxçıvanda tapılmış Selevki sikkələri bir daha sübut edir 
ki,  Albaniyada  eramızdan  əvvəl  II  əsrdən  ticarət  getdikcə  inkişaf  etməyə 
başlamışdır. 
1976-cı  ildə  arxeoloq  A.  Nuriyev  Şamaxının  Göylər  kəndində  qazıntı 
işləri apardığı zaman külli miqdarda Sasani şahları tərəfindən zərb edilmiş sikkələr 
aşkar  edilmişdir.  Bu  dəfinənin  məhz  Şamaxı  şəhəri  yaxınlığında  aşkar  edilməsi, 
Albaniya şəhərlərinin Şərq ticarətinə cəlb edildiyini göstərən faktorlardan biridir. 
Müasir  İran  tarixçiləri,  o  cümlədən  qədim  dövrün  iqtisadiyyatını 
araşdırmış Rəhimzadə Səfəvi öz əsərində iqtisadiyyatın əsasını təşkil edən istehsal 
üsulu,  habelə  məhsuldar  qüvvələrin  və  o  dövrdə  olan  istehsal  münasibətlərinin 
tarixi  rolunu  nəzərə  almamışdır.  F.  Engels  göstərir  ki,  ―Materialist  anlayışa  görə 
tarixdə  müəyyənedici  amil  nəticə  etibarilə  özünün  istehsalı  və  təkrar  istehsaldır. 
Lakin bu özü də yenə iki cür olur. 
Bir  tərəfədn  yaşayış  vasitələri,  yemək  şeyləri,  paltar,  mənzil  istehsalı  və 
bundan ötəri lazım olan alətlərin istehsalı. Digər tərəfdən insanın özünün istehsalı, 
nəslin  davam  etdirilməsi;  demək,  maddi  istehsal  üsulu  cəmiyyətin  və  ictimai 
qaydaların inkişafı üçün şərt olan başlıca amildir‖
215

Bir  sıra  tarixçilər  dar  çərçivədə  o  dövrdə  İran  iqtisadiyyatının,  ancaq  bir 
xalqın,  nisbətən  çoxluq  təşkil  edən  xalqın  iqtisadiyyatı  hesab  etməsi,  ikinci  bir 
tərəfdən  bu  iqtisadiyyatın  yüksəlib  inkişaf  etməsində  istər  Əhəməni,  Parfiya  və 
istərsə  də  Sasani  imperiyası  dövründə  tək-tək  görkəmli  şahların,  məğlubedilməz 
sərkərdələrin başlıca rol oynadıqlarını göstərməsi təsadüfi olmayıb, onların dövrün 
iqtisadi-ictimai  səviyyəsini  əks  etdirmiş  bir  sıra  qədim  qaynaqlardan  xəbərsiz 
olduqları ilə izah edilə bilər. 
Bu  dövr  İran  iqtisadiyyatı  dedikdə,  gərək  Hindistandan  Egey  dənizi 
hövzəsinə qədər uzanan ölkələrin və əyalətlərin iqtisadiyyatından ibarət olduğunu 
başa düşək. 
Lakin İran tarixçiləri qeyd etdiyimiz kimi, o dövrdə İrana tabe olan ölkə 
və  əyalətlərin  iqtisadiyyatından  bəhs  edərək,  onların  iqtisadiyyatını  İran 
                                                           
215
 F. Engels. Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. Bakı, Azərnəşr, 1958, s. 168. 


iqtisadiyyatı  hesab  etmişlər.  Onlar  əsərlərində  əkinçilikdən,  torpağı  becərmə 
üsulundan,  torpağın  kimlərin  əlində  toplanmasından,  o  dövrün  vergilərindən  bir 
kəlmə də olsun danışmamışlar. 
Eramızdan  əvvəl  və  eramızın  ərəfəsində  sap  və  kələf  halında  alınıb 
əyalətlərə gətirilən xam ipək Bəlx, Həmədan, Suz və başqa şəhərlərə, o cümlədən 
Qazakaya  gətirilib  bu  şəhərlərdə  toxunduqdan  sonra,  hazır  ipək  parçalar 
Yunanıstan  və  Romaya  göndərilirdi.  Qeyd  etmək  lazımdır  ki,  istər  Midiya  və 
istərsə  də  Atropatenadan  rəngli  yun,  pambıq  parçalar,  məxmərlər,  kətan  parçalar, 
qızıl və gümüşdən hazırlanmış saplarla toxunmuş zərli parçalar şöhrət qazanmışdı. 
Bu dövrdə Həmədan şəhərində güləbatin toxumaq həddindən artıq inkişaf 
edib, dünyada şöhrət qazana bilmişdi
216

Herodotun  qeyd  etdiyinə  görə,  Əhəməni  imperiyası  dövründə  İran 
əyalətlərində  toxunan  xalçalar,  ipək,  pambıq  və  yun  parçalar  rənglərinə,  davamlı 
olmalarına, zərif toxunmalarına görə dünyada şöhrət qazanmışdı. 
Kolxida və Qafqaz Albaniyasından yun, habelə metal, Qafqaz dağlarından 
müxtəlif bitki boyaqları gətirilirdi. Midiya əyalətlərindən müxtəlif xalçalar, toxuma 
parçalar,  qızıl  və  gümüş  zirəli  parçalar,  kətan,  məxmər,  misilsiz  hərbi  atlar, 
Xuzistandan isə neft gətirilirdi
217

Rəhimzadə  Səfəvi  Əhəməni  dövrünün  sikkələri  haqqında  qeyd  etmişdir 
ki,  qədim  tarixçilərin  göstərdiklərinə  görə,  Şərq  aləmində  I  Daraya  qədər  heç  bir 
şah  sikkə  zərb  etdirməmişdi;  O,  öz  adına  Kiçik  Asiyada  birinci  dəfə  sikkə 
vurdurmağa başlamışdır
218

Oturaq əhali ilə köçəri tayfalar arasında aparılan alver zamanı köçəri həyat 
sürən tayfalar öz istehsal etdikləri məhsulların və yaxud bəslədikləri minik, ətlik və 
damazlıq  heyvanlarını  şəhərə  gətirir  və  bazarda  olan  qiymətə  əsasən  istədikləri 
mallarla  mübadilə  edirdilər.  Bəzi  hallarda  mübadilə  baş  tutmadıqda  öz  mallarını 
qiymətli metal əşyaları və ya qızıl, gümüş, mis pul ilə əvəz edirdilər. 
İkinci  növ  ticarət  iki  əyalətin  və  yaxud  iki  uzaq  ölkənin  arasında  olan 
ticarətdən ibarət idi. Bu işlə tacirlər və alverçilər məşğul olurdular. Bu növ alverdə 
qızıl,  gümüş  külçə  halında  işlənirdi.  Cins  mal  mübadiləsi  də  yayılmış  alver 
formalarından biri idi. 
Makedoniyalı  İskəndərin  yürüşündən  sonra  Atropatenada  göstərdiyimiz 
alver  növlərindən  ancaq  kənd  sakinləri  və  köçəri  həyat  sürənlər  istifadə  edirdi. 
Şəhər əhalisi o dövrdə inkişaf etmiş ticarət növü, nəğd qızıl və gümüş pul ilə alver 
edirdilər.  III  Daranın  mğlubiyyətindən  sonra  Orta  Asiya  və  İran  əyalətlərinin 
məhsuldarlığı  yunanların  nəzər-diqqətini  cəlb  etdiyinə  görə  onlar  dəstə-dəstə  bu 
əraziyə  gəlib  məskunlaşmağa  başladılar.  Onlar  pəhləvi  mətinlərində  və  Təbərinin 
tarixində  adı  çəkilən  Suristan  və  yaxud  Asuristan  Beynəlnəhreynə,  Böyük 
                                                           
216
 Rəhimzadə Səfəvi. Göstərilən əsəri, s. 58. 
217
 Yenə orada. 
218
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə