Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

ki,  arpa,  buğda  və  başqa  dənli  bitkilər  yığılan  zaman  (biçildikdə)  məhsulun 
müəyyən hissəsi istər istəməz tarlaya tökülür. Payız yağmurluqları tez başlandığına 
görə  həmin  bitkilər  yenidən  göyərir.  Bu  isə  xalq  arasında  ―xora‖  adlanır.  Əkinçi 
həmin tarlanı yazda şumlayıb yaz bitkiləri üçün  (paxlalı bitkilər və habelə bostan 
əkini nəzərdə tutulur) istifadə etmədikdə ―xora‖ ikinci dəfə məhsul verir. Strabon 
Atropatena  və  Albaniya  ərazisində  müşahidə  edilmiş  bu  faktı  öz  coğrafi  əsərində 
də göstərmişdir
35
 
T.  Bəhraminin  yazdığına  görə  ―Araz  sahili,  Muğan  və  Astara  zonasında 
illik yağmurluğun miqdarı təqribən 1,5 kubmetrə bərabərdir‖
36
. Muğan səhrasında 
isə  ardıcıl  olaraq  üç  ay  yağıntının  olmaması,  daima  göy-göyərti  və  rəngarəng 
güllərlə  örtülmüş  bu  səhranı  quru  vadiyə  çevirir
37
.  Bu  səbəbə  görə  də  Muğanda 
Araz  sahili  çıxıldıqda  meşə  və  ağaclara  rast  gəlmək  olmur.  Muğan  səhrasında 
Azərbaycanın  qərbinə  (Makuya)  tərəf  getdikcə  rütubət  tədricən  azalmaqla  payız 
yağıntılar  da  gec  başlayır.  Bu  səbəbə  görə  də  istər  Qaradağ,  istərsə  də  Maku 
zonalarında pambıq qozalarının açılmasına təbiət özü şərait yaradır. 
T.  Bəhrami  yazır  ki,  Qızılüzən  zonası  dəniz  səviyyəsindən  500  -  2500 
metr  hündürlükdə  yerləşdiyi  üçün  onun  iqlimi  istər  az  və  istərsə  də  Xəzər  dənizi 
sahilində olan sahələrdən nisbətən az rütubətə malikdir. Lakin həmin ərazidə olan 
yüksək dağlara qışda həddən ziyadə qarın, yazda isə çoxlu yağışın yağmasına görə 
bu ərazi də su ehtiyatı ilə təmin edilmiş olur
38
.  
Müəllif  Qızılüzən  vadisini  iqlim  şəraiti  və  məhsuldarlığına  görə  də  iki 
hissəyə bölür:  hündürlüyü  min  metrdən aşağı olub  və pambıq  əkini üçün  əlverişli 
şəraitə  malik  olan  alçaq  dərələr  (hal-hazırda  da  bu  sahədə  pambıq  əkini  geniş 
yayılmışdır) və Qızılüzənin hündür olub, soyuq və sərt iqlim şəraitinə  malik olan 
vadiləri.  Burada  pambıq  əkilməsi  əlverişli  deyildir.  Lakin  taxıl,  yonca  və  başqa 
yem  bitkiləri,  belə  baramaçılıq  və  tut  ağaclarının  əkilməsi  üçün  olduqca 
yararlıdır
39

Təbriz  və  Sofiyan  zonası  hündür  olduğuna  görə  sağlam  iqlim  şəraitinə 
malikdir.  Burada  müxtəlif  meyvə,  xüsusilə  müxtəlif  üzüm  növləri  yetişdirilir. 
Təbrizin  iqlim  şəraiti  baramaçılığa  çox  əlverişli  olduğu  üçün  barama  toxumunun 
Təbriz və onun ətraf rayonlarında becərilməsi daha münasibdir. 
                                                           
35
 Strabon. Göstərilən əsəri, XI, 13 
36
 T. Bəhrami. Göstərilən əsəri, s. 162. 
37
 Muğan haqqında Tağı Bəhraminin verdiyi məlumat təqribən 50-60 il əvvələ, daha dəqiq demiş olsaq, 
Riza şahın hakimiyyəti dövrünə aiddir. 
Son illər, xüsusən İranda İslam Cümhurisi yarandıqdan sonra Muğan səhrası öz simasını tamamilə 
dəyişmişdir. Bu məhsuldar bərəkətli torpaqda yeni-yeni şəhərlər və kəndlər bina edilmiş, ucsuz-
bucaqsız meyvə bağları salınmış, habelə əkin sahələri abadlaşdırılmışdır. Araz çayından yeni su 
kanalları çəkilməyə başlamışdır. Beləliklə, Çuğan səhrası keçmiş əzəmətini qaytarmaqdadır. 
38
 Bax: T. Bəhrami. Göstərilən əsəri, s. 163. 
39
 Yenə orada. 


Dəniz  səviyyəsindən  1200-dən  3500  metrə  qədər  hündürlüyə  malik  olan 
Təbriz,  Urmu  və  onların  ətrafına  şimal  küləklərinin  çatmaması  bu  zonanın  təbii 
şəraitinə, o cümlədən iqliminin quru olub və  yağmurluğun az olmasına təsir edir. 
Bu  səbəbə  gerə  də  həmin  ərazidə  payız  və  qış  aylarında  yağmurluq  olur.  Bu 
zonanın qışı sərt, baharı isə mülayim keçir. Burada qış tez başlayır. 
M.  Petrov göstərir ki,  Azərbaycanın iqlim şəraiti  Lorustandan quru olub 
illik yağmurluğu 300 mm-ə  bərabərdir. M. Petrovun Azərbaycanın  iqlimini quru - 
dağ, çöl iqlimi adlandırması həqiqətə daha uyğundur. Oranın qışının sərt və soyuq 
olması  dağlarda  enli  yarpaqlı  ağacların  inkişafına  maneçilik  törədir.  Orada  ancaq 
kiçik ağaclar və müxtəlif otlar bitir. Dağarası dərələrində iqlimi qışda soyuq olur. 
Bu səbəbə görə də burada subtropik bitkilər əmələ gəlib inkişaf etmir. Xəzər dənizi 
sahil  rayonlarının  illik  yağmurluq  miqdarı  1500  mm-dən  artıqdır.  Bunun  əsas 
səbəbi  şimalın  soyuq  hava  dalğalarının  Xəzər  dənizi  üzərindən  keçib  oranın 
rütubətini  sahildə  olan  əraziyə  çatdırmasıdır.  Xəzərin  cənub-qərb  rayonlarında 
rütubətin  miqdarı onun cənub-şərq rayonlarından daha  artıqdır. Belə  ki,  Ənzəlidə 
yağmurluğun miqdarı 1543 mm olduğu halda, Gürkanda 691 mm-ə qədər azalır
40

Ümumiyyətlə,  hər  bir  ölkənin  təsərrüfat  həyatı  məsələləri  tədqiq 
edilərkən,  həmin  ölkənin  təbii-coğrafi  şəraitinin,  torpaq  növlərinin,  yeraltı  və 
yerüstü  sərvətlərinin  ilk  növbədə  öyrənilməsi  daha  məqsədəuyğundur.  Bu  səbəbə 
görə  də  biz  ilk növbədə  həmin  məsələnin araşdırılması ilə  əsas  mövzunun tədqiq 
edilməsinə başlayırıq. 
Azərbaycanın  təsərrüfat  həyatı  məsələləri  indiyə  qədər  tarixçilərimiz 
tərəfindən  nisbətən  az  tədqiq  edilmişdir.  Məhz  həmin  səbəbə  görə  də  bu  dövrün 
işıqlandırılması ən ağır və çətin bir problem olmaqla bərabər, həm də məsuliyyətli 
bir  işdir.  Bu  dövrün  əsas  təsərrüfat  məsələləri  az-çox  sovet  tarixçiləri  tərəfindən 
tədqiq  edilmişdir.  Burjua  tarixçiləri  Atropatenanın  təsərrüfat  həyatı  məsələlərini 
kifayətləndirici  surətdə  tədqiq  etməmişlər.  Bu  dövrün  özünəməxsus  spesifik 
xüsusiyyətləri  vardır.  Həmin  xüsusiyyətlərdən  biri  Atropatena  və  ona  qonşu  olan 
ölkələrdə yeni istehsal funksiyası olan feodalizmin meydana çıxması və məhsuldar 
qüvvələrin özündən əvvəlki dövrə nisbətən inkişaf edərək xalqın təsərrüfat həyatı 
məsələlərinin yüksəldilməsinə bilavasitə şərait yaranmasıdır. Quldarlıq quruluşuna 
nisbətən  feodal  istehsal  üsulu  cəmiyyətin  inkişafında  yeni,  daha  yüksək  pillə  idi. 
Atropatenanın    ictimai  quruluşunun  əsasını  kənd  icmalarında  çalışan    kəndlilər 
təşkil  edirdi.  Lakin  uzaq  keçmişdə  olduğu  kimi,  ibtidai  icma  həyatının  qalıqları 
yeni istehsal ukladı, dövlət icmaları  ilə yanaşı yaşayırdı. 
Torpaqların  böyuk  əksəriyyəti  bəzi  əyalətlərdə  isə  bütövlükdə  zadəgan 
ailələrə  məxsus  idi.  Belə  ki,  Karenlər  ailəsi  Midiyada,  Suren  ailəsi  Soistan  və 
Nişapurda, Sipahbudlar Dehistan, Mehranlar isə  Tehran vadisi və  Fars  əyalətində 
                                                           
40
 M. Petrov. Göstərilən əsəri, s. 55. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə