MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ


 Pedaqoji peşənin yaradıcı xarakteri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə27/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   23   24   25   26   27   28   29   30   ...   149
2018-1050-5

 
2. Pedaqoji peşənin yaradıcı xarakteri. 
Pedaqoji peşənin 
bu xüsusiyy
əti müəllim  əməyinin  yaradıcı  xarakterə  malik 
olduğunu göstərir. Müəllimin pedaqoji fəaliyyətində yaradıcılıq 
meyll
ərinin  olması  bilavasitə  onun  pedaqoji  bacarıqları  ilə 
əlaqədardır.  Müəllimin  pedaqoji  bacarıqları  yüksək səviyyədə 
olduqda, mövcud qayda-
qanunlar bu bacarıqlar qarşısında sadə, 
asan göründükd
ə  müəllimin  yaradıcı  düşüncəsi özünü göstərir. 
Bu baxımdan müəllimin pedaqoji bacarıqlarının səviyyəsi yük-
s
ək olduqca və ya yüksəldikcə onun yaradıcı imkanları da artır, 
çoxalır. 
Pedaqoji f
əaliyyətin bir başlıca məqsədi vardır: dərin elmi 
biliy
ə, hərtərəfli dünyagörüşə, yüksək mənəvi keyfiyyətlərə ma-
lik v
ətəndaş  –  şəxsiyyət  formalaşdırmaq.  Bu  məqsəd hər bir 

əllim fəaliyyətinin  əsas məramını,  məqsədini ifadə  edir. 
Lakin başlıca məsələ, fərqli cəhət ondan ibarətdir ki, hansı müəl-
lim bu problem
ə necə yanaşır. Müəllimin yaradıcılıq potensialı, 
imkanları  və  bacarıqları  da  məhz burada özünü göstərir. Kimi 
mövcud qayda-qanunlarla h
ərəkət edir, təlimatlar  əsasında  fəa-
liyy
ət göstərir. Kimi özü yeni metodlar əsasında hərəkət etməyə 
c
əhd edir, kimi də özü yeni yollar axtarır, yeniliklər edir, peda-
qoji probleml
ərin optimal yollarını axtarıb tapır. Özünün yolunu, 
cığırını  tapan  belə  müəllimlər novator –  yenilikçi müəllimlər 
kimi tanınır və yüksək müvəffəqiyyət qazanırlar. Belə müəllim-
l
ər pedaqoji fəaliyyət-lərində tapdanmış yollarla getmir, öz sis-
teml
ərini yaradır, özlərinə məxsus yeni yollarla öz fəaliyyətlərini 
h
əyata keçirirlər. Onlar mövcud sistemləri təkmilləşdirir,  çox 
halda is
ə özləri başlanğıc kimi nə isə yeni bir sistem yaradırlar. 
Keçmiş ittifaqda tanınan Ş.Amonaşvili, V.F.Şatalov, Zahid Şö-
yübov, M
əhər Quliyev kimi belə müəllimlər həm də böyük mək-


47 
t
əb  yaratmışlar.  Onlar  novatorluğu  pedaqoji  prosesin  çətin, 
mür
əkkəb məsələlərinin həllinə kömək etməklə yanaşı, həm də 
bel
ə bir həqiqəti sübut etmişdir ki, müəllim əməyi heç də şablon 
qayda-qanunlara riay
ət etməklə məhdudlaşmır. Burada yaradıcı 
düşüncə, məqsədə  nail olmaq üçün daha optimal metodlar və 
yollar axtarışında olmaq, çətinliklərdən qorxmamaq, bu peşəyə 
ür
əyinin hərarətini vermək lazımdır.  
Bir çox yenilikçi –  novator mü
əllimlərin iş təcrübəsi onu 
göst
ərir ki, bu müəllimlər əslində pedaqoji prosesdə “inqilablar” 
etmirl
ər. Onlar sadəcə  olaraq (hərçənd ki, bunlar heç də  sadə 
m
əsələlər deyildir) pedaqoji fəaliyyətdə  daha orijinal metodlar 
axtarıb  tapır,  yeni  –  intensiv metodlarla elə  əlverişli  nəticələrə 
nail olurlar ki, bunlar da pedaqoji prosesi t
əkmilləşdirir,  daha 
yüks
ək nəticələr əldə etməyə səbəb olur. 
B
əs konkret olaraq kimləri  yaradıcı  müəllimlər hesab 
etm
ək olar? –  sualına  pedaqoji  ədəbiyyatlarda birmənalı  cavab 
tapmaq ç
ətindir. Bəziləri bunu pedaqoji vəzifələrin həllini qeyri-
standart yollarla h
əyata keçirməklə, bəziləri müəllimin pedaqoji 
f
əaliyyətindəki özünəməxsusluqlarla, bir qismi isə situativ məsə-
l
ələrin həllində özünü büruzə verən kommunikativ bacarıqlarla 
əlaqələndirməklə  yaradıcı  müəllimin  malik  olduğu  xüsusiyyət-
l
əri konkretləşdirməyə  çalışırlar.  Əslində  isə  pedaqoji  peşənin 
yaradıcı xarakteri çoxsahəli bir prosesdir. Müəllim öz üzərində 
daima  çalışdıqca,  öz  pedaqoji-psixoloji səviyyəsini dərinləşdir-
dikc
ə,  ixtisas  biliyini  artırdıqca  onu  yaradıcılığa,  uğura  aparan 
yollar  da  aydınlaşır.  Onda  pedaqoqların  yaradıcı  müəllimlərə 
şamil  etdikləri təşəbbüskarlıq,  müstəqillik,  yaradıcı  təfəkkür, 
ətaləti dəf etmə bacarığı, yenini dərk etmə hissi və buna can at-
ma
sı, məqsədyönlülük, assosasiyalar genişliyi, müşahidəçilik və 
inkişaf  etmiş  peşəkarlıq  yaddaşı  kimi  keyfiyyətlərin formalaş-
ması  imkanları  da  genişlənir.  Yaradıcı  müəllim özündən  əvvəl 
v
ə özünün qazandığı nailiyyətlərlə kifayətlənmir, daim yeniliyə 
can atır, yenilik axtarır. Bəzən bu yeniliklər ilk baxışdan müsbət 
qarşılanmasa  da,  nəticəsi üzə  çıxdıqdan  sonra  təkzibedilməz 


48 
olur. 
Lakin,  öz  işinin  ustası  olan,  yaxşı  müəllim  kimi  tanınan 

əllimlərin heç də  hamısı  yaradıcı  müəllimlər olmurlar. Öz 
işini yüksək səviyyədə həyata keçirən yaxşı müəllimlərdən fərqli 
olaraq,  yaradıcı  müəllimlər yenilikçidirlər, pedaqoji prosesə 
özl
ərinin fərdiliklərini, fərdi üslublarını gətirənlərdirlər. 
Pedaqoji  peşənin hər iki xüsusiyyəti  onun  peşələr siste-
mind
ə  tutduğu  yerdə  özünəməxsusluğunu,  bu  peşənin daxil 
olduğu qrupda isə özünün xüsusi bir qrup təşkil etdiyini göstərir. 
N
əticə olaraq deyə bilərik ki,pedaqoji peşənin özünəməx-
sus  bir  sıra  xüsusiyyətləri içərisində  humanistlik və  yaradıcılıq 
xüsusi yer tutur. 
Humanist xarakter bu peşənin ümumbəşəri bir 
missiya il
ə bağlı olmasından və bilavasitə onun daxili mahiyyə-
tind
ə humanizmin olmasından irəli gəlir. Yaradıcı xarakteri isə 

əllim  əməyində  yaradıcılıq  meyllərinin  olması  pedaqoji 
peşənin  yaradıcı  bir  peşə  olması  və  pedaqoji  ustalıqda  bunun 
mühüm şərt olması zərurətindən irəli gəlir. 
 
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə