|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 24/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiMəsləhət görülən ədəbiyyat
Əliyev V. Tərbiyəçi hazırlığı prosesində peşə keyfiyyətlərinin formalaşdırılması yolları. Bakı: 2010.
Həmzəyev M. Pedaqoji psixologiya. Bakı: Maarif, 1991.
Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı: Çaşıoğlu, 2009.
Məmmədov F.M., Ələsgərova F.M. Pedaqogikadan məsələ və suallar. Bakı: Maarif, 1993.
Məğələ 4. Tərbiyəçinin pedaqoji etikası
Məşğələnin məqsədi: Pedaqoji etika anlayışının mahiyyətinin açılması, pedaqoji etikanın kateqoriyalarının nələrdən ibarət olduğunun aydınlaşdırılması, pedaqoji etikaya yiyələnməyin yolları və bu sahədə praktik bacarıqlara yiyələnmək üzrə tapşırıqların yerinə yetirilməsi.
Təchizat: plakatlar, işçi vərəqləri, tapşırıq mətnləri və s.
Məşğələnin planı:
I. Nəzəri biliklərin yoxlanılması.
II. Tərbiyəçinin pedaqoji etikasına aid tapşırıqların yerinə yetirilməsi.
III. Pedaqoji taktın düzgün müəyyənləşdirilməsinə aid tapşırığın yerinə yetirilməsi.
Məşğələnin gedişi:
I. Nəzəri biliklərin yoxlanılması:
1) “Etika” və “Pedaqoji etika” anlayışlarının mahiyyəti, uyğun və fərqli cəhətləri.
2) Pedaqoji etikanın kateqoriyaları.
3) Pedaqoji taktın funksiyaları və prinsipləri.
4) Pedaqoji etikaya yiyələnməyin yolları.
II. Tərbiyəçinin pedaqoji etikasına aid tapşırıqların yerinə yetirilməsi:
1. Tələbələrlə əvvəlcə pedaqoji etikanın kateqoriyalarına dair müsahibə aparılır: Pedaqoji etika özündə hansı kateqoriyaları əks etdirir?
Tələbələrin cavabları dinlənilir və təkrarı çıxmaqla yazı lövhəsində qeyd edilir. Sonra pedaqoji etikanın kateqoriyaları pedaqoji borc, pedaqoji ədalətlilik, pedaqoji vicdan və düzgünlük, pedaqoji şərəf, pedaqoji avtoritet yazılmış plakat lövhədən asılır. Cavablar müqayisə edilir izahat işləri aparılır.
2. Tələbələr qruplara ayrılır və onlara aşağıdakı məzmunda qrup işlərinin aparılması tapşırılır:
Dostları ilə paylaş: |
|
|