MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə24/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   20   21   22   23   24   25   26   27   ...   149
2018-1050-5

yiy
ələnməlidir:
 
-t
əsirli, ifadəli nitqə və yaradıcı düşüncə tərzinə; 
-
ixtisasına və pedaqoji elmlərə dair nəzəri və praktik hazırlığa; 
-müasir t
əlim texnologiyalarına dair bilik və bacarıqlara; 
-milli v
ə ümumbəşəri dəyərlərə
-pedaqoji takta v
ə texnikaya; 
-t
əşkilatçılıq və digər bir sıra pedaqoji bacarıqlara və s.  
Aparılmış yüzlərlə tədqiqatlar və pedaqoji təcrübə göstərir 
ki, mü
əllimin  bunları  özündə  cəmləşdirə  bilməsi üçün o, 
aşağıdakı bir sıra mənəvi keyfiyyətlərəmalik 
olmalıdır
:  
- obyektivlik; 

ədalətlililik; 

əxlaqlılıq və mənəviyyatlıliq; 

əqidəlilik; 
- humanistlik;  


35 
- t
ələbkarlıq; 
- s
əmimilik; 
- nüfuzluluq; 
- s
əliqəlilik və s.  
1.3. Mü
əllim peşəkarlığının inkişaf istiqamətləri 
 
Pedaqoji peşəkarlıq nə fitri istedadın, nə də uzun müddət 
bu sah
ədə  işləməyin nəticəsidir.  Düzdür,  bu  işdə  qabiliyyət və 
staj mü
əyyən təsir gücünə  malik  olur,lakin  peşəkarlıq  təkcə 
onla
rın nəticəsi olaraq formalaşmır. Pedaqoji peşəkarlıq inkişaf-
da olan bir prosesin n
əticəsi kimi meydana gəlir. Yəni müəllim 
t
əkcə  ali məktəbdə  aldığı  biliyə  arxayın  olub  öz  üzərində  işlə-
mirs
ə,  peşə-ixtisas biliyini təkmilləşdirmirsə  və  ya pedaqoji 
yaradıcılığa  meylli  deyilsə  bu zaman nə  staj, nə  də  gündəlik 
f
əaliyyət onun peşəkar kimi formalaşmasına yardımçı ola bilmə-
y
əcəkdir. Həyat sübut edir ki, o müəllimlər peşəkar və səriştəli 

əllimlər kimi formalaşırlar ki, onlar daim axtarışda, yeniliklər 
etm
əkdə və bunları işlərində tətbiq etməkdədirlər. 

əllim  peşəkarlığınıninkişafı  pedaqoji fəaliyyətdəyeni-
likl
ərin, innovasiyaların tətbiqi ilə birbaşa bağlıdır. Hələ keçən 
əsrin 60-cı  illərindən  başlayaraq  təhsildə  aparılan  islahatlar, 
t
əlimə  gətirilən innovasiyalar, o cümlədən  inkişafetdirici  təlim 
texnologiyalarının  tətbiqi, dərsdə  texniki təlim vasitələrindən 
istifad
əyə geniş yer verilməsi, müəllif texnologiyalarının yaran-
ması, informasiya texnologiyalarından dərsdə istifadə, fəal-inte-
raktiv t
əlim metodların tətbiqi və digər yeniliklər müəllim peşə-
karlığının müəyyən mərhələlərlə inkişafına zəmin yaratmışdır. 
XX 
əsrin  sonları  və  XXI  əsrin  əvvəllərində  müasir dün-
yanın əsas xarakterik xüsusiyyətləri müxtəlif səviyyəli ekspert-
l
ər tərəfindən aşağıdakı kimi səciyyələndirilmişdir: 
1)  qloballaşma  –mədəniyyətlərin  inteqrasiyası,  texnogen 
mühitin fasil
əsiz olaraq dinamik yeniləşməsi,  genişlənməsi və 
köçürülm
əsi, vahid mədəni, iqtisadi, informasiya və təhsil məka-
nının formalaşması; 


36 
2) h
ər bir fəaliyyətin texnologiyalaşdırılması (alqoritmləş-
dirilm
əsi); 
3) t
əhsilin əhəmiyyətinin (rolunun) artması; 
4) intellektin rolunun v
ə  yeni biliklərinəldə 
edilm
əsininəhəmiyyətinin artması; 
5)  insanların,  sosial,  peşə  və  qeyri-peşə  biliklərinin bir – 
biril
ə qarşılıqlı təsirininkonstruktivliyi və destruktivliyi; 
6)  insanın,  cəmiyyətin, mühitin, elmin, şüurun,  mədəniy-
y
ətin, həyatşəraitinin və s. dəyişmə sürətininartması; 
7) insan h
əyatının  qeyri-müəyyənliyinin və  qeyri  –sabit-
liyininartması; 
8) konsepsiyaların, yanaşmaların, baxışların, düşüncələrin, 
m
ədəniyyətlərin və s.polifoniyası(çoxcəhətliliyi, rəngarəngliyi). 
Bütün bunlar t
əhsilin, pedaqoji fəaliyyətin, müəllimin 
peşəkar fəaliyyətinin məzmununa da təsirsiz qalmamış və  ötən 
ill
ər ərzində bu sahədə bir çox yeniliklər, dəyişikliklər olmuşdur. 
Pedaqoji peşəkarlığın əsası, onun özülü ali pedaqoji təhsil 
prosesind
ə, ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili zamanı 
qoyulur.  Əgər tələbə  seçdiyi  ixtisası  sevirsə  bu, onda öyrənmə 
marağının, yaxşı müəllim olmaq üçün yaxşı təhsil almaq motivi-
nin formalaşmasına da öz təsirini göstərəcəkdir. 
Lakin heç d
ə həmişə belə olmur. Çox hallarda pedaqoji ali 
m
əktəblərə  daxil olan tələbələrin müəyyən qisminin pedaqoji 
pe
şə seçmələrinin onların maraq və motivlərindən, yaxşı müəl-
lim olmaq arzusunun reallaşdırılmasından irəli gəlmədiyi özünü 
göst
ərir. Fənnə olan marağın və qəbul imtahanı zamanı yığılan 
balların bu sahəyə düşmək şansınınseçilən ixtisasa və müəllim-
liy
ə olan maraq və motivlərdən üstün olması onu deməyə əsas 
verir ki, pedaqoji ali t
əhsil ocaqlarında təhsil alan gənclərin heç 
d
ə hamısı müəllimliyi seçim motivlərinin pedaqoji istiqamətlili-
yin
ə görə etməmişlər. Lakin son illər ali pedaqoji təhsil müəssi-
s
ələrinə və onların bayraqdarı sayılan Azərbaycan Dövlət Peda-
qoji Universitetin
ə  qəbul  olunanlar  arasında  500  və  ondan çox 
bal toplayan abituriyentl
ərin sayının ilbəil artması onların motiv 


37 
v
ə maraqlarının pedaqoji təmayüllü olması nəticəsində peşəkar 

əllim kadrları hazırlanmasına ümidləri artırır. 
Pedaqoji t
əmayüllü ali məktəblərdə peşəkar müəllim kadr-
la
rının hazırlanmasında tədris prosesinin imkanları və bu imkan-
la
rın reallaşdırılması mühüm rol oynayır. Əvvəlcə tədris planla-
rının imkanlarını nəzərdən keçirək.  
Az
ərbaycan Dövlət Pedaqoji Universitetinin tədris planla-
rının  təhlili göstərir ki, bütün fakültələr üzrətədris  planları  üç 
bölm
ədən – “Humanitar elmlər bölümü”, “İxtisas –peşə hazırlığı 
f
ənləri bölümü” və  “İxtisas-peşə  hazırlığı  bölümünün  seçmə 
f
ənləri” bölümlərindən ibarətdir. Dörd il müddətində  tədris 
edil
əcək 2520 saat auditoriya məşğələlərinin 15 faizi “Humani-
tar elml
ər bölümü”nə, 67- 68 faizi “İxtisas-peşə hazırlığı fənləri 
bölümü”n
ə, 18 faizi isə “İxtisas - peşə hazırlığının seçmə fənləri 
bölümü”n
ə verilmişdir.  
“Humanitar elml
ər  bölümü”nün  başlıca  məqsədi gələcək 

əllimlərin dünyagörüşünün genişləndirilməsi, onların həyata, 
c
əmiyyətə, pedaqoji fəaliyyətə  münasibətlərinin  formalaşdırıl-
ması, bir-iki xarici dilə yiyələnməsi, bəşər mədəniyyəti ilə tanış 
olması və s.- dən ibarətdir. Burada tədris olunan fənlər bakalavr 
t
əhsilinin  əsasən birinci və  ikinci illərini  əhatə  edir ki, bu da 

əllimlərim ümumi hazırlığında əsas yer tutur. 

İxtisas–peşə hazırlığı fənləri bölümü” müəllim hazırlığı-
nın əsas nüvəsini təşkil edir. Onun əsas məqsədi tələbələrin peşə 
hazırlığı üçün əsas baza olan pedaqogika, psixologiya, fənlərin 
t
ədrisi metodikası üzrə biliklərə malik olmaları, pedaqoji peşə-
nin inc
əlikləri ilə tanış olmaları, müəllim fəaliyyətinin metodla-
rına yiyələnmələri və  seçilmiş  ixtisas  üzrə  ixtisas bilikləri ilə 
silahlandırılmalarından  ibarətdir. Bu bölümdə  peşə  və  ixtisas 
bilikl
əri bir sistem yaradır və bir-biri ilə inteqrasiya olunmuş şə-
raitd
ə  müəllimin  peşəkar fəaliyyəti üçün əsas biliklərin  daşıyı-
cısı olur. 
“İxtisas  -  peşə  hazırlığının  seçmə  fənləri bölümü”nün 
başlıca  məqsədi müəllimin  peşəkar fəaliyyəti üçün zəruri olan 


38 
bilik,  bacarıq  və  vərdişlərin daha dərindən, dərinləşdirilmiş 
proqramlar 
əsasında öyrənilməsindən, ixtisas və peşə üzrə daha 
çox ehtiyac duyulan sah
ələrin tələbələrə  nəzəri və  praktik 
c
əhətdən aşılanmasıdır. 
Ali pedaqoji t
əhsilin bakalavriat səviyyəsində tədris edilən 
f
ənlərin 85 faizi məhz  peşə-ixtisas  hazırlığına  verilir  ki,  bu  da 
g
ələcək mütəxəssislərin  peşəkar səviyyədə  hazırlanacaqlarına 
olduq
ca böyük imkanlar yaradır. Lakin burada diqqəti cəlb edən 
bir neç
ə  məqamlar  vardır.  Bunlar  əsasən  peşə  -  ixtisas  hazırlı-
ğına  verilən saatlar içərisində  peşə  hazırlığına  ayrılan  vaxtın 
ixtisas hazırlığına nisbətən çox aşağı olmasıdır. Burada aşağıda 
göst
ərilən iki hal olduqca narahatlıq doğurur: 
1. Bütün fakült
ələrdə peşə hazırlığının əsas fənləri sayılan 
pedaqogika v
ə  psixologiya fənlərinə  ayrılan  saatlar  (105  saat 
peda
qogika, 90 saat psixologiya) xeyli azdır. Bu da peşə hazır-
lığı üçün aydındır ki, kifayət deyildir. 
2. T
ədris  planında  verilən 3-cü  blokun  adı  və  istiqaməti 
“İxtisas-peşə hazırlığı fənləri bölümü” olmasına baxmayaraq, bu 
blokda ixtsas hazırlığına verilən fənlər çox olduğu halda,“İbtidai 
sinif mü
əllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisaslarıvə 
“Kimya mü
əllimliyi”  ixtisasında  bir  fənn (Müasir pedaqoji 
texnologiyalar f
ənni) istisna  olmaqla digər fakültələrin heç 
birind
ə  peşə  hazırlığına  xidmət edən bir seçmə  fənn belə  bu 
bloka daxil edilm
əmişdir. Bu hal isə gələcək müəllimlərin peşə-
kar kimi hazırlanmalarını xeyli çətinləşdirir.  
Pedaqoji yönümlü ali m
əktəblərdə tələbələrin ixtisas hazır-
lığı  peşə  hazırlığı  ilə  vəhdət təşkil  edir.  Bunlar  bir  -  birindən 
ayrılmazdır.  Lakin  blokunyalnız  ixtisas  fənləri üzrə  komplekt-
l
əşdirilməsi yolverilməzdir.  
T
əkcə  müasir dövr deyil, cəmiyyətimizin gələcək 
inkişafıpeşəkar və  səriştəli müəllim hazırlığını  nəzərdə  tutan 
infrastrukturun v
ə sistemin yaradılmasını tələb edir. Ölkədə ali 
pedaqoji t
əhsili inkişaf etdirmək və səriştəli müəllim hazırlığını 
t
əmin etmək məqsədilə  bir  sıra  işlərin görülməsi  bu  baxımdan 


39 
çox ön
əmlidir.  Bunları  əsasən  aşağıdakı  kimi  qruplaşdırmaq 
olar:  
1. Ali pedaqoji t
əhsil müəssisələrinin müasir informasiya 
v
ə  kommunikasiya  texnologiyaları  ilə  təmin edilməsi. Tədris 
prosesind
ə  onlardan gündəlik istifadə  edilməsi mühitinin yara-
dılması. 
2. Ali pedaqoji t
əhsil müəssisələrinin tədris  planlarının, 
proq
ramlarının  yeniləşdirilməsi və  onlarınbeynəlxalq təcrübəyə 
əsaslanaraq təkmilləşdirilməsi. Yeni təhsil  texnologiyalarına 
əsaslanan tədris  planı,  proqramı  və  dərsliklərin tətbiqinə  nail 
olunması.Proqramların praktik istiqamətinin gücləndirilməsi. 
3. Pedaqoji proses
ə məzmunu pedaqoji sistemlərin özünü-
t
əşkilatlandırma nəzəriyyəsində, prinsiplərində və qanunauyğun-
luqlarında  əks  olunmuş  pedaqoji  bilik  sahəsindən ibarət olan 
sinergetik yanaşmanın təmin olunması. 
 4.Mü
əllim  peşəsinin nüfuzunun yüksəldilməsi və  tələblə 
t
əklifin uzlaşdırılması. Keyfiyyətin kəmiyyətdən və müvəffəqiy-
y
ətdən üstün olmasına nail olunması. 
5. Pedaqoji t
əhsil sahəsində dünyada tanınmış ali məktəb-
l
ərin təcrübəsinin öyrənilməsi və onların təcrübəsindənyaradıcı-
lıqla istifadə edilməsi. 
6. Ümumt
əhsil məktəblərilə  əməkdaşlığın  genişləndiril-
m
əsi və onlarla müntəzəm əlaqəyə nail olunması. Ali pedaqoji 
t
əhsil müəssisələrinin bilavasitə tabeliyində olan baza məktəblə-
rinin şəbəkəsinin genişləndirilməsi. 
7.  Ali pedaqoji t
əhsil müəssisələrində  aparılan  elmi-təd-
qiqat  işlərinin səviyyəsinin və  ona nəzarətin gücləndirilməsi. 
Elmi-t
ədqiqat  işlərinin  daha  kompetensiyalı,  müasir  mövzulara 
h
əsr  olunması  və  onların  praktik  istiqamətini gücləndirməklə 
t
ətbiqinə nail olunması. 
8. Pedaqoji yönümlü ali m
əktəb məzunlarının  işlə  təmin 
olunmasına pedaqoji dəstəyin verilməsi. 
Bütün bunlar mü
əllimlərin  peşəkarlığı  və  səriştəliliyi ilə 
bilavasit
ə bağlı olduğundan ali məktəblərdə müəllimlərin peşə-


40 
kar
lığının  və  səriştəliliyinin  səviyyəsinin yüksəldilməsi bu 
işlərin reallaşdırılmasında əsas yerlərdən birini tutur. Bu baxım-
dan ali m
əktəblərdə  çalışan  müəllimlərin özlərinin  peşəkar-
lığının yüksək səviyyədə olması müəllim peşəkarlığının inkişaf 
istiqam
ətlərindən birini təşkil  edir.“Yalnız  yaxşı  öyrənə 
bil
ənləryaxşı  öyrədə  bilərlər”  -  kontekstindən  yanaşsaq 
dem
əliyik ki, ali məktəb məzunlarının  peşəkar və  səriştəli 

əllimlər kimi olmasını istəyiriksə ilk növbədə pedaqoji təhsil 
ocaqlarında  çalışan  professor-müəllim heyətinin  peşəkarlıq  və 
s
əriştəlilik səviyyəsinin yüksəldilməsinə  nail  olmaq  lazımdır. 
Bunun üçün aşağıdakı məsələlərin reallaşdırılmasını vacib hesab 
edirik:  
1. Ali m
əktəb müəllimlərinin ixtisasartırma, stajkeçmə və 
özünüt
əhsil  işlərinin təkmilləşdirilməsi və  bu prosesin güclən-
dirilm
əsi.  
2. Ali pedaqoji t
əhsil müəssisələrinəişə qəbul edilən gənc 
müt
əxəssislərin xüsusi təhsil komissiyası tərəfindən yoxlanılma-
sı, peşəkar və səriştəli müəllimlərin işə götürülməsinə üstünlük 
verilm
əsi. 
3. Professor-mü
əllim heyətinin  yaradıcılıq  imkanlarının 
genişləndirilməsi və dünyanın qabaqcıl ali məktəblərinin təcrü-
b
əsini öyrənmək məqsədilə  xarici ölkələrə  yaradıcılıq  ezamiy-
y
ələrinə və stajkeçmələrə göndərilməsi. 
4.Ali pedaqoji t
əhsil müəssisələrində çalışan müəllimlərin 
vaxtaşırı olaraq attestasiyadan keçirilməsi və əməkhaqqının nəti-
c
ələrə görə diferensiallaşdırılması. 
5. Ali m
əktəb müəllimlərinin peşəkar müsabiqələrdə işti-
ra
kı  və  beynəlxalq səviyyədə  tanınmış  sertifikatlar  almalarına 
imkan v
ə şəraitin yaradılması. 
6. “Ümumi 
pedaqogika,  pedaqogikanın  və  təhsilin 
tarixi”(5804.01)  ixtisası  üzrə  doktoranturaya sənəd verən 
şəxslərdən ümumtəhsil məktəblərində  və  digər təhsil 

əssisələrində  ən  azı  iki  il  müəllim  işləmələri  haqqında  iş 
stajının tələb edilməsi və s. 


41 
N
əzərə almaq lazımdır ki, bu il birinci kursa qəbul olunan 
t
ələbələr dörd ildən sonra məzun olacaq və  müəllim kimi orta 
ümumt
əhsil müəssisələrində işə başlaya biləcəklər. Ona görə də 
pedaqoji kadr hazırlığına bu günün tələbləri səviyyəsində deyil, 
m
əhz gələcəyin məktəbi, gələcəyin tələblərinin necə  olacağı 
proqnozları səviyyəsində yanaşmaq lazım gəlir.  
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə