47
t
əb yaratmışlar. Onlar novatorluğu pedaqoji prosesin çətin,
mür
əkkəb məsələlərinin həllinə kömək etməklə yanaşı, həm də
bel
ə bir həqiqəti sübut etmişdir ki, müəllim əməyi heç də şablon
qayda-qanunlara riay
ət etməklə məhdudlaşmır. Burada yaradıcı
düşüncə, məqsədə nail olmaq üçün daha optimal metodlar və
yollar axtarışında olmaq, çətinliklərdən qorxmamaq, bu peşəyə
ür
əyinin hərarətini vermək lazımdır.
Bir çox yenilikçi – novator mü
əllimlərin iş təcrübəsi onu
göst
ərir ki, bu müəllimlər əslində pedaqoji prosesdə “inqilablar”
etmirl
ər. Onlar sadəcə olaraq (hərçənd ki, bunlar heç də sadə
m
əsələlər deyildir) pedaqoji fəaliyyətdə daha orijinal metodlar
axtarıb tapır, yeni – intensiv metodlarla
elə əlverişli nəticələrə
nail olurlar ki, bunlar da pedaqoji prosesi t
əkmilləşdirir, daha
yüks
ək nəticələr əldə etməyə səbəb olur.
B
əs konkret olaraq kimləri yaradıcı müəllimlər hesab
etm
ək olar? – sualına pedaqoji ədəbiyyatlarda birmənalı cavab
tapmaq ç
ətindir. Bəziləri bunu pedaqoji vəzifələrin həllini qeyri-
standart yollarla h
əyata keçirməklə,
bəziləri müəllimin pedaqoji
f
əaliyyətindəki özünəməxsusluqlarla, bir qismi isə situativ məsə-
l
ələrin həllində özünü büruzə verən kommunikativ bacarıqlarla
əlaqələndirməklə yaradıcı müəllimin malik olduğu xüsusiyyət-
l
əri konkretləşdirməyə çalışırlar. Əslində isə pedaqoji peşənin
yaradıcı xarakteri çoxsahəli bir prosesdir. Müəllim öz üzərində
daima çalışdıqca, öz pedaqoji-psixoloji səviyyəsini dərinləşdir-
dikc
ə, ixtisas biliyini artırdıqca onu yaradıcılığa, uğura aparan
yollar da aydınlaşır. Onda pedaqoqların yaradıcı müəllimlərə
şamil etdikləri təşəbbüskarlıq, müstəqillik, yaradıcı təfəkkür,
ətaləti dəf etmə bacarığı, yenini dərk etmə hissi və buna can at-
ma
sı, məqsədyönlülük, assosasiyalar genişliyi, müşahidəçilik və
inkişaf etmiş peşəkarlıq yaddaşı kimi keyfiyyətlərin formalaş-
ması imkanları da genişlənir. Yaradıcı müəllim özündən əvvəl
v
ə özünün qazandığı nailiyyətlərlə kifayətlənmir, daim yeniliyə
can atır, yenilik axtarır. Bəzən bu yeniliklər ilk baxışdan müsbət
qarşılanmasa da, nəticəsi üzə çıxdıqdan sonra təkzibedilməz
48
olur.
Lakin, öz işinin ustası olan, yaxşı müəllim kimi tanınan
mü
əllimlərin heç də hamısı yaradıcı müəllimlər olmurlar. Öz
işini yüksək səviyyədə həyata keçirən yaxşı müəllimlərdən
fərqli
olaraq, yaradıcı müəllimlər yenilikçidirlər, pedaqoji prosesə
özl
ərinin fərdiliklərini, fərdi üslublarını gətirənlərdirlər.
Pedaqoji peşənin hər iki xüsusiyyəti onun peşələr
siste-
mind
ə tutduğu yerdə özünəməxsusluğunu, bu peşənin daxil
olduğu qrupda isə özünün xüsusi bir qrup təşkil etdiyini göstərir.
N
əticə olaraq deyə bilərik ki,pedaqoji peşənin özünəməx-
sus bir sıra xüsusiyyətləri içərisində humanistlik və yaradıcılıq
xüsusi yer tutur.
Humanist xarakter bu peşənin ümumbəşəri bir
missiya il
ə bağlı olmasından və bilavasitə onun
daxili mahiyyə-
tind
ə humanizmin olmasından irəli gəlir. Yaradıcı xarakteri isə
mü
əllim əməyində yaradıcılıq meyllərinin olması pedaqoji
peşənin yaradıcı bir peşə olması və pedaqoji ustalıqda bunun
mühüm şərt olması zərurətindən irəli gəlir.
Dostları ilə paylaş: