Mühazirə 1 azərbaycanin karbohidrogen pesurslari və hasilatin iNKİŞAF



Yüklə 443,25 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix29.11.2023
ölçüsü443,25 Kb.
#140281
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1. 2 saat

 
 
IV mərhələ 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi 
neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə 
səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 
birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə 
dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 


 
 
V mərhələ SSRİ
-
nin dağılması, müstəqillik dövrün və Azərbaycanın yeni tarixini 
əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir

 
Maddi istehsal sahələri və onların Azərbaycanda təşəkkül prinsipləri 
Cəmiyyətin mövcudluğu və tərəqqisi üçün maddi nemətlərin yaradılması 
istehsalda təcəssüm olunur. Əsas meyarı əmək vasitələri olmaqla təbiət cisimlərinə təsir 
göstərərək istehsal prosesi maddi formada təzahür edir və inkişaf tapır. Maddi istehsal 
cəmiyyət həyatının bütün sferalarında xalq sərvətinin yaradılmasının əsas mənbəyini 
təşkil edir. Bu məqsədlə iqtisadiyyatın bütün sahələrində maddi istehsalı təmin edən 
strukturlar formalaşdırılır. Azərbaycanda da mövcud təbii sərvətlərdən səmərəli istifadə 
etmək məqsədi ilə bir sıra maddi istehsal sahələri yaradılmış və inkişaf etdirilmişdir. 
Ölkəmizdə geniş intişar tapmış əsas maddi istehsal sahələrinə aşağıdakılar aiddir: 
Nef
t sənayesi - 
nef və qaz yataqlarının kəşfiyyatını, neft-qaz quyularının 
qazılmasını, neft və qazın hasilatını və emalını, xam neftin, neft məhsullarının və təbii 
qazın nəqlini əhatə edir. Dünyanın ən qədim neft rayonlarından olan Abşeron 
yarımadasında qeyd etdiyimiz kimi ta qədimdən neft çıxarılmış və qaz hasil edilmiş, 
onlardan müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Lakin Azərbaycanda neft 
sənayesinin əsası 1871-ci ildə qoyulmuşdur. Həmin ildə artıq Bakı şəhərinin 
yaxınlığındakı Balaxanı kəndində mexaniki üsulla qazılmış ilk neft quyusundan gündə 
700 pud xam neft çıxarılırdı. 1872-ci ildə neft sənayesində icarə sisteminin ləğvi yerli və 
xarici kapitalın yüksək mənfəət təmin edən neftqazçıxarma sənayesinə sürətli axıııı üçün 
əlverişli şərait yaratdı. Azərbaycanda istismar olunan neft quyularının sayı 1873-cii ildə 
9-dan 1901-
ci ildə 1740-a, orta dərinliyi 53 metrdən 365 metrə, neft hasilatı 3,9 min 
puddan 667,1 min puda, yaxud 10,67 miliyon tona qədər artdı. Yerli və xarici neft 
inhisarları meydana gəldi. XIX əsrin sonunda Azərbaycan neft hasilatına görə ABŞ-nı 
ötüb keçdi və 1898-ci ildə dünyada birinci yerə çıxdı. Lakin, çox çəkmədən qlobal siyasi 
və iqtisadi hadisələr çevrəsində yüksək mənfəət götürmək ehtirası neft yataqlarının 
ekstenisiv istismarı ilə müşayiət olunaraq Azərbaycanda hasilatı 1913-cii ildə 7,7 milyon 
tona, 1920-
ci ildə isə 2,9 milyon tona endi. 
1920-
ci ildən sonra Azərbaycanda neft sənayesini inkişaf etdirmək üçün Azərbaycan neft 
komitəsi 
/Azərneftkoml 
təşkil edildi və həmin komitənin qarşısında neft sənayesinin 
yenidən qurulması vəzifəsi qoyuldu və bu neft hasilatının artırılmasına təkan verdi. Artıq 
1927-1928-
ci illərdə neft çıxarılması 1913-cli il səviyyəsini ötüb keçdi və beləliklə də 
Azərbaycan neft sənayesinin yeni dövrü başlandı. 1940-cı ildə Azərbaycan neft sənayesi 


keçmiş SSRİ neft hasilatının dördə üç hissəsi qədər neft verdi. Böyük vətən 
müharibəsindən sonra Azərbaycanın neft sənayesinin inkişafında yeni mərhələ başlandı. 
1948-
ci ildə Xəzərdə, açıq dənizdə neft-mədən estakadaları tikilməyə başlandı. 1949-cu 
ildə Neft daşlarında qazılmış ilk quyu güclü neft fontanı ilə istismara daxil edildi. 
2020-
ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft hasil edilib ki, bunun da 34 milyon 
467,1 min tonu əmtəəlik neftin payına düşüb.
Azərbaycan qaz sənayesi özünün 170 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Bu 
tarix Azərbaycanda neft tarixi ilə sıx bağlıdır. 
1969-
cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft 
və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoydu.

Yüklə 443,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə