Mühazirə 1 azərbaycanin karbohidrogen pesurslari və hasilatin iNKİŞAF



Yüklə 443,25 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix29.11.2023
ölçüsü443,25 Kb.
#140281
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1. 2 saat

Qaz sənayesi - 
təbii qaz yataqlarının kəşfiyyatı, istismarı, təbii qazın boru 
kəmərləri vasitəsi ilə uzaq məsafələrə nəql edilməsi, təbii qazın emalı, xalq təsərrüfatının 
müxtəlif sahələrinə və kommunal-məişət təsərrüfatına qaz verilməsini reallaşdırır. 
Azərbaycan qaz sənayesinin yaradılması və inkişafı ötən əsrin əvvəllərindən 
başlanmışdır. Bu proses 1920-ci ildən sonrakı dövrdə yeni qaz yataqlarının kəşfi və 
istismarı ilə daha sürətlə inkişaf etmişdir. Bu dövrdə Qaradağ, Zirə, Siyəzən kimi mühüm 
qaz yataqları kəşf edilmiş və həmin yataqlar istimara verilmişdir. Respublikamızda 1928-
ci ildə - 0,17, 1940-cı ildə - 2,5, 1950-ci ildə - 1,23, 1960-cı ildə - 5,84, 1970-ci ildə - 5,52, 
1980-
cı ildə - 15,2, 1990-cı ildə - 9926, 2000-ci ildə 6286 və 2002-cu ildə 5835 miliyon m
3
təbii qaz hasil edilmişdir
. 2020 -
ci ildə nə qədər qaz hasil edilib 
Bakı-Tbilisi-Ərzurum Boru Xəttinin
 
xəritəsi 
Neftçıxarma - 
neftin və onunla birgə çıxan qazların Yer təkindən çıxarılması, 
toplanması və qabaqcadan emala hazırlanması, yəni sudan və bərk qatışıqlardan 
təmizlənməsi prosesidir. Dünyada hasil olunan neftin demək olar ki, çox hissəsi yüksək 
təzyiqli polad borularla bərkidilmiş quyulardan çıxarılır. Nefti və onunla birlikdə çıxan 
qazları və suyu Yer səthinə qaldırmaq üçün quyuda qaldırıcı borular, mexanizmlər və lay 
təzyiqinə hesablanmış bağlayıcı armaturdan ibarət hermetik sistem yaradılır. Əvvəllər 
neft primitiv üsullarla - açıq su hövzələrinin səthindəki nefti toplamaqla, neft hopmuş 


əhəngdaşı və ya qumdaşını emal etməklə, yaxud dayaz quyulardan çıxarmaqla hasil 
edilirdi. Abşeron yarımadasında neft, qeyd etdiyimiz kimi, hələ çox qədimdən dayaz 
quyulardan 
çıxarılırdı. 1825-ci ildə Bakıda 120 quyudan 4126 ton, 1862-ci ildə isə 220 
quyudan 5480 ton neft çıxarılmışdır. XIX əsrin 60-cı illərində neftçıxarmada qaldırıcı alət 
kimi dolamaçarxdan istifadə edilirdi. Sonralar neftçıxarmada nasos qurğularından istifadə 
olunmağa başlandı. Abşeron yarımadasında qazma quyuları vasitəsilə neft hasilatı XIX 
əsrin 60-cı illərindən daha geniş tətbiq olunmağa başlandı. Bu dövrdə neftçıxarmada 
qaldırıcı alət kimi dolamaçıxarmadan istifadə edilirdi. Sonralar neftçıxarmada nasos 
qurğularından istifadə edildi. Nasosla neftçıxarma ilk dəfə 1865-ci ildə ABŞ-da, 1876-cı 
ildə Bakıda, 1895-ci ildə isə Qroznıda tətbiq edildi. 1886-cı ildə V.Q.Şııxovun təklif etdiyi 
komp
ressor üsulu ilə neftçıxarma Bakı mədənlərində 1897-ci ildə sınaqdan keçirilmişdir. 
Nefti quyudan çıxarmaq üçün qazlift üsulunu 1914-cü ildə M.M. Tixvinski təklif etdi. 
Hazırda neft quyudan fontan, nasos və kompressor üsulları ilə çıxarılır. 
Fontan üsulu təbii yüksək lay təzyiqi altında nefti yer səthinə fontan vurmasına 
əsaslanan 2-3 aydan bir neçə ilə qədər davam edir. Təbii lay təzyiqinə əsaslandığından 
əlavə vasitələrin, qurğu və avadanlıqların tətbiqinə ehtiyac duymayan asan və iqtisadi 
cəhətdən səmərəlidir. Layın enerjisi və təzyiqi azaldıqda fantan üsulu əlverişsiz olur
kompressor üsulundan istifadə olunur. Lay təzyiqini artırmaü üçün quyuya kompressor 
67 vasitəsilə sıxılmış hava, sıxılmış qaz,su vurulur. Tətbiq edilən sonuncu üsul dərinlik 
nasos üsuludur. Neft yataqlarında lay təzyiqinin aşağı düşməsi istismar quyularında neft 
hasilatını azaldır ki, bunun qarşısını almaq üçün müxtəlif geoloji və texniki tədbirlərin, yəni 
neft və qaz yataqlarına süni təsir etmə üsulları həyata keçirilir. 

Yüklə 443,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə