Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

bol  olar.  F.  Engelsin  göstərdiyinə  görə,...  Əmək  məhsuldarlığı  və  bununla  da 
birlikdə - xüsusi mülkiyyət və mübadilə sərvətə sahib olmaq fərqləri, özgəsinin iş 
qüvvəsindən istifadə etmək imkanı və beləliklə də sinfi ziddiyyətləri əsas: nəsillər 
boyu  köhnə  ictimai  quruluşu  yeni  şəraitə  uyğunlaşdırmağa  çalışan  yeni  ictimai 
quruluşu yeni şəraitə uyğunlaşdırmağa çalışan yeni ictimai ünsürlər getdikcə daha 
artıq  inkişaf  edir,  nəhayət,  bunların  hər  ikisinin  bir  araya  sığa  bilməməsi  tam 
çevrilişə səbəb olur‖
21

Burjua  tarixçiləri  bəşər  cəmiyyətinin  əsas  iqtisadi-ictimai  inkişaf 
qanunlarını  nəzərdən  qaçırıb  onu  təhrif  edir  və  öz  sinfinin  mənafeyinə  uyğun 
surətdə (tabelik) izah edirlər. Onlar tarixin yaradıcısı və hərəkətverici qüvvəsi olan 
geniş xalq kütlələrinin rolunu inkar edirlər.  
Atropatenanın  təsərrüfat  həyatı  məsələlərini  öyrənmək  üçün  ilk  növbədə 
həmin ölkənin təbii-coğrafi şəraitini araşdırmaq lazım gəlir. Bu məqsədlə də biz ilk 
növbədə Atropatenanın təbii-coğrafi şəraitinin öyrənilməsini məqsədəuyğun hesab 
edirik. 
Azərbaycan  dağlıq  diyardır.  Ən  yüksək  zirvələri  Səhənd,  Savalan,  Ağrı 
dağ  ərazisidir.  Ən  alçaq  sayılan  ərazisi  Urmu  gölüdür.  Aran  (Araz  sahili)  və 
yaylaqlara (Savalan və Səhənd ətrafı) malik olan Atropatena əkinçilik baxımından 
Yaxın Şərqin ən mühüm zonalarından biri olmaqla bərabər heyvandarlıq üçün də 
əlverişlidir.  Mahabad,  Muğan  və  Maku  Azərbaycanın  heyvandarlıq  (xüsusən 
qoyunçuluq)  mərkəzidir. 
Atropatena  dağları,  xüsusən  Qaradağ  silsiləsi  külli  miqdarda  mədənlərə 
malikdir.  Atropatena  dağlarının  əksəriyyəti  vulkan  mənşəli  olub,  ətəkləri  isə 
heyvandarların  yaylağı  olmuşdur.  Dəniz  səthindən  3700  metr  hündürlüyü  olan 
Səhənd  dağı  (Təbriz  şəhəri  bu  dağın  ətəyindədir)  və  qolları  olan  Qaflantı 
(Qaflankuh)  şibli,  onun  qərbində  isə  Liqvan  yüksəkliyidir.  Qaranqu  çayı  öz 
mənbəyini  Səhənddən  aldığı  kimi  Qızılüzən  də  bu  dağdan  başlanğıc  alır.  Dəniz 
səviyyəsindən  4840  metr  hündürlüyə  malik  olub,  zirvəsi  qarla  örtülmüş  Savalan 
dağının ətəyində Ərdəbil, Sarab və Meşkin mahalları yerləşir. 
Savalan  dağı  haqqında  M.  P.  Petrov  yazır:  ―Qaradağ  silsiləsinə  paralel 
olub,  vaxtilə  qülləsindən  od  püskürən  Savalan  dağı  Bazalt  (Bazalt),  Andezit 
(Andezit),  Trakit  (Trakit)  və  başqa  vulkanik  suxurlardan,  xüsusən  vulkanik 
torflardan  əmələ  gəlmişdir
22
.  Bu  dağ  şimalda  Araza,  cənubda  isə  Urmu  gölünə 
qədər  olan  ərazini  su  ehtiyatı  ilə  təmin  edir.  Bu  silsilə  qərbdə  20,  şərqdə  isə  40 
kilometr enə malikdir. Bu dağın ətəkləri sərt, sıldırımlı olduğuna görə burada get-
gəl  çox  çətindir.  Lakin  onun  qərb  ətəklərində  olan  bəzi  keçidlər  (gədiklər)  gediş-
gəliş  üçün  əlverişlidir.  İstər  Savalan,  istərsə  də  Səhənd  dağları  qədim 
vulkanlardandır.  Onlarda  mövcud  olan  isti  su  mədənləri  həmin  dağların  vaxtilə 
                                                           
21
 K. Marks, F. Engels. Seçilmiş əsərləri, II cild, Bakı, 1953, s. 168 
22
 M. P. Petrov. İranın təbii coğrafiyası. Tehran, 1339, s. 145. 


vulkan  mənşəli  olduqlarını  sübut  edən  yeganə  amildir
23
.  Maku,  Urmu  və 
Mahabadda  Ağdağ,  Qotur,  Mökri,  Alan  və  başqa  dağlar  vardır.  Qaradağ  silsiləsi 
Ağrı ilə Talış dağları arasında yerləşməklə, həmin dağ silsilələrini birləşdirir. Lakin 
Araz çayı Qaradağ silsiləsini Kiçik Qafqaz dağlarından ayırır. Qaradağ silsiləsinin 
çox hissəsi meşə zolaqları ilə örtülüdür. 
M.  P.  Petrovun  göstərdiyinə  görə,  dəniz  səviyyəsindən  3660  metr 
hündürlüyə malik olan Qaradağ silsiləsi 220 kilometr uzunluğa və 30 - 65 kilometr 
enə  malikdir
24
.  Qaradağ  qədim  palezonka  və  əlvan  metallar  mədənlərinə  də 
malikdir
25
.  
Atropatena dağları ölkəni su ehtiyatı ilə də az-çox təmin edirdi. Araz çayı 
haqqında qədim mənbələrdə çoxlu məlumat  vardır. Araz çayının qollarından olan 
―Zəngibar‖ Maku ərazisini su ilə təmin edir. Qotur və Mərənd qollarına malik olan 
Ağçay Qaradağ silsiləsindən başlanğıc alıb Xoy - Mərəndə vadisindən axıb Arazla 
birləşir.  Göy  Günbəz,  Əndərab,  Qarasu  çayları  da  Ərdəbil  və  Meşkin  çöllərini  su 
ilə  təmin  edib  Arazla  birləşirlər.  Talış  dağlarından  mənbə  alan  Balharı  (Balharud 
və  Bolğar  çay  da  adlanır)  Muğan  ərazisinin  bir  hissəsini  suvarıb  Biləsuvar 
yaxınlığında Mahmudçala gölünə tökülür. Qeyd etmək lazımdır ki, həmin çay ilin 
müəyyən fəsillərində quruyur. Qırxbulaq dağlarından başlanğıc alıb ilk mənbələrdə 
Amard,  sonralar  isə  Qızılözən  (Qızılüzən)  adlanan  çay  Kürdistan,  Miyana 
(Gərməri, Həştəri) rayonlarını su ehtiyatı ilə təmin etdikdən sonra Gilan  əyalətinə 
daxil olur. Qızılüzən Azərbaycan sərhəddini keçdikdən sonra ―Səfidrud‖ adlanır və 
Xəzər dənizinə tökülür.  
Yunan  mənbələrində  ―Amard‖  və  yaxud  ―mard‖  sözünə  tez-tez  rast 
gəlmək olur. Başlanğıcını Zaqros dağlarından alan Amard çayı çox əyri-üyrü axını 
ilə Atropatenanın başqa çaylarından fərqlənir. Öz  mənbələrini Səhənd və Qaflantı 
dağlarından alan bir sıra kiçik çaylar da Amard çayı ilə birləşir. Zikirtu, Qızılbund 
əyalətləri və Andiya tarixi əyalətlərindən keçərək gillərin yaşadıqları əraziyə daxil 
olub  Kaspi  (Xəzər)  dənizinə  tökülür.  Qədim  dövrlərdə  Amard  çayının  nisbətən 
şimal, habelə orta axarında yarımköçəri həyat sürən amard və yaxud mard tayfası 
yaşayırdı.  Onun aşağı  axarında  isə  gil,  kadus, habelə  Kaspi tayfaları  yaşayırdılar. 
Ktesi və Strabon dəfələrlə həmin tayfaların adlarını çəkir. Mənbələrin göstərdiyinə 
görə amard tayfaları azad yaşadıqlarına görə olduqca cəsur və döyüşkən olmuşlar. 
Çox  güman  ki,  Amard  çayı  həmin  bu  tayfanın  adı  ilə  əlaqədar  olaraq  meydana 
çıxmışdır. Amard çayı istər Manna, istərsə də sonrakı dövrlərdə mühüm iqtisadi və 
habelə  strateji  əhəmiyyətə  malik  olmuşdur.  Amard  çayının  adı  sonralar  da 
                                                           
23
 Hazırda Savalan dağının ətəklərində istənilən qədər isti su mənbələri mövcuddur. Bunlardan Ərdəbil 
şəhərinə yaxın (18-26 kilometr) məsafədə yerləşən ―Səreyin‖, ―Sərdava‖ və ―Qotur‖ suyunu göstərmək 
olar. Qeyd etmək lazımdır ki, göstərdiyimiz suların ətrafında onlarca başqa mədən suları vardır ki, 
onlardan da xalq təbiətində istifadə edilir. Hər il dünyanın bir sıra ölkələrindən müalicə məqsədilə 
buraya çoxlu adamlar gəlir. 
24
 M. P. Petrov. Göstərilən əsəri, s. 141. 
25
 Yenə orada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə