Mühazirə 1 azərbaycanin karbohidrogen pesurslari və hasilatin iNKİŞAF



Yüklə 443,25 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix29.11.2023
ölçüsü443,25 Kb.
#140281
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1. 2 saat

Əli Musa oğlu Quliyev
(
31 may
 
1912

G
əncə
 
– 
29 yanvar
 
1989

Bakı
) II-
ci Dünya 
müharibəsi illərində o, hərbi sifarişlər yerinə yetirən şöbəyə rəhbərlik etmiş, tank əleyhinə 
yandırıcı butulkaların nüsxəsini hazırlamış və sınaqdan keçirmişdir.1934-cü ildə “Təbii 
qazdan heksametilentetraminin (urotropinin) 
alınması mövzusunda namizədlik işini mü-


dafi
ə etmişdir. Ə.Quliyev həmçinin bəzi dərman və yuyucu maddələrin alınması işində də 
çalışmışdır. 
Ətraf mühitin çirklənməsi
1929
-
cu ildə 
Keşlə
 
kanalı vasitəsilə 
Böyükşor gölünə
 neft-
mədən suları axıdılmışdır. Bu 
suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə 
dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 
1970
-
ci illərdən başlayaraq 
gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır. Təsərrüfat-fekal sular gölə 
təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə 
axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil 
zolağı neft məhsullarının bitum qatı altında qalmışdır. İsti havalarda neft məhsullarının 
buxarlanmas
ı səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin 
qoxu yaranmasına səbəb olmuşdur. Böyükşor gölünün kompleks bərpası layihəsi 
prezidentin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun 
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün 
ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər 
haqqında” 26 dekabr 2013-cü il tarixli fərmana uyğun olaraq, həyata keçirilir.
4 noyabr
 
2013
-
cü ildə 
Ekologiya və təbii sərvətlər naziri
 
Hüseynqulu Bağırov
 bildirib ki, 
Azərbaycanda neft sənayesinin inkişafı nəticəsində 35 min hektar ərazinin neftlə 
çirklənməyə məruz qalıb. Bunun nəticəsində, Bakıda və Sumqayıtda olan köhnə zavod 
və müəssisələr ləğv edilməsinə və Qaradağ ərazisində neft-qaz müəssisələrində müasir 
avadanlıqların qurulmasına səbəb oldu. Həmin ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Mirsalam Qəmbərov mətbuata 
müsahibəsində qeyd etmişdir ki, Azərbaycan sahillərində neft çıxarılması və daşınması 
üzündən Xəzərin çirklənməsi normadan 8-12 dəfə çoxdur.
Müxtəlif səbəblər nəticəsində Xəzərə tökülən neft məhsulları su səthini örtür və oksigenin 
suya daxil olmasının qarşısını alır. Oksigen çatışmazlığına məruz qalan balıqlar tələf olur. 
Suya daxil olan həll olmayan liflər, hissəciklər onu zibilləyərək fiziki-kimyəvi proseslərin 
getməsinə mane olur. Ağac hissəcikləri oksidləşən zaman çoxlu miqdarda oksigen 
istifadə edir ki, bu da balıqlara və digər canlılara mənfi təsir edir. Radioaktiv maddələr 
balıqlara, sonra isə digər heyvanların orqanizminə daxil olur.
2015
-
ci ilin 4 dekabr tarixində 
"Günəşli" neft yatağında yanğın
 
nəticəsində 63 nəfər zərər 
çəkmiş, onlardan 30 nəfər dünyasını dəyişmişdir. Bu hadisə ilə əlaqədar olaraq Prezi-
dent 
İlham Əliyevin
 
qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuş-
dur. 2016-
cı ilin 15 dekabr tarixində aniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində 
"Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım 
Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr 
olan hissəsi dənizə uçması nəticəsində 10 nəfər nəfər dünyasını dəyişmişdir.

Yüklə 443,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə