Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

inkişaf  nöqteyi-nəzərindən  eyni  səviyyədə  olmasalar  da,  çox  ehtimal  ki,  biri 
digərinə nisbətən oxşar və yaxın olmuşlar. 
Bunu qeyd etmək lazımdır ki, ümumiyyətlə, tarixçilər, xüsusilə əkinçiliyə 
dair  əsər  yazmış  olan  müəlliflər  öz  əsərlərində  torpaq    mülkiyyətinin  formaları, 
sinfi  mübarizə,  istehsal  üsulu  və  istehsal  münasibətlərinə  toxunmadan,  ölkənin 
əkinçilik  üçün  əlverişli  olan  təbii-coğrafi  şəraitini,  orada  yetişdirilən  məhsul 
növlərinin  sadəcə  olaraq  adlarını  sadalamaqla  kifayətlənirlər.  Lakin  F.  Engelsin 
göstərdiyi kimi, ―Bütün tarix indi də siniflərin antaqonizmi və mübarizəsi yolu ilə 
davam  edir.  Həmişə  hakim  və  tabe  siniflər  istismarçı  və  istismar  olunan  siniflər 
mövcud  olmuş,  bəşəriyyətin  böyuk  bir  əksəriyyəti  həmişə  ağır  zəhmətə  qatlaşıb 
acınacaqlı  həyat  sürməyə  məcbur  olmuşdur‖
72
.  Demək  biz  tarixi  dövrlərdə 
cəmiyyətin  müxtəlif  silklərə  parçalanıb,  insanların  isə  ictimai  mövqelərinə  görə 
bir-birindən  fərqlənməsini  aydın-aşkar  görürük.  Lakin  burjua  tarixçilərinin  sinfi 
mövqeyi onlara imkan verir ki, belə bir həqiqəti aşkara çıxarmış olsunlar. 
Bütun  Şərq  ölkələrində  olduğu  kimi  Atropatenada  da  köhnə  istehsal 
münasibətləri məhsuldar qüvvələrin yeni inkişaf səviyyəsinə uyğun gəlmirdi. Ona 
görə  də  köhnə  istehsal  münasibətlərin  nisbətən  proqressiv  və  qabaqcıl 
münasibətlərlə qanunauyğun şəkildə əvəz edilməsi zəruriyyəti qarşıya çıxırdı. 
Mənbələrdə  Misir  və  yaxud  Assuriyada  olmuş  quldarlıq  sisteminə 
Atropatenada  təsadüf  edilmir.  Bu  ərazidə  olmuş  quldarlıq  sistemi  haqqında 
məlumat verən ilk mənbə ―Matikan hazar-Dadistan‖dır. Orada qul termini əvəzinə 
―bəndək‖  və  ―ənşəhrik‖  sözləri  işlədilmişdir
73
.  III  əsrdə  Aralıq  dənizi  hövzəsinin 
bütün sahəsini bürümuş quldarlıq sisteminin böhranı İrana da toxundu
74
. Sasanilər 
dövründə  dövlət,  özünə  qüvvətli  ictimai  dayaq  yaratmaq  məqsədilə  dövlət 
idarələrində,  orduda  xidmət  edən  şəxslərə  və  habelə  ruhanilərə  ehtiyaclarını  
ödəmək  məqsədi  ilə  torpaq  ayırırdı. 
Torpaq  sahibləri  əsas  etibarı  ilə  qul  əməyindən  istifadə  edirdilər
75
.  Lakin 
artıq III əsrdən etibarən quldarlıq sistemi get-gedə zəifləyib dağılmağa başlayır. 
Torpaq üzərində şərti mülkiyyət formasının aşkara çıxması, uzunmüddətli 
icarədarlıq  bilavasitə  istehsalçıları  işlədikləri  torpaq  parçasına  bağlayırdı.  İranda 
feodalizmin  yaranmasına  qulların  bir  hissəsinin  azad  edilməsinin  də  təsiri  az 
olmamışdır.  Bir  sıra  mənbələrdə  İranda,  feodallaşma  elementlərinin  və  feodal 
münasibətlərinin aşkara çıxması V - VI əsrlərə aid edilir. 
N.V.  Piqulevskayanın  göstərdiyinə  görə  feodalizmin  möhkəmlənməsi  V 
əsrdən  sonrakı  dövrlərə  aiddir.  O,  öz  fikrini  əsaslandırmaq  üçün  həmin  əsrdə 
Məzdəkin  başçılığı  ilə  kənd    icmalarında  yaşayanların  feodallara  qarşı  aparmış 
                                                           
72
 K. Marks, F. Engels. Seçilmiş əsərləri, II cild, Bakı, 1953, s. 251 
73
 Матикан, с. 243. А. Периханян. К вопросу о рабовладении и землевладении в Иране 
Парфиянского времени В. Д. № 4, 1952, с, 14 – 20. 
74
 N. V. Piqulevskaya. Göstərilən əsəri, s. 177. 
75
 Yenə orada. 


olduqları  sinfi  mübarizəni  misal  gətirir
76
.  Məzdəkin  rəhbərliyi    ilə    olan    bu  
hərəkat bütün istismar edilənləri birləşdirə bilmişdi. III əsrdən etibarən feodalizmin 
elementləri  istər  İran  və  istərsə  Azərbaycan  ərazisində  yaranmağa  başlayır.  Lakin 
köhnə  istehsal  münasibəti olan quldarlıq hələ  bu zaman tamamilə  ləğv edilməyib 
istehsalda özünü göstərməkdə idi. 
V.  İ.  Leninin  göstərdiyi  kimi  ―İki  min  il  bundan  əvvəl  köləlik  tamamilə 
hökmran  idi.  Dünyanın  qalan  qitələrindəki  xalqların  böyük  çoxluğu  bu  dövrdən 
keçmişdir. Ən az inkişaf etmiş xalqlarda köləliyin izləri hələ indi də qalmışdır...‖ 
Tarixdə  bu  formanın  ardınca  başqa  bir  forma  -  təhkimçilik  hüququ 
gəlmişdir.  Ölkələrin  böyük  çoxluğunda  köləlik  inkişaf  edib  təhkimçilik  hüququna 
çevrilmişdir.  Cəmiyyətin  əsas  bölgüsü  -  təhkimçi  mülkədarlar  və  təhkimli 
kəndlilərdir‖
77

Feodalizmə  keçid  dövründə  İran  və  habelə  Azərbaycanın  iqtisadi-ictimai 
quruluşunda  iki  növ  istehsal  münasibəti  qalığı:  quldarlıq  və  icma  özünü 
göstərməkdə  idi.  Qeyd  etmək  lazımdır  ki,  hər  iki  qalıq  yeni  yaranmaqda  olan 
feodalizm istehsal üsulunun hərəkətverici qüvvəsi idi. 
Atropatenada  hakim  olan  Sasanilər  sülaləsi  şahlarından  biri  öz  yaxın 
adamlarına,  həmçinin  ixtiyarında  olan  xidmətçilərə  və    tərəfdarlarına  malikanə 
paylamışdır.  Orta  əsr  alban  tarixçisi  Musa  Kalankaytuklu  öz  salnaməsində  qeyd 
edir  ki,  V  əsrdə  Albaniyada  ayrı-ayrı  feodalların  ixtiyarında  olan  torpaqlarda 
mindən artıq kəndli işləyirdi
78
 . 
Qədim  dövrdən  etibarən  İran  yaylasının  qərbində  və  Beynəlnəhreyində 
torpaq sahələri əldə etmək üçün xidmət göstərmək adi bir hala çevrilmişdir. Hər bir 
hökmdar  ordusunu  idarə  edib,  iqtisadi  cəhətdən  onları  təmin  etmək  məqsədilə  öz 
qoşun  başçılarına  torpaq  sahələri  bağışlayır  və  ondan  istifadə  edilmə  hüququ  da 
verirdi.  Belə  torpaqlara  ―ilku‖  deyilirdi.  Bu  torpaqların  sahibi  hökmdara  xidmət 
göstərib qulluq etməyə borclu idi
79

―İlku‖ torpaqlarını satmaq, habelə onu girov qoymaq qadağan edilmişdi
80

Yuxarıda göstərdiyimiz kimi İranda yararlı torpaq sahələri ən qüdrətli feodal olan 7 
ailənin ixtiyarında idi. Həmin ailələr istədikləri vaxt şahın əleyhinə çıxır, yaxud da 
əksinə,  onu  müdafiə  edirdilər.  Böyük  feodallarla  kəndlilər  arasında  vasitəçi  rol 
oynayan  orta  təbəqə,  kiçik  torpaq  sahələrinə  malik  ―qul‖  sahibləri  idi.  Bunların 
arasında  olan  əlaqə  şah  ilə  iri  feodallar  arasında  olan  əlaqədən  daha  güclü  idi
81

Ümumiyyətlə, Sasanilərin hakimiyyəti dövründə verilmiş qanunların hamısı torpaq 
mülkiyyətinin, siniflərin toxunulmazlığına və müqəddəsliyinə xidmət edirdi. 
                                                           
76
 N. V. Piqulevskaya. Göstərilən əsəri, s. 178; Маздакидское движение. Изв. АН СССР, серия 
Истории и философии, 1944, № 4, с. 171 – 181. 
77
 V. İ. Lenin. Əsərləri, 29-cu cild, Bakı, 1935, s. 484. 
78
 Моисей Каланкатуйский. История Албан, кн. I, гл. 26, СПб., 1861 
79
 Ləmbton. Malik və zare dər İran, Tehran, 1339. 
80
 Ləmbton. Göstərilən əsəri, s. 30. 
81
 Yenə orada, s. 51. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə