Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

olan  bu dövrdə  istər süni su kanallarının çəkilməsinə, istərsə də əkin sahələrinin 
artırılmasına ciddi fikir verilməsini  göstərməkdən ibarətdir. 
 T.  Bəhrami   Azərbaycanda   olan  suvarma   sistemi  haqqında  yazır ki, 
Azərbaycan  dağlıq  ölkə  olduğuna  görə,  onun  əsas  su  ehtiyatını  orada  olan  çaylar 
təmin edir. Bu səbəbə görə də həmin ərazidə su kanallarının çəkilməsinə o qədər də 
ehtiyac  hiss  olunmur.  Burada  Tehran  ətrafında  olan  səliqəli  kəhriz  sisteminə, 
habelə  təcrübəli  kankanlara  təsadüf  edilmir.  Azərbaycan  kankanları  saxsı  su 
tinglərinin hazırlanmasına və onların düzəldilməsi texnikasına bələd deyillər. Onlar 
suyu  bataqlıqlardan  keçirmək  üçün  daşları  sıra  ilə  düzmək  texnikasından  istifadə 
edirlər.  Müəllif  əsərinin  başqa  bir  yerində  yuxarıda  dediyi  fikrinin    əleyhinə 
çıxaraq göstərir ki, Marağa   ətrafında  olan kəhrizlərin qazılması və  yoxlanılması 
zamanı bir nəfər kankan oradan  keçmişə  aid saxsı su tinglərinə təsadüf etmişdir. 
Bu  fakt  bizə  imkan  verir  ki,  keçmiş  dövrlərdə  Azərbaycanda  saxsı  su  tinglərinin 
hazırlanması  və  onun  geniş  yayılması müddəasını  irəli sürək
52

Azərbaycanın  istər  şimal  və  istərsə  cənub  rayonlarında  kəhriz  suvarma 
sistemi hələ qədim dövrlərdən etibarən geniş surətdə yayılmışdır. Bu faktı arxeoloji 
qazıntılar  zamanı  saxsı  su  tinglərinin  əldə  edilməsi  ilə  birlikdə  yazılı  mənbələrdə 
olan məlumatlarda bir daha təsdiq edir. 
Y.  İ.  Hummel  Şamxor  ətrafında  aparmış  olduğu  qazıntı  zamanı  qədim 
dövrlərdə qazılmış kəhriz nişanələrinə təsadüf edib onu eramızdan əvvəl I əsrə aid 
etmişdir
53
. Bu faktın olması bizə Azərbaycanın şimal rayonlarında kəhriz suvarma 
sistemindən  istifadə  edilməsi  fikrini  irəli  sürməyə  imkan  verir.  Cənubi 
Azərbaycanın  Təxt-e  Süleyman,  Ərdəbil,  Marağa,  Təbriz,  Mərənd  və  Urmu 
ətrafında arxeoloji tədqiqatlar aparılarkən kəhriz suvarma sisteminin həmin ərazidə 
qədim  dövrlərdən  mövcud  olması  faktını  sübut  edən  bir  sıra  nişanələr  aşkara 
çıxarılmışdır.  Orta  əsr  müəlliflərindən  biri  olan  Həmdullah  Qəzvini  yaşadığı 
dövrdə  Təbrizin  ətrafında  olan  tarlaların  (bağ,  bostan  nəzərdə  tutulur  -  A.F.) 
suvarılmasında 900 kəhrizdən istifadə edilməsini göstərir
54

Kəhrizlər  haqqında  çox  səthi  məlumatın  olmasına  baxmayaraq 
Azərbaycanda  kəhriz  vurulması  dövrü  hələ  eramızdan  əvvəl  olmuşdur
55

Ümumiyyətlə,  kəhriz  suvarma  sistemindən  Azərbaycanın  dağətəyi  və  düzən 
rayonlarında geniş surətdə istifadə edilmişdir. 
Kəhriz  suvarma  sistemi  Yaxın  Şərq  və  Orta  Asiya  rayonlarında  yayılmış 
suvarma  növudür
56
. Ümumiyyətlə, kəhrizlər öz başlanğıcını dağ  ətəklərindən alır. 
Belə  ki,  birinci  quyunun  dərinliyi  sonrakılara  nisbətən  daha  çox  olur.  Bəzi 
                                                           
52
 T. Bünyadov. Göstərilən əsəri, s. 25. 
53
 Я. И. Гуммель. Отчет о раскопках около Кировабада в 1938 г. 
54
 Həmdullah Qəzvini. Nüzhət əl-qülüb, be kuşeşe Dəbir Səyaqi, Tehran, 1336, s. 77 
55
 T. Bünyadov. Göstərilən əsəri, s. 25. 
56
 M. P. Petrov. Göstərilən əsəri, s. 88. 


quyuların dərinliyi 15 - 200 metrə çatır
57
. Quyuların diametrləri adətən bir metrdən 
iki  metrə  qədər  ölçüyə,  birinin  digərindən  olan  məsafəsinə  gəldikdə  iki  kilometr 
aralıda qazılır. Azərbaycan ərazisində tarlaların suvarılmasında adi quyulardan da 
istifadə  edilmişdir.  Bu  quyulardan  Muğan  vadisində  müxtəlif  sahələrində  olan 
―Çalma‖, ―Üç quyu‖, ―Yüz quyu‖ və s. göstərmək olar. 
Xalq  çayın  suyunu  onun  səthindən  hündür  olan  əraziyə  aparmaq  üçün 
müxtəlif  bəndlər  çəkirdilər.  Bu  səbəbə  görə  də  Azərbaycanda  çay  və  arxların 
əhəmiyyəti kəhriz sistemindən dəfələrlə artıq olmuşdur. O göstərir: ―Azərbaycanın 
məhsuldar sahələrindən biri də Muğan vadisidir. 
Nadir  şahın  dövrünə  qədər  abad  olub,  hazırda  isə  istifadə  edilməyən  bu 
vadi    Sasanilərin  son  dövrünə  qədər  olduqca  məhsuldar  olmuşdur.  Lakin 
Sasanilərin  süqutundan  sonra  İranın  başqa  əyalətləri  ilə  birlikdə  bura  da 
xarabazarlığa çevrilmişdir. Halbuki, bu vadi keyfiyyətli, məhsuldar, geniş torpağa 
malik olmaqla bərabər bol su ehtiyatına da malikdir
58

Həqiqətən  də  T.  Bəhraminin  mülahizələri  və  göstərdiyi  o  faktlar 
inandırıcıdır.  Bəhramtəpə,  Ultan  qalası  və  Şəhriyar  kimi  tarixi  yerlərin  həmin 
ərazidə  qalmaqda  olan  nişanələri  müəllifin  Muğan  vadisi  haqqında  göstərdikləri 
fikri bir daha təsdiq edir. 
Yerli  tədqiqatlara  əsasən  keçmişdə  Sarıqamışda  olan  İncillidə  yaşayış 
yerləri və külli miqdarda bağlar mövcud olmuşdur. Həmin abadlıqlar və bağlar hal-
hazırda  tamamilə  aradan  getmişdir.  Lakin  burada  olan  hündür  təpədə,  əhəng  və 
daşla  tikilmiş  əzəmətli  bir  divarın  qalıqları  hələ  də  qalmaqdadır. Bu  divar  qədim 
dövrdə  tikilmiş  böyük  bir  qalaya  aiddir.  Deyildiyinə  görə,  buranın  hakimi  qız 
olduğu  üçün  bura    Qızqalası    adlandırılmışdır.  Bu    da    hal-hazırda    da 
qalmaqdadır
59

Müəllif öz tədqiqatında belə bir fikrə gəlir ki, Dəmirçili qışlağında geniş 
su  quyusu  qalmaqdadır.  Həmin  quyunun  yanında  bir  arx  və  göl  tikilmişdir. 
Keçmişdə  burada  suyun  çox  olması  ilə  əlaqədar  olaraq  dəyirman  işləyirmiş. 
Biləsuvardan tapılmış iri və qalın kərpiclər qədim binaların yadigarıdır
60

Muğan  vadisində,  xüsusən  onun  mərkəz  və  cənubunda  külli  miqdarda 
quyulara,  süni  göllərin  yerinə  və  şəhər  qala  divar  qalıqlarına  çox  tez-tez  təsadüf 
edilir
61
.  Göründüyü  kimi  keçmişdə    (Sasanilər  dövrü  nəzərdə  tutulur  -  A.      F.)  
Muğan vadisi Azərbaycanın ən abad və məhsuldar sahələrindən biri olmuşdur. 
                                                           
57
 Yenə orada. 
58
 T. Bəhrami. Göstərilən əsəri, s. 202. 
59
 T. Bəhrami. Göstərilən əsəri, s. 202. 
60
 Yenə orada. 
61
 Yenə orada, s. 205. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə