Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix22.03.2024
ölçüsü0,88 Mb.
#183648
1   ...   6   7   8   9   10   11   12   13   ...   46
documents-5-file en (1)

2. Təhsilə çəkilən xərclərin qiymətləndirilməsinə dair
 
 
2.1
. Təhsil üzrə xərclərin maliyyələşdirmə mənbələrinə görə bölgüsü
 
YUNESKO-
nun Statistika İnstitutunun metodoloji tövsiyələrinə əsasən təhsil 
üzrə xərclər maliyyələşdirmə mənbələrinə görə aşağıdakı kimi qruplaşdırılır:
1.
Dövlət maliyyələşdirmə mənbələri;
2.
Özəl (qeyri
-
dövlət) maliyyələşdirmə mənbələri;
3.
Beynəlxalq maliyyələşdirmə mənbələri.
Dövlət maliyyələşdirmə mənbələri
mənsub olduqları dövlət hakimiyyəti 
orqanlarının səviyyəsinə uyğun olaraq 3 kateqoriyaya bölünür:
-
Mərkəzi hakimiyyət orqanları;
-
Regional hakimiyyət orqanları;
-
Yerli hakimiyyət orqanları.
Mərkəzi hakimiyyət orqanları üzrə təhsilə çəkilən xərclər təkcə Təhsil 


Nazirliyinin xərclərini deyil, eləcə də digər nazirlik, idarə və icra hakimiyyəti 
orqanlarının təhsil üzrə xərclərini özündə birləşdirir və həmçinin regional və yerli 
orqanlar tərəfindən məktəblərin təmirinə ayrılan, lakin həmin orqanların büdcələrində 
“təhsil xərcləri” maddəsi üzrə deyil, başqa maddələr üzrə qeydə alınan vəsaitlər də aid 
edilir.
Mərkəzi, regional və yerli hakimiyyət orqanlarının beynəlxalq (xarici) 
mənbələrdən aldıqları transfertlər (köçürmələr) dövlət tərəfindən bölüşdürüldükdə
həmin vəsaitlər dövlət xərclərinə aid edilir. 
Əgər bir nazirlik təhsil sahəsinə ayrılan vəsaiti digər nazirliyin hesabına 
köçürürsə, bu zaman birinci nazirlik bu pul köçürmələrini və ya transfertləri özünün 
dövlət xərclərinin ümumi məbləğindən çıxır.
Əgər ölkədə iki səviyyəli hakimiyyət mövcuddursa, aşağı səviyyə regional 
deyil, yerli hesab edilir. Əgər ölkədəki hakimiyyət orqanlarının strukturu dörd və ya 
daha artıq səviyyədən ibarətdirsə, ikinci səviyyə regional, bütün sonrakı səviyyələr isə 
y
erli adlandırılır.
Yuxarıda qeyd olunan dövlət hakimiyyəti orqanlarının hər üç səviyyəsi üçün üç 
mümkün xərc növü mövcuddur:
-

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə