Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

T.  Bəhrami  göstərir  ki,  ―Ortası  çökək  olub,  dövrəsi  isə  qalaya  oxşayan 
Ultan təpəsi Araz çayına bitişikdir. Burada olan qala hal-hazırda bütünlüklə aradan 
çıxıb, bütünlüklə təpəyə çevrilmişdir. Nadir şah həmin qalada tac qoymuşdur
62

 Çox  ehtimal  ki,  Ultan  qalası  da  Bəhramtəpə  kimi  Sasanilərin  dövründə 
tikilmiş qalalardan biri olmuşdur. Göründüyü kimi həmin qala Nadir şahın (1736 - 
1747)  dövrünə  qədər  qorunub  saxlanmış,  ondan  sonra  isə  İranda  olmuş  mərkəzi 
hakimiyyətin  (Qacarların  dövru  nəzərdə  tutulur)  zəiflədiyi  zaman  xarabazarlığa 
çevrilmişdir. 
T.  Bəhrami  ―Əkinçilik  mədəniyyəti‖  adlı  bir  əsərində  yazır:  ―Muğanda 
görünməkdə  olan  bir  arx  Gavurarx  adı  ilə  məşhurdur.  Daha  doğrusu,  Gavurların 
arxı.  Bu  arx  qədimdə  Muğan  atəşpərəstləri  tərəfindən  çəkilmişdir.  Muğanı  Araz 
çayından  bu  arx  vasitəsi  ilə  suvarırmışlar.  Gavurarxın  hal-hazırda  dolmasına 
baxmayaraq onun nişanaləri hələ də qalmaqdadır. Bu arx İran Muğanını keçdikdən 
sonra  rus  Muğanına  (Şimali  Azərbaycana  -  A.  F.)  daxil  olur.  İranda  həmin  arxın 
uzunluğu  100  kilometrə  bərabərdir.  Vaxtilə  Nadir    şah    Muğanda    arx  qazdırıb 
suvarma işlərinə nəzarət etmişdir. Ultan qalasının yaxınlığında olan arx Nadir arxı 
adlanır
63

Gavurarx  haqqında  məlumata  bir  sıra  mənbə  və    ədəbiyatlarda  da  rast 
gəlmək olar
64

Tədqiq  etdiyimiz  mövzu  ilə  əlaqədar  olaraq  bir  neçə  müəllifin  adını 
çəkməyi lazım bilirəm. Onlardan Mirzə Camal, T. S. Passek, İ. İ. Meşşaninov, Q. 
Əhmədov,  Qarabaği,  Səidəli  Kazımbəyov  oğlu,  T.  Bünyadov  və  başqalarını 
göstərmək olar. Gavurarxın çəkilmə  dövrünün  tədqiq edilib aşkar çıxarılmasında, 
həmin  göstərilən  müəlliflərin  zəhmətləri  təqdirəlayiqdir.  Gavurarx    haqqında    T. 
Bünyadov   yazır   ki,  Gavurarx adı ona  hər  halda  Azərbaycanda  İslam dini qəbul 
ediləndən  sonra  verilmişdir
65
.  Məlum  olduğu  kimi  ―gavur‖  sözü  xalq  arasında 
gəlmə,  düşmən,  yadelli,  çox  pis  insan  və  s.  mənalar  daşıyır.  Formal  cəhətdən  bu 
fikirlə də razılaşmaq olar. Ona görə ki, ola bilsin bir dinə inam bəsləyənlər, onlarla 
həm əqidə (dini nöqteyi-nəzərdən) olmayanlara, nifrət edib, onlara gəlmə, düşmən, 
yadelli, pis insan adı vermiş olsunlar. Belə ki, İslam dininə inanıb, lakin onun ayrı-
ayrı  təriqətlərinə  mənsub  olanlar  da  bir-birinə  nifrət  edib  və  bəzi  təriqətlərə 
inananlara  xoşagəlməyən  adlar  verirdilər.  Gavur  sözünün  mənası  tamamilə 
başqadır.    Şəmsəddin  Saminin    nəzərincə    ―gavur‖  əslində    ―gəbr‖    sözündən 
törəmədir. ―Govur‖ atəşpərəst  deməkdir. 
T.  Bünyadova  görə  ―Ola  bilər  ki,  bu  arxın  çəkilməsi  işinin  təşkilində 
farsların müəyyən rolu olmuş və onu da yerli əhali gəlmələrin, yəni govurların adı 
                                                           
62
 Yenə orada. 
63
 Tağı Bəhrami. Fərhənge rustai ya dairət əl-məarif-e fəllahi. Tehran, 1316, s. 46 
64
 T. Bünyadov. Göstərilən əsəri, s. 21. 
65
 Yenə orada. 


ilə  bağlamışdır
66
.  T.  Bünyadovun  irəli  sürdüyü  bu  fikirlər  ehtimaldır.  Lakin 
müxtəlif  mənbələr bu ehtimalı təsdiq  edir. 
Muğan  ərazisində  qədim  dövrlərdən  etibarən  atəşpərəstlər  yaşamışlar. 
Həmdullah  Qəzvini  bu  haqda  yazır:  Muğan  şəhərlərinin  adları  atəşpərəstlərin 
(zərdüştlərin)  ay  adlarından  götürülmüşdür
67
.  Belə  ki,  hal-hazırda  da  qalmaqda 
olan  Aslandüzün  30  kilometrliyində  Bəhmən,  Maralan  körpüsünün  yaxınlığında 
Şəhrivər və başqalarını göstərmək olar
68

―Muğan‖  sözünün  özünün  də  etimoloji  mənası – ―muğlar yaşayan yer‖ 
bir  daha  sübut  edir  ki,  həmin  ərazidə  atəşpərəstlər  yaşamışlar
69
.    T.  Bünyadovun 
göstərmiş  olduğu  yerli  əhalinin  gəlmələrin    (farsların)  adı  ilə  bu  arxı  Gavurarx 
adlandırması  ehtimalı  inandırıcı    olmayıb,  əksinə,    gəlmələr  (ərəblər  nəzərdə 
tutulur  -  L.  F.)  həmin    arxı  yerli  əhalinin  adı  ilə  əlaqədar  olaraq  Govurarx 
adlandırmışlar. 
Qeyd  etmək  lazımdır  ki,  biz  Azərbaycanın  təsərrüfat  həyatı  məsələləri 
dedikdə  həmin  ərazidə  əkinçilik,  maldarlıq,  sənətkarlıq,  ticarət  yolları    və  
şəhərlərin    inkişaf  tarixinin  öyrənilməsini  nəzərdə  tuturuq.  Ona  görə  də 
Azərbaycanın    əkinçilik    üçün    əlverişli    olan    təbii-coğrafi    şəraiti  və  habelə 
suvarma  sistemi  öyrənildikdən  sonra    bilavasitə  həmin  ərazidə  vaxtı  ilə 
yetişdirilmiş  taxıl  növlərinə  və  yerli  şəraitə  uyğun  olaraq  onların  becərilməsinə 
xüsusi diqqət  verməliyik. 
 
Əkinçilik 
 
Əkinçilik  Azərbaycanın  təsərrüfat  həyatı  məsələlərinin  əsas  sahələrindən 
birini,  daha  doğrusu,  onun  özəyini  təşkil  edir.  Lakin  tədqiqatçılar  belə  bir  aktual 
məsələ  ilə  nisbətən  az  məşğul  olmuşlar.  Qeyd  etmək  lazımdır  ki,  son  illərdə  T. 
Bünyadovun 
Azərbaycanda 
əkinçiliyin 
inkişafına 
dair 
nəşr 
edilmiş 
monoqrafiyasını bu barədə yazılmış yeganə əsər  hesab  etmək olar. 
Biz  Azərbaycan  dedikdə,  təqribi  olaraq  Zaqros  dağlarından  Xəzər 
dənizinə,  Qafqaz  sıra  dağlarının  cənub  ətəklərindən  müasir  Xəmsə  mahalı  daxil 
olmaqla  Qəzvin  və  Həmədan  əyalətinə  qədər  uzanan  geniş  bir  ərazini  nəzərdə 
tuturuq. 
Məlumdur  ki,  qədimdə  Azərbaycanın  şimal  hissəsi  antik  mənbələrdə 
Albaniya
70
, ərəblərdə Alran
71
, xalq arasında Aran, cənubu isə Atropatena adlanırdı. 
Lakin  həmin  ərazidə  tarix  boyunca  yaşamış  tayfa  və  qəbilələr  iqtisadi-ictimai 
                                                           
66
 Şəmsəddin Sami. Qamuse türki, İstanbul, 1799, s. 141. 
67
 H. Qəzvini. Göstərilən əsəri, s. 89 – 90. 
68
 Yenə orada. 
69
 Məhmmədəli. Müxbir Mərzha-e İran, Tehran, 1334, s. 91. 
70
 Strabon, Plutarx, Dion Kassi, Ptolomey və başqalarının əsərləri. 
71
 Yaqut Həməvi, Təbəri, Məsudi, İstəxri, İbn əl-Əsir, İbn əl-Fəqih və başqalarının əsərləri. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə