Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

sakinləri  hələ  antik  dövrlərdən  burada  külli  miqdarda  duz  əldə  edir  və  qonşu 
ölkələrə ixrac edirdilər. Zaqrosdan başqa Atropatena ərazisində vulkan nəticəsində 
əmələ gəlmiş Savalan və Səhənd dağlarını göstərmək olar. 
Savalan  dağının  ətəklərində  tapılan  geoloji  suxurlar  sübut  edir  ki,  bu 
suxurlar  yerin  dərin  qatlarından  bayıra  çıxmışdır.  Bundan  başqa  Savalan  dağının 
ətəklərində  mövcud  olan  külli  miqdarda  isti  mədən  sularının  olması  bu  dağın 
qədimdə vulkan püskürməsi nəticəsində əmələ gəlməsinə sübutdur. 
Atropatenanın  çaylarına  gəldikdə  Araz,  Qızılüzən  (Amard)  çaylarını 
göstərmək olar. Latın, Roma, pəhləvi və ərəb dilində bu çay haqqında məlumatlara 
təsadüf  edilir.  Araz  və  Qızılüzən  çayları  Xəzər  dənizinə  tökülür.  Makedoniyalı 
İskəndərin  dövründən  hələ  çox  əvvəl  Amu-Dərya  Kaspi  dənizinə  axdığı  üçün 
ticarət gəmiləri bu çay vasitəsi ilə Kaspi dənizinə, oradan isə Kür çayı vasitəsi ilə 
qərbə doğru gedirdi. Bu ticarət  yolu  Atropatena  və  Albaniyanı Uzaq Şərq, habelə 
əks istiqamətdə Qərb ölkələri ilə birləşdirirdi. 
Urmu  gölünün  mərkəzində  olan  ada  Tila  və  yaxud  Şahi  adası  adlanır. 
Elxani hökmdarı Hülakünün (XIII  əsr) məqbərəsi də  bu adada  yerləşirdi.  Bir sıra 
İran hökmdarları tarixən öz xəzinələrini bu adada yerləşdirirdilər. Atropatenanın ən 
böyük dənizi Xəzər dənizi olmuşdur. Bu dəniz mənbələrdə müxtəlif formalarda öz 
əksini tapmışdır. Məsələn, yunan mənbələrində Kaspi və yaxud Hirkan, ərəblərdə 
Təbəristan,  Qulzum,  Xəzər,  fars  mənbələrində  isə  Mazandaran,  Gilan  dənizi 
formasında  verilmişdir.  Herodota  görə  qapalı  olan  bu  su  hövzəsinin  okeanla  heç 
əlaqəsi yoxdur. Avarlı qayıqla onun uzununu 15 günə, enini isə 8 günə qət etmək 
olar.  Qədim  müəlliflərdən  Pomponi  Mela  (eramızdan  əvvəl  I  əsrin  40-cı  illəri) 
özünün ―Yerin təsviri‖ əsərində Atropatena və Qafqaz Albaniyasını iqliminə görə 
beş  zonaya  bölür.  O,  bu  ərazinin  sakinləri  və  heyvanat  aləmi  haqqında  məlumat 
verir. Onun əsərində Atropatena  və  Qafqaz  Albaniyasında  yaşamış tayfalardan, 
o  ərazinin  çayları,  dağları  haqqında  məlumata  təsadüf  edilir.  Əsərdə  Kaspilərdən, 
kaduslardan,  midiyalılardan  və  albanlardan  danışılır.  Bundan  başqa  o,  dəfələrlə, 
yeri  gəldikcə  Kaspi  dənizinin  adını  çəkir.  Kaspi,  yaxud  Hirkan  dənizi  haqqında 
Qay  Yuli  Salin  də  məlumat  vermişdir.  Klavdi  Eliana  kaspilərin  heyvanlar  aləmi 
haqqında məlumat verir. Ona görə bu ərazidə öküz sürüləri və at ilxıları vardır. Bu 
ərazidən  dəvələrlə  Həmədana  qurudulmuş  balıq  aparılmasını  məhz  Klavdi  Elian 
xəbər  vermişdir.  Kaspilər  həmin  balıqları  dənizdən  və  Kür-Araz  çaylarından 
tuturdular.  Kaspi  dənizi  istər  Atropatena,  istərsə  də  Albaniyanın  iqtisadiyyatında 
mühüm  əhəmiyyətə  malik  olmuşdur.  Vaxtilə  Kaspi  tayfaları  bu  dənizdən,  habelə 
ona tökülən Araz və Kür çaylarından külli miqdarda müxtəlif növlü balıq növləri 
(uzunburun,  ağbalıq,  qızılbalıq,  kütüm,  çəki  və  s.)  ovlayırdılar.  Bu  balıqların  bir 
hissəsini  duzlayıb  qurutduqdan  sonra  dəvələrə  yükləyib  Həmədan  və  digər 
şəhərlərə  aparırdılar.  Kaspilər  balıqdan  müxtəlif  növlü,    keyfiyyətli    yapışqan 
hazırlayıb  ölkədən  ixrac  edirdilər.  Kaspilərin  adlı-sanlı  şəxsləri,  ruhaniləri  
(muqlar)  dəvə  yunundan  hazırlanmış  paltar  geyirdi.  Zərifliyinə  və  keyfiyyətinə 


görə burada olan dəvə yunu Milet yunundan geri qalmırdı. Kaspi dənizi sahilində 
olan  digər  xalq  və  tayfalar  da  bu  dənizin  təbii  sərvətlərindən  istifadə  edirdilər. 
Kaspi dənizinin  Makedoniyalı İskəndər dövründə hazırkı səviyyəsindən 150 ayaq 
yuxarı olduğunu qeyd edirlər. Atropatenanın Ermənistana yaxın olan hissəsi dağlıq 
və soyuqdur. Münbit torpağı, geniş düzənlikləri buğda, arpa tarlaları ilə örtülü, bəzi 
hallarda  isə  bir  dəfə  əkilib,  iki  dəfə  məhsul  verən  Atropatena  ərazisi  olduqca 
bərəkətli  idi.  Xüsusilə  Kaspi  dənizinin  dərinliklərindən  qalxan  rütubətli  və 
yağmurlu  buludlar  bu  ərazinin  iqlim  şəraitinə  güclü  təsir  göstərən  amillərdəndir. 
Digər  tərəfdən  zirvələri  daima  qarla  örtülmüş  Savalan,  Səhənd,  Ağrı  və  digər 
dağlardan  başlanğıc  alan  bol  sulu  çaylar  da  öz  növbəsində  Atropatena  ərazisinin 
istər məhsuldarlığına, istərsə də onun iqlim şəraitinə müsbət təsir edirdi. 
Antik  və  ərəb  tarixçilərinin  verdikləri  məlumata  əsasən  demək  olar  ki, 
Albaniya  (ARRAN)  əsasən  müasir  Şimali  Azərbaycanın  ərazisini  təşkil  edirdi. 
Antik  tarixçilər  bu  ərazini  Albaniya,  ərəb  müəllifləri  isə  Aran  adlandırmışlar. 
Əvvəllər  (Arran),  sonralar  Aran  ərazisini  şimal-şərqdən  Dərbəndə,  qərbdən  isə 
Tiflisə,  cənub  və  cənub-qərbdən  Kür  çayına  qovuşan  bir  vilayət  kimi  tanıyırdılar. 
Sonrakı dövrlərdə Aranı Şirvan ilə Cənubi Azərbaycan, yəni Kür ilə Araz çayları 
arasında  yerləşən  bir  əyalət  kimi  qeyd  edirdilər.  Bu  ölkənin  paytaxtı  ərəblərdən 
əvvəl Qəbələ, sonralar isə  Bərdə olmuşdur. 
Məsud  Keyhan  Midiyanın  sərhədləri  haqqında  deyir:  Midiya  ―Avesta‖da 
Raqa  (yaxud  Rey)  şimaldan  Xəzər  dənizi,  qərbdən  Ermənistan,  cənubdan  Suz, 
şərqdən  isə  Ariya  (Harayu)  ilə  sərhəd  olmaqla,  onun  mərkəzi  Ekbatan  və  yaxud 
Hənkmətan  (müasir  Həmədan)  şahın  yay  düşərgəsi  idi.  Atropatena  və  yaxud 
Azərbaycan  çəmənliklərində  çox  gözəl  at  ilxıları  bəslənir  ki,  hər  il  qatır  və 
qoyundan başqa onlardan külli miqdarda xərac əvəzinə İran şahlarının xəzinəsinə 
təqdim edilirdi
13

İranın tarixçiləri, o cümlədən Ə. Kəsrəvi, Cəmaləddin Fəqih, C. Məşkur, 
R. İnayət və başqaları Azərbaycanın (Atropatenanın) hətta tarixi sərhədlərini belə 
düzgün  göstərmirlər.  Onlar  mənsub  olduqları  sinfin  ideologiyasına  qulluq  etmək 
xatirinə  tarixi  həqiqətlərə  göz  yumaraq  onu  saxtalaşdırırlar.  Onlar  ancaq  Araz 
çayından cənubda yerləşən ərazini Azərbaycan (Atropatena) adlandırırlar. Halbuki 
qədim yunan və Roma tarixçilərinin verdikləri məlumata görə Atropatenanın şimal 
sərhəddi eramızdan  əvvəl II  əsrdən etibarən Kür çayı sahillərinə kimi uzanmışdır. 
VII  əsrin  erməni  mənbələri  həmin  faktı  təsdiq  edir.  Belə  ki,  onlar  Kaspiananı 
(Paytakaran) inzibati nöqteyi-nəzərdən Atropatena ərazisinin tərkibinə daxil edir. 
Pəhləvi  dilli  mənbələrdən  biri  olan  ―Rəftarname-ye  Ənu-şirəvan  be 
xameye  xude  u‖  adlı  əsərdə  I  Xosrov  (Ənuşirəvan  531  -  578)  deyir:  ―Ölkənin 
şimalında  olan  əyalətləri  və  onların  sakinlərini  yaxından  görüb  tanış  olmaq  və 
şimaldan  gözlənilən  hücumların  qarşısını  almaq  məqsədilə  tikilmiş  istehkamları 
                                                           
13
 Məsud Keyhan. Göstərilən əsəri, s. 13. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə