MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ


Pedaqoji peşənin spesifik xüsusiyyətləri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə25/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   21   22   23   24   25   26   27   28   ...   149
2018-1050-5

1.4.Pedaqoji peşənin spesifik xüsusiyyətləri 
 
H
ər bir peşənin özünəməxsus elə xüsusiyyətləri vardır ki, 
bunları  nəzərə  almadan,  onların  mahiyyətinə  varmadan həmin 
peşə sahəsində yüksək müvəffəqiyyət qazanmaq mümkün deyil-
dir. Mü
əllim peşəsi də bunlardan biridir. Bu peşənin ixtisasdan 
asılı olmayaraq və bütün ixtisaslara uyğun gələn elə xüsusiyyət-
l
əri vardır ki, onları heç bir başqa peşə, ixtisasla müqayisə etmək 
mümkün 
deyildir.  Bu,  yalnız  müəllimlik  peşəsi ilə  bağlı  olan 
spesifik xüsusiyy
ətlərdir ki, bilavasitə bu peşə üçün xasdır.  
Görk
əmli psixoloq E.A.Klimov tərəfindən verilmiş təsni-
fata gör
ə  pedaqoji  peşə  “İnsan  –  insan”  peşələr qrupuna daxil 
edildiyind
ən onun obyekti insandır. Lakin demək olmaz ki, bü-
tün “insan – 
insan” peşələr qrupuna məxsus olan peşələrin hamı-
sında eyni xüsusiyyətlər özünü göstərir.  Bunların  hamısında 
t
ərəf – müqabil insanlar olsa da peşənin özünün spesifikası, ona 
yanaşma  tərzi,  insanların  ona münasibəti  bu  peşələrin özünə-
m
əxsusluğunu  qabarıq  şəkildə  üzə  çıxarır.  Pedaqoji  peşədə  bu 
m
əsələlər daha spesifik olduğundan bu peşənin “insan – insan” 
peşələr qrupunda daha önəmli, daha vacib yeri vardır. Belə ki, 
bu peşə standart, şablon göstərişlə və təlimatlarla işləyən peşə-
l
ərdən fərqli olaraq yaradıcı bir peşədir. Burada qabaqcıl təcrü-
b
ə, yaradıcılıq, şəxsi intuisiya, peşəyə maraq, öz işini və uşaqları 
sevm
ək, təşkilatçılıq,  idarəçilik və  s. xüsusiyyətlər  vardır  ki, 
bunlarda pedaqoji peşənin özünməxsusluğunun əsas göstərişləri 
kimi özünü göst
ərir. 
Görk
əmli Çin mütəfəkkiri Konfutsi yazırdı ki, müəllim və 


42 
şagird  birlikdə  boy  atırlar.  Müəllim  oz  şagirdlərinə  nümunə 
olma
lı,  öz  biliyini  təkmilləşdirməli, ciddiliyi, təmkinliliyi ilə 
seçilm
əli, şagirdlərin fəallığını inkişaf etdirməli, onlara məntiqli 
v
ə  müstəqil  düşünməkdə  yardımçı  olmalı,  öyrətdiklərini daim 
t
əkrar etdirməli, biliklərin möhkəmlənməsinə çalışmalıdır. 

əllim, pedaqoq yeni insan tərbiyə  edir, onun intellek-
tual, m
ənəvi aləmini inkişaf etdirir, şəxsiyyət formalaşdırır. Gör-
k
əmli türk alimi və maarifçisiAydın Özdəmir yazırdı ki, millət-
l
əri  qurtaranlar  yalnız  və  ancaq müəllimlərdir.Cümhuriyyət 

əllimlərdən  fikri  nur,  vicdanı  nur,  irfanı  nur  nəsillər istəyir. 
T
əbii ki, belə  bir istəyin yerinə  yetirilməsi müəllimdən  əhatəli 
v
ə dərin bilik, səriştəlilik, bacarıq, yaradıcı düşüncə, öz pedaqoji 
m
əharətini daim inkişaf etdirmək istəyi və vərdişi tələb edir.  

əllim təkcə bilik vermir, o, istiqamət verir, idarə edir, 
t
ərbiyəvi keyfiyyətlər  aşılayır.  Buna  görə  də  o, bir tərəfdən 
öyr
ədən, tərbiyə edəndir, digər tərəfdən isə bunlar üçün özü bir 
çox keyfiyy
ətlərə malik olmalıdır. 
Pedaqoji  peşənin özünəməxsusluğu  təkcə  sadalananlarla 
m
əhdudlaşmır.  Bir  sıra  xüsusiyyətlər onun mahiyyətindən irəli 
g
əlir ki, onlardan da başlıca olanları bunlardır: 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə