MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə30/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   26   27   28   29   30   31   32   33   ...   149
2018-1050-5


ənənəvi”
  deyil
ən dərs  haqqında 
aşağıdakı bəzi mülahizələri söyləməyə ehtiyac yaradır.  
Bu gün
ə  kimi məktəblərimizdə  keçilən dərslər mövcud 
olduğu  əsrlər, illər  ərzində  dövrü olaraq  dəyişikliklərə  məruz 
qal
mış,  müəyyən vaxtlarda islahatlar nəticəsində  yenilənmiş, 
t
ədrisə  yeni–yeni metodlar gətirilmiş,  müxtəlif yeniliklər olun-
muşdur. Bu da onu göstərir ki, indiyə kimi mövcud olan dərslərə 
ənənəvi deyilməsi heç də düzgün olmazdı. Düzdür, məktəbləri-
mizd
ə əksər müəllimlərin istifadə etdikləri və bu gün də dəyər-
l
əndirdikləri dərslərdə  müəyyən  çatışmazlıqlar  vardır  və  bunu 
inkar etm
ək olmaz. Mütəxəssislərin  haqlı  olaraq  qeyd  etdikləri 
kimi, bu d
ərslərdə adətən şagirdə obyekt kimi yanaşılmış, müəl-
lim d
ərsi şərh və izah etmiş, sonra isə “verdiklərini geri almağa” 
çalışmışdır. Ən yaxşı dərs müəllimin yeni materialı yaxşı, hərtə-
r
əflivə  dərindən izah etdiyi, dinləyicilərə  həddindən çox məlu-
mat verildiyi, şagirdlərin isə şərhə diqqətlə qulaq asdığı, verilən-


51 
l
ərə sözsüz əməl etdiyi, hamısının və ya əksəriyyətinin ev tapşı-
rıqlarına hazır gəldikləri dərs hesab edilmişdir. Pedaqoji proses-
d
ə adətən müəllim subyekt, şagirdlər isə obyekt funksiyasını ye-
rin
ə yetirmişlər. Müəllim öyrədib, şagirdlər öyrənib cavab verib-
l
ər. Avtoritar münasibət, avtoritar idarəçilik üslubu bu dərslərin 
xarakterik c
əhəti  olmuşdur.  Lakin  etiraf  etmək  lazımdır  ki, 
burada da tamlıq, bütövlük olmuşdur. Ancaq bunlar daha çox re-
sursların, əyani vəsaitlərin, əlavə materialların, əlavə vaxtın və s. 
hesabına olmuşdur. Həmçinin, bu tipli dərslərdə istedadlı şagird-
l
ərin fərqləndirilməsində də düzgün olmayan metodlardan istifa-
d
ə  edilmiş,  bütün  sinfə  orta  şagird  mövqeyindən  yanaşılmış, 
bunun da n
əticəsində xüsusi istedada malik olan şagird olsa–olsa 
orta m
əktəbi “əla” qiymətlərlə başa vurmuşdur. 
Lakin öt
ən yüzillikdə  istər xarici ölkələrdə, istərsə  də 
bizim ölk
əmizdə  dərsin təkmilləşdirilməsi istiqamətində  xeyli 
işlər aparılmış və müxtəlif təlim konsepsiyaları şəraitində sinif–
d
ərs formasının təkmilləşdirilməsi sahəsində xeyli müsbət nəti-
c
ələr əldə edilmişdir ki, bunu da inkar etmək olmaz. XVIII əsrin 
sonunda Hindistanda t
ətbiq olunan 
Bell-Lankaster
  t
əlim 
sistemi,XIX 
əsrin sonunda ABŞ-da meydana gələn təlimin 
batav
 
sistemi, Q
ərbi Avropada 
Manheym
 sistemi, Y.Zikkinker t
ərəfin-
d
ən irəli sürülən dərs yükünün və təlim  metodlarının uşaqların 
real  imkanları  və  qabiliyyətlərinə  müvafiq olaraq 4 tipdə 
sinifl
ərin təşkil  edilməsi sistemi, 1905-ci ildə  ABŞ-n Dalton 
şəhərində  müəllimə  Yelena Parkhersttərəfindən ilk dəfə 
f
ərdiləşdirilmiş təlim sistemi olan və bəzən laboratoriya sistemi 
adlandırılan,  o  zamanSSRİ-də 
laboratoriya-briqada
  t
əlim 
sisteminin yaranma
sını şərtləndirən 
Dalton-plan
 sistemi, ilk d
əfə 
Amerika m
əktəblərində  təşəkkül tapan və  müəllifi U.Kilpatrik 
olan, 1920-ci ill
ərdən SSRİ məktəblərində tətbiq olunan təlimin 
layih
ələrsistemi, 
1960-
cı  illərdə  amerikalı  pedaqogika 
professoru L.Tram
pın  adı  ilə  adlanan 
Tramp  planı
  sisteml
əri 
bel
ə formalar kimi meydana gəlmiş və müəyyən dövrdən sonra 
öz  missiyalarını  başa  vurmuşlar.  Göründüyü  kimi,  bir  sıra 


52 
ölk
ələrdə  yeni təlim  formaları  meydana  gəlsə  də, təlimin yeni 
yaranan dig
ər təşkili  formalarından  heç  biri  dərs qədər 
uzunömürlü  olmamışdır.  Lakin  dərs həmişə  diqqəti  cəlb  etmiş 
v
ə onun təkmilləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 
Keç
ən əsrin 60–cı illərindən SSRİ–də, o cümlədən, bizim 
respublikamızda inkişafetdirici təlim, problemli təlim, proqram-
laşdırılmış təlim, qarşılıqlı təlim texnologiyası, didaktik vahidin 
böyüdülm
əsi və s. kimi konsepsiyaların meydana gəlməsi məhz 
d
ərsin təkmilləşdirilməsi istiqamətində  yeni tədqiqatlara yol 
açmış  və  dərsin məzmun və  metodlarının  yeniləşdirilməsində 
xeyli müsb
ət təcrübələr əldə edilmişdir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə